530 likes | 942 Views
AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası Mövzu : Darı bitkisinin morfoloji quruluşu və sortları Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S. D A R I - P A N İ C U M П Р О С О M İ L L E T. Darı
E N D
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası Mövzu: Darı bitkisinin morfoloji quruluşu və sortları Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S.
D A R I - P A N İ C U M ПРОСО M İ L L E T
Darı Darı 400- dən çox növü əhatə edən polimorf (çox formalı) Panicumcinsinə daxildir. 31 növünə təsadüf edilir. Əsas əhəmiyyətə malik olanı iki növüdür: Adi darı – Panicummiliaceum. Otluq darı (İtaliya darısı) – Setariaitalica (Panicumitalicum). Adi darı əsasən yarma istehsalı üçün becərilir. Eyni zamanda yaşıl kütləsi, dəni və küləşi də keyfiyyətli yemdir. Otluq darı isə qırtıckimilər fəsiləsinin birillik yem otu kimi əhəmiyyətə malikdir. Otluq darının iri dənli yarımnövlərindən (çumiza, Çin darısı) az miqdarda yarma və nişasta istehsalında da istifadə edilir. Bu növlər bir-birindən quruluşu cəhətcə əsasən çiçək qrupunun forması ilə fərqlənir. Adi darının çiçək qrupu yaxşı şaxələnən süpürgə, otluq darılarınkı isə sünbülə bənzər süpürgə (yalançı sünbül) təşkil edir. [xırda darı (cənub darısı), Afrika darısı, İnək darısı, Teff və s.] Dünyada (2003) 36,28 mly. ha. Rusiyada 830 min ha. 7,9-13,9 s/ha
A B A – Adi darı; B – Otluq darı
Adi darının yarımnövləri • Adi darı süpürgəsinin formasına, sıxlığına və yan budaqların əsas oxdan ayrılma dərəcəsinə görə beş yarımnövə bölünür. • Dağınıq süpürgəli -patentissimumPopov. süpürgəsi uzun, seyrək və dağınıqdır. Yastıq bütün budaqların əsasında olur. • Asılan süpürgəli – effusum Al. süpürgəsi uzun, seyrək, düz, yarımdağınıqvəziyyətlidir. Aşağıdakı budaqlar oxdan geniş bucaq altında ayrılır, yuxarıdakılar oxa sıxılır, yastıq yalnız aşağıdakı budaqlarda olur. • Əyilən (sıxılmış) süpürgəli – contractum Al. süpürgəsi uzun, seyrək, yığcamdır. Bütün budaqları əsas oxa sıxılmış vəziyyətdədir. Yastıq ya heç olmur, yaxud da zəif inkişaf edir. • Yarımkip süpürgəli – ovatumPopov. süpürgəsi qısa, sıx, düz və yarımkipdir. Aşağıdakı budaqlar oxdan uzaqlaşır, yuxarıdakılar oxa sıxılır. Yastıq yalnız aşağıdakı budaqlarda olur. • Kip süpürgəli – compactumKorn. süpürgəsi qısa, sıx, düz, budaqları oxa daha kip sıxılmış və yığcamdır. Yastıq heç bir budaqda olmur.
Adi darının növmüxtəlifliyi əlamətləri Dənin pərdədən təmizlənmə dərəcəsi – darıda dənin pərdəsi nüvəsinə yapışmasa da, onu kip əhatə edir, hətta tam yetişdikdən sonra da çətin ayrılır. Son zamanlar nisbətən asan təmizlənən və nazik pərdəli sortları yetişdirmişlər ki, onlar xüsusi növmüxtəliflikləri təşkil edir. Süpürgənin rəngi – süpürgənin rəngi əsasən sünbülcük pulcuqlarının rəngindən asılı olmaqla əksər növmüxtəlifliklərində küləşi-sarı olur. Lakin müxtəlif intensivliyə malik olan bənövşəyi rəngli formaları da mövcuddur. Bu rəng dənin yetişmə fazasının başlanğıcında daha aydın seçilir. Bənövşəyi rəngli süpürgənin növmüxtəlifliyinin adının başlanğıcına «sub» əlavə edilir. Dənin rəngi – dənin (pərdəli formada) rəngi çox müxtəlif (ağ-sarı, qırmızı, boz, bənövşəyi) olmaqla əsas növmüxtəlifliyi əlaməti hesab edilir. İqlim şəraitinin təsirindən tipik rəng dəyişilə bilər. Odur ki, səhvə yol verməmək üçün normal şəraitdə becərilmiş və tam yetişmiş süpürgələrdən istifadə edilməlidir.
Adi darının əsas sort əlamətləri Süpürgənin uzunluğu. Süpürgənin uzunluğu 17 sm- ə qədər olduqda qısa, 18-24 sm olduqda orta uzunluqda, 24 sm- dən artıq olduqda isə süpürgə uzun hesab edilir. Süpürgənin forması. Bu əlamət yarımnövlərdə olduğu kimidir. Dənin iriliyi. Dənin iriliyi təcrübi olaraq müxtəlif ölçülü ələklərdən keçirilmə yolu ilə təyin edilir. Gözcükləri 1,8 mm olan ələklərdən keçməyən dənlər iri, 1,5-1,7 mm- dən keçməyənlər orta irilikdə, 1,2-1,4 mm-dən keçməyənlər isə xırda dən qrupuna aid edilir. Dənin iriliyi ilə 1000 ədədinin kütləsi arasında müəyyən münasibət vardır. Dən nə qədər iri olarsa, 1000 ədədinin kütləsi də o qədər artıq olur. 1000 dənin kütləsi iridənli sortlarda 7 qramdan ağır, orta irilikdə olanlarda 5-6,9 qram, xırda dənli sortlarda isə 5 qrama qədərdir. Dənin pərdəliliyi. Dənin pərdəliliyi çiçək pulcuqlarının qalınlığından asılı olaraq çox kəskin dəyişilir. Dənin ümumi kütləsinin 10-15%-ni təşkil edərsə, pərdəlilik aşağı, 15-20% olduqda orta dərəcədə, 20%-dən çox olduqda yüksək hesab edilir. Dənin pərdədən təmizlənmə dərəcəsi. Dənin pərdədən təmizlənmə dərəcəsinə görə sortlar üç qrupa bölünür: a) asan təmizlənənlər – götürülmüş nümunə dənsoyan maşınlardan keçirildikdə soyulmamış dənlərin miqdarı 1-2% təşkil edir; b) orta dərəcədə təmizlənənlər – nümunədə soyulmamış dənlərin miqdarı 3-4%- ə qədər olur; c) çətin təmizlənənlər - nümunədə soyulmamış dənin miqdarı 5% olur; Dənlərin natura (həcm) kütləsi. (1 litr dənin qramlarla kütləsi) Həcm kütləsinə görə sortlar iki qrupa bölünür: a) həcm kütləsi yüksək – 700 qramdan ağır; b) həcm kütləsi aşağı - 700 qramdan yüngül. Yarma çıxımı. Adi darının yarma çıxımı digər yarmalıq bitkilərdə olduğu kimi dənin ümumi (pərdəli) kütləsinə əsasən hesablanır. Yarma dənin ümumi kütləsinin 70%- ə qədərini təşkil etdikdə aşağı, 70-80% olduqda orta dərəcədə, 80%-dən çox olduqda isə yarma çıxımı yüksək hesab edilir. Vegetasiya müddəti. Aparılmış elmi-tədqiqat işlərinin və çox təkrarlı təcrübələrin nəticəsinə əsasən bitkinin vegetasiya müddəti çox tezyetişən sortlarda 40- 60 gün, tezyetişənlərdə 60-80 gün, orta müddətdə yetişənlərdə 80-100 gün, gecyetişənlərdə 100-120 gün davam edir.
Adi darının Azərbaycanda rayonlaşdırılmış sortları Şəki - 6 Gədəbəy - 41 Sarı darı Qırmızı darı Təzə sortları: Blaqadarnoe, Belqorod-1, Bıstroe, Volqoqrad - 4, Zolotistoe, İlinovskoe, Kamışinnskoe - 95, Lipetskoe -19, Saratovskie - 6, Saratovskie -10, Xarkovskoe 65 və s.
Adi darı: solda: n - süpürgəsinin, budaqlarınınyastığı. Sağdasünbülcük: a –ayaqcıq; b – sünbülcükpulcuqları; v - tozkisələri; q - sütuncuq.
I - Adi darının sünbülcüyü, II – sünbülcüyün hissələri: 1 – sünbülcük pulcuğu, 2 – örtüklü dən, 3 - sünbülcük pulcuğu, 4 – üçüncü sünbülcük pulcuğu
c a b • Darının əsasyarımnövləri: • a – dağınıq; b – əyilən; c – kip süpürgəli
Adidarıyarımnövlərininsüpürgələri: 1 – dağınıq; 2 – asılan; 3 - əyilən; 4 – yarımkip; 5 – kip.
Çubuqşəkilli darı – (panicumvirgatum)
Pas xəstəliyi ilə yoluxmuş darı bitkisi
Saçəkilli darı - Panicumcapillare L.(просоволосовидное)
Alaq kimi yayılan yabanı darı (Panicummiliaceumsubsp. ruderale(öndə)
Qırmızı darı Darı dənləri Darı dənləri
Çubuqşəkilli darı -Panicumvirgatum-çoxillik yabanı alaqdır. Bioyanacaq alınmasında istifadə edilir.
Darının müxtəlif rəngli dənlərinin qarışığından pivə hazırlanır