1 / 16

Zoobaytarl ı q v ə ə mt əəşü nasl ı q fak ü lt ə si YOLUXMAYAN X Ə ST Ə LIKL Ə R KAFEDRASI

AZ Ə RBAYCAN RESPUBLIKASI K Ə ND T Ə S Ə RR Ü FATI NAZIRLIYI AZ Ə RBAYCAN D Ö VL Ə T AQRAR UNIVERSITETI. Zoobaytarl ı q v ə ə mt əəşü nasl ı q fak ü lt ə si YOLUXMAYAN X Ə ST Ə LIKL Ə R KAFEDRASI M Ü HAZIR Ə NIN M Ö VZUSU : Simptomatik qısırlıq

stacey
Download Presentation

Zoobaytarl ı q v ə ə mt əəşü nasl ı q fak ü lt ə si YOLUXMAYAN X Ə ST Ə LIKL Ə R KAFEDRASI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYIAZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: Simptomatik qısırlıq Mühazirəçi: dosent Əhmədov Əhməd Qulu oğlu Gəncə-2009

  2. MÜHAZIRƏNIN PLANI • 1.Simptomatik qısırlıq nə vaxt baş verir. • 2.Balalıq buynuzcuğu xəstəlikləri hansıdır. • 3.Balalıq xəstəlikləri. • 4.Yumurtalıq borularının xəstəlikləri • 5.Yumurtalıqların xəstəlikləri • 6.Sarı cismin ləngiməsi nə vaxt baş verir. • 7. Inmfatoniya- Nymphomama.

  3. Mühazirə mətninə müvafiq ədəbiyyatlar • 1.C.Rzayev, M.Səidov- Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Bakı, 1975. • 2.A.P.Studentsov, B.S.Şipilov - Baytarlıq mamalığı və ginekologiyası. Moskva-1986. • 3. B.S.Şipilov, Q.B.Zveryeva, I.I.Rodin - Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Moskva-1988.

  4. Simptomtik qısırlıq • Dişi cinsiyyət üzvlərinin müxtəlif xəstəlikləri zamanı balavermə qabiliyyətinin itməsi simptomatik qısırlıq adlanır. Belə qısırlıqda heyvanda məhsuldarlıqda azalır. Bəzən cinsiyyət üzvlərinin şiddətli, kəskin xəstəlikləri (balalıq iltihabları, sepsis və s.) zamanı bir qism heyvanlar (arıq, zəif) tələf olur. Simptomatik qısırlıqda bala vermə qabiliyyətinin itməsini aşağıdakı kimidir. • Dişinin cinsiyyət yolunda spermatozoidlərin əlveişsiz şəraitə düşərək tələf olması və ya hərəkət edə bilməməsi. • Döllənməmiş yumurta hüceyrəsinin v ya ziqotanın ilk günlərdə tələf olması. • Ziqotanın (rüşeymn) balalığa düşə bilməməsi. • Cinsiyyət tsıklının pozulması. • A.P.Studentsov görə göstərilən cəhətlərdən ən çox spermatozoidlərin dişi cinsiyyət yolunda tələf olmalarına təsadüf edilər.

  5. Xarici cinsiyyət üzvlərini xəstəlikləri cinsiyyət yarığının yaralanmaları • Belə hal ən çox inək, camışlarda olur, tək-tək halda başqa heyvanlarda baş verir. Heyvanlar bir-birini buynuzu ilə vurduqda cinsiyyət dodaqlarında əzilmələr, cırımlar əmələ gəlir. Qan axır, çox ağrılı olur və s. • Müalicəsi. Yaralanmış sahə zəif dezinfeksiyaedici dərmanlarla yuyulur, çox yara olduqda tikiş qoyulur. Yaralar üçün Virneviski məlhəmi yaxşı təsir edir. (kseroform 5,0; qətran 3,0; gənəgərçək yağı 100,0 və s) gündə 2 dəfə yara nahiyəsinə sürtmək lazımdır. • Vilvitlər, vestibulitlər və vaginitlər. • Cinsiyyət dodaqların iltihabı vilvit adlanır, vagina dəhlizi vestibulit vaginanın iltihabı vaginit. Bu ən çox inək və camışlarda olur. Heyvan buynuzu ilə vurduqda çətin doğumlar zamanı baş verir. Bunlar iltihabı prosesinə görə serozlu, kataral, fibrinozlu, irinli, qanqrenozlu, hemoroj olur. • Serozlu vaginit və vestibulit. Vaginitis et vestibulitis serrosa • Serrozlu vaginit və vestibulitdə iltihab nahiyəsinə külli miqdarda serozlu eksudat toplanır.

  6. Müalicəsi. Serozlu vaginitdə və vistibulitdə serozlu eksudat toplandıqda həmin nahiyəyə büzüşdürücü və yandırıcı dərmanlarda qoyulması məsləhətdir. Sonra dezinfeksiyaedici məhlullarla yuyulur, məlhəmlər çəkilir və s. • Kəskin və xroniki kataral, irinli vaginitlər və vistibulitlər. • Vaginanın və dəhlizinin selikli qişasında bu xəstəlik əmələ gəlir. Müalicəsi eynidir yəni həmin nahiyə dezinfeksiyaedici məhlullarla yuyulur və yumşaldıcı məlhəmlər çəkilir. • Balalıq boyuncuğu xəstəliklər. • Balalıq boyuncuğunun iltihabı. (cervititis). • Balalıq boyuncuğunun iltihabına çox təsadüf edilir. Bu iltihablar zamanı balalıq boyuncuğu qapanır və ya orada gedən proses zamanı əmələ gəlmiş eksudat və toksinlər spermatozoidlərə mənfi təsir göstərir və onlar tələf olur. • Endoservisit-balalıq boyuncuğunun selikli qişasının iltihabı. • Mioservisit- balalıq boyuncuğunun əzələ təbəqəsini iltihabı. • Periservisit- balalıq boyuncuğunun seroz qişasının iltihabı. • Bu xəstəliklər ən çox cütləşmə və doğumdan sonra baş verir. Eroziya və yaralar əmələ gəlir, qan axıntısı olur. • Müalicəsi- şişlər olduqda yod, yod-qliserin qarışdırıb çəkməli və s.

  7. Balalığın xəstəlikləri • Balalıq xəstəlikləri bütün kənd təsərrüfatı heyvanlarında baş verir. Belə xəstəlik zamanı, bala vermə qabiliyyətini itirir. Balalıq iltihablar zamanı balasalmalar da baş verir. Balalıq xəstəlikləri əksərən cərəaxıtma və doğum dövründə baş verir. Bu balalığa infeksiya düşməsi və orqanizmin rezistentliyinin zəiflənməsi ilə sıx əlaqədardır. • Balalığın atoniyası. • Etiologiyası. Sağlam heyvanda fizioloji olaraq doğumdan sonra balalıq tədricən kiçilib boğaz olmayan balalıq həcmini alır. Boğaz olmayan balalıq ritmik olaraq yığılıb açılır. Balalığın öz tonusunun (təqəllüs etmə qabiliyyətinin) bir qədər və ya tamamilə itirməsi balalığın atoniyası adlanır. Balalığın atoniyası balalığın subinvolusiyası da adlanır. Balalığın tonusunun zəifləməsi, hipotoniya, tamamilə itməsi isə atoniya hesab edilir. • Klinik nişanələri. Balalığın atoniyası zamanı balalığın yığılmayan hissəsində qısırların arasında loxiya dolaraq çürüyür və bunun nəticəsində orqanzmidə intoksikasiya gedir.

  8. Heyvan yatarkən loxiya tünd qəhvəyi rəngdə kənar olur. Heyvanın ümumi vəziyyəti bir o qədər dəyişmir, o zəifləyir iştah azalır. Balalıq boyuncuğu sızmış olur. Xəstəlik xroniki hala keçir, heyvan qısır qalır. • Müalicəsi. Balalığı günaşırı düz bağırsaqdan 10-15 dəqiqə massaj etmək yaxşı nəticə verir. Belə müalicə azı 10 dəfə aparılmalıdır. BMZ, pituitrin, karboxolin, sinestral tədbiq etmək olar. 5-10%-li xörək duzu məhlulu ilə balalığı yumaq və s. • Xroniki endometrik-Endometritis ehronika. • Xroniki endometritlər əsas etibarilə kəskin endometritlərin ağırlaşması nəticəsində baş verir. • Etiologiyası. Bu xəstəlik zamanı balalığın selikli qişasında dərin dəyişikliklər gedir. Bunun nəticəsində balalıq yumşalaraq qalınlaşır, orada birləşdirici toxumalar əmələ gəlir və həmin toxumalar üzərində eroziya təsadüf edilir. Sistalar əmələ gəlir balalığın selikli qişa atrofiyaya uğrayır. • Klinik nişanələri. • Heyvan qısır qalır, cinsiyyət yarığından köpüklü, bulanıq selik axır, bəzən bu axıntı qanlı olur. Rektal müayinə zamanı buynuzların vəziyyətinin pozulması və bir qədər böyüməsi hiss olunur.

  9. Diaqnozu. Anamnez məlumata, rektal müayinəyə əsasən qoyulur. • Müalicəsi. Əvvəlcə heyvanın yemlənmə, saxlanma şəraitini yaxşılaşdırmaq. Balalığı 42-43 s temperaturda olan dezinfeksiyaedici məhlullarla yumaq lazımdır. Xörək duzu məhlulu və ya distilə edilmiş su ilə yuyub balalıqdan eksudat təmizlənməlidir, sonra massaj etməli. • Xroniki irinli kataral endometrit. Xroniki kataral endometritlərdə olduğu kimidir. • Gizli xroniki endometrit. • Xəstəliyin inəklərdə yalnız cərəaxıtma zamanı bulanlıq, bəzən də köpüklü selik axır. • Müalicəsi. Heyvanı yaxşı yemləməli, gəzdirməli, balalığı massaj etmək, yumaq günaşırı 3-5 ml 1%-li sinestrol 0,1%- 2-3 ml karboxolin vurulması yaxşı nəticə verir. • Perimetrit- perimetritis. • Balalığın seroz qişasının iltihabına perimetrit adlanır. • Etiologiyası. Xəstəlik endometritin, salpingibin ağırlaşması, həmçinin limfa və qan damarlarında patogen mikrobların balalığın seroz qişasına daxil olması nəticəsində baş verir. • Klinik əlamətləri. Heyvanın ümumi vəziyyəti pisləşir, temperaturu yüksəlir, sidik və nəcis buraxması çətinləşir. • Müalicəsi. Perimetritləri antibiotiklərlə müalicə edirlər. Balalığı massaj etmək olmaz.

  10. Parametrit-parametritis. • Balalığın enli bağlarının, vagina ətraflı birləşdirici toxuma və çanağın Yumşaq toxuması iltihabına parametrit adlanır. • Miometrit-myometritis. • Balalığın əzələ qatının iltihabı miometrit adlanır. Bu xəstəlik əksərən endometritlərin ağırlaşmasından sonra baş verir. • Piometra-pyometra. • Piometra xroniki endometritin növü olub, balalığa irin toplanmasına deyilir. Balalığa çürümüş eksudat toplanır, bunun nəticəsində oradan qopan toxuma hissələri balalıq boyuncuğunu bağlayır. • Yumurtalıq borularının iltihabı- salpinqitis. • Kənd təsərrüfatı heyvanlarında yumurtalıqların xəstəliklərinə tez-tez təsadüf olunur. Bəzi alimlərin göstəricilərinə görə qısır inəklərdə bir yumurtalıq borusunun iltihabı 14%, hər iki borunun iltihabına isə 12% təsadüf edilir. Yumurtalıq borusunun selikli qişasında qat və qırışıqlar çox olduğundan iltihabı prosesi zamanı həmin qat və qırışıqlar birləşir və borunun qapanmasına səbəb olur. • Heyvanın tamamilə sağlam olmasına baxmayaraq, yumurtalıq borusunun iltihabı nəticəsində o qısır qala bilir. Normal yumurtalıq boruları rektal müayinə zamanı hiss edilmir. Ancaq iltihabı zamanı rektal müayinədə hiss edilir.

  11. Kəskin kataral salpingit. Salpingitis catarrahalis acuta. • Kəskin ataral salpingit xəstəliyi inəklərdə çox tək-tək hallarda isə digər heyvanlarda təsadüf edilir. • Etiologiyası. Yumurtalıq borusunun iltihabı, yumurtalıq borusunun selikli qişasının kataral iltihabı endometritlərin ağırlaşması zamanı baş verir. • Xəstəliyin əlamətləri. Yumurtalıq borusu şişir, ora qan sızır. Boruda olan qatlar iltihablaşır. Epiteli toxumasında degenerativ proses gedir, bunun nəticəsində də borunun bəzi yerləri birləşir, borunun selikli-serozlu maye toplanır. Axırda boruda sulu şişlər əmələ gəlir. • Kəskin və xroniki irinli salpingit-salpingitis purulenta acuta et chronika. • Yumurtalıq borusunun irinli iltihabı, boruda eksudativ proses inkişaf edərək buynuzlara qədər bütün sahəni əhatə etdiyi bir vaxtda əmələ gəlir. Borunun irinli iltihabı zamanı onun selikli qişasında ciddi dəyişikliklər gedir. Beləki selik qatında eroziya əmələ gəlir. • Müalicəsi. Yumurtalıq borusuna eksudat toplandıqda yüngülcə müalicə etmək lazımdır. Birtərəfli salpingitlərdə müalicə yaxşı nəticə verir. Dəri altına pititurun vurulur və sarğı nahiyəsinə isti sarğılar qoyulur.

  12. Yumurtalıqların xəstəlikləri və funksional pozğunluğu. • Yumurtalıqlar dişi cinsiyyət orqanlarının əsas üzvlərindən biridir. Onlar yumurta hüceyrəsi yetişdirməklə bərabər bir çox hormonlar hazırlayaraq, bütün orqanizmin fəaliyyətində iştirak edirlər. Bundan başqa orqanizmin bütün üzvlərinin fəaliyyəti xüsusilə endokrin və sinir sistemi yumurtalıqların işinə təsir göstərir. Bəzən başqa orqanların fəaliyyəti zəifləyir və tamamilə itə bilir. Ona görə prof. A.P.Studentsov yumurtalıqların xəstəliklərini 2-yerə bölür. • Infeksiya nəticəsində yumurtalıqlarda baş verən xəstəliklər. • Heyvanın pis yemlənməsi, saxlanması nəticəsində orqanizmdə gedən dəyi-şikliklərlə əlaqədar olaraq yumurtalıqlarda gedən funksional pozğunluqlar. • Ovariit-Ovariitiss. Oophoritis. • Ovariit kəskin və xroniki keçə bili rvə bütün kənd təsərrüfatında təsadüf edilir. • Etiologiyası xəstəlik balalığın, yumurtalıq borusunun və başqa orqanların iltihabları zamanı yumurtalıqlara infiltrasiya toplanması nəticəsində baş verir. Bəzən xəstlik travmotik təsirlərdən və hemotogen yolla infeksiyanın daxil olması ilə də başlaya bilər.

  13. Klinik nişanələri. Xəstəlik irinli, hemorroji və serozlu iltihab formasında keçir. Irinli ovaritlər zamanı yumurtalıqlarda noxud, toyuq yumurtası böyüklükdə Iri abseslər təsadüf edilir. • Diaqnozu-xəstəliyin kəskin formasında heyvanın temperaturu yüksəlir, yem yemir, cinsiüyyət tsikli dayanır və s • Müalicəsi. Sulvamilamid və antibiotiklərdən istifadə olunur. • Yumurtalıqların funksional zəifləməsi və atrofiyası. • Müəyyən xəstəliklər, heyvanı pis yemlənməsi və saxlanması şəraitində onun cinsiyət fəaliyyəti müvəqqəti olaraq zəifləyir. Bu zəifləmə uzun müddət davam edərsə yumurtalıqların atrofiyaya uğraması səbəb olur. • Etiologiyası. Çoxsüdlü inəklər adət etmədiyi hava şəraitinə düşdükdə, onu həddən artıq birtərəfli yemlədikdə, bəzi xəstəliklər baş verdikdə, yemlə vitaminlər və mineral maddələr olmadıqda yumurtalıqlarda sist və sarı cisim əmələ gəldikdə onun fəaliyyəti zəifləyi və ya atrofiyaya uğrayır, yumurtalıqlar kiçilir. Balalıq kiçilir.

  14. Müalicəsi. Yemlənmə, saxlanma şəraitini yaxşılaşdırmaq, düz bağırsaqdan istifadə etmək 3-5 dəqiqə, gündə 4-5 dəfə təkrar etmək. Yumurtalıqların fəaliyyətini artırmaq üçün 0,5%-li prosesin 2-3ml, və ya 0,1% karboxolin 2 ml, 5-gün sonra senestrol dəri altına yeritmək və s. • Sarı cismin ləngiməsi-corpus luteum persistens. • Boğaz olmayan heyvanda sarı cismin 25-30 gündən artıq qalıb geri sorulmaması sarı cismin ləngiməsi adlanır. Normal halda sarı cisim boğazlıq və cinsiyyət tsıklı zamanı əmələ gəlir. Ləngimiş sarı cismin buraxdığı progesteron hormonu follikulanın inkişafını və yetişməsini dayandırır, nəticədə heyvanın qısır qalmasına səbəb olur. • Etiologiyası. Xəstəliyin əmələ gəlməsinin əsas səbəbi heyvanın az gəzdirilməsi,onda metrit xəstəliyin olması, birtərəfli yemlənmə, yumurtalıqların fəaliyyətinin pozulması, maddələr mübadiləsinin pozğunluğu. Çox südlü heyvanlardan düzgün istifadə etmədikdə. • Klinik nişanələri. • Sarı cismin ləngiməsində heyvanlarda cərəaxıtma, həvəsə gəlmə olmur və ovulyasiya getmir. Rektal muayinə zamanı yumurtalıqlar üzərində kələ-kötür fır hiss olunur.

  15. Proqnozu yaxşıdır yemlənmə şəraiti yaxşı olduqda 10-15 gündən sonra heyvan sağalır. • Müalicəsi. Sarı cisim ləngidikdə simptomatik və cərrahi metodla müalicə olunur. M.P. Tuşinovun ovariolizatı da yaxşı nəticə verir. Bu preparat dəri altına 10-15 ml, 2 gündən bir, cəmi 5- inyeksiya edilir. Cərrahi y2olla sarı cismi təcrübəli baytar həkimi apara bilir, sarı cismi qopartmaq üçün heyvanı bərk bağlamalı sonra düz bağırsaqdan əli salıb əzmək lazımdır. • Yumurtalıqların suluqlu şişi sisti- cystes ovariorum. • Yumurtalıqların belə xəstəlikləri butun kənd təsərrüfatı heyvanlarında təsadüf edilir. Xəstəlik yumurtalıqda partlamamış follikulalarda və ya partladıqdan sonra onların yerində baş verir. Follukulanın sistə çevirilməsi follukulyar sist adlanır. Partlamış follukulanın yerində əmələ gələn sist isə sarı cismin sisti adlanır. Sistin iriliyi 1-2 sm-dən yumruq böyüklüy qədər olur. • Etiologiyası. Belə sistlərin əmələ gəlməsi heyvanın az gəzdirilməsi uzun müddət bağlı saxlanması, bir tərəfli yemlənmə və s. əmələ gəlməsinin əsas səbəbi balalığa infeksiyanın düşməsidir.

  16. Klinik nişanələri. Yumurtalıqların sisti cinsiyyət tsiklinin ardıcıllığını pozur. Heyvan özünü narahat hiss edir tez-tez ancaq az-az siyir, yumurtalıqların biri salamat olduqda, cinsiyyət fəaliyyətində bir o qədər dəyişikliklər olmur. Inəklərdə bəzən 8 kq sistə rast gəlinir. • Müalicəsi. Heyvanın yemləmə şəraitini yaxşılaşdırmaq bir neçə dəfə düz bağırsaqdan massaj etmək. Bəzi alimlər vaginadan sisti iynə ilə deşməyi məsləhət görürlər. Bu zaman aseptika qaydalara riayət etmək mümükün olmadıqda əksərən iltihabı proseslər baş verir. • Inmfatoniya- Nymphomama. • Bu xəstəlik zamanı cinsiyyət tsikli pozularaq heyvan uzun müddət həvəsdə olur. Xəstəlik ən çox madyanlarda tək-tək halda inək və camışlarda olur. • Etiologiyası. Xəstəliyin baş verməsinə yumurtalıqların folikulyar tistləri, sarı cismin və daxili sekresiya vəzilərinin fəaliyyətinin pozulması (hipofiz, qalxnvari və böyrəküstü vəzilərin) və s. • Kliniki nişanələri. Cərəaxıtma, hövrəgəlmə dövrü uzanır, arabir qısa olur, heyvan narahat olur, südü turşulaşır, tükləri parlağını itirir, yem yemir, tez-tez sidik ifraz edir. • Müalicəsi. Balalığı və yumurtalıqları massaj etmək. • Anafrodisiya-Anophrodisiya. • Cinsiyyət tsiklinin zəifləməsi, tamamilə dayanması və tam olmayan cinsiyyət tsiklinin baş verməsi anofrodisiya adlanır.

More Related