140 likes | 497 Views
AZ Ə RBAYCAN RESPUBLIKASI K Ə ND T Ə S Ə RR Ü FATI NAZIRLIYI AZ Ə RBAYCAN D Ö VL Ə T AQRAR UNIVERSITETI. Zoobaytarl ı q v ə ə mt əəşü nasl ı q fak ü lt ə si YOLUXMAYAN X Ə ST Ə LIKL Ə R KAFEDRASI M Ü HAZIR Ə NIN M Ö VZUSU : Kənd təsərrüfatı heyvanlarında boğazlığın müddəti və təyini
E N D
AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYIAZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: Kənd təsərrüfatı heyvanlarında boğazlığın müddəti və təyini Mühazirəçi: dosent Əhmədov Əhməd Qulu oğlu Gəncə-2009
MÜHAZIRƏNIN PLANI • 1.Kənd təsərrüfatı heyvanlarında boğazlığın müddəti. • 2. Kənd təsərrüfatı heyvanlarında boğazlığın təyini neçə qrupa bölünür. • 3.İnəklərdə boğazlığın təyini kim tərəfindən aparılıb. • 4.Boğazlığın laborator üsulla yoxlanılması. • 5. Xarici müayinə neçə aylıqda aparılır. • 6. Qoyun, keçilərdə və donuzlarda necə təyin olunur.
Mühazirə mətninə müvafiq ədəbiyyatlar • 1.C.Rzayev, M.Səidov- Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Bakı, 1975. • 2.A.P.Studentsov, B.S.Şipilov - Baytarlıq mamalığı və ginekologiyası. Moskva-1986. • 3. B.S.Şipilov, Q.B.Zverueva, İ.İ.Rodin- Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Moskva-1988.
K/t heyvanlarında boğazlığın müddəti. • Boğazlığın başlanması gününü təyin etmək mümkün olmur. Odur ki, təcrübədə boğazlığın başlanğıcını mayalama və ya cütləşmə günündən hesab edirlər. Boğazlığın davamı heyvanın növündən, cinsindən, yemləmə və saxlanma şəraitindən, doğulan balanın cinsiyyətindən asılıdır. Təcrübələr gösətərir ki, yaxşı yemləmə və bəsləmə şəraitində boğazlıq müddəti 7-10-gün azalır, əkizlik zamanı boğazlıq dövrü bir neçə gün qısalır. Erkək bala 1-3 gün gec doğulur. Ilk dəfə doğan heyvanda boğazlığın müddəti uzun olur. • V.K. Kedrov tərəfindən təcrübə üçün əlverişli kənd təsərrüfatı heyvanlarında boğazlığın təqvimi tərtib edilmişdir.
Kənd təsərrüfatı heyvanlarında boğağazlığın təyini. • Heyvandarlıqda boğazlığın təyini mühüm zoobaytarlıq tədbiridir. Boğazlığı vaxtında və düzgün təyin etməklə qısırlıq faizini azaltma, yaxşı təşkil etdikdə balasalmanın qarşısı alınır. Boğazlığı düzgün təyin etdikdə təsərrüfatlarda bala alma faizi yüksək olur, qısırlıq ləğv edilir. k/t heyvanlarında boğazlığı təyin etmək 2-qrupa bölünür 1) Klinik müayinə; 2) labarotoriya müayinə üsulları. • Boğazlığın klinik üsulla təyini. • k/t heyvanlarında klinik üsullarla təyini. N.T. Mişkin; A.I. Tarasayeivç; N.A. Fleqmatov; A.P. Studesov, və s. tərəfindən ətraflı öyrənilmişdir. • Klinik müayinəyə başlamazdan əvvəl müayinə ediləcək heyvan haqqında müəyyən məlumat toplanmalıdır. Bu vaxtı heyvanın yaşı, nə vaxtı doğması, sonun düşməsi. Heyvan boğaz olduqda hövrəgəlmə cərəaxıtma olmur, heyvanın iştahı yaxşı olur. Kökəlir südü azalır və tədricən kəsilir. • Beləliklə boğazlığın klinik üsulla təyini dedikdə xarici və daxili müayinələr nəzərdə tutulur. Daxili müayinə vaginal və rektal müayinələrdən ibarətdir.
Inəklərdə boğazlığın təyini. • Inəklərdə boğazlığın təyini prof. N.F. Mışkin və prof. A.P. Studentsov tərəfindən ətraflı öyrənilmişdir. Müayinəyə başlamazdan əvvəl boğazlığına dair anamnez məlumatı toplamaq lazımdır. Sonra heyvanı möhkəm təsbit edərək cxarici müayinə aparılır. • Xarici müayinə. Inəklərdə balalığı və Balanı sağ qarın divarında müayinə etmək lazımdır. Xarici müayinə boğazlığın 5-6-cı oynağında qabırğalara doğru gedən xəyali xətt istiqamətində aparılır. Bu xətt heyvanın onurğa sütuna paralel olmalıdır. Əgər heyvan boğazdırsa palpasiya zamanı ələ bərk cismi dəyməlidir ki, onun bala olması güman edilir. Palpasiya səhər tezdən heyvanın ac vaxtında aparılır. Əgər heyvan boğaz olarsa ələ yapancı cismi dəyir. • Vaginal müayinə. Vaginal müayinəyə başlamazdan əvvəl heyvanın xarici cinsiyyət üzvləri isti su, sabunla yuyulub təmizlənməlidir. Boğazlıq zamanı vaginanın selik qişası quru, qansız olur. Inək boğaz olmadıqda vagina selik qişası açıq kül rəngində, parlaq olur, balalıq boynunun xarici dəliyində selikli tıxarı olur. Odur ki, vaginal müayinədə az istifadə edilir.
Rektal müayinə • Bu üsulla heyvanın boğazlığını və qısırlığını düzgün təyin etmək olur. Heyvan dəzgaha salınır və möhkəm təsbit edilir. Müayinəçi dırnaqlarını tutur, xalat, xüsusi çiyinlik və rezin çəkmə geyir, sağ əlini kürək oynağınadək çirməyələrək yuyur, 2-3 qat sabun sürtür. Əlin üzərində zədə, kiçik yara və s. varsa ona yod sürtülür. • Kütləvi müayinə etdikdə isti Sudan istifadə edilir. Rektal müayinəni səhər tezdən aparılmalıdır. Ona görə ki, düz bağırsaqda nəcis kütləsi az olur. Əl düz bağırsağa daxil edilir, balalığın boynunu tapdıqdan sonra əli bir qədər irəliyə aparıb, balalıq buynuzunu və onların arasında isə qısa şırımı hiss etmək olur, orta barmağı isə buynuzlararası şırımın üzərinə qoyaraq ehtiyatla onları müayinə edərək balanın olub-olmadığını bilirik. Inək boğaz olmadıqda, cinsiyyət üzvləri aşağıdakı halda olur: balalığın boynu, gövdəsi, buynuzları və yumurtalıqlar çanaq boşluğunda olur, balalıq buynuzları eyni həcimdə olur. Onların arasındakı şırım aydın bilinir. • Inəklərin boğazlığını düzgün təyin etmək üçün həkimə daha çox təcrübə və vardiş lazımdır.
Boğazlığın 1-ci ayında. balalıq boynu çanaq boşluğunda yerləşir. Buynuzlar arasındakı şırım aydın hiss olunur. Bala yerləşən buynuzun diametri 3-4 sm və onun daxilində 100 ml bala ətraflı maye olur. • Boğazlığın 2-ci ayında.Bala yerləşən balalıq buynuzu digərinə nisbətən 2-dəfə böyüyür. Onun diametri 7-8 sm-ə çatır, bala ətrafı mayenin miqdarı 300 ml-ə yaxın olur. • Boğazlığın 3-cü ayında. Balalıq buynuzu 4-5 dəfə böyüyür. Uzunsov (12-14 sm) kisə şəklinə düşür, bala verməyən balalıq buynuzu böyüyür. Balalığa 1-1,5 litr bala ətrafı maye toplanır. • Boğazlığın 4-cü ayında.Balalıq tamamilə qarın boşluğuna düşür. Balalıqda 3-4 litr maye toplanır, bala yerləşən balalıq buynuzunun diametri 20-22 sm olur. • Boğazlığın 5-ci ayında.Boğazlıq nişanələri əsasən 4-aylıqda olduğu kimidir. Balalığın orta arteriyasının vıbrasiyası aydın hiss olunur. Balanı müayinə etmək mümkün olur. • Boğazlığın 6-cı ayında.Balalıq və balalıq boynu qarın boşluğunda yerləşir. Bala irəlidə və dərində yerləşdiyi üçün müayinə edilir. • Boğazlığın 7-ci ayında.Bala aydın hiss olunur. • Boğazlığın 8-ci ayında.Bal çox böyümüş olduğundan onu yaxşı hiss etmək olur. • Balalığın 9-cu ayında.Balalığın boynu və balanın hissələri çanaq boşluğunda yerləşir. Aydın müayinə etmək olur.
Camışlarda boğazlığın təyini. • Camışlarda vaginal müayinə aparılmır. Yalnız rektal müayinə vasitəsi ilə boğazlığı düzgün təyin etmək olur. Camışlarda balalıq boynu daha böyük və nisbətən qalındır. • Balalığın ümumi həcmi böyükdür, yumurtalıqlar isə inəklərərinkinə nisbətən kiçik olur. • Madyanlarda boğazlığın təyini. Madyanlarda boğazlığın təyini prof. Taraseviç, Flegmatov və Jivotkov tərəfindən ətraflı öyrənilmiş və geniş təcrübədən keçirilmişdir. Madyanlarda boğazlığın təyin etmək üçün xarici və daxili müayinə üsullarından istifadə edilir. • Xarici müayinə. Bu müayinə boğazlığın 6-7-ci aylarında baxmaq, əlləmək və dinləmək vasitəsi ilə aparılır. Madyanda boğazlıq halında sol qarın divarı, nisbətən böyüyür, həcmin nahiyyə diqqətlə baxdıqda qarın divarının titrəməsi hiss olunur. Müayinə əsasən sol tərəfdən aparılır. • Daxili müayinə üsulları. Inəklərdə olduğu kimi madyanlarda da vaginal və rektal müayinə üsullarından istifadə olunur. • Vaginal müayinə. Inəklərdə oluğu kimi aparılır. Vagina güzgüsü ,balalıq yoluna daxil edilir və balalıq boynunun vəziyyətinə və vaginanın selikli qişasının üzərindəki seliyin keyfiyyətinə diqqət yetirilir. Vagina selik qişası quru, qansız olub, tərləmiş 1 şüşəyə bənzəyir, güzgünü çıxırdıqda onun üzərinə yapışqanvari və bozumtul selik görünür. Madyan boğaz olmadıqda bu dəyişikliklər olmur. Vaginanın selikli qişasındakı selik parlaq olub, sap kimi uzanır.
Rektal müayinə • Inəklərdə olduğu kimidir. Ancaq madyan daha möhkəm təsbit etmək lazımdır. Muayinəni günorta və ya axşama yaxın aparmaq lazımdır, bu zaman düz bağırsaqda nəcis kütləsi az olur. • Madyan boğaz olmadıqda rektal müayinə zamanı cinsiyyət üzvlərinin aşağıdakı halda hiss edilməlidir. Yumurtalıqların hər ikisi və balalıq buynuzları eyni böyüklükdə və ölçüdə olurlar, balalığın gövdəsi yastı və hamar olub,çanaqdan azca irəlidə yerləşir. Madyan boğaz olduqda inəklərdə olduğu kimi balanı asanlıqla müayinə etmək olur. • Eşşəklərdə boğazlığın təyini. • Eşşəklərdə boğazlığın təyini N.A.Flegmatov və B.Q.Çiradze tərəfindən öyrənilmişdir. Onların tədqiqatlarına görə yalnız rektal müayinədən istifadə etmək lazımdır. • Rektal müayinə qaydası madyanlarda olduğu kimi kimidir.
Qoyun və keçilərdə boğazlığın təyini. • Davarlarda boğazlığın təyini üçün yalnız xarici müayinə üsullarından istifadə olunur. Xarici müayinə ilə boğazlığın 3-4 aylığında məlumat toplamaq olar. Bu dövrdə sağ qarın divarın aşağı hissəsi get-gedə qabarır. Bu nahiyədən iki əllə sağ və sol qarın divarına əlləri bir-birinə doğru qarının içərisinə yaxınlaşdırmaq vasitəsilə palpasiya aparılır. Qoyun və ya keçi boğaz olduqda palpasiya zamanı əl bərk cismə (balaya) dəyməlidir. • Prof. A.P.Studentsov sol əli dizlə əvəz etməyi məsləhət görür. Bu üsulda müayinəçi bir dizini yerə söykəyib, digər dizini heyvanın qarın altına keçirir və aşağı qarın divarını yuxarıya qaldırır. Sağ əli ilə sağ qarın divarının qabarmış nahiyyəsində palpasiya yolu ilə balan və balalığı müayinə edir. • Qoyunlarda boğazlığın əvvəlində sınaqçı qoçlardan da istifadə etmək olar. Boğaz qoyun sınaqçı qoçu yaxına buraxmır və ondan aralanır. • Qoyun və keçilərdə boğazlığın son aylarında cinsiyyət üzvləri şişir və yelin qızarır.
Donuzlarda boğazlığın təyini • Donuzlarda boğazlığı təyin etmək üçün yalnız xarici müayinə üsullarından istifadə edilir. Boğazlığın ikinci dövründə balanı palpasiya etmək olar. Donuzu yanı üstə yıxıb yan qarın divarından (axırıncı 2-məməciklər arasında) palpasiya etmək lazımdır. Boğazlığın son ayında xarici cinsiyyət üzvləri şişir, qızarır, yelin paycıqları şişir və qarın böyümüş görünür. Donuzlarda boğazlığın əvvəlində sınaqçı erkək donuzlardan da istifadə edilir. Sınaqçı erkəyi dişi donuz yaxına buraxmırsa, donuz boğaz hesab edilir. • Boğazlığın laboratoriya üsulları ilə təyini • Aparılmış işlərin nəticəsindən müəyyən edilir ki, boğazlıq dövründə heyvan orqanizmində, xüsusi ilə maddələr mübadliləsi və endokrin sistemində bir sıra kəskin dəyişikliklər gedir və qanda, sidikdə, süddə onların müəyyən üzləri qalır. Bu üzvləri aşkar etməklə boğazlığı təyin etmək olur. Boğazlığın təyini üçün qanın, sidiyin, südün müayinəsindən istifadə edilir. Bu müayinələrdə əsas məqsəd qanda və sidikdə hormonların olmasını aşkar etmək olur. Südün fiziki kimyəvi xassəsinin dəyişməsi aşkar edilir, laboratoriya üsulu ilə boğazlığı düzgün təyin etmək olmadığından bu üsuldan az istifadə olunur.