120 likes | 339 Views
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti. Fakultə: Aqronomluq Kafedra: Torpaqşünaslıq,aqrokimya və ekoloji kənd təsərrüfatı Fənn: Aqrokimya Mövzu DURU VƏ YARIMQURU PEYİN, PEYİNİN ANBARLARDA VƏ TARLA ŞƏRAİTİNDƏ SAXLANMASI. PEYİNİN SƏMƏRƏLİ
E N D
Azərbaycan Respublikası Kənd Təsərrüfatı NazirliyiAzərbaycan Dövlət Aqrar Universiteti Fakultə: Aqronomluq Kafedra: Torpaqşünaslıq,aqrokimya və ekoloji kənd təsərrüfatı Fənn: Aqrokimya Mövzu DURU VƏ YARIMQURU PEYİN, PEYİNİNANBARLARDA VƏ TARLA ŞƏRAİTİNDƏ SAXLANMASI. PEYİNİN SƏMƏRƏLİ TƏTBİQİ 2009-2010
Plan 1. Üzvi gübrələrin əhəmiyyəti və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında rolu. 2. Peyinin saxlanma üsulları. Peyinin verilmə vaxtı. 3. Peyinin tərkibində olan qida maddələrinin bitkilər tərəfindən istifadə olunması. 4. Döşənəksiz maye və yarım maye peyin
Peyin əsas üzvi gübrədir. Peyinin tərkibində bitkilər üçün lazım olan bütün qida maddələri: Azot, fosfor, kalium, kalsium, maqnezium, kükürd və həmçinin mikroelementlər - dəmir, bor, sink, molibden, kobalt vardır.
Peyinin təsiri ilə torpağın fiziki-kimyəvi xüsusiyyətləri, su və havalanma rejimi yaxşılaşır. • Torpaq mühitinin turşuluğu azalır, torpaq üstü və torpaq daxili hava karbon qazı ilə zənginləşir. • Peyinin tərkibində auksin, hetereauksin, qibberellin və s. boy maddələri olduğu üçün bitkilərin böyüməsi və inkişafına əlverişli təsir göstərir.
Orta hesabla peyinin kimyəvi tərkibini: • 0,5%-ni azot, • 0,25%-ni P2O5 3) 0,6%-ni K2O təşkil edir.
SAXLANMA ÜSULLARI • Peyin seyrək, • Seyrək-sıx və • Sıxlaşdırılmış (soyuq) üsulla saxlanılır.
Peyinin verilmə miqdarı təsərrüfatın imkanına görə müəyyən olunur. • Podzol torpaqlarda payızlıqlara peyin 20-30 t, • Kartofa 30-40 t, • Yem məqsədilə becərilən kökümeyvəlilərə və tərəvəz bitkilərinə 40-60 ton miqdarında verilir.
DÖŞƏNƏKSİZ MAYE (DURU) VƏ YARIM MAYE PEYİN • Bir iri buynuzlu mal-qara gündə 55 kq, donuz isə 50 kq maye peyin verir. Maye peyinin miqdarı və keyfiyyəti heyvanın növündən, yaşından, yemləndirmədən, saxlanma üsulundan və həmçinin peyinin toplanma texnologiyasından asılıdır. • Orta hesabla maye peyinin tərkibində (iri buynuzlu mal-qara peyinində) quru maddənin miqdarı 9,5-11,5%; ümumi azot 0,4; fosfor 0,2; kalium 0,45; maqnezium 0,1 və kalsiumun miqdarı 0,15% olur. Suyun miqdarı 88,5-90% arasında tərəddüd edir.
MÜXTƏLİF DƏRƏCƏDƏ PARÇALANMIŞ PEYİN • Parçalanma dərəcəsinə görə - təzə, • Yarım çürümüş, • Çürümüş • Çürüntü halında olan peyini bir-birindən fərqləndirmək lazımdır.
PEYİN ŞİRƏSİ, ONUN SAXLANMASI VƏ İSTİFADƏSİ • QUŞ ZILI VƏ ONUN TƏTBİQİ • AZOT İTKİSİ • PEYİN ŞİRƏSİ VƏ ONUN TƏTBİQİ • PEYİN SAXLAYAN ZAMAN İTKİNİN QARŞISININ NİSBƏTƏN ALMA YOLLARI • PEYİNİN SAXLANMA ÜSULLARI