150 likes | 480 Views
Torpaqşunaslıq,aqrokimya və ekoloji kənd təsərrüfatı kafedrası. Mühazirə IX Mövzu: Ölkə ərazisinin fitosenotik örtüyü və bitki tipləri. Gəncə - 2010. Plan. 1. Torpaqəmələgəlməsində bitki örtüyünün rolu. 2. Azərbaycanın bitki örtüyü. 3. Azərbaycanda meşə bitkilərinin yayılması.
E N D
Torpaqşunaslıq,aqrokimya və ekoloji kənd təsərrüfatı kafedrası. Mühazirə IX Mövzu:Ölkə ərazisinin fitosenotik örtüyü və bitki tipləri. Gəncə - 2010
Plan. 1. Torpaqəmələgəlməsində bitki örtüyünün rolu. 2. Azərbaycanın bitki örtüyü. 3. Azərbaycanda meşə bitkilərinin yayılması.
Torpaqəmələgəlməsində bitki örtüyünün rolu. Torpaqəmələgəlməsində bioloji amillər, xüsusəndə bitki örtüyü aparıcı rola malikdir. Torpağın inkişafı üçün vaxt, yəni bir neçə min illər lazımdır ki, bu müddət ərzində bütün bitki növlərinin onlarla nəsli dəyişilir. Torpaq bitki ilə müqaisədə daha uzun inkişafın məhsuludur. Bitki torpağa daxil olan və torpaqda humusa çevrilən üzvi maddələrin əsas mənbəyidir. Orqanizmlər, ilk növbədə bitkilər, vacib kimyəvi elementlərin oksi- gen,azot,kalium,kalsium bir çox mikroelementlərin biogen dövranının əsas iştirakçılarıdır. Beləliklə, üzvi aləm ətraf mühitə çox geniş və mürəkkəb təsir göstərir. Müxtəlif qrup bitkilərin xəzəli təkcə biokütlə- sinə görə deyil,eyni zamanda biokimyəvi tərkibinə görə də bir-birindən fərqlənir. Üzvi qalıqların parçalanması zamanı ayrılmış kül maddələri torpaq tərəfındən udulur, çevrilir və yenidən bitkiyə daxil olur. Bu kül elementləri torpaq profili boyunca hərəkət edir.
Ali bitkilər, xüsusən də taxıl kimilər torpaq strukturunun formalaşmasına da əsəslı təsir göstərir. Bu zaman köklərin mexaniki təsiri torpaq hissələrinin ayrılmasma,koklərin kimyə- vi təsiri bu hissəciklərin sementləşməsinə və suya davamlılıq xassəsi əldə etməsinə səbəb olur. Bu,torpaqəmələgəlmə, torpa- ğın struktur təşkilinə səbəb olur, onun zərərli təsirlərə qarşı davamlılığını artırır. Azərbaycanın bitki örtüyü çox müxtəlif və özünə məxsus- dur. Respublikanın bitki örtüyünün öyrənilməsində bir çox botaniklərin, xüsusən A. A. Qrosheymin rolu böyük olmuşdur. Müasir tədqiqatlara görə Azərbaycan ərazisində 4000 bitki növü olub, onun onda biri endemikdir.Endemik bitkilərə misal olaraq eldar şamını,xəzər süsənini və Talis meşələrinin bir çox ağac və kol bitkilərini göstərmək olar.
Respublika ərazisində L.İ. Prilipko (1970), V.D. Hacıyev (1959,1970), Y.S. Səfərov (1961,1965) aşağıdakı əsas bitki tiplərini ayırırlar: I - meşələr; II - kollar; III - çəmən və çəmən-çöllər; IV – bataqlıq çəmənlər və çəmənli bataqlıqlar; V-ksero- fit seyrək meşəliyi; VI - bozqırlar; VII - yarımsəhra və səhra; VIII – dağlıq - kserofit bitkiləri. Qeyd edilən tiplər və qurşaqlıq xarakterli bölmələr daxilində geniş yayılmış bitki birlikləri və onlarm kompleksi ayrılmışdır. l.Meşələr,Azərbaycan meşələrinin tipoloji tərkibi çox zəngin və müxtəlifdir ki, bu da dendrofloranın zənginliyi ilə izah edi- lir. Ауrı – ауrı meşə tipləri az hallarda böyük sahəbri tutur; adətən hər yamacda meşə tiplərinin kompleksinə və ya moza- ikasına rast gəlmək mümkündür ki, bu zaman kompleksin һәr üzvü böyük olmayan ərazini əhatə edir.
II. Kolluqlar. Azərbaycanın bütün ərazisində təsadüf olunan fıtosenozların əksəriyyətində kolluqlar onun əsas elementini təşkil edir. Kol həyatın xüsusi formasıdır; Azərbaycanda kol- luqlu fitosenozlar düzənlikdən tutmuş yüksək daşlıq sahələrə kimi yayılmışdır; bəzi kol növlərinə alp qurşağmda da rast gəlmək mümkündür, lakin onların əksəriyyəti lokal şəkildə ya- yılmışdır. III. Çəmənlər və çəmən-çöllər. Çəmən bitkiləri düzənliklərdən tutmuş, yüksək dağlıq sahələrə kimi yayılmışdır. Onlar müxtə- lif şəraitlərdə inkişaf etmiş və müxtəlif formasiya və assosasi- yalarla təmsil olunmuşlar. IV. Bataqlı çəmənlər və çəmənli bataqlıqlar. Bitkiliyin bu tipi Azərbaycanda geniş yayılmışdır. Onlar lokal ləkələr şəklində bataqlıqlaşmış çökəkliklərdə və təbii su hövzələri ətrafında təsadüf olunur.Çəmən bataqlıqlar Kür - Araz ovalığında,Xəzər sahili boyunca / Lənkəran ovalığı / və qərb düzən rayonlarında yayılmışdır. Onların az təsadüf olunduğu yerlər Respublikanın dağlıq ərazilıridir.
V. Kserofit seyrək meşəliyi və ya arid seyrək meşəliyi; Zaqafqaziyanın cənubunda və şərqində isti quraq iqlim şə- raitində formalaşmış xüsusi və özünə məxsus ağac və kollar- dan ibarət olan bitki qruplaşmasıdır. VI. Dağ - kserofıt bitkibri. Bitkiliyin bu tipi Naxçıvan MR. xüsusən də dağlıq qurşaqda geniş yayılmışdır. Bundan başqa bu tipdən olan bitkilər Diabar çökəkliyində tez - tez müşahidə olunur. Dağ kserofıt bitkilərə Qobustanda, Bozqır yaylada və Qarabağın cənubunda da ləkələr şəklində rast gəlmək müm- kündür. Naxçıvan M.R. Bitkilərin kseromorfluğu bütün yüksəklik qurşağında – Araz boyunda, aşağı və orta dağlıq qurşaqda, az da olsa yüksək dağlıq ərazilərdə özünü göstərir. Naxçıvanın dağ kserofitləri yağıntıların az olduğu (200 - 400 mm- ə qədər) lakin yüksəkliyi artdıqca, yayı isti və quru, qışı soyuq (qar örtüyü demək olar ki, yoxdur), kəskin kontinental iqlim şə- raitində (maksimum temperatur avqustda 42 dərəcə,minimum fevralda 30 dərəcə) formalaşmışdır.
VII. Bozqırlar. Hazırda xam bozqır bitkiləri təbii halda Azərbaycanın çox kiçik ərazilərində qalmışdır. Lakin əkinçi- likdən əvvəlki vaxtlarda bozqırlar respublika ərazisində xeyli yayılmışdır. Çöl bitkilərinin iri massivləri Böyük Qafqazın şərq qurtaracağının aşağı və orta dağlıq qurşağında ( Şamaxı - Altıağac ). Bozqır yaylada cənub rayonlarında ( Füzuli ) və Talışın şimal qurtaracağında mövcud olmuşdur. Adı çəkilən massivlərdə xam bozqırların böyük hissəsi şumlanmış və ha- zırda dəmyə əkinçiliyində ( taxıl, üzüm və s. ) istifadə olunur. Çöl bitkiləri bu massivlərdə yalnız adalar,fraqmentlər şəklində qalmışdır. VIII.Yarımsəhra və səhralar. Bitkiçiliyin bu tipi Azərbay- canda Xəzər boyu ovalığında, Kürboyu zolaqda, Naxçıvanda Arazboyu vadidə,Abşeronda, әn geniş isə Kür-Araz ovalığında yayılmışdır. Bu tipdən olan bitkilər alluvial, prolüvial və dəniz çöküntüləri ilə örtülmüş ovalıqda inkişaf etmişdir. Onlar dağ- ətəyi düzənliklərdə də tez - tez müşahidə edilirlər.
Azərbaycanın bitki örtüyü. Bioloji amillər xüsusən də bitki örtüyü.Torpaqəmələgəlmədə aparıcı rol oynayır. Torpağın inkişaf etməsi üçün bir neçə min il lazımdır. Məhs bu vaxt ərzində bütün bitki növlərinin nəsli qis- mən dəyişilir. Bitkilərdən fərqli olaraq torpaq daha uzun müd- dətli inkişafın məhsuludur. Bitkilik – torpağa daxil olan və tor- paqda humusa çevrilən üzvi maddələrin əsas mənbələrindən biridir. Orqanizmlər, ilk növbədə isə bitki orqanizmləri ən mühüm kimyəvi elementlərin oksigen, karbon, azot, fosfor, kalium, kal- sium, bir çox mikroelementlərin biogen dövranının əsas iştirak- çısıdır. Ali bitkilər, xüsusən taxıl bitkiləri torpaqların strukturunun formalaşmasına böyük təsir göstərir.Bu zaman köklərin mexani- ki təsiri torpaq hissələrinin ayrılmasına, köklərin kimyəvi təsiri bu hissəciklə sementləşməsinə və suya davamlılıq xassəsi əldə etməsinə səbəb olur.
Azərbaycanda meşə bitkilərinin yayılması. Azərbaycan ərazisinin 12 faizi meşəlik olub, əsasən dağ zonasında və qismən də düzənlərdə yayılmışdır. Düzən (aran) meşələri başlıca olaraq Lənkəran düzün- də, Kür - Araz ovalığında, Alazan – Əyriçay vadisi və Xudat - Xaçmaz zonasının dəniz kənarına yaxın sahə- lərdə yayılmışdır. Dağ meşələri respublika ərazisində Böyük Qafqaz sıra dağlarının şimal-şərq yamacı qurtaracağmdan baş- layaraq Dağıstana qədər uzanır.Yamacın cənub və cə- nub - qərb hissəsində meşələr Quba - Qusar və Dəvəçi rayonlarının dağ hissəsini əhatə edir.
L.İ.Prilipko Azərbaycan meşələrinin xalq təsərrüfatındakı əhəmiyyətini nəzərə alaraq, onu üç qrupa ayırır: I - qrup meşə- lər. Bu qrapa 1.qoruq meşəsi, 2.kurort əhəmiyyəti olan meşələr 3.Torpaq və su mühafizəedici meşələr, 4.Tarlaqoruyucu meşə zolaqları, 5.Kür çayı ətrafında sahil bərkidici meşələr və, 6.Qı- rılmış seyrək meşələr daxildir. Birinci qrup meşələr əsasən dağ meşələrindən ibarət olub, respublikada ümumi meşə sahəsinin 65 % - ni təşkil edir II- qrup meşələr - bu qrupa su və torpaq mühafizə edən dağ meşələri aid olub ümumi meşə sahəsinin 30 % - dən artığını təşkil edir. III - qrup meşələr - bu qrupa tuqay meşələri daxil olaraq ümumi meşə sahəsinin 1, 9 % - ni təşkil edir.Hazırda bu meşə- nin çox hissəsi Mingəçevir su hövzəsi altında qalmışdir.
Azərbaycanda yayılmış əsas meşə tipləri.(L.İ. Prilipkoya görə)
Ədəbiyyat. l. M.İ.Cəfərov – Torpaqşünaslıq - Bakı, 2005. 2. M.İ.Cəfərov - Azərbaycanın təbii sərvətləri və ondan səmərəli istifadə - Bakı, 2005. 3. Q.Ş.Məmmədov - Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi-Bakı-Elm-1998. 4.Л.И.Прилипко - Растительный покров Азербайджана -Баку, 1970.