300 likes | 1.05k Views
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU. Mövzu 3. Göbələklərin biokimyası. Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov. P L A N. Göbələk hüceyrəsinin kimyəvi tərkibi Göbələk hüceyrəsinin makromolekulları
E N D
AZƏRBAYCANDÖVLƏT AQRAR UNİVERSİTETİ BİOLOGİYA İXTİSASI ÜZRƏMİKOLOGİYA KURSU
Mövzu 3. Göbələklərin biokimyası • Kənd təsərrüfatı elmləri doktoru, • professor İbrahim Cəfərov
P L A N Göbələk hüceyrəsinin kimyəvi tərkibi Göbələk hüceyrəsinin makromolekulları Nuklein turşuları, zülallar və polisaxaridlər Fosfolipidlər və elementar membranlar Qida maddələrinin çevrilməsi
Ə D Ə B İ Y Y A T 1. İbrahim Cəfərov Ümumi fitopatologiya. Bakı: “Elm”, 2007, 392 s. 2. Sadiqov A. Azərbaycanın yeməli və zəhərli göbələkləri. Bakı: “Elm”, 2007, 109 s. 3. M.Timur Döken, Erkol Demirçi, Mikoloji-1. Erzurum: 2010, 91 s. 4. Горленко М.В., Гарибова Л.В., Сидирова И.И. и др. Все о грибах. М.: Лесн. пром-сть, 1986, 280 с., ил. 5. Гарибова Л.В.,Лекомцева С.Н. Основы микологии. М.: 2005, 220 с. 6.Попкова К.В. Общая фитопатология. М.: Агропромиздат, 2005, 410 с. 7.Мюллер Э., Лёффлер В. Микология. М.: Мир, 1995, 343 с.
Göbələk hüceyrəsinin kimyəvi tərkibi makromolekul və lipidlərin sintezi (biokütlənin artması) Göbələklər də başqa orqanizmlərdə olduğu kimi 3 əsas funksiyanı yerinə yetirirlər: maddələr mübadiləsinin yerinə yetirilməsi üçün enerjinin alınması növlərin xüsusiyyətlərini və fəaliyyətini əks etdirən ikili metabolizm çərçivəsində çevrilmələr
Göbələk hüceyrəsinin makromolekulları Maddələr mübadiləsində əksər amillər və hüceyrənin bütün komponentləri əhəmiyyətlidir və bir-birinə təsir edirlər. Onun ən yuxarısında duran nuklein turşuları, xüsusilə DNT əhəmiyyətli çevrilmələri ətraf mühitə müvafiq irsi nizamlamalar əsasında müəyyən edir. DNT qoruyur, RNT genetik informasiyanı mobilizə edir. Başqa zülallar, habelə III sinif makromolekullar – polisaxaridlər göbələklərin əhəmiyyətli həyati vacib strukturlarının tərkibinə daxildir. Makromolekullarda monomerlər öz aralarında ciddi birləşir, onların ardıcıllığı biosintezin gedişində müəyyənləşir.
Nuklein turşuları, zülallar və polisaxaridlər Göbələk hüceyrəsində DNT-nin miqdarı: bakteriya hüceyrəsinə nisbətən 2,5-10 dəfə böyük bitki və heyvan hüceyrələrində olduğundan 200-300 dəfə kiçikdir
Achlya (Oomycetes) göbələyində 82% Aspergillus (Hyphomycetes) 97% Neurospora (Euascomycetes) 90% Təkrar olunmayan DNT ardıcıllığının payı: İribuynuzlu mal-qaranın DNT-də yalnız 55% buğdada 75%-dir
bütün eukariotların xromosomlarında DNT yığımı mirvari saplarını xatırladır, göbələklərdə hər nuklesomda təxminən 140 cüt nukletoid cütü vardır. Birləşdirici zəncirlər isə təqribən 20 nukleotiddən ibarətdir. Achlya göbələyində 30000 gen vardır ki, 7%-i və ya 2000 gen vegetativ fazadadır. Saccharomyces 10000 gendən böyümə üçün 3000-4000 istifadə edir. Bu Neurosporada 20000-dən 2000 (10%), Aspergillus nidulaus 22000-5000-6000 (27%)-dir. Müqasiyə üçün deyək ki, Aspergillus nidulans ekspressiya üçün 6600 gen tələb edir, konidilərin əmələ gəlməsi 6500 gen daxilində baş verir.
Müxtəlif göbələklərin DNT-də quanin + sitozin cütünün faizlə molyar payı
Ribonuklein turşuları (RNT) Dezoksiriboza turşusunda 3 tip RNT: ribosom (r RNT) transport (t RNT) matris (m RNT)
Zülallar bunlar polipeptidlər olub, amin turşularının qalıqlarından ibarətdir, zülalların bir çoxu digər kimyəvi komponentlərlə (qlikoproteinlər, lipoproteinlər və başqaları) əlaqədardır. Polipeptid zəncirin sintezi monomerlərin daşıyıcısı kimi aminoatsil – transport RNT-nin iştirakı ilə ribosomlarda gedir. Prosesdə matris RNT də translyasiya, fermentlər, enerji mənbəyi kimi iştirak edir. Göbələk hüceyrələrində zülallar əsasən iki tipdə təqdim olunurlar: fermentlər və skleroproteinlər.
Fermentlər Bunlar biokatalizatorlardır, demək olar ki, bütün hüceyrə reaksiyalarında iştirak edirlər və ilkin maddələr mübadiləsi proseslərini ciddi nizamlayırlar. Göbələklər üçün tipik nümunələrə baxaq.
Sellülolozlar Sellülozların parçalanmasını birlikdə 3 tip fermentlər həyata keçirirlər. Endo-1,4 qlyukonazlar onun zəncirini daxildən parçalayırlar, bu zaman onların nəhayəti azad olaraq 1,4 – ekzoqlyukamozları sellobioz diametrlərdən aralayır, nəhayət başqa B qlyukozidalar sellobiozdan qlükoza əmələ gətirir. Son məhsullar sellobioza və ya qlyukozlar müvafiq fermentləri ingibirləşdirir.
İzofermentlər Bunlar eyni vaxta və təxminən eyni cür təsir göstərən fermentlərdir. Onlar, misal üçün, pentozofosfat tsiklindən aromatik amin turşularına aparan ilkin reaksiyalardan birini xarakterizə edirlər. Onların fəallığı müxtəlif adlı maddələrin ingibirləşdirilməsi yolu ilə nizamlanır, demək olar ki, həmişə miqdarda son məhsul formalaşır.
Ekzosfermentlər Ekzosfermentlər (misal üçün, çoxlu miqdarda sellüloza və proteazlar). Ekzofermentlər göbələk hüceyrəsi tərəfindən mühitə buraxılır. Daha sonra onun tərəfindən dağılan substratın məhsulu udula bilir. Lakin fermentlərin əksəriyyəti hüceyrənin daxilində istifadə edilir və orada da lokallaşır. Multifermentlər kompleksi eyni vaxtda və bir nöqtədə öz aralarında baş verən çoxlu sayda reaksiyalara xidmət edir, misal üçün yağ turşularının və ya triptofanın sintezi.
Profermentlər – bu fəal fermentlərin qeyri fəal sələfləridir. Fəallaşma misal üçün, spesifik proteazalarla həyata keçirilir. • Skleroproteinlər – göbələk hüceyrəsinin vacib və əhəmiyyətli zülalları olub, fermentlərə aid deyildir. Skleroprotein termini (skelet, dayaq, struktur zülalları) adətən göbələklərin hüceyrə divarının element tərkibidir və onların quruluşunu müəyyən edir.
Polisaxaridlər Geniş yayılmış assimilyasiya məhsullarıdır, bu heksoz, pentoz, uron turşuları, şəkər spirtləri, habelə onların aminli başqa törəmələridir. Göbələklərin hüceyrə divarında həmişə onların bir neçə tipi iştirak edir. Sellüloza, xitin, L-qlyukan və başqa eyni monomerlərlə yanaşı çoxlu heteropolisaxaridlər də iştirak edir. Hüceyrə divarının vacib və əhəmiyyətli molekulları qlükozid əlaqələr zənciri kimi təqdim edilir, yəni bu qlikanlar ən müxtəlif tərkiblidir.
Göbələklərdə tez-tez rast gəlinən polisaxaridlər Qeyd: rum rəqəmləri tiplərin şərti işarələridir.
Zülallar Proteolitik fermentlərin üç əsas tipini ayırd edirlər: zülal zəncirinin daxilində peptid əlaqələrini pozurlar Endopeptidazlar əksinə, zəncirin yalnız qurtaracağına Ekzopeptidazlar karboksil, aminopeptidazlar aminlərə təsir edirlər Karboksipeptidazlar
Polisaxaridlər də çoxlu sayda göbələklər tərəfindən qida maddələri qismində istifadə edilir. Sellülozanı parçalayan üç tip fermentlər sinergik təsir edirlər. Bir yerdə və eyni vaxta da onlar növbə ilə edildiyinə nisbətən 30 dəfədən artıq substratın halını dəyişirlər. Bu üstünlük təbiətdə də üzə çıxır. Liqnosellülzalar-kimyəvi davamlı polisaxaridlərdir, lakin göbələklər onları da digər orqanizmlərə nisbətən fəal dağıdırlar. Göbələklərin geniş yayılmış fermentləri nişasta, pektin və hemisellülozları hidroliz edir, ona görə ki, onlara rast gəlinən bütün təbii üzvi makromolekullara daxil ola bilirlər. Onların bu xüsusiyyəti materialları zədələmək nöqteyi nəzərdən əhəmiyyətlidir.
Lipidlər Yağların dağılması lipazalarla başlayır, onları qliserin və yağ turşularına çevirir. Bu zaman hər iki məhsul sonrakı maddələr mübadiləsi proseslərinə qoşulur. Təbii şəraitdə göbələklər tərəfindən istifadə edilən yağlar başqa ərzaq məhsullarının sulu məhlullarında təqdim olunur (süd tipli emulsiyalar, bitki hüceyrələrinin sitoplazmasında vakuollarla ). Onların hüceyrələrində toplanan ehtiyat yağlar nadir tiplərə aiddir (çox zaman yağ turşularında; palmitin-C16, stearin C 18, olein C18). Sənaye nöqteyi nəzərdən yağların mikrob parçalanması xüsusi rol oynayır.
Özünü yoxlama üçün mövzuya aid test sualları Göbələklər hansı funksiyaları yerinə yetirirlər? a) makromolekul və lipidlərin sintezi, maddələr mübadiləsi üçün enerjinin alınması, ikili metabolizm çərçivəsində çevrilmələr b) yalnız enerjinin alınması c) üzvi qalıqların parçalanması d) makromolekulların monomerlərə qədər çevrilmələri e) zülalların amin turşusuna parçalanması
2. Hansı maddələr göbələk hüceyrəsinin makromolekulları hesab olunur ? a) qeyri-üzvi turşular b) üzvi turşular c) nukleyn turşuları d) xitozan, qlyukan, polisaxaridlər e) yalnız polisaxaridlər
3. Göbələyin həyatında fermentlərin rolu nədən ibarətdir? a) biokatalizator rolunda b) kimyəvi katalizator rolunda c) polipeptid zəncirin sintezi rolunda d) sellüloza rolunda e) proteazlar rolunda
4. Polisaxaridlər göbələk hüceyrəsində hansı məhsullar rolundadır? a) geniş yayılmış assimilyasiya məhsullarıdır b) geniş yayılmış dissimilyasiya məhsullarıdır c) assimilyasiya və dissimilyasiya məhsullarıdır d) amin turşuları rolundadır e) qeyri-üzvi mənşəli turşular rolundadır
5. Oomisetlər sinfində hüceyrə divarının tipi hansıdır? a) sellüloza- ß- qlyukan b) sellüloza- xitin c) xitin-xitozan d) fukoza, ksiloza e) fukoza