1 / 8

Təsnifatda yeri:

13.4 Çəyirdəkli meyvə bitkilərinin bakteriya xəstəlikləri. Çəyirdəklilərin bakterial ləkəliyi - Xanthomonas campestris pv. pruni Dye. Təsnifatda yeri: Qrammənfi aerob çubuqlar və kokklar bölməsi, Pseudomonaceae fəsiləsi, Xanthomonas cinsi Bioloji qrupu: Fakültətiv parazit.

hedya
Download Presentation

Təsnifatda yeri:

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. 13.4 Çəyirdəkli meyvə bitkilərinin bakteriya xəstəlikləri • Çəyirdəklilərin bakterial ləkəliyi - Xanthomonas campestris pv. pruni Dye. Təsnifatda yeri: Qrammənfi aerob çubuqlar və kokklar bölməsi, Pseudomonaceae fəsiləsi, Xanthomonas cinsi Bioloji qrupu: Fakültətiv parazit

  2. Patogenin morfologiya və biologiyası. Xəstəlik dünyanın bir-çox ölkələrində yayılmışdır. Bütün çəyirdəklilər, xüsusilə ərik və gavalı yoluxurlar. Xəstəlik əvvəlcə yarpaqlarda kiçik qonur və ya qırmızı-təhər ləkələr formasında əmələ gəlir, sonra quruyur və tökülürlər. Meyvələrdə kiçik qonurtəhər basılmış qovuşan ləkələr formalaşır. Budaqlarda böyük olmayan qəhvəyi və ya qara yaralar əmələ gəlir. Xəstə budaqlar çox zaman ölürlər. Mübarizə tədbirləri. Erkən yaz dövrü bağda aparılan aqrotexniki tədbirlər kompleksinə daxil olan yoluxmuş budaqların vaxtında kəsilməsi və plantasiyadan kənarlaşdırılması əhəmiyyətlidir. Ağaclar nisbi sükunət dövrimdə olduqda 1 %-li (10-20 kq/ha) DNOK-la ciddi dərmanlanır. Vegetasiya dövrü klasteprosporioz, moniliyoz, şaftalıda yarpaq qıvrılması və s. xəstəliklərə qarşı fungisidlərlə aparılan çiləmələr bakterial ləkəlik üçün də önəmlidir.

  3. Kitrə buraxma və ya çəyirdəklilərdə hommoz Patogenin morfologiya və biologiyası. Çəyirdəkli meyvə bitkiləri becərilən bütün rayonlarda ən geniş yayılmış xəstəliklərdən biridir. Ağacların gövdə və budaqlarında yapışqan tipli maddənin ayrılması ilə xarakterizə olunur. Kitrə əvvəlcə duru, sonra bərk, tünd şüşəşəkillidir. Kitrə buraxma bütün çəyirdəkli ağaclara xasdır, lakin şaftalı, ərik, albalı, gilas və gavalıda daha intensiv əmələ gəlir. Kitrə buraxmanın səbəbləri ən müxtəlif fizioloji, eyni zamanda tüfeyli xarakterli olur. Ən çoxu bitkilərin klasterosporioz, bakterial xərçəng, monilioz, vertisillioz və s. kimi təhlükəli xəstəliklərinin təsiri altında baş verir. Mübarizə tədbirləri. Kitrəburaxma xəstəliyindən çəyirdəkliləri qorumaq üçün profilaktik tədbirlərə üstünlük verilməlidir. Hər bir çəyirdəkli meyvə bitkisinin tələbləri nəzərə alınmaqla aqrotexnikaya ciddi əməl edilməlidir. Bağlar yüngül, yaxşı aerasiya qabiliyyəti olan torpaqlarda salınmalıdır. Artıq gübrə dozaları, xüsusilə azotun bir tərəfli qaydada tətbiqi yol verilməzdir.

  4. 13.5 Çəyirdəkli meyvə bitkilərinin virus və fitoplazma mənşəli xəstəlikləri • Çəyirdəklilərin nekrozlu həlqəvi ləkəliyi – Prunus • necrotic ringspot virus Xəstəlik yenicə açılmağa başlayan yaz yarpaqlarında qeyri-düzgün formalı qəhvəyi nekrozlu ləkələr formasında əmələ gəlir. Yarpaq ayəsi böyüdükcə ləkə yerlərində olan toxuma düşür, bu isə deşik formalaşmasına səbəb olur. Deşikliyin ardınca bir sıra yarpaqlarda parlaq-yaşıl həlqə əmələ gəlir, yüksək yay temperaturlarının başlanması ilə əlaqədar az qeyd olunur. Bu xəstəliyin simptomları müəyyən qədər həşərat zədələnməsini və Clasterosporium carpophilum Aderh. göbələyi ilə yoluxmanı xatırladır. Lakin həşəratla zədələnmə zamanı qəhvəyi nekrozlar, parlaq-yaşıl həlqə və xətlər olmur, klasterosporioz zamanı isə qırmızı-qonurhaşiyəli ləkələr əmələ gəlir. Vizual olaraq virus və fitoplazma xəstəliklərini aşkar etmək üçün baxış keçirilir.

  5. Diqqətinizə görə təşəkkür edirəm

More Related