300 likes | 704 Views
I D ƏRS: BEYNƏLXALQ TİCARƏTİN MAHİYYƏTİ VƏ ƏSAS XÜSUSİYYƏTLƏRİ. Dr. Elşən BAĞIRZADƏ. Bakı - 2014.
E N D
I DƏRS:BEYNƏLXALQ TİCARƏTİN MAHİYYƏTİ VƏ ƏSAS XÜSUSİYYƏTLƏRİ Dr. Elşən BAĞIRZADƏ Bakı - 2014 Təqdimatlarda Paul R. Krugman ve Maurice Obstfeld tərəfindən yazılmış “International Economics: Theory and Policy”, James Gerber tərəfındən yazılmış “International Economics” və Halil Seyidoğlu tərəfındən yazılmış “Uluslararası İktisat: Teori, Politika ve Uygulama” adlı dərsliklər əsas götürülmüşdür. Fənn: Beynəlxalq ticarət
Mündəricat • Giriş ........................................................................................................................................................................ 3 • Beynəlxalq Ticarət Nədir? ...................................................................................................................................... 4 • Beynəlxalq Ticarətin tarixi təkamülü ...................................................................................................................... 5 • Ölkələrarası və bölgələrarası ticarətin əsas fərqləri .............................................................................................. 10 • Ölkələrin xarici ticarətə qoşulma səbəbləri ........................................................................................................... 11 • Beynəlxalq ticarətin inkişafına təsir edən bəzi amillər ......................................................................................... 12 • Beynəlxalq ticarət və ölkənin açıqlıq indeksi ....................................................................................................... 13 • Beynəlxalq ticarət və qarşılıqlı asılılıq ..................................................................................................................15 • Firmaların beynəlxalq ticarətə qoşulma səbəbləri ................................................................................................ 16 • Beynəlxalq ticarətdə risqlər .................................................................................................................................. 17 • Beynəlxalq ticarətdən qazananlar və itirənlər ...................................................................................................... 18 • Ölkənin beynəlxalq ticarətdə iştirakının bəzi göstəriciləri .................................................................................... 19 • Dünya əmtəə ixracı və ÜDM artımının müqayisəsi (2005-2007) ........................................................................ 20 • Dünya əmtəə ixracı və regional bölgüsü ............................................................................................................... 21 • Dünya əmtəə idxalı və regional bölgüsü ............................................................................................................... 22 • Ölkələrin əmtəələr üzrə beynəlxalq ticarət dövriyyəsinin həcmi .......................................................................... 23 • Ölkələrin xidmətlər üzrə beynəlxalq ticarət dövriyyəsinin həcmi ........................................................................ 24 • Beynəlxalq əmtəə ticarətinin liderləri ................................................................................................................... 25 • Əmtəə ixracı üzrə ilk 10 lider ölkə ....................................................................................................................... 26 • Əmtəə idxalı üzrə ilk 10 lider ölkə ....................................................................................................................... 27 • Məhsul qrupları üzrə dünya əmtəə ixracı ............................................................................................................. 28 • I Dərsin əsas anlayışları ........................................................................................................................................ 29 • Mənbələr ............................................................................................................................................................... 30
Giriş • Beynəlxalq Ticarət Təhlilləri Beynəlxalq Ticarət Nəzəriyyəsi (International Trade Theory) və Beynəlxalq Ticarət Siyasəti (International Trade Policy) olmaqla bir-birini tamamalayan iki bölmədən ibarətdir. • Əmtəə axınları beynəlxalq iqtisadi münasibətlərdə ən qədim və həmişə ən geniş yayılmış ticarət forması olmuştur. • Ancaq texnologiyanın inkişafı və dünya xidmət ticarətindəki sürətli artım, son illərdə diqqətin xidmətlər sferasına da yönəldilməsinə səbəb olmuşdur.
Beynəlxalq Ticarət Nədir? • Beynəlxalq ticarət (international trade) əmtəə və xidmətlərin beynəlxalq sərhəddləri keçməklə mübadiləsidir. • Beynəlxalq ticarət (international trade) həmçinin iqtisad elminin bir sahəsi olmaqla, beynəlxalq maliyyə (international finance) ilə birlikdə beynəlxalq iqtisad (international economics) adlı daha geniş sahəni formalaşdırır.
Beynəlxalq Ticarətin Tarixi Təkamülü • Sistemli və təşkilatlanmış bir şəkildə uzaq məsafələrlə ticarət (long-distance trade) 6000 il əvvəl Mesopotopmiya (İraq) və Anadolu (Türkiyə) torpaqları arasında Assuriyalılar tərəfindən həyata keçirilməyə başlanmışdır. • Bundan min il sonra Finikiyalılar (Livan) ticarətə əsaslanan ilk sivilizasiyanı formalaşdırmışdır. • Sonrakı min illər ərzində Babilistanda Hamurapi Qanunlarında ilk qanuni ticarət normalarının ortaya çıxdığını görürük. • V əsrdə Roma imperiyasının dağılması ilə Avropada ticarətin məhdudlaşdığı müşahidə edilmişdir.
Beynəlxalq Ticarətin Tarixi Təkamülü • VIII əsrdə Vikinqlər Skandinaviya və Konstinantinapol (İstanbul) arasında ticarət şəbəkəsi formalaşdırmışdır. • X-XIII əsrlərdə Orta Şərq, Avropa, Şimali və Şərqi Afrika arasında Ərəb ticarəti hakim olmuşdur. • XIII əsrə qədər Çin-Aralıq Dənizi arasında güvənli və məhsuldar bir ticarət yolu – İpək Yolu (Silk Road) fəaliyyətdə olmuşdur. • XIII əsrdən sonra bu ticarət dənizlərdə, xüsusilə Çin və İtalyan şəhər-dövlətlərində geniş yayılmağa başlamışdır. • XIII-XVI əsrlərdə Balik və Şimal dənizlərində Avropa şəhər-dövlətlərinin formalaşdırdığı Hanseatic League bir ticarət hövzəsi yaratmışlar.
Beynəlxalq Ticarətin Tarixi Təkamülü • XV əsrdə Çin ən böyük dəniz donanması ilə Sakit Okeanda ticarətə nəzarət etmişdir. • XV-XVI əsrlərdə Aralıq Dənizində İtalyan şəhər-dövlətləri ticarətə nəzarət etmişdir. • İlk qlobal iqtisadiyyatın (first global economy) formalaşması Kolumbun 1492-ci ildə Qərib Hövzəsinə çıxması ilə başlamışdır. Bu tarixdən dünya ticarətində İspan vəə Portuqaliya hegamoniyası ortaya çıxmışdır. • XVII əsrdə Hollandiya və İngiltərə dünya ticarətini inkişaf etdirmişlər və koloniya əmtəə istehsalı mədəniyyətləri (colonial production of cash crops) formalaşdırmışlar. East India Trading Company, Dutch East India Trading Company kimi dövlət tərəfindən dəstəklənən beynəlxalq ticarət monopoliyaları formalaşmışdır.
Beynəlxalq Ticarətin Tarixi Təkamülü • Koloniya ticarət sistemində Asya mallarının (çay, ipək və.s) Avropa, Afrika və Amerika arasında üçbucaq ticarəti (triangular trade) ortaya çıxmışdır. • XVIII əsrdə dünya ticarətində İspaniya və Portuqaliya hakimiyyətini İngiltərə, Hollandiya və Fransa lehinə itirmişdir. • XIX əsrdə İngiltərə mərkəz olmaqla başlayan Sənaye İnqilabı ilə modern qloballaşmanın təməlləri atılmışdır. • XX əsrin II yarısından dünya ticarətində liberallaşma tendensiyaları qlobal ticarəti sürətli bir şəkildə inkişaf etdirməyə başlamışdır.
Beynəlxalq Ticarətin Tarixi Təkamülü • Bu gün əksər ölkələrdə beynəlxalq ticarət ÜDM-nin mühüm hissəsini təşkil edir. • Baxmayaraq ki, beynəlxalq ticarət qədim tarixə malikdir, onun iqtisadi, sosial və siyasi əhəmiyyəti indiki əsrdə hədsiz artmışdır. • XIX-XX əsrlərdə sənayeləşmə, inkişaf etmiş nəqliyyat, qloballaşma, transmilli korporasiyalar və outsourcing texnologiyaları beynəlxalq ticarət sisteminə təsir göstərən başlıca amillər olmuşdur. • Artan beynəlxalq ticarət qloballaşma ilə xüsusi vüsət almışdır. • Bu gün beynəlxalq ticarət dünya gücü olan ölkələr üçün başlıca iqtisadi gəlir mənbəyidir. • Beynəlxlaq ticarət olmasaydı ölkələr öz istehsallarını milli sərhədləri ilə məhdudlaşdırardılar.
Ölkələrarası və Bölgələrarası Ticarətin Əsas Fərqləri • İstehsal faktorlarının hərəkətindəki fərqliliklər; • Bir ölkənin daxilində sərbəst, ölkələr arasında isə çox vaxt müxtəlif məhdudiyyətlər mövcuddur. • Fərqli pul vahidlərinin olması; • Bir ölkənin daxilində eyni pul vahidindən, ölkələr arasında isə fərqli pul vahidlərindən istifadə edilir. • Fərqli bazarların olması; • Daxili bazarın tələb, təklif və iqtisadi siyasətdən doğan xüsusiyyətləri, digər ölkə bazarından fərqli ola bilər. • Fərqli siyasi vahidlərin olması; • Fridrix List demişkən, daxili ticarət bizlər arasında, xarici ticarət isə bizlər və onlar arasında baş verir.
Ölkələrin Xarici Ticarətə Qoşulma Səbəbləri • Yerli istehsalın yetərsizliyi: • Təbii resursların ölkələr arasında qeyri-bərabər paylanması; • Texniki bilik və ixtisaslı əməyin yetərsizliyi; • İqtisadi inkişaf fərqləri: Bəzi istehsallar daha çox kapital tələb edir; • Nisbi üstünlüklər (qiymət və məhsuldarlıq fərqləri) • Əmtəə və qiymətçeşidləndirməsi • İxtisaslaşma • İctimai və mədəni seçimlər • Meydana gələn yeni vərdişlər • Gömrük tariflərində son on illiklər ərzindəki endirimlər • Ödəmələr və bank sistemlərinin inkişafı • Digər iqtisadi fəaliyyətlər (transmilli korporasiyaların fəaliyəti, beynəlxalq investisiya əməkdaşlığı və.s)
Beynəlxalq Ticarətin İnkişafına Təsir Edən Bəzi Amillər • Məsafə • Rəqabətə davamlı imkanlar və resurslar • Mədəni oxşarlıqlar • Ölkələr arasında əlaqələr • Biznes tsikllləri • Müharibələr və üsyan • İqlim • İnnovasiya potensialı
Beynəlxalq Ticarət və Ölkənin Açıqlıq İndeksi • Açıqlıq indeksi (Index of Openness) = [İxrac (Exports) + İdxal (Imports)] / ÜDM (GDP)
Beynəlxalq Ticarət və Qarşılıqlı Asılılıq (interdependency) • Milli iqtisadiyyatda olduğu kimi beynəlxalq iqtisadiyyatda da əsas prinsip əmək bölgüsü (division of labor)və ixtisaslaşmadır (specialization). • Əmək bölgüsü və ixtisaslaşma da azad ticarətin(free trade) olmasını zəruri edir. • Bəzən ifrat ixtisaslaşma ifrat asılılıq doğurur ki, bu da çox vaxt milli iqtisadiyyatların xarici bazarlardakı proqnozlaşdırılmayan proseslər qarşısında çətin vəziyyətə düşməsinə səbəb olur. • Məsələn, Birləşmiş Krallığın emal olunmuş neft baxımından Sinqapurdan asılılığı. Sinqapurun emal məqsədilə xam neftin idxalından asılılığı.
Firmaların Beynəlxalq Ticarətə Qoşulma Səbəbləri • Xərcləri azaltmaq • Ucuz xammal və miqyas iqtisadiyyatı hesabına • Daha çox mənffəət əldə etmək • Ölkədaxili bazara nisbətən baha və daha çox satış hesabına • Risqləri diversifikasiya etmək • Müxtəlif satış bazarlarına çıxış əldə etmək hesabına • Strateji üstünlüklər əldə etmək • Müəyyən bazarlardakı boşluqları tutmaq hesabına • Boş potensialdan isitifadə etmək • Daha böyük bazarlara çıxmaq hesabına • Ölkədaxili faydalılığın olmaması • Çox vaxt xarici bazarlar daxili bazara nisbətən rentabelli ola bilər
Beynəlxalq Ticarətdə Risqlər • I. İqtisadi risqlər: • Alıcı iflası risqi • Uzunmüddətli borcu ödəməmənin risqi • Rəddetmənin risqi • Valyuta kursları risqi • İqtisadi müstəqilliyi itirmək • II. Siyasi risqlər: • İmtina və ya idxal-ixrac lisenziyalarının yeniləşdirilməsinin risqi • Müharibə risqləri • Müsadirərisqi və ya idxalatçının şirkətinin müsadirəsi • Transfert risqləri (valyutalarla bağlı) • Siyasi partiyaların idxalatçı kompaniyalara təsiri • Siyasi müstəqilliyi itirmək • Məhsulları yüklədikdən sonra idxala qadağa qoyulması
Beynəlxalq Ticarətdən İtirənlər və Qazananlar • Beynəlxalq ticarət ölkələrə müxtəlif yollarla fayda gətirir, ancaq eyni zamanda ölkədaxili bəzi qruplara ziyan da verir: • Qazananlar: ixrac sektorları, bol resursların sahibləri (ixrac hesabına bunlar güclənəcək). • İtirənlər: idxal rəqabətli sektorlar, məhdud resursların mülkiyyətçiləri (idxal hesabına bunların daxili bazardakı mövqeləri zəifləyəcək).
Ölkənin Beynəlxalq Ticarətdə İştirakının Bəzi Əsas Göstəriciləri • İxrac kvotası = İxrac / ÜDM • İxracın artım tempinin ÜDM-nin artım tempini üstələməsi əmsalı • İdxal kvotası = İdxal / ÜDM • İdxalın artım tempinin ÜDM-nin artım tempini üstələməsi əmsalı • Xarici ticarət kvotası və ya açıqlıq indeksi = (İdxalat + İxracat)/ÜDM
Dünya Əmtəə İxracı və ÜDM Artımının Müqayisəsi (2005-2012, %)
Ölkələrinin Əmtəələr üzrə Beynəlxalq Ticarət Dövriyyəsinin Həcmi (2012)
Ölkələrinin Xidmətlər üzrə Beynəlxalq Ticarət Dövriyyəsinin Həcmi (2012)
IDərsin Əsas Anlayışları • Beynəlxalq ticarət (international trade) • Uzaq məsafələrlə ticarət (long-distance trade) • İlk qlobal iqtisadiyyatın (first global economy) • Koloniya əmtəə istehsalı mədəniyyətləri (colonial production of cash crops) • Əmək bölgüsü (division of labor) • İxtisaslaşma (specialization) • Azad ticarət (free trade) • Açıqlıq indeksi (openness index) • Qarşılıqlı asılılıq (interdependency)
Mənbələr • P. Krugman and M. Obstfeld, International Economics: Theory and Policy, Seventh Edition Pearson – Addison Weasley. • James Gerber, International Economics, Third Edition, Pearson Education , 2005. • Raymond Miller, International Political Economy: Contrasting World Views, Routledge, 2008 • H. Seyidoğlu, Uluslararası İktisat: Teori, Politika ve Uygulama, XV. Baskı, İstanbul, 2013. • R. Karluk, Uluslararası Ekonomi: Teori ve Politika, VI. Baskı, İstanbul, 2009. • WTO, International Trade Statistics 2013.