1 / 8

Zoobaytarl ı q v ə ə mt əəşü nasl ı q fak ü lt ə si YOLUXMAYAN X Ə ST Ə LIKL Ə R KAFEDRASI

AZ Ə RBAYCAN RESPUBLIKASI K Ə ND T Ə S Ə RR Ü FATI NAZIRLIYI AZ Ə RBAYCAN D Ö VL Ə T AQRAR UNIVERSITETI. Zoobaytarl ı q v ə ə mt əəşü nasl ı q fak ü lt ə si YOLUXMAYAN X Ə ST Ə LIKL Ə R KAFEDRASI M Ü HAZIR Ə NIN M Ö VZUSU : Başqa heyvanlarda mastit

luella
Download Presentation

Zoobaytarl ı q v ə ə mt əəşü nasl ı q fak ü lt ə si YOLUXMAYAN X Ə ST Ə LIKL Ə R KAFEDRASI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYIAZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: Başqa heyvanlarda mastit Mühazirəçi: dosent Əhmədov Əhməd Qulu oğlu Gəncə-2009

  2. MÜHAZIRƏNIN PLANI • 1.Mastit heyvanlarda nə vaxt olur • 2.Camışlarda mastit necə olur. • 3.Madyanlara mastit nə vaxt baş verir • 4.Qoyun keçi və donuzlarda mastititn müalicəsi • 5.Mastitin müalicə və profilaktikası.

  3. Mühazirə mətninə müvafiq ədəbiyyatlar • 1.C.Rzayev, M.Səidov- Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Bakı, 1975. • 2.A.P.Studentsov, B.S.Şipilov - Baytarlıq mamalığı və ginekologiyası. Moskva-1986. • 3. B.S.Şipilov, Q.B.Zveryeva, I.I.Rodin - Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Moskva-1988.

  4. Başqa heyvanlarda mastitlər • Camışlarda mastit- camışların mastiti inəklərinkinə nisbətən az öyrənilmişdir. Bu mastitin öyrənilməsi lə ilk dəfə Ə.H. Hüseynov məşğul olmuşdur. Camışlarda mastit fiziki, kimyəvi, yanma və bioloji təsirlərdən əmələ gəlir. Xəstəlik doğumdan sonrakı ilk günlərdə çox baş verir. Camışlarda subklinik mastitlər baş verir. Mastitlər zamanı yelin şişir, şiddətli ağrılar verir, dərisi qızarır və hərarətli olur. • Müalicəsi. 1000000-200000 penisillin və streptomisini həll edib xəstə paycığa gündə 1 dəfə 50 ml yeritmək yaxşı nəticə verir. Ə.H.Hüseynov camışlarda irinli-kataral mastitin başlanğıc formasında sağlam paycıqdan alınmış süddən xəstə paycığa gündə 2 dəfə 100-150 ml yeridib, dərisinə isə təmiz naftalan nefti sürtdükdə xəstəliyin 5-6 günündə sağaldığını qeyd edir. • Xəstə paycığa kamfora, ixtiol, ozokerit, parafin və müalicə palçıqları sürtmək yaxşı nəticə verir.

  5. Madyanlarda mastit-Madyanlarda süd vəzilərinin iltihabına nisbətən az təsadüf edilir. Bunun səbəbi süd vəzilərinin yerdən daha uzaq yerləşməsi, laktasiya dövrünün az olması və balasını əmizdirməsidir. • Etiologiyası. Mexaniki təsirlər, soyuqlama, süd durğunluğu və infeksiya nəticəsində strepokokklar, diplokokklar, manqa və vərəm amilləri iştirak edə bilirlər. • Mastit kataral və irinli-kataral formada, kəskin və xroniki hallarda keçə bilir. Tutulmuş paycıq şişir xamırvari və bərk olur, süd duru və pambıqvari çöküntü olur. Irinli mastitdə heyvanda ümumi hərarət, düşkünlük baş verir. Südə irin qarışır, bəzən apseslər baş verir və s. • Müalicəsi. Şiddətli ağrı olduqda atın balasını ayrıb, onun yelinin sağlam olan hissəsindən sağıb vermək xəstə paycığın dərisinə kamfora, ixtiol, streptamisin məlhəmləri çəkməli və əmcəyə gündə 2-3 dəfə nazik süd kateteri vasitəsilə 100.000-200000 B penisillin və ya streptomisin məhlulu 0,5-1%,25-30 novakain həll edib yeridilir. Əzələarasına antibiotiklər vurmaq yelini isti bağlamaq, yetirmiş absesləri yarıb, yara kimi müalicə etmək. 0,5% novakain məhlulu yelinin dibinə yeritmək və s.

  6. Qoyunlarda mastit-Qoyunlarda mastitin öyrənilməsində V.A. Nikitinin xidmətləri olmuşdur. Qoyunlarda mastit ən çox doğumdan sonra ilk günlərdə, qoyun saxlanan bina və döşənək çirkli olduqda , yelin təmiz olmadıqda, yelin zədələndikdə, balalığın iltihabı, sonun ləngiməsi hallarında baş verir. Qoyunlarda daha çox infeksion mastit olur. Qoyunlarda mastit bir paycıqda, bəzən hər iki paycıqda olur. Yelin qızarır, ağrılı olur, südün miqdarı azalır, durulaşır və tərkibində pambıqvari çöküntü olur, qan irin görünür. • Müalicəsi.Yelin paycıq dərisinə naftalan nefti, ixtiol, müalicə paycıq sürtmək, yelinin daxilinə antibiotiklər yeritmək lazımdır. M.I.Həsənov qoyunların mastiti zamanı bel sinirlərini blokadasından istifadə edilməsini məsləhət görür. Palipasiya vasitəsi ilə fəqərələrin tin çıxıntısını tapdıqdan sonra onun kaudal kənarından 0,5-1,0 sm sol və ya sağda iynə vurlacaq yer müəyyənləşdirilir və 3%-li novakain məhlulundan 4-5 ml yeridilir. Keyləşmə 4-7 dəqiqədən sonra başlayır. 19-60 dəqiqə davam edir. Bunlar da patogenetik müalicə üsulu hesab edilir. • Müalicə dövründə sulu və şirəli yemlər məhtutlaşdırılır və s.

  7. Donuzlarda mastit. • Etiologiyası. Donuzlarda mastitin baş verməsinin səbəbi infeksiyanın süd vəzilərinə düşməsidir. Infeksiya dəri çatlayanda və yaralananda hemotogen və haloktogen yolla süd vəzilərinə düşür. • Kliniki nişanələri və gedişi. Ən çox serozlu və serozlu-kataral mastitə təsadüf edilir. Proses gedən paycıqlar qızarır, bərkiyir, ağrılı olur. Sağdıqda duru, tərkibində pambıqvari çöküntü olan süd irinli olur və süd vəzilərində irinli ocaqlar əmələ gəlir. • Donuzlarda kəskin mastitlər zamanı süd vəzilərindəki dəyişikliklərlə bərabər, orqanizmdə ümumi pozğunluqlarda olur. Belə ki, donuz zəif olur, yemir temperatur yüksəlir və s. baş verir. • Müalicəsi. Gündə 2-3 dəfə əzələ daxilinə 200000-500000 B penisillin və ya streptomisin yeritmək, qısa novakain blokadasından istifadə etmək olar. Bu məqsədlə 0,25-0,5% novakain məhlulundan 30-50 ml paycığın dibnə yeridilir. 24 saatdan sonra novakain yeridilməsi təkrar edilir. Prosesə tutulmuş paycıqların dərisinə kamfora, ixtiol məlhəmləri sürtmək, yelinə isti qoymaq, yelinin daxilinə isə urotropin, salol yeritmək və s.

  8. Mastitlərin profilaktikası • Mastitlərlə mübarizə tədbirləri, heyvanların yemlənməsi, saxlanması şəraitini yaxşılaşdırmaq. Heyvan binaları işıqlı, quru, geniş və təmiz olmalıdır. Onun yatdığı döşəmə və dərisi tez-tez təmizlənməlidir. Doğuma 10 gün qalmış inəklər, camışlar doğum şöbələrinə keçirilməlidir. • Doğuma 45-60 gün qalmış inək və camışlarda sağımı dayandırmaq. Bu işi 6-7 gündə təşkil edilməlidir. Bu müddətdə heyvanı yem payından şirəli və sulu yemləri azaltmaq və s. • Inək və camışların düzgün sağılmasını təşkil etmək. Sağımdan əvvəl isti su ilə yumalı və yelin silinməlidir. Sağıcıları seçərkən diqqətli olmalı, sağıcını tez-tez dəyişmək olmaz. • Mastitlər həzm apparatı xəstəlikləri, sonun ləngiməsi və balalıq xəstəlikləri ilə sıx əlaqədar olduğu üçün belə xəstələri vaxtında müalicə edilməldir. • Dabaq, aktinomikoz, vərəm xəstliklərinə qarşı mübarizə tədbirlərini gücləndlirmək. Yelinin xəstə olan heyvanları sağlam heyvanlardan ayırmaq. • Təsərrüfata gətirilən, həmçinin təsərrüfatdan çıxarılan bütün heyvanlar kliniki müayinədən keçirilməlidir.

More Related