1 / 51

Faktiki hava haqqında və xüsusi METAR və SPECI məlumatı

MİLLİ AVİASİYA AKADEMİYASI. Faktiki hava haqqında və xüsusi METAR və SPECI məlumatı. Mühazirəçi: M əlikov B.M.

arvid
Download Presentation

Faktiki hava haqqında və xüsusi METAR və SPECI məlumatı

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. MİLLİ AVİASİYA AKADEMİYASI Faktiki hava haqqında və xüsusi METAR və SPECI məlumatı Mühazirəçi: Məlikov B.M.

  2. Aerodromda faktiki hava haqqında müntəzəm və xüsusi məlumalar metar kodu formasında tərtib olunurlar. - “metar” beynəlxalq meteoroloji kodu - aerodrom ərazisində faktiki hava haqqında müntəzəm məlumat (metar- meterological aviation routine weather report)

  3. 1 2 3 4(METAR) CCCC (YYGGggZ) AUTO* dddff(Gfmfm) (dndndndnVdxdxdx) 5 6VVVV (Dv) (VxVxVxVxDv)RDrDr/ VrVrVrVrIилиRDrDr/VrVrVrVrVVrVrVrVrI7 8 9W'W' (WW) NN.N.N..I1.J1..I1.. (CAVOK)və ya VVhshshs10 11 12 13T ' T ' / T 'dT'dQPhPhPhPh(Д) TREND 14 15RMK. . . DrDrErCrCrCrBrBr

  4. Qeyd:1. METAR kodu ilə yalnız müntəzəm faktiki hava müşahidələri kodlaşdırılır.2. METAR məlumatı digər aerodromlara ötürülmək üçün istifadə olunur və aerodromda tətbiq edilən başqa məlumatlardan fərqlənir. Bu fərqlər kodun ayrı-ayrı qruplarına olan qeydlərdə göstərilir.3. METR kodunun adı faktiki hava məlumatının əvvəlində qeyd olunmalıdır. Bülletendə bir neçə məlumat birləşmiş olarsa, METAR kodunun adı yalnız bülleten mətninin birinci sətirində qeyd olunur, ondan sonra isə standart müşahidə vaxtları (UTC vaxtı) göstərilir. Qeyd: müşahidə zamanı hə hansı element və ya atmosfer hadisəsi müşahidə olunmazsa, onların qrupları məlumata daxil edilmir.

  5. METAR kodunun qruplarının izahı:1. Meteoməlumatın tipi: METAR və ya SPECIFaktiki hava məlumatı ayrıca teleqram şəklində buraxılırsa meteoməlumatın tipi METAR – müntəzəm faktiki hava məlumatı və SPECI - faktiki hava haqqında xüsusi məlumat sözləri ilə qeyd olunur. 2. Aerodromun indeksi: ССССReqionun, ölkənin və aeroportun adını özündə birləşdirən 4 hərfdən ibarətdir, məsələn: UUEE - Moskva (a/pŞeremetyevo),UUWW - Moskva (a/p Vnukovo),LFPO - Paris (a/p Orli), KJFK – Nyu-York (a/pKennedi) və s. Bütün ölkələrin aeroportlarının indeksləri İKAO-nun «Doc.7910 - Указатели (индексы) местоположения» toplusunda qeyd olunmuşdur.

  6. 3.Ayın tarixi və müşahidə vaxtı: YYGGggZ.Vaxt beynəlxalq koordinasiya vaxtının saat və dəqiqələri ilə göstərilir - UTC (Universal Time Coordinated) və yazulu-time (Z).4. Külək: dddffGfmfm;dxdxdxVdxdxdx.Aeroportdan kənara yayılan məlumatlarda küləyin sürət və istiqamətinin 10 dəqiqə ərzində ortalaşdırılmış qiymətindən istifadə olunur, aerodrom ərazisində uçuş və enmə üçün, həmçinin HHT orqanlarında quraşdırılmış indikatorlarda küləyin sürət və istiqamətinin 2 dəqiqə ərzində ortalaşdırılmış qiymətindən istifadə olunur.

  7. Aeroportdan kənara yayılan məlumatlarda küləyin istimaqətinə maqnit meyilliyi düzəlişi edilmədən verilir. Həqiqi küləyin istiqaməti 3 rəqəmlə qeyd olunur, məsələn: 310 – şimal-qərb, 180 – cənub, 090 – şərq və s.Sürəti 3 düyün, 2 m/s və 6 km/saat-dan az olan dayanıqsız külək VRB ixtisarı ilə göstərilir: VRB:VRB02MPS - (variable) – dayanıqsız 2 m/s. VRB03KT - dayanıqsız 3 düyün.Xüxuxi hallarda, məsələn, qasırğa keçən zaman küləyin istiqamətini təyin etməkdə çətinlik yaranır. Bu halda sürət 3 düyündən artıq olduqda küləyin istiqaməti VRB ixtisarı ilə qeyd olunur, məsələn: VRB25KT – 25 düyün sürətə malik əhəmiyyətli dayanıqsız külək. VRB10MPS – 10 m/s sürətə malik əhəmiyyətli dayanıqsız külək.

  8. Böyük sürətə malik (3 düyün, 2 m/s və 6 km/saat-dan böyük) dayanıqsız külək müşahidə olunduqda, istiqaməti 60° və daha çox dəyişərsə məlumatda ortalaşdırılmış istiqamət deyil, küləyin istiqamətinin dəyişdiyi iki sərhəd qiymət qeyd olunur:250V320 - 250° və 320° arasında dəyişən külək (saat əqrəbi istiqamətində); 080VI60 - 80° və 160°arasında dəyişən külək (saat əqrəbi istiqamətində). V hərfi (variable) – küləyin dəyişkən xüsusiyyətini ifadə edir. Küləyin sürəti istiqamətin ardınca sürətin qiymətini ifadə edən iki rəqəmlə qeyd olunur: 04MPS - 4 metres per second - 4 m/s. 15КТ - 15 knots - 15 düyün. 25КМН - 25 kilometres per hour - 25 km/saat.

  9. Küləyin maksimal sürəti (şiddəti) onun orta sürətindən 5 m/s və daha çox olduqda orta qiymətinə əlavə olaraq göstərilir. Lazım gəldikdə şiddəttin orta qiymətdən 5 m/s-dən az fərqlənən qiyməti də məlumata daxil edilə bilər.Şiddətli külək “G” (gust) hərfinin köməyilə qeyd olunur. 1805G10KT- istiqamət 180°, orta sürət 05 düyün, şiddəti 10 düyün.Həm sürəti, həm də istiqaməti dayanıqsız olan qasırğalı külək zamanı külək qrupunda dayanıqsız və atmosfer hadisələri qrupunda SQ (squall) ixtisarı qeyd olunur. :VRB19MPS .... SQ – dayanıqsız istiqamətə malik, sürəti 19 m/s.

  10. Şəlakət verilmiş aerodromda sürətin ölçü vahidi göstərilməklə 5 sıfırla qeyd olunur. : 00000(MPS, KT, KMH) – şəlakət (CALM).5. Görünüş məsafəsi: Kod sxemi: WW və ya V1V1V1V1VV2V2V2V2Metrlə 4 rəqəmlə qeyd olunur, məsələn: 0100 – 100 m, 0600 – 600 m, 1000 – 1000 m, 2500 -2500 m, 9999 – 10000 mvə daha çox.Görünüş məsafəsi üzərində müşahidələr instrumental olaraq və ya seçilmiş ya da quraşdırılmış gündüz və gecə oriyentirləri üzrə aparılır

  11. Enmə sistemi quraşdırılmış aerodromlarda görünüş məsafəsi üzərində müşahidələr UEZ boyunca həyata keçirilir. İnstrumental müşahidələr zamanı UEZ-in uzunluğundan asılı olaraq məlumata aşağıdakılar daxil edilir:a) UEZ-in uzunluğu 2000 m və az olduqda - görünüş məsafəsinin UEZ-in hər iki qurtaracağında ölçülmüş iki qiymətindən ən kiçiyi;b) UEZ-in uzunluğu >2000 m olduqda - görünüş məsafəsinin işçi start və UEZ-in ortasında ölçülmüş iki qiymətindən ən kiçiyi.

  12. Ortalaşdırma:- METAR, SPECI məlumatları üçün 10 dəq., görünüş məsafəsi əhəmiyyətli dərəcədə qeyri-stabil olduqda ortalaşdırma dövrü azalır. - yerli müntəzəm və xüsusi məlumatlarda və HHT orqanlarında görünüş məsafəsi haqda məlumatın əks olunduğu displeylərdə ortalaşdırma müddəti 1 dəq.«Р» (plus, passed)- hərhansı qiymətdən yuxarı.«М»- hərhansı qiymətdən aşağı6.UEZ-də görünüş məsafəsi. Kod sxemi: RDrDr/VrVrVrVrvə ya RDrDr/VrVrVrVrVVrVrVrVrI

  13. ОВИ, ОМИ sistemindən istifadə olunan aerodromlarda UEZ-də görünüş məsafəsi bilavasitə UEZ-də ölçülə bilmədiyi üçün, alatoran və gecə saatlarında görünüş məsafəsinin cihazlar vasitəsilə ölçülmüş 1500 m və daha az qiymətlərində UEZ-də görünüş məsafəsini təyin etmək üçün müvafiq çevirmə cədvəllərindən istifadə olunur. UEZ-də görünüş məsafəsi 400 m-dən az olduqda görünüş məsafəsinin qiymətinin verilmə addımı 25 m, 400-800 m olduqda addım 50 m, 800 m-dən çox olduqda isə addım 100 m-ə bərabər olur.Addıma uyğun gəlməyən müşahidə olunmuş istənilən qiymət az olan addıma doğru yuvarlaqlaşdırılır.

  14. R- runway- fərqləndirici hərfR hərfindən sonra zolağın nömrəsi göstərilir:R05- ВПП 05R36 - ВПП 36 . Paralel zolaqlar olduqda aşağıdakı hrəflər əlavə olunur:R -right - sağL -left - solС -central – mərkəzRR – sağdan sağLL – soldan solUEZ işıqlarına əsasən görünüş məsafəsi -RVR (runway visual range) metr qiymətləri ilə: R25L/1200 – 25 nomrəli sol UEZ-də görünüş məsafəsi 1200 m.

  15. 7.Atmosfer hadisəsi.Kod sxemi: WWİngilis adlarından alınmış iki hərfdən ibarət ixtisarlarla.Atmosfer hadisələrinin intensivliyi (+) heavy –güclü, (-) light – zəif, -işarəsiz- moderate – mülayim işarələri ilə qeyd olunur. Yağıntıların intensivlik kriteriyaları:-güclü- yağıntının növündən asılı olmayaraq görünüş məsafəsi 1000 m-dən az olduqda;-zəif- görünüş məsafəsi 2000 m-dən çox olduqda.Atmosfer hadisəsi aerodromdan 8 km məsafədə müşahidə olunarsa məlumatda VC qeyd olunur, məsələn:VCTS - in vicinity thunderstorm – aerodrom yaxınlığında şimşək VCSS - in vicinity sandstorm - aerodrom yaxınlığında qum fırtınası və s.

  16. Atmosfer hadisələri və onların qısa xülasəsi. 1) Aramsız yağıntılar.RA - rain - yağış. Laylı-topa buludlardan düşən, damcılarının ölçüsü 0,5 mm-dən böyük olan maye yağıntı. SN - snow - qar. Müxtəlif formalı kristallar şəklində bərk yağıntı. RASN - rain and snow – sulu qar. Müsbət və ya sıfır temperaturda müşahidə olunur. DZ - drizzle - çiskin. 0,5 mm-dən kiçik damcılara malik yağıntı olub, laylı buludlar və ya dumanda müşahidə olunur.

  17. SG - snow grains – qar dənələri. Qar dənəcikləri şəklində bərk yağıntı.РЕ -ice pellets – buz yağışı. 1-3 mm ölçüyə malik kiçik buz kürələri, yağışın mənfi temperatura malik havanın aşağı hissəsindən keçdikdə formalaşır. 1С - ice crystals, diamond dust – buz kristalları və ya almaz tozu. Çox aşağı temperatur şəraitində aydın səmada və ya temperatur kskin düşdükdə havada uçuşçan mm-dən kiçik ölçüyə malik kristallar. Verilmiş atmosfer hadisəsi görünüş məsafəsi 5000 m və daha az olduqda aviasiya hava məlumata daxil edilir.

  18. 2)Soyumuş havada formalaşan atmosfer hadisələri.Mənfi temperaturda soyumuş havada su damcıları və su buxarı maye halında qalmağa davam edir. Kristallaşma (donma) buzun yaranması havadan soyuq olan səth üzərində baş verir. FZDZ - freezing drizzle – soyumuş çiskin. Soyumuş kiçik damcılardan ibarət olur. Bu atmosfer hadisəsi zamanı yerüstü hava təbəqəsində sırsıra və ya buz bağlama müşahidə olunur. FZRA - freezing rain – soyumuş yağış. Soyumuş yağış damcılarından ibarət olur, onların donması bilavasitə yer səthində baş verir. Bu atmosfer hadisəsi zamanı buz bağlama müşahidə olunur. FZFG - freezing fog – soyumuş duman. Состоит из переохлажденных капель во взвешенном состоянии, при температуре от 0° до -20°.

  19. 3)Yüksək rütubətliklə əlaqədar olan atmosfer hadisələri:BR - brume, mist – çən. Havada maye və ya kristallik vəziyyətdə olan su hissəcikləri hesabına görünüş məsafəsinin pisləşməsi. Görünüş məsafəsi 1000 m-dən 5000 m-ə qədər olduqda aviasiya mereoməlumatlarına daxil edilir. FG - fog - duman. Havada böyük miqdarda maye və ya kristallik vəziyyətdə olan su hissəcikləri hesabına görünüş məsafəsinin pisləşməsi. MIFG - minimum fog , shallow fog – yerüstü duman. Yer səthindən 2 m hündürlüyə qədər yayılan duman. BCFG - broken covering fog pathes– duman parçaları (aerodromda ayrı-ayrı sahələrdə). Bu deskriptor yalnız dumanla istifadə olunur və işçi startda deyil aerodrom ərazisində duman parçalarının olmasına işarə edir.

  20. 4)Havada olan bərk hissəciklərlə əlaqədar atmosfer hadisələri.FU - fume, smoke - tüstü. Havada olan natamam yanma hissəcikləri hesabına görünüş məsafəsinin pisləşməsiHZ - haze - sis. Havada asılı vəziyyətdə olan kiçik toz, qum, sənaye tullantıları hesabına 75 % rütubətlikdə görünüş məsafəsinin pisləşməsi. SA - sand - qum. Havada asılı vəziyyətdə qumun olması hesabına görünüş məsafəsinin pisləşməsi. DU - dust – toz. Havada asılı vəziyyətdə tozun olması hesabına görünüş məsafəsinin pisləşməsi. VA - volcanic ash – vulkan külü. Görünüş məsafəsinin vulkan mənşəli hissəciklər hesabına pisləşməsi.Hadisələri: sis, tüstü, toz, qum görünüş məsafəsi 5000 m-dən az olduqda meteoməlumata daxil edilirlər.

  21. 5) Küləklə əlaqədar olan atmosfer hadisələri. DRSA, DRDU, DRSN - drifting sand, drifting dust, drifting snow – qum, toz və qarın 6 fut (2 m) hündürlüyə qaldırılması və ya qum, toz, qar sovuruğu. BLSA, BLDU, BLSN - blowing sand, blowing dust, blowing snow - qum, toz və qarın 6 fut (2 m) və daha artıq hündürlüyə qaldırılması. BLSN hadisəsi həm də alçaq çovğun da adlandırılır. BLSA, BLDU hadisələri görünüş məsafəsi 5000 m və daha az olduqda məlumata daxil edilirlər. DS - duststorm– toz fırtınası. Görünüş məsafəsini əhəmiyyətli dərəcədə pisləşdirərək böyük miqdarda tozun güclü küləklə daşınması. ПSS - sandstorm – qum fırtınası – böyük miqdarda qumun güclü küləklə daşınması. РО - (pole – toz sütunu) dust devil, dust whirls – toz burulğanı. Havanın adətən sütun şəklində toz, qum və kiçik cismləri qaldıran burulğan hərəkəti. Burulğanın diametri bir qayda olaraq, yüzlərlə metrə çatır.

  22. FC - funnel cloud – qıfabənzər bulud, burağan. Onlarla metr diametrə malik burulğan. Topa-yağış buludundan enən axınla su və ya quru səthindən qalxan axının birləşməsi nəticəsində yaranır.Burağanda hərəkət həm saat əqrəbi istiqamətinə həm də əksinə olmaqla sürəti 50-100 m/s-yə çata bilir. Amerikada burağan tornado adlandırılır. Su uzərində formalaşmış burağan«water spout» adlanır. SQ - squall - qasırğa. Sürət və istiqamətinin dəyişməsi ilə müşayət olunan küləyin qəfil dəyişməsi. Topa-yağış buludluğu, əksər hallarda isə kəskin ifadə olunmuş soyuq cəbhə ilə əlaqədardır. Aviasiya meteoroloji məlumatlarındabir dəqiqədən artıq müddətdə 16 düyündən (22 km/saat, 8 m/s) az olmayan orta sürətə və 22 düyündən (44 km/saat, 11 m/s) az olmayan maksimal sürətə malik olduqda qeyd edilir.

  23. 6) Leysan yağıntılar. SH - shower – leysan – topa-yağış buludlarından düşən yağıntılar.Qısa davamiyyət müddəti və damcıların ölçüsü ilə xarakterizə olunur. Leysanın intensivliyi müxtəlif ola bilir, buna görə də leysan yağıntılarda görünüş məsafəsi 50 m və 3000 m arasında tərəddüd edə bilir. GR - grain, hail – dolu –5 millimetrdən böyük (bəzən 20sm-ə qədər) ölçüyə malik topa-yağış buludlarından düşən buz parçaları.GS - grain small, grain soft, and (or) snow pellets – kiçik dolu, buz və ya qar dənələri – ölçüləri 5 mm-ə qədər olur. Qar dənəsi – 0°C temperaturda topa-yağış buludlarından düşən bərk qarabənzər nüvə şəklində yağıntılar.

  24. 7) Şimşək .Şimşək – kompleks atmosfer hadisəsi olub, buludla bulud arasında və ya buludla yer səthi arasında gurultu ilə müşayət olunan elektrik boşalmasıdır. TS - thunderstorm – quru şimşək (10 dəqiqəlik dövr ərzində şimşək eşidilir, lakin yağıntı yoxdur) TSRA - thunderstorm with rain – şimşək yağış iləTSGS - thunderstorm with grain small – şimşək kiçik dolu ilə və s. 8. Buludluq.Buludluğun müşahidə məlumatlarına instrumental və vizual yolla təyin olunmuş miqdarı, forma və aşağı sərhəddinin hündürlüyü daxildir. Buludluğun miqdarı oktantla qeyd olunur. Buludluq hava məlumatlarında aşağıdakı ixtisarlarla kod şəklində qeyd olunur:

  25. -FEW-few-, az, 1-2 oktant.-SCT- skattered – dağınıq, 3-4 oktant.-BKN- broken - əhəmiyyətli, 5-7 oktant.-OVC- overcast - tam, 8 oktant.-SKC-sky clear - aydın.-NSC - nil significant cloud – mühüm buludluq yoxdur.Duman və digər atmosfer hadisələrində səmanın vəziyyətini təyin etmək mümkün olmadıqda instrumental müşahidə nəticələri VV- vertical visibility- şaquli görünüş ixtisarından istifadə edilməklə ötürülür.Buludluğun aşağı sərhəddinin hündürlüyünü 30 m (100 fut) addımlarla göstərmək lazımdır. Buludluğun növü yalnız topa-yağış CB (cumulonimbus) və güclü-topa TCU (towering cumulus) buludları olduqda qeyd olunur.

  26. 9.Əlverişli hava şəraitinin indikatoru - CAVOK-CAVOK (ceiling and visibility o'key) aerodrom ərazisində aşağıdakı hava şəraiti müşahidə olunduqda qeyd olunur: - görünüş məsafəsi 10 km və daha artıq;- buludluğun aşağı sərhəddinin hündürlüyü 1500 və daha artıq və ya MTH-dən (minimal təhlükəsiz hündürlük) ;- istənilən hündürlükdə topa-yağış buludluğu və aşağıda adları qeyd olunan atmosfer hadisələri müşahidə olunmursa: şimşək, toz və ya qum fırtınası, yerüstü duman, qar, toz və ya qum sovuruğu. 10. Havanın temperaturu və şeh nöqtəsi kod sxemi: (M)TT/(M)TdTdhavanın temperaturu və şeh nöqtəsi Selsi dərəcələri ilə tam qiymətə qədər yuvarlaqlaşdırılaraq ötürülür, məsələn, 5,8°C temperatur 06 kimi qeyd olunur,10,2°C temperatur 10 kimi qeyd olunur və s.

  27. 11. Təzyiq.Kod sxemi: QPhPhPhPh, AphPhPhPh.Meteoməlumatlarda standart atmosfer üçün dəniz səviyyəsinə gətirilmiş təzyiq hektopaskallarla qeyd olunur – QNH.Aerodrom səviyyəsində təzyiq ekipajın sorğusuna əsasən verilir və ya hava məlumatına RMK qrupunda daxil edilir. Təzyiq millimetr civə sütunu (mm c.s) və ya düym civə sütunu ilə (inches of Mercury) ölçülür. Məlumatda hektopaskal və ya düym ilə ötürülür. Təzyiq vahidləri arasında əlaqə:: 1 mm c.s. = 1,333 mmb (hPa);1 hPa= 0,75 mm c.s.; 1 düym (inches) - 25,4 mm c.s. = 2,54 sm. Millibar və ya hektopaskalla ötürülmüş təzyiq məlumata Q (QNH) hərfi ilə daxil edilir, düym ilə ötürüldükdə isə A (Altimeter-setting – hündürlük ölçən) hərfi ilə daxil edilir. Məsələn: Q0992=QNH=992 hPa, Q1000=QNH-1000 hPa, А2907=QNH- 29,07 inches (düym), А3100 =QNH-31,00 inches.

  28. - AUTO məlumatlarında-Ötürücülərin görünüş məsafəsinin istiqamətə görə dəyişmələrini verməsi mümkün olmayan şəkildə yerləşdikdə avtomatlaşdırılmış METAR, SPECI məlumatlarındagörünüş məsafəsinin qiymətinin əvəzinə NVD ixtisarı qeyd olunur. Avtomatlaşdırılmış sistem yağıntının növünü təyin edə bilmədikdə UP ixtisarından istifadə olunur.Avtomatlaşdırılmış sistemdə müşahidə zamanı buludluğun növünü təyin etmək mümkün olmadıqda hər bir qrupda buludluğun tipinin yerində /// qeyd olunur. Avtomatlaşdırılmış sistem bulud təyin etmədikdə məlumatda NCD abbreviaturasından istifaə olunur. Avtomatlaşdırılmış sistem yağıntının tipini müəyyən edə bilmədikdə yaxın keçmiş zamandakı yağıntı tipinə uyğun olaraq REUP ixtisarından istifadə edilir.

  29. 12.Əlavə məlumatYerli müntəzəm və xüsusi hava məlumatları və METAR , SPECI məlumatlarına aşağıda sadalanan yaxın keçmiş zamanda baş vermiş atmosfer hadisələri haqda məlumat da daxil edilməlidir, başqa sözlə desək, müşahidə anında deyil, sonuncu buraxılmış hava məlumatından sonra aerodrom ərazisində müşahidə olunmuş atmosfer hadisəsi haqda əlavə məlumatda qeyd edilməlidir:bu halda atmosfer hadisəsi RE – recent – ixtisarından istifadə edilməklə “yaxın keçmiş” hadisə adlanır. Məsələn: REFZDZ - recent freezing drizzle – yaxın keçmiz zamanda müşahidə olunmuş çiskin, RETSRA -recent thunderstorm with rain - yaxın keçmiz zamanda müşahidə olunmuş yağış ilə şimşək недавняя гроза с дождем, RESS - recent sandstorm - yaxın keçmiz zamanda müşahidə olunmuş qum firtinası və s.

  30. 13. TREND tipli proqnozKod sxemi: TREND FCSTMüşahidə vaxtından iki saat sonrakı dövr üçün tərtib olunur. Meteoelementlərin dəyişmə dövrü 2 saatdan az olur və əlavə olaraq hava məlumatında qeyd edilir. Proqnoz aşağıdakı qrupları əhatə edə bilər:a) hava şəraitinin dəyişməsib) meteoelementlərin dəyişmə vaxtınıc) küləkd) görünüş məsafəsie) atmosfer hadisəsi f) buludluq

  31. a) Hava şəraitinin dəyişməsi aşağıdakı ixtisarlarla göstərilir:BECMG - becoming – tədricən – meteoelementin qiymətinin müəyyən dövr ərzində tədricən dəyişəcəyi ehtimal edilir.TEMPO - temporary – arabir – proqnozun əsas hissəsi fonunda meteoelementlərin qiymətlərinin arabir dəyişəcəyi ehtimal edilir.Hər bir dəyişkənlik bir saatdan az davam edə bilər, bütün dəyişikliklərin cəmi proqnozun fəaliyyət dövrünün yarısından az hissəsini əhatəetməlidir. NOSIG - по significant change - əhəmiyyətli dəyişiklik gözlənilmir – meteoelementlərin faktiki hava məlumatında göstərilən qiymətlərinin yaxın iki saat ərzində saxlanılması gözlənilir. b) meteoelementlərin dəyişmə vaxtlarının əlavə ifadə vasitələri:FM - from - -dan, -dən - dəyişiklik dövrünün başlanmasını ifadə edir.TL - till – qədər – dəyişiklik dövrünün bitməsini ifadə edir. AT - at - -da, -də - dəyişikliyin baş verəcəyi müəyyən vaxti ifadə edir.

  32. c) külək, faktiki hava teleqramında olduğu kimi ötürülür.d) görünüş məsafəsi bir qrup ilə gözlənilən minimal qiyməti göstərilməklə ötürülür.e) Atmosfer hadisələri METAR kodunda olduğu kimi ötürülür.Atmosfer hadisəsi qrupunun yerində NSW istifadə olunarsa - NSW - по significant weather – təhlükəli atmosfer hadisələri bitəcəkdir.f) buludluq faktiki hava məlumatı teleqramında olduğu kimi ötürülür. Bulubluq qrupunun əvəzinə aşağıdakılardan istifadə edilə bilər:SKC - sky clear ~ aydın səma gözlənildikdə.NSC - по significant clouds – təhlükəli buludluğun yuyulması gözlənildikdə (topa-yağış və gümbəzşəkilli güclü topa buludlar və 1500 m-dən aşağı buludlu)

  33. RMK qrupu:-QBB- buludluğun aşağı sərhəddinin dəqiqləşdirilmiş qiyməti və ya şaquli görünüş məsafəsi. Buludluğun aşağı sərhəddi 150 m və daha az olduqda məlumata daxil edilir.Məlumatda metrlə ifadə olunur.Например: QBB110- уточненная н/г облаков 110 м.15.UEZ-in vəziyyəti - DrDrErCrererBrBr sxemində DrDriuiM 57 – UEZ-in nömrəsi. Sağ zolağın nömrəsini ifadə etnək üçün 50 vahid artırılır, məsələn:07 – 07 UEZ57 – sağ 07 UEZ28 – 28 UEZ78 – sağ 28 UEZvə s.88 və 99 rəqəmləri ilə aşağıdakılar ifadə olunur:88 – bütün zolaqlar üçn məlumat99 – öncəki məlumatın təkrarlanması

  34. TAF, GAMET, SIGMET, AIRMET proqnostik məlumatı

  35. Aerodrom üzrə hava proqnozları Beynəlxalq Meteorologiya Təşkilatının təsis etdiyi TAF kodu formasında hər 6 saatdan bir (hər 3 saatdan bir) tərtib olunur. Proqnoz fəaliyyət dövrünün başlamasından 1 saat əvvəl tərtib olunub buraxılmalıdır. Proqnoz müəyyən zaman kəsiyi üçün aerodrom ərazisində gözlənilən meteşərait haqda məlumatı özündə cəmləyir. proqnozlaşdırılan elementlər zaman və fəza daxilində böyük dəyişkənliyə malik olduğu üçün, həmçinin proqnoz metodlarının mükəmməl olmamasını nəzərə alaraq aviasiya hava proqnozlarının istifadəçiləri proqnozda götərilən istənilən meteoelementin konkret qiymətini həmin elementin proqnozun fəaliyyət dövründə ən ehtimal edilən qiyməti kimi nəzərdən keçirməlidir. Lazım gəldikdə öncə buraxılmış aerodrom üzrə hava proqnozuna korrektivlər tərtib edilir.

  36. (TAF - TERNINAL AERODROME FORECAST)KODUN SXEMİ1) (TAF) 2)CCCC 3)(YYGGggZ) 4)Y1Y1G1G1G2G2/YYGGGG 5)dddff(Gfgfg) 6)VVVV 7)W’W’ 8)NsNsNsNshshshsили VVhshshs9)(CAVOK) 10)(TTfTf/GfGfZ) 11)(6Ichi hi hitL)12)(5Bhb hb hb tL) 13)(PROBC2C2GGGeGe) 14)TTTTT GGGeGeили TTGG

  37. Qeyd:1. TAF kodu ilə yalnız aerodrom üzrə hava proqnozu kodlaşdırılır.2. TAF kodunun adı hava məlumatının əvvəlində verilməlidir.Bülletendə bir neçə məlumat birləşmiş olarsa, TAF kodunun adı büllüten mətninin yalnız birinci sətrində göstərilir.FC - forecast – 12 saatdan az olan dövr üçün tərtib olunmuş hava proqnozunun fərqləndirici hərfləri. Proqnozun fəaliyyət dövrü 12 saatdan çox olarsaFT ixtisarından istifadə olunur.YY – ayın tarixi.GGgg– məlumatın ötürülmə vaxtı (UTC saat və dəqiqələri ilə).Z – vaxtın fərqləndirici hərfi.Y1Y1- ayın tarixi,G1G1G2G2 proqnozun fəaliyyət dövrünün başlama vaxtı.YY- ayın tarixi,GGGG- proqnozun fəaliyyət dövrünün bitmə vaxtı.

  38. 3. Proqnozlaşdırılan hava şəraitində külək, görünüş məsafəsi, atmosfer hadisələri, və buludluq haqda tam məlumat verilməlidir.4. Kod qrupları bərabər sayda işarələrdən ibarət olmurlar.Əgər bu və ya digər element proqnozlaşdırılmazsa muvafiq qrup və ya onun hər hansı bir hissəsi məlumatda qeyd edilmir.Hava şəraitinin dəqiqləşdirilməsi üçün aşağıdakı ixtisarlardan istifadə olunur:SKC – aydın səmaNSC - əhəmiyyətli buludluluq yoxdurNSW – təklükəli atmosfer hadisəsi yoxdur (atmosfer hadisələrinin qurtarması)5. Məlumatda ayrı ayrı qruplarhər birinin aydınlaşdırılmasına müvafiq olaraq təkrarlana bilər.

  39. TAF KODUNUN MÜXTƏLİF QRUPLARININ MƏZMUNU1. TAF Meteoməlumatın tipiTAF – Aerodrom üzrə hava proqnozunun kodunun adıAerodrom üzrə dəqiqləşdirilmiş hava proqnozu TAF AMD ilə ifadə olunur və ilkin TAF proqnozunun bütün fəaliyyət dövrünü əhatə edir.2. СССС –Aerodromun yerləşmə göstəricisiСССС – aerodromun hava məlumatında qeyd edilən beynəlxalq dördhərifli adı.3. YYGGggZProqnozun buraxılma vaxtı.Aerodrom üzrə hava proqnozları proqnozun fəaliyyət dövrünə ən az 1 saat qalmış tərtib olunmalıdırlar. YY - tarix,GGgg – proqnozun UTC ilə tərtib olunma vaxti (saat və dəqiqə),Z – fərqləndirici hərf.

  40. 4.Y1Y1G1G1G2G2 Proqnozun fəaliyyət müddəti (UTC vaxtı)Y1Y1 – proqnozun fəaliyyətə başlama tarixi,G1G1G2G2 – proqnozun fəaliyyət dövrünün başlama saatı,YY- proqnozun fəaliyyət dövrünün bitmə tarixi,GGGG – proqnozun fəaliyyət dövrünün bitmə saatı5.dddff(Gfgfg) Yer səthində küləkproqnozlaşdırılan külək METAR kodunda olduğu kimi kodlaşdırılır.6.VVVV Yer səthində üfüqi görünüş məsafəsiAerodrom ərazisində görünüş məsafəsinin minimal qiyməti metrlə proqnozlaşdırılır.Kodlaşdırma qaydası METAR kodunda olduğu kimidir.Qeyd. Hal-hazırda UEZ-də görünüş məsafəsinin proqnozlaşdırmaq mümkün deyildir. 7.W’W’ Xüsusi atmosfer hadisələriProqnozlaşdırılan xüsusi atmosfer hadisələri METAR kodunda olduğu kimi kodlaşdırılır.

  41. 8.NsNsNsNshshshsvə ya VVhshshs– Buludluq və ya şaquli görünüşBludluğun proqnozlaşdırılan miqdarı və aşağı sərhəddinin hündürlüyü və ya şaquli görünüş METAR kodunda olduğu kimi kodlaşdırılır.9.CAVOK Əlverişli hava şəraitinin indikatoruaşağıdakı hava şəraiti gözlənildikdə 6,7,8 –ci qrupların əvəzinə məlumata daxil edilir:- görünüş məsafəsi 10 km və daha çox olduqda;- buludluğun aşağı sərhəddinin hündürlüyü 1500 m və daha çox olduqda, topa-yağış buludu olmadıqda;- şimşək, yağıntı, yerüstü duman, toz və ya qum fırtınası, sovuruq (qar və ya qum) müşahidə olunmadıqda.

  42. 10. TTfTf/GfGfZhavanın temperaturunun proqnozu.T - temperature – temperaturun fərqləndirici hərfi.TfTf – havanın proqnozlaşdırılan temperaturu, Selsi dərəcələri ilə. Mənfi temperatur proqnoz edilərsə temperaturun qiyməti qarşısında M hərfi qeyd olunur. YY– ayın tarixiGfGf – proqnozlaşdırılan temperaturun vaxtı (UTC vaxtı ilə).Z – vaxtın fərqləndirici hərfi.Qrup bir neçə dəfə təkrarlana bilər.Məsələn: T01/151200Z – ayın 15-də, 1saat 12.00-da müsbət 1° temperatur gözlənilir.11. 6Ichi hi hitLBuzbağlamanın proqnozu.12. 5Bhb hb hb tLTurbulentliyin proqnozu.

  43. 13.PROBC2C2GGGeGeatmosfer elementi və ya hadisəsinin baş vermə ehtimalı.PROB - probability - ehtimalC2C2 – ehtimalın qiyməti. Yalnız 30 və ya 40 % ilə qeyd olunurGGGeGe – ehtimal olunan dəyişikliyin baş vermə dövrü (UTC vaxtı ilə saatlarla)PROBC2C2 GGGeGe qrupu bilavasitə ehtimal edilən elementin (elementlərin) qarşısında qeyd olunmalıdır.Ehtimalın qeyd olunması həmçinin hava şəraitinin müvəqqəti dəyişkənliklərinə də aid edilə bilər.Bu halda PROBC2C2 bilavasitə TEMPOqrupunun qarşısına keçir, GGGeGe qrupu isə ondan sonra qeyd olunur.Məsələn, PROB30 TEMPO 151200/151600 ....

  44. 14.TTTTT YYGGGeGe/YYGGGeGevə ya TTGG meteoroloji şəraitin dəyişməsi.Qrup meteoşəraitin proqnozlaşdırılan dəyişikliyinin xarakterinin göstəricisi (TTTTT) ilə başlayır.Göstərici qismində aşağıdakı kod sözlərdən istifadə olunur:BECMG - becoming – tədricən – meteoşəraitin sabit dəyişməsi gözlənildikdə istifadə olunur, belə ki, bu zaman xüsusi sərhəd kriteriyaları müntəzəm və ya qeyri-müntəzəm olaraq dəyişəcəkdir. BECMG istifadə olunduqda nəzərə almaq lazımdır ki, hava şəraitinin pisləşməsi dəyişmə dövrünün əvvəlində başlayacaq və daha sonra davam edəcəkdir. Hava şəraitinin yaxşılaşması isə dəyişmə dövrünün sonunda başlayıb və daha sonra davam edəcəkdir. Bütün bunlar növbəti sabit dəyişkənlik qrupuna qədər, ya da FM və ya proqnozun fəaliyyət dövrünün sonuna qədər saxlanılır.

  45. TEMPO - temporary – arabir – meteoşəraitin arabir dəyişməsi gözlənildikdə, belə ki, dəyişikliklər xüsusi sərhəd kriteriyalarına çatmalı və ya artıq olmalıdırlar və dəyişikliyin davamiyyəti hər bir halda bir saatdan az olmalıdır, kəmiyyət etibarı ilə isə proqnoz dövrünün yarıdan az hissəsini əhatə etməlidir. YYGGGeGe/YYGGGeGe- dəyişikliyin gözlənildiyi zaman kəsiyi.Ayın tarixi və saat.TTYYGG - proqnozun fəaliyyəti dövründə hər hansı GG aralıq zamanında hava şəraitinin əhəmiyyətli dəyişikliyi gözlənilərsə, proqnozu iki və daha artıq sərbəst hissələrə bölmək lazım gəldikdə istifadə olunur. ТТ bu qrupda hərflərlə kodlaşdırılır. FM - from - danYYGG – tarix və UTC vaxtı (saatlarla)FMYYGGGG qrupundan istifadə olunduqda bu qrupa qədər proqnozlaşdırılan hava şəraiti bütünlüklə ondan sonra proqnoz edilən şəraitlə əvəz olunur.

  46. SIGMET–OBS AND FCST ixtisarlarından istifadə etməklə meteoroloji müşahidə orqanı tərəfindən tərtib olunan qısa məlumatdır. OBS – məlumat faktiki (OBS-observe) və FCST – proqnostik (FCST-forecast) hesab olunur. Bəzi hallarda vaxt UTC saatı və dəqiqələri ilə ifadə oluna bilər: OBS АТ0930– uçuşun təhlükəsizliyinə təsir edə biəcək atmosfer hadisəsi saat 9:30-da müşahidə olunmuşdur.SIGMET məlumatı teleqraf əlaqə kanalı , həmçinin regional razılaşma olduqda VOLMET vasitəsilə ötürülə bilər.

  47. GAMET– aşağı hündürlüklərdə uçuş məlumat rayonu və ya onun subrayonu üçün ixtisarlarla açıq mətn şəklində meteoroloji orqan tərəfindən tərtib olunan zonal proqnozdur.AIRMET məlumatı ixtisarlarla açıq mətn şəklində 3000 m-dən aşağı uçuş marşrutu üzrə faktiki və/və ya gözlənilən atmosfer hadisələri, həmçinin onların zaman və fəza daxilində evolyusiyası haqda qısa məlumatdır.

  48. Uçuşların meteoroloji təminatı

  49. Təyyarənin ekipajı uçuşdan qabaq və uçuş zamanı meteoroloji məlumatla təmin olunur. Bu məlumat uçuş marşrutunun hündürlüyünə, coğrafi uzunluğuna və uçuş vaxtına müvafiq olmalıdır.Uçuşların meteoroloji təminatı sutkalıq uçuş planına, uçuş vaxtından 3 saat gec olmamaq şərti ilə əlavə sifarişə əsasən həyata keçirilir. Təyyarə ekipajının uçuş öncəsi meteoroloji hazırlığı ekipajın sərbəst olaraq meteoroloji şəraiti araşdırması və lazım gəldikdə sinoptikin konsultasiyasını özündə cəmləyir.

  50. Ekipajın uçuş öncəsi sərbəst hazırlığı zamanı (БРИФИНГ) aşağıdakı məlumatlardan istifadə olunur:- aerodromlar üzrə müntəzəm və xüsusi məlumatlar, hava proqnozu;- uçuş aerodromu, marşrut və rayonu üzrə xəbərdarlıqlar; SIGMET, AIRMET məlumatı;- təyyarələrdən ötürülmüş məlumat;- təhlükəli atmosfer hadisələri və hündürlüklər üzrə külək və temperaturun cari və proqnostik xəritələri;- MRL məlumatı;- meteopeyklərdən alınmış şəkillər.Təlimat və/və ya konsultasiya aerodrom üzrə meteoroloji orqan tərəfindən təmin olunur və ekipaj üzvlərinin və ya uçuşların həyata keçirilməsi ilə əlaqədar digər orqanların sorğusu uzrə keçirilir.

More Related