130 likes | 361 Views
XVIII BÖ LM Ə MÜHAZİRƏ QEYDLƏRİ: İQTİSADİ İNKİŞAF VƏ XARİCİ TİCARƏT SİYASƏTİ. Müəl. Elşən BAĞIRZADƏ. Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq İqtisadi Münasibətlər Kafedrası Bakı - 201 1.
E N D
XVIII BÖLMƏ MÜHAZİRƏ QEYDLƏRİ: İQTİSADİ İNKİŞAF VƏ XARİCİ TİCARƏT SİYASƏTİ Müəl. Elşən BAĞIRZADƏ Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq İqtisadi Münasibətlər Kafedrası Bakı - 2011 Təqdimatlarda Paul R. Krugman ve Maurice Obstfeld tərəfindən yazılmış “International Economics: Theory and Policy”və Halil Seyidoğlu tərəfındən yazılmış “Uluslararası İktisat: Teori, Politika ve Uygulama” adlı dərsliklər əsas götürülmüşdür. Fənn: Beynəlxalq İqtisadi Münasibətlər
Mündəricat • Giriş .................................................................................................. 3 • İqtisadi inkişaf baxımından ənənəvi xarici ticarət nəzəriyyəsi ..........4 • İqtisadi artımın motoru kimi xarici ticarət tezisi .............................. 5 • Sənayeləşmə strategiyaları ................................................................ 6 • Aqrar sektorun sənayeləşməyə xidmətləri ........................................ 9 • Sənayeləşmə, təbii resursun qorunması və sərbəst ticarət .............. 10 • Artan proteksionizm və zəif inkişaf etmiş ölkələrin sənayeləşməsi ................................................................................. 11 • Aqrar məhsulların beynəlxalq ticarəti ............................................ 12 • Mənbələr ......................................................................................... 13
Giriş • Zəif inkişaf etmiş ölkələrdə sənayeləşmə, iqtisadi siyasətin əsas məqsədlərindən biridir. • Çünki sənayeləşmə inkişafın təkanverici qüvvəsidir. • 1950-ci illərdən bəri, xüsusilə Yaponiyanın uğurundan sonra inkişafı sənayeləşmə ilə birlikdə işlədilməsi istiqamətində ümumi bir meyl yaranmışdır. • Zəif inkişaf etmiş ölkələrdə inkişaf cəhdlərinin məqsədi aqrar sektora dayanan iqtisadi strukturun sənaye istiqamətində dəyişdirilməsidir. • Bu xarici ticarət üçün də eynidir; qida və xammal ixracından yükəsək texnologiyanı özündə birləşdirən sənaye malları ixracına keçid. • Qloballaşma prosesində bir ölkənin inkişafı xarici ticarət ilə sıx bağlıdır.
İqtisadi inkişaf baxımından ənənəvi xarici ticarət nəzəriyyəsi • Ənənəvi xarici ticarət nəzəriyyəsinin təməlində dayanan Müqayisəli Üstünlük Nəzəriyyəsinə görə inkişaf etmiş ölkələr sənaye məhsulları, zəif inişaf etmiş ölkələr də qida və xammal sahəsində ixtisaslaşaraq ticarət etsələr hər ikisi qazanacaqdır. • Ancaq bu statik yanaşmadır. Unuz müddəli dövrdə xarici ticarətin belə bir strukturu zəif inkişaf etmiş ölkələri inkişaf etmiş ölkələrdən daha da asılı hala gətirə bilər. • Bu baxımdan zəif inkişaf etmiş ölkələr uzunmüddətli dövrdə öz xarici ticarətlərinin strukturunu sənaye məhsulları istiqamətində dəyişdirməyə məcburdurlar.
İqtisadi artımın motoru kimi xarici ticarət tezisi • 1815-1913-cü illər arasında İngiltərənin əhalisi 3 dəfə, ÜDM-i 10 dəfə artdığı halda idxalı da 20 dəfə artmışdır ki, bu da Avstraliya, Yeni Zellandiya, Argentina, Cənubi Afrika kimi o günkü yeni məskunlaşan ərazilərin ixracatını artırmışdır. • İngiltərədəki bu iqtisadi artım multiplikasiya effekti ilə yeni məskunlaşan ərazilərə və digər dünyaya yayılmışdır. • Nəticədə ixracat artımı yeni inkişaf edən bu ölkələrdə, məşhur iqtisadçı Nurksenin söylədiyi kimi iqtisadi artım və inkişafı sürətləndirən lokomotiv amil roluna keçmişdir. • Qısacası bu baxışa görə beynəlxalq ticarət, göstərilən ölkələr baxımından bir növ “iqtisadi artımın motoru” (the engine of growth) rolunu oynamıdşır.
Sənayeləşmə strategiyaları-1 • Strategiya ümumi model və ya yanaşma deməkdir; siyasətdən daha geniş mənalıdır. Hər hansı bir strategiya ancaq onunla uyğun olan siyasətlər vasitəsilə həyata keçirilə bilər. • Sənayeləşmə strategiyaları: • İdxalı əvəz edən (import-substitution) sənayeləşmə • İxrac yönümlü (export-oriented) sənayeləşmə
Sənayeləşmə strategiyaları-2 • Ölkələri idxalı əvəz edən ticarət siyasətinə yönəldən səbəblər: • Daxili bazar üçün istehsalın xarici bazar ilə müqayisə etdikdə daha asan olması, • Daxili bazarda xarici bazarlara nisbətən daha yumuşaq rəqabətin olması, • İdxalı əvəz edən siyasətin alternativ siyasətləri də, məsələn ixracatın təşviq edilməsini də əhatə etdiyi düşünülür, • Valyuta xərclərinə qənaət ediləcəyi düşünülür, • Yüksək inkişaf etmiş bir sənaye strukturu formalaşdırmanın təsirili vasitəsi kimi qəbul edilir, • İdxalı əvəz edən ticarət siyasətinin, xüsusilə istehlak sektorları sahəsində xarici kapital investisiyalarını təşviq edəcəyi düşünülür.
Sənayeləşmə strategiyaları-3 • İdxalı əvəz edən ticarət siyasətinin yol açdığı problemlər: • Resursların israfı, • Xaricdən asılılıq (aralıq məhsulların idxalı artır), • İxracat sektorları əlehinə doğan disbalans, • Xarici borcların artması, • Ölkəyə yad olan sənaye strukturu (işsizliyin artması).
Aqrar sektorun sənayeləşməyə xidmətləri • Aqrar sektorun yığım mənbəyi olması, • Aqrar sektorun valyuta mənbəyi olması, • Aqrar sektorun qida və xammal mənbəyi olması, • Aqrar sektorun iş qüvvəsi mənbəyi olması, • Aqrar sektorun bazar yaratması, • Aqrar sektorun sosial baxımdan stabil bir struktura malik olması.
Sənayeləşmə, təbii resursun qorunması və sərbəst ticarət • Müasir dövrdə ekoloji problemləri də göz önünə alan davamlı inkişafın reallaşdırılması əhəmiyyət qazanmışdır. • Ekoloji problem ölkələrin daxili problemi olmaqdan çıxmışdır. • Qərbli ekologiya müdafiəçilərinə azad ticarət təbii mühitə mənfi təsir göstərən bir siyasətdir. • Ölkələr arasında ekoloji standartların fərqli olması, bəzi sənaye sahələrinin ölkələr arasında yer dəyişdirməsindəki səbəbləri də izah edir.
Artan proteksionizm və zəif inkişaf etmiş ölkələrin sənayeləşməsi • Zəif inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrin sənaye malları ixracında inkişaf etmiş ölkə bazarlarına sərbəst girə bilmələri, bu ölkələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. • Başqa sözlə, sənayeləşmiş ölkələrdəki ticarəti məhdudlaşdırıcı siyasətlər, zəif inkişaf etmiş ölkələrin ixracat imkanlarını, digər ifadə ilə inkişaf etmələrini mühüm ölçüdə aradan qaldırır.
Aqrar məhsulların beynəlxalq ticarəti • Aqrar sektor bütün ölkələrdə ən çox qorunan sektorlardandır. • Bu aqrar sektorun təbii strukturundan irəli gəlir. • Aqrar sektor məhsullaının beynəlxalq ticarətinin sərbəstləşdirilməsində DTT-nin 1995-ci ildə ortaya çıxardığı Kənd Təsərrüfatı Sazişinin mühüm payı vardır.
Mənbələr • P. Krugman and M. Obstfeld, International Economics: Theory and Policy, Seventh Edition Pearson – Addison Weasley. • H. Seyidoğlu, Uluslararası İktisat: Teori, Politika ve Uygulama, XV. Baskı, İstanbul, 2003. • R. Karluk, Uluslararası Ekonomi: Teori ve Politika, VI. Baskı, İstanbul, 2002. • İrşad Kərimli, Beynəlxalq İqtisadi Münasibətlərin Müasir Problemləri, Bakı, 2006.