1 / 6

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti Fakültə: Zoobaytarlıq və əmtəəşünaslıq Kafedra: İstehlak mallarının ekspertizası, marketinqi və gigiyena FƏNN: QEYRI-ƏRZAQ MALLARININ EKSPERTIZASI

peyton
Download Presentation

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti Fakültə: Zoobaytarlıq və əmtəəşünaslıq Kafedra: İstehlak mallarının ekspertizası, marketinqi və gigiyena FƏNN: QEYRI-ƏRZAQ MALLARININ EKSPERTIZASI MÖVZU: Əmtəə ekspertizasının maddi-texniki vasitələri Mühazirəçi: dos.Bayramov V.Ə. Gəncə-2010

  2. Mühazirənin planı • Maddi-texniki baza • Ölçü vasitələri • Aşkaretmə vasitələri • Orqtexnika • Istifadə olunan ədəbiyyat • 1.Ə.R.Həsənov və b. –Qeyri-ərzaq mallarının ekspertizası. • 1 hissə. “Çalıoğlu” 2006 • 2.Ə.R.Həsənov və b. – “Qeyri-ərzaq malları əmtəəşünaslığı üzrə • laboratoriya praktikumu” .Bakı-2001 • 3.Ə.R.Həsənov və b. - “Trikotaj malları əmtəəşünaslığı” • I və II hissə. Bakı-1984 • 4.Ə.R.Həsənov və b. – “Qeyri-ərzaq malları əmtəəşünaslığının • nəzəri əsasları. Bakı-2002

  3. Mövzu 5.Əmtəə ekspertizasının maddi-texniki vasitələri • İstifadə olunan qurğulardan asılı olaraq bu vasitələri növlərə bölurlər : maddi-texniki baza, ölçü vasitələri və avadanlıqları. • Maddi-texniki baza. Ekspertin iş yeri lazımi mebellə (yazı və laborator masası, stul ) , elektrik işıqlandırıcı cihazları ilə təmin olunmalıdır. Əgər ekspert qiymətləndirilməsi istehsalat şəraitində aparılarsa (sexdə, anbarda, mağazanın satış zalında), bu vaxt mal partiyalarının həcmindən və partiyalardan asılı olaraq yükləmə-boşaltma qurğuları, qaldırıcı, ölçü avadanlığı, taralı açmaq üçün alətlər, nümunə seçmək üçün vasitələr lazımdır. • Ekspert əvvəlcədən lazımi maddı-texniki vasitələri hazırlatmalıdır. Bütün maddı-texniki vasitələrdən ən çox ölçü axtarış vəsaitləri və ticarət texnikası ekspertizaya birbaşa aiddir. • Ölcü vasitələri - fiziki kəmiyyətlərin olçülməsi üçün texniki qurğudur. Ekspertlər tərəfindən əmtəə ekspertizası apararkən istifadə olunan ölçü vasitələri fiziki kəmiyətlərin ölçü vasitələrinə, saxlama müddəti, temperatur rejimi göstəricilərini ölçmə vasitələrinə və merəkkəb texniki qurğulara bölünür. Ən sadə qurğulara hər hansı istehsal şəraitində tətbiq edilə bilən ölçülər və sadə normativ cihazlar aiddir. Onların ən yaxşı xüsusiyyəti sadəlik və ölçünün tezliyidir.

  4. Saxlama göstəricilərinin rejiminin ölçü vasitələri temperaturun , havanın nisbi rütubətinin , hava hərəkəti sürətini və qaz tərkibinin ölçülməsi uzun hava hərəkəti sürətinin və qaz tərkibinin ölçülməsi üçün nəzərdə tutulub. Havanın temperaturu termometr vasitəsilə ölçülür. Termometr - temperatur ölçmək cihazıdır. Bu cihazın iş prinsiplərindən asılı olaraq termometrləri aşağıdakı növlərə bölürlər. • mayıli, onların ölçmə prinsiplərində temperaturun dəyişməsi zamanı maye həcminin genişlənməsi durur; • deformasiya – temperaturun dəyişməsi ilə bərk cismin xətti ölçülərinin dəyişməsi prinsipinə əsaslanır. • müqavimət termometrləri – temperatur dəyişməsi ilə maddənin elektrik keçiriciliyinin dəyişməsi prinsipinə əsaslanır. • Havanın nisbi rütubəti Avqust psixrometrləri, hidroqraf və hiqrometrləri vasitəsilə ölçülür. • Psixrometrlə işləyərkən ekspert və quru və yaş termometrlə ölçülərini düzgün təyin etməyi bacarmalıdırlar, sonra isə temperatur fərqləri xüsusi cədvəl vasitəsilə hesablanmalıdır. • Hidrometrlər elə texniki vasitələrdir ki, havanın nisbi rütübətini yağsızlaşdırılmış bütün uzunluğunun ölçülməsi haqqında məlumatı və ya dərəcələnmiş şkala üzərinə orqanik membranla hesablanması nəticəsində əldə olunur. Hiqrometrlər tüklü və pərdəli olur, cihaz havanın nisbi rütubətini göstərir, üstündə ölçü şkalası olan və oxu olan dairəvi korpusdan ibarətdir.

  5. Hiqroqraflar – bütün iş müddəti havanın nisbi rütubəti dərəçəsinin ölçülməsi və qeydiyyatı üçün texniki qurğudur. Ölçü prinsipinə görə hiqroqraf hidrometrdən seçilmir, tüklü və pərdəli olur. Hiqroqrafın mexaniki yazma lenti temperatur – nəmlik rejimi haqqında informasiya verməklə texniki sənəd funksiyasını yerinə yetirir və lazım olduqda ekspertə optimal rejimə riayət olunmasını isbat etmək üçün təqdim oluna bilər. • Anemometr – hava hərəkətinin sürətini öyrənmək üçün texniki qurğudur ki, onlar da fırlanan hissiyatlı elementlərdir. Fırfıra şəklində hissiyatlı elementi anemometrlərin fırlanma sürəti, küləyin sürətindən asılıdır. • Hava hərəkətinin sürətini təyin etmək üçün anemometri 10 dəqiqəlik qoşurlar və nəticəni yazırlar. Hava hərəkətinin sürət vahidi –dəqiqədə dövrlə ( dövr/dəq) qəbul edilir. • Məcburi və aktiv ventilyasiyalı anbarlarda hava hərəkətinin sürətini ölçmək vacibdir, bunu da ərzaq məmulatlarının saxlanma texnologiyasını qiymətləndirərkən lazım gəlir. • Havanın qaz tərkibini anbarlarda qaz analizatorları vasitəsi ilə ölçürlər. O2 və CO2 , konsentrasiyalarının ölçüsünü xüsusi təcrübə qazanmış personal aparır. (laborantlar, texniklər və s.). Ekspertlər ancaq bu ölçülərin nəticələrindən istifadə edə bilərlər. Ölçü vasitələrinin yoxlanması – dövlət metrologiya xidməti tərəfindən aparılan əməliyyatlar toplusudur ki, ölçü qurğularının mövcud texniki tələblər səviyyəsinə uyğun olmasını müəyyən və təsdiq etmək məqsədilə aparılır.

  6. Yoxlamanın nəticəsi ölçü vasitələrinin istifadə üçün yararlı olması haqqında yoxlamanın nəticəsinin və ya yoxlama möhürünün təsdiq edilməsidir. • Ona görə ölçü başlamamışdan əvvəl öıçü vasitələrini və vaxtında aparılmasını yoxlamaq vacibdir. Bundan əlavə, ekspert tərəzi göstəricilərini üstü möhürlü çəki daşlarının düzgünlüyünü, dəqiqliyini, menzurkaların, silindirlərin və metrlərin köməyilə yoxlamalıdır. • Mal həcmini slindrlərin, menzurkaların və başqa vasitələrlə ölçülməsi zamanı müşahidələrin, nəticələrin şkala üzrə hesablama anında ölçü obyektinin yuxarı həddi göz həddi ilə bərabər olmalıdır. • Aşkaretmə vasitələri - elə texniki qurğu və ya standart cismlərdir ki, fiziki həcmlərin və ya maddələrin ayrıca xassələrinin olmasını müəyyən etmək üçün nəzərdə tutulub. Aşkaretmə vasitəsi kimi elektrik cərəyanı indikatorunu, lakmus və ya indikator kağızlarını, satış cismləri ilə bitlikdə rəng, termik yanma ( istilənmə ) reaksiyaları verən başqa vasitələri göstərmək olar. • Aşkaretmə vasitələrini orqanoleptik metodlar dolğunlaşdırır və ya əvəz edir, müəyyən peşəkarlıq səlahiyyəti tələb edir. Rəngli reaksiyalar tətbiq olunan bir çox aşkaretmə vasitələri keyfiyyət təhlilləri metodlarına aid olunur. Ekspertlər malların keyfiyyət tərkibini aşkaretmə vasitələrilə daha tez-tez təyin edirlər. • Orqtexnika – Orqtexnikaya rabitə vasitələri aid edilir: telefonlar, teleqraf, telefakslar, poçt rabitəsi; çoxaltmalar ( kserokslar, ritatorlar, fotoprintlər, çap maşınları ) hesablama texnikası, kompyuterlər eləcə də dəftərxana ləvazimatları, emal vasitələri və sənədlərin saxlanması. • Ekspert tərəfindən yığılacaq və qorunacaq informasiyanı həmçinin nəzərə alaraq, ekspert fəaliyyətində orqtexnka vasitələrinin səmərəli işlədilməsi mühüm əhəmiyyət kəsb edir. Bunun üçün ekspert işin elmi təşkili vasitələrindən istifadə etməyi bacarmalı, əldə olunan orqtexnikaya yiyələnməli və istigadə etməyi bacarmalıdır.

More Related