1 / 83

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası Mövzu : Yağlı bitkilərin ( günəbaxan) morfoloji quruluşu, növləri və sortları Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S. BİTKİLƏRİN TƏSNİFAT VAHİDLƏRİ AL Ə M – REGNUM ŞÖBƏ - DİVİSİO

agnes
Download Presentation

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası Mövzu: Yağlı bitkilərin (günəbaxan) morfoloji quruluşu, növləri və sortları Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S.

  2. BİTKİLƏRİN TƏSNİFAT VAHİDLƏRİ ALƏM – REGNUM ŞÖBƏ - DİVİSİO SİNİF – CLASSİS SIRA - ORDO FƏSİLƏ – FAMİLİA CİNS – GENUS NÖV – SPECİES YARIMNÖV – SUBSPECİES NÖVMÜXTƏLİFLİYİ – VARİETİS SORT - CULTİVAR

  3. YAĞLI BİTKİLƏR Günəbaxan (Helianthusannus L.) Soya (GlycinehispidaMaxim.) Gənəgərçək (Ricinus ) Yağlı kətan (Linumusitatissimum L.) Göy xardal (BrassicajunceaCzerw.) Ağ xardal (Sinapisalba L.) Payızlıq raps(Brassicanapusoleiferabiennis D. C.) Yazlıq raps (BrassicanapusoleiferaannuaMetzg.) Turpəng (Brassicarapaoleifera D. C.) Yağçiçəyi (CamelinasativaCrantz) Yerfındığı (araxis) (Arachishypogeae) Küncüt(Sesamumindicum) Saflor (Carthamustinctorius L.) Perilla (sudza) (BrassicanapusoleiferaannuaMetzg.) Lallemantiya(Lallemantiaiberica T. et. M. ) Yağlı lalə (Papaversomniferumssp. eurasiaticum L.) Yağlı turp (Raphanussativus L.)

  4. YAĞLI BİTKİLƏR Yağlı bitkilərə günəbaxan, soya, gənəgərçək, yağlı kətan, göy xardal, ağ xardal, payızlıq raps, yazlıq raps (kolza), turpəng, yağçiçəyi, araxis (yer fındığı), küncüt, saflor, perilla (sudza), lalemantiya, yağlı lalə və s. bitki növləri aiddir. Bu qrupun nümayəndələrinin əksəriyyəti bir-birindən kəskin fərqlənən morfoloji və bioloji xassəyə malik olduğuna görə onları təcrübi olaraq öyrənərkən hər fəsiləyə xas olan xüsusiyyətlər nəzərə alınmaqla, hər biri haqqında ayrılıqda məlumat verilməlidir. Yağlı bitkilər meyvələrinə, toxumlarına, cücərtilərinə, yarpaqlarına, çiçək qruplarına və çiçəklərinə görə öyrənilir. Yağlı bitkilərin meyvələri və toxumları. Yağlı bitkilərin səpin materialı onların əsil toxumu, yaxud bütünlükdə meyvəsi hesab edilir. Lakin həqiqi toxumları meyvənin içərisində yerləşir. Bitkinin bu hissələri öyrənilərkən səhvə yol verilməməsi üçün botaniki terminologiyadan istifadə edilməklə toxum və meyvə məfhumu anlaşılmalıdır. Yağlı bitkilərin meyvələri və toxumlarının quruluşunun çox müxtəlif olması ilə əlaqədar olaraq bitkilərin əvvəlcə bu hissələrə əsasən öyrənilməsi daha məqsədə uyğundur.

  5. Yağlıbitkilərinmeyvələrivətoxumları: 1- günəbaxan; 2 - saflor; 3 -gənəgərçək; 4 - küncüt; 5 - xaşxaş; 6 -yerfındığı; 7 - ağ xardal; 8 - sarept xardalı.

  6. Yağlı bitkilərin meyvələrinin quruluşxüsusiyyətləri

  7. Yağlı bitkilərin toxumlarının əsas xüsusiyyətləri

  8. Yağlı bitkilərin cücərtilərinə görə təyini. Toxum əlverişli şəraitə düşdükdə, yəni lazımi qədər nəmlik, istilik və havanın oksigeni ilə təmin olunduqda cücərməyə başlayır. Toxumun cücərməsi rüşeym kökcüyünün qılafı partladaraq xaricə çıxdığı dövrdən hesab edilir. Demək olar ki, bununla eyni vaxtda ləpəaltı dizcik (rüşeym kökcüyü ilə ləpələrin arasında yerləşən gövdə parçası) böyüməyə başlayır. Ləpəaltı dizcik səthə çıxan kimi vəziyyətini düzəldir, nəhayətində olan ləpələr ətrafa açılaraq yaşıllaşır və ləpəyarpağı, yaxud qeyri-həqiqi yarpaq adlanır. Ləpə yarpaqları assimilyasiya etməyə başladıqdan bir neçə gün sonra onların arasındakı boy tumurcuğundan ilk həqiqi yarpaqlar əmələ gəlir. Yağlı bitkilərin yarpaqlarının quruluşu. Yağlı bitkiləri morfoloji quruluşca ayıran əsas xüsusiyyətlərdən biri yarpaqlarının quruluşudur. Kələmkimilər fəsiləsindən olan bitkilər bu cəhətcə bir-birinə oxşar olsalar da (raps, yağçiçəyi, xardal və s.) yarpaq ayasının bir sıra əlamətləri onları da asanlıqla seçməyə imkan verir.

  9. Yağlı bitkilərin cücərtilərinin əsas morfoloji xüsusiyyətləri

  10. Yağlıbitkilərincücərtiləri. 1 – günəbaxan; 2 – küncüt; 3 – xaşxaş; 4 – gənəgərçək; 5 – yerfındığı.

  11. Yağlı bitkilərin yarpaqlarının formasına görə təyini

  12. Yağlı bitkilərin çiçək qrupu Qönçələmə və çiçəkləmə məhsuldarlıq elementlərinin bünövrəsi olduğu üçün bitkilərin mühüm inkişaf fazaları hesab edilir. Dənli paxlalılarda olduğu kimi budaqlanma qabiliyyətinə malik olan və budaqlanmayan bitkilərdə qönçələmə və çiçəkləmənin başlanğıcı ilk çiçəklərin, yaxud çiçək qrupunun vəziyyətinə əsasən təyin edilir. İlk çiçək qrupunda qönçələrin aydın seçilməsi qönçələmənin, onların açılması isə çiçəkləmənin başlanğıcı hesab edilir. Yağlı bitkilər daxil olduqları fəsilənin xüsusiyyəti ilə əlaqədar olaraq çox kəskin fərqlənən çiçək və çiçək qrupu əmələ gətirirlər. Yağlı bitkilərin inkişaf fazaları Yağlı bitkilər bioloji cəhətcə çoxillik və birillikdir. Birillik formalarının əsas inkişaf fazaları cücərmə, qönçələmə, çiçəkləmə və yetişmə dövründən ibarətdir. Daxil olduqları fəsilənin quruluş xüsusiyyətləri ilə əlaqədar olaraq ayrı-ayrı cinslərin fazaları arasında keçən müddətlə bərabər, bitkilərdə gedən morfoloji dəyişikliklər də müxtəlif olur.

  13. Yağlı bitkilərin inkişaf fazaları

  14. Günəbaxanın çiçəkləri: a – boruşəkilli; b – dilşəkilli; v – dişicik; c – toz kisəsi.

  15. Günəbaxanın çiçəkləri: 1 – boruşəkilli ikicinsli çiçək, 2- dişicik sütuncuqla birlikdə, 3 – ağzı haçadilimli sütuncuq, 4 – tozluq, 5 – dilşəkilli kənar cinsiyyətsiz çiçək

  16. Günəbaxan səbətinin uzununa kəsiyi: (yuxarıda səbətin hissələri) a - çiçək qrupunun enliləşmiş hissəsi (ümumi çiçək yatağı) б– səbətin büküm yarpaqları, в - yalançı dilcik çiçəkləri;г – mərkəzi boruşəkilli çiçəklər

  17. GÜNƏBAXAN-Helianthusannus L. Fəsiləsi Asteraceae (Compositae) AYÇİÇƏK ПОДСОЛНЕЧНИК SUNFLOWER

  18. Günəbaxanın morfoloji quruluşu Günəbaxan (Helianthus) Astra (Asteraseae) (mürəkkəbçiçəklilər - Compositae ) fəsiləsinə daxildir. Torpağın dərinliyinə 3-4 m, ətrafa isə 1,2 m-ə qədər yayıla bilən şaquli kök sisteminə malikdir. Kök telləri rütubətli şəraitdə torpağın üst qatlarında yerləşir, hətta səthə çox yaxın olur, quraqlıqda torpağın dərinliyinə işləyərək bir sıra bitkilərin (buğda, çovdar) kökünün çata bilmədiyi dərinlikdə olan sudan istifadə edə bilir. Günəbaxan bu qabiliyyəti sayəsində hava quraqlığına uzun müddət dözə bilir. Gövdəsi qaba, möhkəm, dik vəziyyətli, yuxarı hissəsində budaqlanan, yaxud heç budaqlanmayandır. Qruplarından, sortlarından və becərilmə şəraitindən asılı olaraq 60-450 sm və daha hündür olur. Yarpaqları sadə, uzun saplaqlı, kənarı diş-diş, yaxud mişar kimidir. Gövdənin aşağı hissəsindəki 2-3 cüt yarpaq qarşı-qarşıya, sonrakılar növbəli düzülür. Tipik yarpaqları gövdənin orta mərtəbəsində yerləşənlərdir ki, ayası oval-ürək formalı, iridir. Ən yuxarıdakı yarpaqlar tədricən kiçilərək çiçək qrupu bükümünə çevrilir.

  19. Günəbaxan(Helianthusannus L.)1, 2– bitki cücərti və çiçəkləmə fazasında; 3– yetişmiş səbət;4– çiçəklər və onun orqanları: a– boruşəkilli, b– dilşəkilli,v– dişicik, q – toz kisəsi;5– tozcuq dənəsi

  20. Günəbaxan gövdəsinin en kəsiyi

  21. Çiçək qrupu əsası iri, ətli, səthi kiçik yuvacıqlarla örtülü, dairəvi səbət təşkil edir. Astra (Asteraseae)fəsiləsinin digər bitkilərində olduğu kimi günəbaxanda da dilşəkilli və boruşəkilli çiçəklər əmələ gəlir. Dilşəkilli çiçəklər səbətin kənarında 1-2 cərgə düzülür, sarı-narıncı rəngli, cinsiyyətsiz olur. Bəzən dişicik əmələ gəlir ki, o da çox zəif olduğu üçün məhsul vermir. Boruşəkilli çiçəklər səbətin üzərindəki yuvalarda yerləşir, iki cinsli və məhsuldar olurlar. Ancaq dişiciklər erkəkciklərdən tez yetişdiyinə görə çarpaz tozlanır. Bir səbətdə 600-1200 və daha çox boruşəkilli çiçək əmələ gəlir. Çiçəyin tacının dilimi və erkəkciyin sayı beşdir. Tozcuqları yuvarlaq, sarı rəngli, tikanlı və yapışqanlıdır. Dişiciyi biryuvalı yumurtalıqdan, sütuncuqdan və iki haça (ikidilimli) ağızcıqdan ibarətdir. Meyvəsi eyni zamanda toxumu hesab edilir və tum adlanır. 1000 ədəd toxumunun kütləsi 40-125 qramdır. Tumu az-çox dərəcədə dördüzlü, uzunsov, pazşəkilli sivri nəhayətli, iki ləpəlidir. Tumun iriliyi, rəngi forması günəbaxanın yarımnöv, qrup və sort xüsusiyyəti ilə əlaqədar olaraq müxtəlif olur.

  22. Yağlı bitkilərin çiçək qrupuna görə təyinin

  23. Günəbaxan bitkisinin ümumi görünüşü

  24. Günəbaxanın çiçəkləri və tam yetişmiş səbəti

  25. Günəbaxanın növləri və yarımnövləri • Günəbaxan ( Helianthus) cinsi 264-ə qədər növü əhatə edir. Onlardan 25 növü birillik, qalanları çoxillikdir. • K. Linneyin müəyyən etdiyi Helianthusannus L. növü hazırda iki sərbəst növə ayrılır: • Mədəni günəbaxan –Helianthuscultus. • Yabanı günəbaxan – Helianthusruderalis. • Mədəni günəbaxan kompleks morfoloji əlamətlərə və bioloji xüsusiyyətlərə görə iki yarımnövə bölünür: • Tarla günəbaxanı – Helianthusannusssp. sativus. • Bəzək günəbaxanı – Helianthusannusssp. ornamentalis.

  26. Günəbaxanın növmüxtəlifliyi qrupları • Tarla günəbaxanı yarımnövünə daxil olan növmüxtəliflikləri coğrafi cəhətcə bir-birindən kəskin fərqlənən dörd qrupda toplanırlar. • Şimali Rusiya qrupu – borealiruthenici. • Mərkəzi Rusiya qrupu – medioruthenici. • Cənubi Rusiya qrupu – austroruthenici. • Qafqaz qrupu – caucasica. • Şimali Rusiya qrupu – bu qrupun əsas formalarının gövdəsi yaxşı budaqlanandır. Bitkisi 65-125 sm hündürlüyündə, orta dərəcədə yarpaqlanandır. Budaqlarının sayı 10-20-yə qədər, səbətinin diametri 12-20 sm, toxumun uzunluğu 8-10 mm-dir. Zirehliliyi yüksəkdir. Tumunda 25-50%, nüvəsində 42-63% yağ vardır. Tum qabığı toxumun ümumi çəkisinin 25-50%-ni təşkil edir. • Quraqlığa davamı orta, kəhrəyə (alaq otu) qarşı davamlı sortlarının bioloji xüsusiyyəti ilə əlaqədar olaraq müxtəlifdir. «B» kəhrə irqinə dözümlüdür, bəzi formalarına kəhrənin bütün tipləri kəskin sirayət edir. Pas xəstəliyinə orta dərəcədə tutulur. • Orta müddətdə və tezyetişən qrupdur. Vegetasiya müddəti 75-138 günə qədərdir. Yağlıq qrup kimi əhəmiyyətlidir.

  27. Mərkəzi Rusiya qrupu – çox formalarında gövdə budaqlanmır. Bitkisinin hündürlüyü 120-190 sm, yarpaqlanma dərəcəsi ortadır. Səbətinin diametri 18-30 sm, tumunun uzunluğu 8-14 mm-dir. Əksər formaları zirehlidir. Tərkibində 40-43%-ə qədər yağ vardır. Quraqlığa davamı və pas xəstəliyinə tutulması orta dərəcədədir. Kəhrə güclü sirayət edir. Cənubi Rusiya qrupu – gövdəsi budaqlanmayan, yaxud yuxarı hissədə zəif budaqlanandır. Yarpaqlanması orta dərəcədədir. Bitkisi 200-400 sm hündürlüyündə, səbətinin diametri 16-30 sm, tumunun uzunluğu 10-14 mm, yağının miqdarı 27-40%, qabığının miqdarı 37-49%-dir. Əksər sortları zirehsizdir. Quraqlığa davamı ortadır. Kəhrə güclü, pas xəstəliyi isə orta dərəcədə sirayət edir. Gecyetişən qrupdur. Vegetasiya müddəti 140-165 gündür. Qafqaz qrupu – gövdəsi budaqlanmayan ancaq yaxşı yarpanlanandır. Bitkisi hündürboylu 130-200 sm, səbətinin diametri 12-25 sm, tumunun uzunluğu 13-25 mm-dir. Tumun ümumi çəkisinin 26-29%-ni yağ, 38-50%-ni qabıq təşkil edir. Əksər sortlarının tumu zirehsizdir. Quraqlığa davamlı deyildir. Kəhrəyə qarşı yüksək, pas xəstəliyinə orta dərəcədə davamlıdır. Orta gecyetişən qrupdur. Vegetasiya müddəti 110-135 gündür.

  28. Tarla günəbaxanı təsərrüfat əhəmiyyətinə və morfoloji quruluşuna görə üç qrupa bölünür: • 1- çırtlaq; 2- yağlıq; 3- aralıq (keçid) günəbaxan Günəbaxan qruplarının mühüm əlamətləri

  29. Günəbaxan tumunun zirehliliyinin təyini Günəbaxanın çox sortlarında tum qabığının sklerenxim qatının üst hüceyrələri, tərkibinin 76%-ə qədərini karbon təşkil edən qara fitomelan maddəsi ifraz edir. Bu maddə mantar qatı ilə sklerenxim arasında zireh qatı adlanan sərt təbəqə əmələ gətirir. Zireh qatı çox möhkəm olduğu üçün tumun nüvəsini ziyanvericilərdən (xüsusilə günəbaxan güvəsindən) mühafizə edir. Ancaq çarpaz tozlanma nəticəsində zirehsiz sortlar əmələ gəlir. Səpin materialı yoxlanılaraq zirehsiz toxumların çıxdaş edilməsi alınacaq məhsulun ziyanvericilərdən qorunmasının əsas tədbirlərindən hesab edilir. Toxumun zirehliliyini təyin etmək üçün ən asan və sadə üsullardan biri tum qabığının mikroskopik tədqiqidir. Tum qabığının en kəsiyinə mikroskopda baxdıqda qabığın bütün hissələri aydın seçilir. Ən xarici nisbətən nazik qat epidermis adlanır. Epidermisin altında bir neçə cərgə mantar toxumaları, onun da altında qalın, sərt qara rəngli (əgər vardırsa) zireh qatı, nəhayət bunun da altında sklerenxim hüceyrələri yerləşir. Zirehsiz sortlarda mantarla sklerenxim arasında başqa hissə olmur. Zirehliliyi cızma, pörtmə və kimyəvi üsulla da təyin etmək olar. Tum qabığı boz və boz-zolaqlı toxumlarda zirehliliyin təyinində cızma və pörtmə üsulu tətbiq edilir. Ancaq tünd və qara toxumların qabığının rəngi zireh qatının rəngi ilə eyni olduğu üçün kimyəvi üsul daha düz və dəqiq nəticə verir.

  30. Günəbaxan qabığının enkəsiyi.(solda - zirehli, sağda – zirehsiz) 1 – epidermishüceyrələri, 2- mantartoxuması, 3- zirehqatı,4- sklerenximhüceyrələri

  31. Cızma üsulu - analiz bu üsulla aparıldıqda tum qabığının açıq rəngli hissəsinin epidermis və mantar qatı iti lansetlə diqqətli sıyrılaraq təmizlənir. Zirehli tumlarda mantar qatının altında qara sərt təbəqə (zireh qatı) müşahidə olunur. Zirehsiz tumlarda bu təbəqə olmadığına görə mantar qatının altında yalnız sklerenxim qatı olur. Pörtmə üsulu – yoxlanılacaq toxum qarışığı stəkana tökülərək üzərinə toxumları tam örtənə qədər şiddətli qaynayan adi su əlavə edilir. Su otaq hərarətinə qədər soyuduqdan sonra süzülür. İsti suyun təsirindən zirehli tumlar tünd (demək olar ki, qara) rəngə çevrilir, zirehsizlər isə daha açıq boz rəng alırlar. Kimyəvi üsul – tədqiq ediləcək toxum nümunəsi stəkana qoyularaq üzərinə ikixromlu kükürd qarışığı tökülür (qarışıq 85 hissə doydurulmuşikixromlu turş kalium və 15 hissə qatı kükürd turşusundan ibarətdir), otaq hərarətində 5-10 dəqiqə saxlanılır. Bu müddətdə tum qabığının epidermis və mantar toxumaları rəngsizləşir, zireh qatının hüceyrələri möhkəm olduğuna görə məhlulda həll olunmayaraq qara rəngli qalır. Zirehsiz tumun qabığı bütünlükdə rəngsizləşir. Bütün üsullarda hərəsində 100 toxumdan az olmayaraq iki nümunə götürülür, ayrılıqda tədqiq edilir, sonra zirehli toxumlar sayılır və hər nümunənin ümumi sayına əsasən toxum partiyasının zirehliliyi %-lə hesablanır.

  32. Günəbaxanın Azərbaycanda (2010) rayonlaşdırılmış sortları Qiqant 549 (1963) VNİİMK 8883 (1983) Kazio (Fransa) (2002)

  33. N ə h ə n g – 549 sortu. Ümumittifaq Bitkiçilik İnstitutunun Kuban və Maykop təcrübə stansiyaları tərəfindən Krasnodar diyarının yerli nümunəsindən fərdi seçmə üsulu ilə yetişdirilmişdir. Günəbaxanın çırtlaq qrupuna daxildir. Silos üçün ən əlverişli sortdur. Gövdəsinin hündürlüyü 2-4 metrə qədərdir. Yaxşı yarpaqlanandır. Vegetasiya müddəti 90-110 gündür. Aran rayonlarında iyunun axırlarında, alçaq-dağlıq bölgələrdə iyulun ortalarında, orta-dağlıq bölgələrdə isə avqustun əvvəllərində ən yüksək yaşıl kütlə verir. Səbəti orta irilikdə, tumu iri, açıq-boz rəngli, zirehsizdir. Yaşıl kütlə məhsulu hər hektardan orta hesabla alçaq-dağlıq (dağətəyi) bölgədə 150-330 sentner, orta-dağlıq bölgədə isə 250-300 sentner olur. Yüksək yaşıl kütlə məhsulu hər hektardan Alazan-Həftəran bölgəsinin rütubətli hissəsində 900 sentnerə çatır. Azərbaycanın alçaq-dağlıq və orta-dağlıq bölgələrində silos məqsədilə 1963-cü ildə rayonlaşdırılmışdır.

More Related