380 likes | 1.02k Views
MEYVƏ BİTKİLƏRİNDƏ KÖK SİSTEMİNİN QURULUŞU, BÖYÜMƏSİ VƏ FORMALAŞMASI QANUNAUYĞUNLUĞU. k.t.e.doktoru, professor Zaur HƏSƏNOV. Kök sisteminin bitki həyatında rolu Kök sisteminin böyüməsi və inkişafı üçün tələb olunan şərait Çoxaldılma üsulundan asılı olaraq kök sisteminin xüsusiyyətləri
E N D
MEYVƏ BİTKİLƏRİNDƏ KÖK SİSTEMİNİN QURULUŞU, BÖYÜMƏSİ VƏ FORMALAŞMASI QANUNAUYĞUNLUĞU k.t.e.doktoru, professor Zaur HƏSƏNOV
Kök sisteminin bitki həyatında rolu • Kök sisteminin böyüməsi və inkişafı üçün tələb olunan şərait • Çoxaldılma üsulundan asılı olaraq kök sisteminin xüsusiyyətləri • Köklərin torpaqda yerləşməsi xarakteri • Köklərin morfoloji və anatomik quruluşu • Köklərin böyüməsi və formalaşması qanuna-uyğunluğu
KÖK SİSTEMİNİN BİTKİ HƏYATINDA ROLU • Bitkinin normal böyüməsi, inkişafı, yüksək və keyfıyyətli məhsul verməsində kök sistemi böyük rol oynayır. Odur ki, kök bitkinin sütunu, onun bünövrəsi adlanır. • Bitkini torpağa bərkidir • Şaquli vəziyyətdə durmasını təmin edir • Torpaq mühitinə üzvi maddələr ifraz edir • Torpaqda mikroorqanizmlərdə simbioz həyata təkan verir • Torpaqdan suyu və suda həll olunmuş mineral maddələrin məhlulunu sorur • Sorulmuş minerallardan üzvi maddələr-aminlər, amidlər, lipoidlər, auksinlər sintez edir • Torpağın bərk fazasına fəal təsir edir
KÖK SİSTEMİNİN BÖYÜMƏSİ VƏ İNKİŞAFI ÜÇÜN TƏLƏB OLUNAN ŞƏRAİT • Yumşaq, rütubətli, hava və qida maddələri ilə təminat • Torpaqda mikroorqanizmlərin və soxulcan-ların miqdarını artırmaq • Temperatur rejimini nizamlamaq • Rütubət rejimini nizamlamaq • Torpaq mühiti reaksiyasını nizamlamaq • Torpaq havası rejimini nizamlamaq
YUMŞAQ, RÜTUBƏTLİ, HAVA VƏ QİDA MADDƏLƏRİ İLƏ TƏMİNAT Torpağın becərilməsi ilə bağlı tətbiq olunan bü-tün texnoloji əməliyyat kök sisteminin normal inkişa-fı üçün yüksək səviyyədə, ardıcıl və vaxtında icra olunmalıdır. Yumşaq, rütubətli, hava və qida maddələ-ri ilə təmin olunmuş torpaq kök sisteminin normal inkişafına, onun torpağın dərin qatlarına və ətrafa yayılmasına əlverişli şərait yaradır. Belə normal şə-raitdə müxtəlif faydalı canlıların həyat fəaliyyəti yük-səldiyindən kök sistemi daha da normal böyüyür və in-kişaf edir.
TORPAQDA MİKROORQANİZMLƏRİN VƏ SOXULCANLARIN MİQDARINI ARTIRMAQ Torpağın yumşalmasında soxulcanların rolu əvəzedil-məzdir. Onlar kotan kimi torpağı çevirir, onu bitki və hey-van qalıqları ilə qarışdırır. Bir il ərzində bir hektar sahədə olan soxulcanlar 25-38 tonadək torpağı tədricən udaraq hə-zm cihazından keçirib ifraz edir. Bitkinin kökləri soxulcan-ların torpaqda açdığı izlərlə torpağın 10 m-dək dərinliyinə işləyir. Soxulcanlar eyni vaxtda torpağın fıziki xüsusiyyətini yaxşılaşdırır, onun münbitliyinin yüksəldilməsində fəal rol oynayır. Torpaqda mikroorqanizmlərin fəaliyyəti müxtəlif də-yişikliklər yaradaraq bitkinin kök sisteminin inkişafına, yer-üstü sisteminin normal qidalanmasına, nəticədə bitkinin yüksək və keyfıyyətli məhsul verməsinə müsbət təsir edir.
TEMPERATUR REJİMİNİ NİZAMLAMAQ Kök sistemində vegetasiya dövrü şimal rayonlarında 4-6 ay davam etdiyi halda, cənub rayonlarında o fasiləsiz, il müddətində fəaliyyətdə olur. Yazda kök sisteminin ve-getasiya dövrünün başlanması vaxtı, onun böyüməsi ritmi meyvə bitkisinin bioloji xüsusiyyətindən asılı olaraq torpaqda müxtəlif temperatur şəraiti ilə əlaqədardır. Belə ki, yazda kök sistemində vegetasiya dövrü şaftalı, ərik, badam bitkisində torpaqda temperatur +4 +6°C olduqda başladığı halda, alma, armud bitkisində +7 +8°C-də, nar, incir bitkisində +9 +10°C-də, sitrus bitkilərində isə +10 +16°C-də başlayır.
Torpaqda istiliyin azlığı və yüksəkliyi kök sisteminin böyüməsinə maneçilik törədir. Bu bitkinin cins, növ və sort xüsusiyyəti ilə əlaqədardır. Belə ki, alma, armud bitkisinin kök sistemi torpaqda +7 +20°C istilikdə normal böyüyüb inkişaf etdiyi halda, +20°C-dən yüksək istilikdə böyümə zəifləyir, +30°C istilikdə isə onun böyüməsi dayanır. Torpaqda temperaturun aşağı olması da kök sisteminin fəaliyyətinə mənfı təsir göstərir.
RÜTUBƏT REJİMİNİ NİZAMLAMAQ Torpaqda rütubət onun ən aşağı rütubət tu-tumunun 70-80%-i qədər olduqda fəal köklər normal böyüyür, inkişaf edir, rütubət azaldıq-da, təxminən 70%-dən aşağı olduqda köklər birinci anatomik quruluşu vəziyyətində ikən onların böyüməsi zəifləyir, həll olmuş mineral duzları torpaq məhlulundan sormaları qabiliyyəti itir, köklərdə suberinləşmə (mantarlaşma) prosesi sürətlənir.
TORPAQ MÜHİTİ REAKSİYASINI NİZAMLAMAQ Əksər meyvə-giləmeyvə bitkilərində sorucu köklərin normal fəaliyyəti üçün torpaq mühiti-nin reaksiyası neytral (pH 6-7) olmalıdır. Tor-pağın 2-2,5 m dərinliyində pH 8,5 olduqda, belə sahə meyvə-giləmeyvə bitkilərinin becə-rilməsi üçün yararsız olur.
TORPAQ HAVASI REJİMİNİ NİZAMLAMAQ Kök, tənəffüs prosesində karbon qazını ixrac ed-ir, oksigeni isə mənimsəyir. Kökün normal böyümə-si və yüksək fəaliyyəti üçün torpaq havasında kar-bon qazı 1%-dən artıq, oksigen isə 10-12%-dən az olmamalıdır. Torpaqdakı artıq karbon qazının ixracı və torpaq mühitinə oksigenin daxil olması - aerasiya prosesi atmosfer və torpaq havasının mübadiləsi yo-lu ilə təzim olunur. Torpaqda qaz mübadiləsinin in-tensivliyi torpağın kiplik dərəcəsindən, strukturun-dan, rütubətlilik vəziyyətindən asılıdır.
ÇOXALDILMA ÜSULUNDAN ASILI OLARAQ KÖK SİSTEMİNİN XÜSUSİYYƏTLƏRİ • Köklərin törəmə mənşəi • Əsil tipli kök sisteminin xüsusiyyətləri • Əlavə tipli kök sisteminin xüsusiyyətləri
KÖKLƏRİN TÖRƏMƏ MƏNŞƏİ Çoxaldılma üsulundan asılı olaraq kök sistemi-nin xüsusiyyətləri. Toxumdan əmələ gəlmiş bitkiyə tumsar və ya toxmacar deyilir. Toxmacarın kökü priventiv və ya əs-il kök adlanır. «Privio» latın sözü olub, «çoxdan möv-cudam» mənasını verir. Vegetativ çoxaldılma üsulundan əmələ gəlmış bitkidə olan kökə əlavə və ya adventiv kök deyilir. Adventiv termini latın sözü olan «adventikus» sözü-nün hallandırılmasından əmələ gəlib, «indicə gəlmi-şəm» deməkdir.
ƏSİL TİPLİ KÖK SİSTEMİNİN XÜSUSİYYƏTLƏRİ Əsil kök mil köklü olur. Mil kök yeni əmələ gələn dövrdə onun böyründəki yan köklər uzun, zərif və qısa ömürlü, yaşlı toxmacarda isə yan köklər gödək boylu, nisbətən yoğun və uzun ömü-rlü olurlar. Birillik alma toxmacarında bir vegeta-siya dövründə 40 min ədədək kök əmələ gəlir. On-ların hamısının ümumi uzunluğu birlikdə 200 m-dən artıq olur. Yaşlı alma tumsarında isə milyona-dək kök olub, onların ümumi uzunluğu birlikdə 10 km-dək olur.
ƏLAVƏ TİPLİ KÖK SİSTEMİNİN XÜSUSİYYƏTLƏRİ Vegetativ çoxaldılma üsulundan əmələ gəlmiş bitkinin kök sistemində mil kök olmur. Belə bitki-də kök, çilik, zoğ, budaq, bığcıq, pöhrə və ya kö-kün perisiklinin kök başlanğıcmdan əmələ gəlir. Kök başlanğıcı meristem hüceyrə qrupu olub, özək şüalarının əks tərəfındə yerləşir. Vegetativ üsulla yetişdirilmiş bitkinin kök sistemi torpağın dərinlik-lərinə işləmir, köklər əsas etibarilə torpaq səthinə yaxında, üfqi istiqamətdə yerləşir.
KÖKLƏRİN TORPAQDA YERLƏŞMƏSİ XARAKTERİ • Şaquli köklərin xüsusiyyətləri • Üfqi köklərin xüsusiyyətləri • Kök sisteminin arxitektonikasına təsir edən amillər
ŞAQULİ KÖKLƏRİN XÜSUSİYYƏTLƏRİ Torpağın dərin qatlarına şaquli vəziyyətdə işləyən kök-lərə şaquli kök deyilir. Kökün torpağın dərin qatlarına işlə-məsi dərəcəsi bitkinin cins, növ xüsusiyyətindən, torpağın me-xaniki tərkibindən, coğrafi şəraitdən, bitkinin çoxaldılması üsulundan, calaqüstünün xüsusiyyətindən, torpaqdakı canlıla-rın fəaliyyətindən asılıdır. Şaquli köklər torpağın tipindən və cinsin xüsusiyyətin-dən asılı olaraq 1-2 m-dən 8-12 m-dək dərinliyə işləyə bilir. Belə köklər bitkini torpağa bərkitməklə yanaşı, onun quraq-lığa davamlılığını da təmin edə bilir. Eyni zamanda şaquli köklər ana süxurlardan bitki üçün həyatı əhəmiyyəti olan mik-roelementləri bitkiyə çatdırır. Ağacın yüksək və keyfiyyətli məhsul verməsi üçün şaquli kökün torpağın 2 m-dən az olma-yaraq dərinliyinə işləməsi tələb olunur.
ÜFQİ KÖKLƏRİN XÜSUSİYYƏTLƏRİ Torpaq səthinə paralel yerləşən kökə üfqi kök deyilir. Qida maddələri, xeyirli mikroorqanizmlər və kökün inkişafı üçün zəruri olan hava, rütubət, temperatur və başqa şərait adə-tən torpağın üst qatında cəmlənir. Buna görə də kök sistemi-nin əsas kütləsi torpaqda üfqi vəziyyətdə yerləşir. Kökün üfqi vəziyyətdə torpağın dərinliklərinə işləməsi bitkinin filogenetik inkişaf tarixində qazandığı xüsusiyyətlərdən, torpağın mexa-niki tərkibindən, bitkinin çoxaldılması üsulundan, qrunt suları-nın torpaq səthinə yaxınlığından, coğrafı şəraitdən, bitkinin ci-ns, növ xüsusiyyətindən və d. amillərdən asılıdır. Üfqi köklər rütubətli torpaq şəraitində dayazda, quraq torpaq şəraitində isə nisbətən dərində yerləşir.
KÖK SİSTEMİNİN ARXİTEKTO-NİKASINA TƏSİR EDƏN AMİLLƏR Meyvə-giləmeyvə bitkilərinin həyatında kök sisteminin həlledici rol oynamasını bilib, torpağın dərin şumlanması, mineral və üzvi gübrələrin veril-məsi, torpağın normal rütubətlilikdə, alaq otlarından təmiz və həmişə yumşaq vəziyyətdə saxlanılması ilə köklərin şaquli və üfqi olaraq torpağın dərin qatları-na işləməsini, bitkinin yüksək və keyfıyyətli məhsul verməsini təmin etmək lazımdır. Kök sisteminin torpaqda yerləşməsi istiqaməti və dərinliyi sortun xüsusiyyətindən asılıdır.
KÖKLƏRİN MORFOLOJİ VƏ ANATOMİK QURULUŞU • Skelet və yarımskelet köklərin xüsusiyyət-ləri • Saçaqlı köklərin morfoloji quruluşu • Rizosfera və mikorizə göbələkləri • Sorucu köklərin anatomik quruluşu • Sorucu köklərin ibtidai quruluşdan ikinci quruluşa keçməsi
SKELET VƏ YARIMSKELET KÖKLƏRİN XÜSUSİYYƏTLƏRİ Skelet köklər. Skelet köklər yoğun, uzun və uzun ömürlü ol-ub, kök sisteminin özülünü, onun skeletini təşkil edir. Kök sistemi-ndə olan birinci sıra köklər skelet köklər adlanır. Belə köklərin uzunluğu bitkinin bioloji xüsusiyyətindən asılı olaraq 0,3 m-dən bir neçə metrədək, yoğunluqları isə 10 sm-dək olur. Birinci sıra skelet köklər uzun ömürlü olub, bitkinin birinci sıra skelet budaqlarına müvafıq ömür sürürlər. Skelet köklər bitkini torpağa bərkidərək əs-as dayaq rolunu oynayır, qida maddələri ehtiyat ha-lında skelet köklərdə toplanır. Yarımskelet köklər. Adətən birinci sıra skelet köklərdən ay-rılmış ikinci sıra köklərə, bəzi yaşlı bitkilərdə isə üçüncü sıra kök-lərə yarımskelet köklər deyilir. Yarımskelet köklər birinci sıra ske-let köklərdən nisbətən gödək, nazik və qısa ömürlü olmaları ilə fər-qlənirlər. Yarımskelet köklərdə ehtiyat qida maddələri toplanır.
SAÇAQLI KÖKLƏRİN MORFOLOJİ QURULUŞU Sacaqlı köklər. Skelet və yarımskelet köklər üzərin-də saçaqlı köklər yerləşir. Belə köklər gödək boylu, nazik və qısa ömürlü olmaları ilə səciyyələnir. Bu köklərin uz-unluğu millimetrdən başlayıb bir neçə santimetrədək, yo-ğunluqları isə 3 mm-dək olur. Saçaqlı köklər həm miqdar və həm də uzunluqları etibarilə kök sisteminin əsas kütlə-sini təşkil edir. Onlar torpaqdan suyu, suda həll olmuş qi-da maddələrini sorub yarpağın fəaliyyəti ilə bahəm bitkidə böyümə prosesini və yüksək məhsulun özülünü yaradırlar. Saçaqlı köklər morfoloji nişanələri, anatomik quruluşları və daşıdıqları vəzifəyə görə aşağıdakı dörd qrupa ayrılırlar (Şəkil 2).
RİZOSFERA VƏ MİKORİZƏ GÖBƏLƏKLƏRİ Rizosfera.İki yunan sözünün birləşməsindən əmələ gəlmiş rizosfera («ridzo» - kök, «sfeyra» - şar deməkdir) məfhumu geniş mənada kökətrafı mühit anlayışını əks et-dirir. Rizosfera bitkinin torpaqdakı ehtiyat qida maddələri-ndən istifadəsi, onun kök və yerüstü sistemlərinin normal böyüməsi və inkişafı üçün vasitəçi rolunu oynayır. Rizos-ferada toplanmış mikroblar kök sisteminin inkişafını sü-rətləndirən müxtəlif maddələr sintez edir, kök sistemi isə öz növbəsində ixrac etdiyi maddələrlə mikroorqanizmlərin böyümə və inkişafına müsbət təsir edir. Beləliklə mikroor-qanizmlərlə kök sistemi qarşılıqlı yardım şəraitində həyat sürürlər.
Mikorizə.İki yunan sözünün birləş-məsindən əmələ gəlmiş termindir. Burada «mikes» - göbələk, «ridza» (riza) - kök de-məkdir. Canlı bitkilərdə köklə göbələyin müş-tərək, birlikdə, simbioz yaşamalarına mikoriza deyilir. Mikorizə göbələk mitsellərinin canlı bitkinin kökləri ilə simbiozluğuna deyilir.
SORUCU KÖKLƏRİN ANATOMİK QURULUŞU Sorucu köklərin en kəsimində kənardan mərkəzə doğru aşağıdakı hissələr ayrılır. Epiblema. Örtücü toxumanın homoloqu olmasına baxmayaraq onun əks funksiyasını aparır: su və mineral qida maddələrini sorur. Ekzoderma. Birbaşa epiblemin altında yerləşib, bir cərgə hüceyrələrdən ibarətdir. İlk qabıq (parenxim). Çox cərgəli (5-20 və daha çox) tipik parenxim hüceyrələrdən təşkil olunmuş bu hissə ekzodermadan sonra yerləşir. Armatur həlqələri. Parenximin bir hissəsi olub, onu endoderma ilə birləşdirir. Bunlar divarı nisbətən qalın ol-an bir və ya bir neçə qat hüceyrlərdən ibarət olur.
Perisikl. Mərkəzi silindrin xarici hissəsi olub, bir və ya bir neçə qat hüceyrələrdən təşkil olunaraq endodermin altında başdan-başa həlqə kimi yerlə-şirlər. Floema. Ksilem şüaları arasında yerləşərək perisiklə sıxılmış vəziyyətdə yerləşirlər. Ksilema. Başlıca olaraq borular, traxeidlər, su keçirən elementlərdən təşkil olunmuş hüceyrələr qrupudur. Endoderma. Mərkəzi silindrə birləşmiş qövs şəklində yerləşən bir cərgə hüceyrələrdən ibarətdir.
SORUCU KÖKLƏRİN İBTIDAİ QURULUŞDAN İKİNCİ QURULUŞA KEÇMƏSİ Sorucu köklərin ikinci quruluşa keçməsi (suberinləsmə). Suberinləşmə prosesi qeyd edildiyi kimi hüceyrə qılafının mantarlaşmasıdır. Bu proses köklərin ibtidai quruluşdan ikinci quruluşa keçməsidir ki, o da sinxron və asinxron tipli olur. Sinxrontipli çevrilmə zamanı kambi və fellogen eyni vaxtda yaranır və fəaliyyətə başlayırlar. Bunun ardınca ilk qabıq məhv olur. Belə çevrilmə alma, armud, heyva, albalı, gavalı, ərik, şaftalı, qarağat, fırəng üzümü, üzüm, incir, nar üçün xarakterikdir.
Asinxron tipli çevrilmə zamanı fellogen yaranır və kambidən sonra fəaliyyətə başlayır. Belə çevrilmə-yə ən çox qoz, fındıq, şabalıd, xirnik, limon, moruq, böyürtkən, çiyələk bitkilərində rast olunur. Sinxron tipli cevrilmə xarakterinə malik bitkilər-də (əsasən qışda yarpaqlarını tökən bitkilər) ibtidai qa-bığın ömrü nisbətən gödək olur. Belə bitkilərdə qış dövründə sorucu köklər öz əhəmiyyətini ciddi şəkildə itirirlər. Qışda yarpağını tökməyən bitkilərdə hətta qış dövründə belə sorucu köklər öz fəallıqlarını itirmirlər. Belə bitkilərdə çevrilmə əsasən asinxron tiplidir.
KÖKLƏRİN BÖYÜMƏSİ VƏ FORMALAŞMASI QANUNAUYĞUNLUĞU • Kökün böyüməsi xarakteri • Köklərin qidalanması • Kök sisteminin formalaşması
KÖKÜN BÖYÜMƏSİ XARAKTERİ Yeraltı sistem. Kök həmişə böyümə konusu ilə uzanaraq torpağın müxtəlif istiqamətlərinə yönəlir. O, yumşaq, rütubətli və qidalı torpaqlarda sürətlə bö-yüyərək torpağın dərin qatlarına işləyir. Lakin o daş-lı, çınqıllı, bərk torpaqlara və başqa müqavimətə rast gəldikdə istiqamətini dəyişir, burulur, qıvrılır. Böyü-mə konusu zərif meristem toxumalardan təşkil olun-duğundan maneələrin təsirindən asanlıqla məhv ola bilər. Böyümə konusunun zədələnməməsi üçün onda üsküyəbənzər örtük toxuma əmələ gəlmişdir. Bu ör-tük kökün böyümə konusunu xarici tərəfdən bürüdü-yündən ona kök üsküyü deyilir.
Kökün torpağın dərin qatlarına işlə-məsində kök üsküyü böyük rol oynayır. Maneələrdən nazikləşərək məhv olmuş üsküyü meristem daxilindən əmələ gəlmiş hüceyrələr əvəz edərək yeni üskük əmələ gətirirlər.
KÖKLƏRİN QİDALANMASI Toxmacarın mil kökü torpağın müəyyən dərinliyinə çatdıqdan sonra onun üzərində birinci sıra, ikinci sıra və növbəti sıra köklər əmələ gəlir, toxmacarın qida maddələ-rinə tələbi artır. Lakin köklər torpaqda olan üzvi qida mad-dələrindən istifadə edə bilmir, üzvi birləşmələrin mineral-laşması zəruriyyəti meydana çıxır. Üzvi maddələr iki vasi-tə ilə minerallaşır. Bir tərəfdən kökün böyümə konusu tor-pağa müxtəlif tərkibli turşular buraxmaqla üzvi birləşmə-ləri parçalayaraq minerallaşdırır. Böyümə konusunun ucu-nda olan hüceyrələr maneələrə sürtülərək məhv olur, tor-paqda olan mikroorqanizmlər kökün bu ölü hüceyrələri ilə qidalandıqlarından kökün ucuna toplanırlar. Üzvi birləş-mələri parçalayaraq minerallaşdıran ikinci və əsas vasitə mikroorqanizmlərdir. Torpaqda olan faydalı göbələklər – mikorizalar bitkinin qidalanması üçün əlverişli şərait yara-dır.
KÖK SİSTEMİNİN FORMALAŞMASI Kök sisteminin formalaşmasında torpağın tipi, iqlim şəraiti və tətbiq olunan texnoloji əməliyyat böyük rol oyna-yır. Eyni alma sortunda kök sisteminin üfqi istiqamətdə ya-yılması torpaq-iqlim şəraitindən asılı olaraq 30-50 sm-dən 100-120 sm-ə qədər dərinliyə işləyir. Armuda calanılmış yaşlı armud ağacının kökü gövdədən 12 m-dək ətrafa yayıl-dığı halda heyvaya calanmış həmin armud sortunun eyni ya-şda olan ağacının kökü gövdədən 3 m kənarda yerləşir. Kök sistemi yerüstü hissədən dalıa sürətlə genişlənir. Yaşlı ağa-cın kök sisteminin diametri yerüstü sistemin diametrindən 1,5-2,0 dəfə, bəzən daha artıq olur. Yabanı almaya calanıl-mış yaşlı, məhsul verən Sarı sinap alma sortundan olan ağa-cın köklərinin ümumi uzunluğu 2,7 km olub, burada torpağa şaquli gedən köklərin ümumi uzunluğu 1,6 km, üfqi köklə-rin ümumi uzunluğu 1,1 km olur.
Kök sisteminin forması adətən sortun çətri-nin formasına uyğun olur. Qəndil Sinap alma sor-tunun çətri yığcam ehram formalı, Simirenko re-neti alma sortunun çətiri isə enli, ətrafa yayılandır. Qəndil Sinap sortunun toxmacarına calanmış Si-mirenko reneti sortunun təsiri nəticəsində Qəndil Sinap toxmacarının kök sistemi genişlənir. Simi-renko reneti toxmacarına calanmış Qəndil Sinap alma sortunun təsiri nəticəsində isə Simirenko re-neti toxmacarının kök sistemi ehram formalı olur.
MƏNBƏ • Zaur Həsənov, Cəbrayıl Əliyev – Meyvəçilik, B., 2007, səh. 51-59; 93-94. • И.А.Муромцев – Активная часть корневой системы плодовых растений, М., 1969, стр. 10-32.