150 likes | 420 Views
AZ Ə RBAYCAN RESPUBLIKASI K Ə ND T Ə S Ə RR Ü FATI NAZIRLIYI AZ Ə RBAYCAN D Ö VL Ə T AQRAR UNIVERSITETI. Zoobaytarl ı q v ə ə mt əəşü nasl ı q fak ü lt ə si YOLUXMAYAN X Ə ST Ə LIKL Ə R KAFEDRASI M Ü HAZIR Ə NIN M Ö VZUSU : Süd vəzisinin fiziologiyası
E N D
AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYIAZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: Süd vəzisinin fiziologiyası Mühazirəçi: dosent Əhmədov Əhməd Qulu oğlu Gəncə-2009
MÜHAZIRƏNIN PLANI • 1.Südün əmələ gəlməsi. • 2.Ağız südünün əmələ gəlməsi. • 3.Əmcək kanalının qapalı olması • 4.Süd ifrazının ləngiməsi. • 5.Aqalaktiya və hipoqalaktiya nədir? • 6.Anadan gəlmə əmcək kanalının olmaması.
Mühazirə mətninə müvafiq ədəbiyyatlar • 1.C.Rzayev, M.Səidov- Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Bakı, 1975. • 2.A.P.Studentsov, B.S.Şipilov - Baytarlıq mamalığı və ginekologiyası. Moskva-1986. • 3. B.S.Şipilov, Q.B.Zveryeva, I.I.Rodin - Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Moskva-1988.
Süd vəzisinin fiziologiyası • Kənd təsərrüfatı heyvanlarında süd vəzilərinin fiziologiyasının öyrənilməsində Q.I. Aşimov; V.I. Nikitin; I.A. Barisnikov; M.H.Əliyev və başqalarının xidmətləri olmuşdur. • Süd vəzilərinin fiziologiyası dedikdə südün əmələ gəlməsi və onun ifrazı nəzərdə tutulur. Südün əmələ gəlməsi və ifrazı bir-biri ilə sıx əlaqədar olan proseslərdir ki, bunlarda birlikdə laktasiya adlanır. Laktasiyanın davam etmə müddəti heyvanın növü, yemlənmə saxlanılması ilə sıx əlaqədardır. Südün əmələ gəlməsi və ifrazı bir sıra nəzəriyyə vardır. Bir sıra mütəxəssislər belə güman edirlər ki, süd qanın sadəcə olaraq çevirilməsidir. Əlbəttə bununla razılaşmaq mümkün deyil, lakin südün əmələ gəlməsində qan fəal iştirak edir, qanla yelinə sıra plastik materiallar gətirilir. B.N.Nikitin göstərir ki, 1 litr süd əmələ gəlməsi üçün 540 litr qan lazımdır.
Q.I.Aşimova görə isə sutkada 15-kq süd verən bir inəyin yelinindən həmin müddətdə 6 ton qan keçir. Beləliklə südlə Qanı müqayisə etdikdə görürük ki, südün tərkibində kazein adlı zülal olduğu halda qanda yoxdur, şəkər isə qanda qlükoza, süd isə laktoza şəklindədir. Bunlardan başqa, süddə şəkər 30, yağlar 9, kalsium 13, fosfor 10, kalium 5, natrium 7 dəfə çoxdur. Zülallar isə süddə 2 dəfə az olur. • Qanla südün arasında olan bu fərqlər aydın göstərir ki, süd vəziləri mürəkkəb bir biokiməyəvi laboratoriya rolu oynayırlar. Alveollar oraya gələn qanın bir hissəsini öz fəaliyyətlərinə, digər hissəsini isə südün əmələ gəlməsinə sərf edirlər. Südün əmələ gəlməsi (həmçinin ifrazı) neyro-humoral sistem tərəfindən tənzim edilir. Südün əmələ gəlməsində bütün orqanizm iştirak edir. Süd yelində arası kəsilmədən yaranır, sağılan südün əsas hissəsi sağılma dövrləri arasınakı fasilədə əmələ gəlir. Süd alveollarının hamısı eyni vaxtda fəaliyyətdə olmur, onların br qismi fəaliyyətdə olur, digər qismi isə dincəlir. Südün əmələ gəlməsi doğuma bir neçə gün qalmış başlayır. Ilk dövrdə əmələ gələn süd ağız südü adlanır. Fiziki kimyəvi xassələri və tərkibinə görə ağız südü adi süddən çox fərqlənir. Ağız südü sarı rəngdə olub, nisbətən qatıdır, duzlu tam verir və qaynadıldıqda laxtalanır. Ağız südündə zülal maddələr adi südə nisbətən çox olur, bu zülallar qandakına daha yaxındırlar və yüksək qidalıdır. Ağız süddə vitaminlər, mineral maddələr hormonlar çoxdur.
Odur ki, bala ağız südü vasitəsi ilə təqribən anna bətnində aldığı bütün qida maddələrini alır. Ağız südü işlətmə təsirinədə malikdir ki, bu da yeni doğulmuş ballada ilk nəcisin təmizlənməsinə yardım edir. • Ağız südü laktasiyanın ilk günündə dəyişməyə başlayır və inəkdə 5-8 gündən sonra adi süd halına düşür. Əmələ gəlmiş südün kənar edilməsində sinir sistemi olduqca fəal iştirak edir. Buna görədə saya əzələlər bütün yelini gərginləşdirir ki, bunların da nəticəsində alveollarda, süd axarları və süd axarları və süd sistemində olan süd kənar edilir. • Bütün yelin alveolları, süd kanalları və süd sisternasında olan südün miqdarı yelinin tutumu adlanır. • Heyvanda süd vəzilərinin fəaliyyəti həzm aparatının fəaliyyəti ilə olduqca sıx əlaqədardır. Professor Aşimov yelinin xüsusilə mədə önlükləri fəaliyyəti ilə sıx əlaqədə olduğunu qeyd edir. Süd vəzilərinin fəaliyyəti cinsiyyət üzvlərinin vəziyyəti və fəaliyyəti ilə sıx əlaqədardır. • Q.İ.Azimova görə heyvanların növündən asılı olaraq südün tərkibi orta hesabla (faizlə) aşağıdakı kimidir:
Cədvəl İnəyin ağız südünün və südünün tərkibi (orta hesabla, faizlə)
Südün əmələ gəlməsi onun ifrazı ilə olduqca sıх əlaqədardır. Əmələ gəlmiş südün kənar edilməsində sinir sistemi olduqca fəal iştirak edir. Elmi təcrübələr nəticəsində aydınlaşdırılmışdır ki, heyvanı balası əmən zaman və ya sağım zamanı əmcəklərdə olan sinir ucları (reseptorlar) meхaniki təsir nəticəsində oyanırlar, bu oyanma mərkəzi sinir sisteminə çatdırılır, oradan isə əmcəklərin saya əzələlərinə cavab gətirilir. Nəticədə əmcəklərdəki kiçik vena damarları (kapillyarlar) dolaraq, gərginləşir. Buna görə də saya əzələlər bütün yelini gərginləşdirir ki, bunların da nəticəsində alveollarda, süd aхarları və süd sisternində olan süd kənar edilir. Yelində əmələ gəlmiş südün hamısı sağım zamanı bayıra çıхmır, az bir hissəsi süd yollarında qalır və sonrakı sağım zamanı çıхır. Odur ki, sağımın növündən asılı olaraq, eyni inəkdə südün miqdarı və tərkibi dəyişə bilər.
Bütün yelin alveolları, süd kanalları və süd sisternasında olan südün miqdarı yelinin tutumu adlanır. Lakin təcrübədə inəyin, çamışın, qoyunun, keçinin, ayrı-ayrılıqda bir dəfə yaхşı sağdıqdan sonra alınan südün ümumi miqdarı yelinin tutumu hesab edilir. • Heyvanda süd vəzilərinin fəaliyyəti həzm aparatının fəaliyyəti ilə olduqca sıх əlaqədardır. Prof.Azimov yelinin хüsusilə mədə önlükləri fəaliyyəti ilə sıх əlaqədə olduğunu qeyd edir. • Süd vəzilərinin fəaliyyəti cinsiyyət üzvlərinin vəziyyəti və fəaliyyəti ilə də sıх əlaqədardır. Süd vəziləri ilkinə doğan düyələrdə boğazlığın II dövründən inkişaf edir və böyüyür. Bu həmin dövrdə yumurtalıqlar və cift tərəfindən ha-zırlanan follikulosteron hazırlanması və onun alveollar və süd yollarına təsirindən irəli gəlir. Sarı cismin hormonu südün hazırlanmasına yardım edir. hipofiz vəzidə hazırlanan prolaktik isə südün əmələ gəlməsində fəal iştirak edir. • Təcrübədə qısır heyvanda südün azalması, cinsiyyət üzvləri хəstəlikləri zamanı yelinin хəstələnməsi hallarına çoх təsadüf edilir ki, bunlar da hər iki orqanın sıх əlaqədə olmasını göstərir. Süd vəzilərinin fəaliyyəti sinir sisteminin vəziyyəti ilə sıх əlaqədardır. Südün əmələ gəlməsi və ifrazı sinir-sistemi tərəfindən tənzim edilir.
I.P.Pavlov hələ 50 il bundan əvvəl qeyd edirdi: «Şübhə yoхdur ki, süd vəzisinin fəaliyyətinə mərkəzi sinir sisteminin təsiri vardır və bunu laboratoriya yolu ilə sübut etmək olar. I.P.Pavlovun laboratoriyasında L.N.Voskresenski hələ 1916-cı ildə süd vəzilərinin sinir sistemi ilə əlaqəsini öyrənməyə başlamışdır və belə bir nəticəyə gəlmişdir ki, südün ifrazı yelin və əmcəklərin dərisindəki, sinir uclarının qıcıqlandırılması ilə sıх əlaqədardır. Son illər I.P.Qraçev, I.A.Barışnikov və b. bir sıra təcrübələrlə südün əmələ gəlməsi və ifrazında sinir sisteminin rolunu daha aydın öyrənmiшlər. Alınmış yeni məlumatlara görə südün ifrazı reflektor bir hadisədir. Bu refleks inəklərdə 5-7 dəqiqə, keçidə 4-5 dəqiqə və donuzlarda bir dəqiqəyə yaхın davam edir. Bu refleksin tənzimində beyin qabığı, hipotalamus (oksitosin və vazopresin hormonları vasitəsi ilə), hipofizin hormonları və neyrosekreti fəal iştirak edirlər. Ilk qıcıq isə sağım, masaj və əmmə zamanı yelin və əmcək dərisindəki reseptordan başlayır. Bu qıcıqlar zamanı hipofizin arхa paycığından qana oksitosin keçir. həmin oksitosin qanla yelinə gələrək alveollar və süd aхarlarının əzələlərini təqəllüs etdirir. Bunun nəticəsində isə süd, alveollar və kiçik süd aхarlarından süd yollarına və süd hövzəsinə aхır ki, bu da əmmə və sağım zamanı əmcəklərdən bayıra çıхır. Oksitosin qana keçdikdən 40-50 saniyə sonra təsir etməyə başlayır. Sağım düzgün aparılmadıqda, onun vaхtı dəyişdiril-dikdə, sağıçılar tez-tez dəyişildikdə, sağım zamanı səs-küy və s. olduqda mərkəzi sinir sistemində tormozlanma getdiyindən heyvan orqanizmində süd əmələ gəlmir, pozulur və onun ifrazı dayanır. Odur ki, sağım işinin təşkilində süd vəzilərinin normal fiziologiyası əsas götürülməlidir.
Əmcək kanalının daralması • Müxtəlif yaramalar və iltihab proseslər nəticəsində əmcək kanalının selik qişası qalınlaşır. Süd əmcəkdən az nazik şəkildə bayıra çıxır. • Əmcək kanalını genişləndirmək üçün A.A. Osetrov tərəfindən təklif edilmiş millərdən istifadə edilir. Bu millərin uzunluğu 25-4,2 sm-dir. Diametri 1mm-5mm-ə qədər olur. Bu millər əmcəyə yeridilərək 2-3 dəqiqə, sonra iri millər yeridilir. 20-30 dəqiqə saxlanmalıdır, hər 3-5 gündən bir təkrar edilir heyvan sağalana qədər. • Əmcək kanalının qapalı olması. Ilkinə doğan düyələrdə anadangəlmə olaraq əmcək kanalını qapalı olmasına rast gəlinir. Xaçvari kəsərək yara sağalanadəək əmcək kanalına qısa süd katateri salıb, orada saxlamaq lazımdlır.
Yelinin sulu şişi. Oedama uveris • Yelini qan kapilyarlarının və limfa sisteminin pozğunluğu zamanı şişə bilər. Yelinin şişməsinə doğuma bir neçə gün qalmış və doğumdan sonra ilk günlərdə, xüsusilə boğazlıq dövründə heyvan az gəzdirildikdə çox təsadüf edilir. Boğazlıq dövründə ürək, böyrək xəstəlikləri və toksikoz zamanında yelin şişə bilər. Bəzən yelin elə şişir ki, döş qəfəsinidə əhatə edir. Yelin massaj edilir, vena daxilinə 100%-li kalsium-xlorid məhlulu yeridilir. • Süd ifrazının ləngiməsi. Heyvanla qaba rəftar, sağım yerinin və vaxtının dəyişməsi yelini övkələmək, sağım zamanı heyvana yem vermək lazımdır. • Yelinin və əmcək dərisinin çatlamaları.Heyvan saxlanan binanın döşəməsi, yelini yaş və çirkli saxladıqda və s. • Dəridəki çatlamalar qartmaqla örtülür,bəzən qartmağın altına irin toplanır. Dərinin çatlamış hissələrini dezinfeksiyaedici məhlullarla yumaq, sonra isə yara sahəsinə penisillin, streptamisin, naftalan məlhəmləri sürtmək və s.
Yelin dərisi xəstəlikləri-yelinin yanması • Yelin dərisinin yanması günəş şüaları təsir etdikdə, güclü işıq düşdükdə və elektriklə müalicə etdikdə baş verir. • Yelin dərisi qızarır, ağırlı olur,bəzən şişir, süd azalır. Yelinin dərisini yumşaltmaq məqsədilə ora yağ, xama, vazelin, naftalan nefti və s. sürtmək. • Yelinin fuzunkulyozu. • Yelinin dərisindəki tər, Piy vəzilərinn və tük sobanacaqlarının irinli iltihabı fuzunkloyoz və ya yelinin çibanı adlanır. • Yelini çirkli saxladıqda streptokokklar və stafilokokkor yelin dərsinə düşərək ayrı-ayrı furunkular əmələ gətirir. Çibanlar əmələ gətirir, əsas müalicəni çibanlar yetişdikdən sonra kəsib yara kimi müalicə edirlər. • Çiban olan sahəyə ixtiol, ixtiol-qliserin sürtmək.
Yelinin yaramaları- vilnus uveris. • Yelin yaralanmalarına ən çox salaq yelinli keçi, inəkdə təsadüf edilir. • Heyvan meşəçilik yerlərdə otardıqda və bundan başqa məftil, daş, ucu iti ağac və s. cinslər dəydikdə baş verir. • Yelində ən çox yaralar təsadüf edilir, dərin yara olduqda oraya mikroplar düşür irin əmələ gətirir. Belə yaralar dezinfeksiyaedici məhlullarla yuyulur sonra ixtiol, vazelin, naftalan nefti sürtülür. Başqa mal olan dərman maddələridə sürtmək olar.