100 likes | 279 Views
AZ Ə RBAYCAN RESPUBLIKASI K Ə ND T Ə S Ə RR Ü FATI NAZIRLIYI AZ Ə RBAYCAN D Ö VL Ə T AQRAR UNIVERSITETI. Zoobaytarl ı q v ə ə mt əəşü nasl ı q fak ü lt ə si YOLUXMAYAN X Ə ST Ə LIKL Ə R KAFEDRASI M Ü HAZIR Ə NIN M Ö VZUSU : Doğum prosesinin pozulması
E N D
AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYIAZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: Doğum prosesinin pozulması Mühazirəçi: dosent Əhmədov Əhməd Qulu oğlu Gəncə-2009
MÜHAZIRƏNIN PLANI • 1.Doğum sancılarının baş verməsi. • 2.Gücənmələrin zəif və güclü olması. • 3.Doğum yolunun nə vaxt baş verir. • 4.Cinsiyyət dodaqlarının cırılması. • 5. Vaginanın və paçaarası nahiyənin cırılmasının əmələ gəlməsi.
Mühazirə mətninə müvafiq ədəbiyyatlar • 1.C.Rzayev, M.Səidov- Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Bakı, 1975. • 2.A.P.Studentsov, B.S.Şipilov - Baytarlıq mamalığı və ginekologiyası. Moskva-1986.
Doğum prosesinin pozulmaları-patologiya puerperia. • Doğum prosesinin pozulmaları-patologiya puerperia. • Ana heyvanların boğazlıq dövründə baş verən xəstəlikləri habelə onların yemləmə və saxlanma şəraitinin pis olması doğum prosesinin gedişini pozur. Belə ki, doğumun davamı uzanır, çətinləşir və mamalıq yardımı tələb olunur. Bəzi xəstəliklər heyvanın çətin doğmasına səbəb olur. • Doğum sancılarının və balalıq gücənmələrinin zəifliyi- Hupodunamia uter. • Boğaz heyvanda sancı və gücənmələrin zəifliyi, bəzi xəstəliklər, arıqlıq, qocalıq və az gəzdirilmə nəticəsində baş verir. Balalıq əzələsinin az müddətdə və zəif yığılıb qısalması sancıların pozulmasına, qarın divarı əzələsinin lazımi qədər təqəllüs etməməsi gücənmələrin zəif olmasına səbəb olur. • Sancı və gücənmələrin zəifliyi müxtəlifdir. Belə ki, zəif və ya qısa müddətli olurlar. Sancı və gücənmələrin zəifliyi iki cür ola bilir. • 1)Gücənmələrin ilk dəfədən güclü başlayıb, sonra zəifləməsi. 2)Cücənmələrin doğumun başlanğıcında zəif başlanması.
Ana heyvan uzun müddət doğa bilmədikdə gücənmələr zəifləyir. Bala həddindən artıq böyük olduqda, əkizlik zamanı, doğum yolu kifayət qədər açılmadıqda gücxənmələr əvvəl qüvvəli başlayır, sonra tədricən zəifləyərək, bəzən tamamilə kəsilir. Zəif gücənmələr zamanı doğumun bütün nişanələri nəzərə çarpır, ancaq doğum prosesi uzun müddət davam edir və bala kənar edilə bilmir. Mamalıq yardımı vaxtında göstərilmirsə, bala tələf olur, həll olma və ya çürümə prosesinə uğrayır, anada ağırlaşma baş verir, hətta tələfata səbəb olur. • Proqnozu- Mamalıq yardımı göstərən baytar həkimi ehtiyatlı olmalıdır. Çünki bala ölər, son ləngiyə bilər. • Müalicəsi. –Inəklərin, atların və camışların balalığına düz bağırsaqdan və ya vacinadan massaj etməklə, reflektor olaraq doğum aktını gücləndirmək olar. Balalığa furasilin 1:5000, kalium-permanganat 1:1000-2000 yeritdikdə onun tonusu yüksəlir və nəticədə gücənmələr qüvvətlənir. Xəstə inək və camışlara yardım etmək üçün onların venasına 250-300 ml 40%-li qlükoza yeritmək. • Gücənmələrin həddindən artıq qüvvətli olması Huperdunamia uteri. • Gücənmənin həddən artıq qüvvətli olduğu vaxt balalıq və qarın əzələsi artıq dərəcədə təqəllüs edir, nəticədə gücənmələr daha da güclü olur. Gücənmələr arası fasilə azalır. Həddindən artıq gücənmənin qüvvətli olmasının başlıca səbəbi boğaz heyvanların yemlənmə və bəslənmə şəraitinin pozulması, balanın balalıqda düzgün yerləşməməsi və zəif gücənmələr zamanı tətbiq edilən dərman maddələrin normadan artıq işlədilməsidir. Balaətrafı maye vaxtından əvvəl axdıqda gücənmələrin güclü olması üçün şərait yaranır. Bala kənar edildikdən sonra da qüvvətli gücənmələr davam etdikdə balalığın düşməsinə də təsadüf edilir. • Diaqnoz-gücənmələrin və doğum aktının gedişinə əsasən qoyulur.
Mamalıq yardımı • Xəstə heyvanı 10-15-dəqiqə gəzdirib arxı hissəsini ön hissəsinə nisbətən hündür yerə bağladıqda heyvan sakitləşhir. Gücənmələri zəiflətmək üçün inəklərə 800-1000; camışlara 1000-1200 ml 40%-li spirt içirirlər. • Gücənmələri zəiflətmək məqsədilə epidural anasteriyadan istifadə edilir. Bu məqsədlə oma fəqərəsi ilə birinci quyruq fəqərəsi arasına 15-20 ml 1%-li novakain məhlulu yeridilir. • Doğum yolunun quruluğu-pastus siccus. • Bu halda doğum prosesi yavaş gedir və uzun müddət davam edir, heyvan doğa bilmir, nəticədə bala balalıqda tələf olur. Doğumun bu pozğunluğuna balaətrafı maye az olduqda və ya onlar vaxtından əvvəl kənar olduqda rast gəlmək olur. Balalıq yoluna əl salmaqla onun quru olmağı müəyyənləşdirilir. • Mamalıq yardımı. • Balalıq yoluna bitki yağı və ya vazelinlə yağlayıb, balalığa düyü həlimi və ya sabunlu su yeridilməli. Bundan sonra gücənmələr zamanı Balanı ehtiyatla çəkib çıxarmaq lazımdır.
Balalığın cırılması – Ruptura uter. • Balalığın cırılması hallarına çox təsadüf edilir. Balalıq tamamilə, bəzən isə 1-2 qatı cırılır. Balalığın həddən artıq gücənmələri və onun düzgün yerləşməməsi nəticəsində cırılmasına öz-özünə cırılma deyilir. Balanın düzgün yerləşməməsi zamanı onu çəkdikdə, mamalıq alətlərindən düzgün istifadə etmədikdə, çanax sümüklərində çatışmamazlıqlar olduqda, balalıq boyuncuğu tamamilə açılmadıqda balalıq cırıla bilir. • Kliniki əlamətləri. • Balalıq çoxlu və tamamilə cırıldıqda gücənmələr birdən-birə dayanır və bala bəzən qarın boşluğuna düşür. Belə halda balalığa məhlul yeritdikdə o geri axmır. Bəzən bu vəziyyətdə cinsiyyət üzvündən qan axır. Qan əksərən qarın boşluğuna axır və nəticədə anna tələf olur. • Proqnozu – Balalığın tamamilə cırılması çox qorxuludur. • Mamalıq yavrdımı. – Bala doğulmamış balalıq cırıldıqda Balanı tezliklə çıxarmaq lazımdır. • Balalığın qısalmasını artırmaq məqsədilə dərialtına pituitrin preqnantol yeridilir. Balalığın alt tərəfi cırıldıqda müalicənin əhəmiyyəti yoxdur. Qan axdıqda 10%-li kalsium-xlorid məhlulu 100-300 ml vena daxilinə vurulur.
Cinsiyyət dodaqlarının, vaginanın və paçaarası nahiyənin cırılması-Ruptura vulval vaginaece perinei. • Cinsiyyət dodaqlarının, vaginanı və paçaarası nahiyənin cırılması bütün heyvanlarda təsadüf edilir. Ilkinə doğan düyələrdə və vaxtından tez cütləşməyə buraxılan heyvanlarda daha çox təsadüf edilir. • Həddən artıq iri və tərs gəlmiş balanın kobud surətdə çəkib çıxardıqda, habelə mamalıq yardımı göstərərkən alətlərdən kobud istifadə etdikdə və s. baş verir. • Klinik nişanələri və diaqnozu. • Xarici tərəfdən baxdıqda cinsiyyət dodaqlarının cırılması müəyyən edilir. Deşik yara baş verdikdə heyvanın vəziyyəti ağırlaşır, belini əymiş şəkildə yatır, çalışır ki, quyruğu cinsiyyət yoluna dəyməsin. Cinsiyyət dodaqları bərk şişir. Balalıq yolunun alt divarı deşildikdə sidik kisəsi oradan çıxır. Onun üst divarı isə tamamilə cırıldıqda ora bağırsaq və piylik düşə bilir. Paçaarası tam və tam olmayaraq cırıla bilir. Birinci cırılma paçaarasından anusa qədər olub. Cinsiyyət dodaqlarının arasınə əhatə edir. Ikincidə isə cinsiyyət dodaqları arası cırılmaqdan başqa düz bağırsağın sfinktoru, hətta özü də bir qədər cırılır. Nəticədə düz bağırsaqla vagina aravsı açılır.
Vagina və cinsiyyət dodaqları az da olsa, zədələndikdə sepsis, qorxusu baş verir. Balalıqda bala çox qaldıqda və ya çürümüş bala çıxarıldıqda bu qorxu daha da çoxalır. Paçaarası sahə cırıldıqda o nəcis ilə çirkləndikdə çətin sağılır. Vagina cırıldıqda peritonit baş verir. • Mamalıq yardımı. • Cinsiyyət dodaqları, vagina və paçaarası cırıldıqda tezliklə cifti çıxarmalı, kiçik həcmli yaralara 10%-li yod qliserinlə bərabər həcmdə qarışdırıb çəkməli. Dərin yaraları zəif dezinfeksiyaedici məhlulların biri ilə yumalı, yaranın üstünə isə penisillin məlhəmi streptosid, yaxud sintomitsin məlhəmi çəkməli. Qan axıntısı çox olduqda yaraya 3%-li zəy məhlul hopdurulmuş tampon qoyulur. Aralıq cırıldıqda yara nahiyəsi dezinfeksiya edilir, yaranın kənarı təmizlənir, sonra isə ora tikiş qoyulur. Müalicə heyvana elə yem vermək lazımdır ki, nəcisi quru olması. • Bundan başqa bəzən çətin doğum zamanı çanağın əzilməsi hallarda olur. Belə halda heyvana istirahət vermək lazımdır. Yaxşı həzmə gedən vermək, 2-3 gündən sonra onu ehtiyatla qaldırıb az-az gəzdirmək lazımdır.