470 likes | 891 Views
AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası Mövzu : Vələmir bitkisinin morfoloji quruluşu, növmüxtəlifliyi və sortları Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S. BİTKİLƏRİN TƏSNİFAT VAHİDLƏRİ AL Ə M – REGNUM ŞÖBƏ - DİVİSİO
E N D
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası Mövzu: Vələmir bitkisinin morfoloji quruluşu, növmüxtəlifliyi və sortları Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S.
BİTKİLƏRİN TƏSNİFAT VAHİDLƏRİ ALƏM – REGNUM ŞÖBƏ - DİVİSİO SİNİF – CLASSİS SIRA - ORDO FƏSİLƏ – FAMİLİA CİNS – GENUS NÖV – SPECİES YARIMNÖV – SUBSPECİES NÖVMÜXTƏLİFLİYİ – VARİETİS SORT - CULTİVAR
V Ə L Ə M İ R – A V E N A O A T S О В Ё С
a b Dənlitaxılbitkilərininqulaqcıqlarıvədilçəsi; 1- vələmir; 2- çovdar; 3- buğda; 4- arpa. (a-dilçə, b-qulaqcıq)
VƏLƏMİRİN MORFOLOJİ QURULUŞU Vələmir (avena) cinsinin cücərtisi açıq-yaşıl rəngli, olduqca zərifdir. Yarpağında qulaqcıq olmur, dilçəsi iri, enli üçbucaq formalıdır. Çiçək qrupu şaxələnən, yaxud şaxələnməyən, sıxılmış və ya dağınıq süpürgə təşkil edir. Sünbülcüyü 2-3 və çoxçiçəklidir. Vələmirdə iki formada çiçək əmələ gəlir, aşağı və yuxarı çiçək. Sünbülcük saplağına öz əsası ilə birləşən ən iri çiçək aşağı çiçək, nisbətən xırda olan və qısa saplaqlı isə yuxarı çiçək adlanır. Aşağı çiçək faraş əmələ gəlir, normal inkişaf edir və hamısından iri olur. Sünbülcük pulcuqları enli, qabarıq, uzununa damarlı, çiçək pulcuqlarından uzun, yaxud onlara bərabərdir. Xarici çiçək pulcuğu müxtəlif rəngli (ağ, sarı, boz, darçını, qaramtıl), sərt, hamar səthli, bütünlüklə, yaxud əsası tüklü olur. Daxili çiçək pulcuğu şəffaf, zərif, uzununa ikitillidir. Vələmirin qılçıqlı, qılçıqsız, çılpaq və örtüklü dənli formaları vardır. Qılçıq xarici çiçək pulcuğunun kürəyindən çıxır. Dəninin səthi tez tökülən yumşaq tükcüklərlə örtülür.
Vələmirin növləri Vələmir – (avena) cinsinin 76-dan çox növü müəyyən edilmişdir. Lakin 16 növü əsas vələmir hesab edilir. Ən çox becərilənlərisəpin vələmirivə Bizans vələmiri növüdür. Bunlardan başqa, tarlalarda zibilləyici alaq kimi yabanı növləri də çox yayılmışdır. Yabanı vələmir yulafca adlanır. Yulafcanın növlərindən asılı olaraq aşağı və yuxarı dənin (çiçəyin), yaxud yalnız aşağı dənin əsasında (pulcuqla örtülü halda) nal adlanan çuxur olmaqla qılçıqları uzun, sərt, çox burulmuş, kəskin dirsəkli, xarici çiçək pulcuğunun səthi tükcüklərlə örtülü olur ki, bu xüsusiyyətlərlə mədəni vələmirlərdən fərqlənir. Dünyada 13 mily. ha əkin sahəsi var, məhsuldarlığı 20,2 s/ha - dır. Rusiyada 3,72 mily. ha əkin sahəsi var, məhsuldarlığı isə 16,8 s/ha - dır. Azərbaycanda (2010) 1844 ha əkin sahəsi var, məhsuldarlığı isə 17,0 s/ha - dır. Ümumi yığımı isə 3143 tondur.
Vələmirin növmüxtəlifliyinin əlamətləri Süpürgənin vəziyyəti – mədəni vələmirin növ müxtəliflikləri süpürgəsinin vəziyyətinə görə iki qrupa bölünür: a) asılan süpürgəli – yan budaqları uzun, seyrək, hər tərəfə əyiləndir; b) sıxılmış və ya bir tərəfə əyilən süpürgəli – budaqları qısa, sıx, əsas oxa sıxılmış vəziyyətli, bir tərəfə əyiləndir. Sünbülcüyün qılçıqlılığı – vələmirdə qılçıqlılıq sabit xassə olmadığı üçün xarici mühitin təsirindən çox kəskin dəyişir, azalır və çoxalır. Ona görə bir süpürgədə olan sünbülcüklərin 25%-dən çoxu qılçıqlı olarsa həmin süpürgə qılçıqlı hesab edilir. Çiçək pulcuğunun rəngi – çiçək pulcuğunun rəngi əsas növmüxtəlifliyi əlaməti hesab edilir, ağ, sarı, boz, darçını və qara olur.
Vələmirin süpürgəsi:1 - əsas oxu budaqlanan; 2 - əsas oxu budaqlanmayan
Vələmirin süpürgələri: 1-səpin vələmiri (asılan, əyilən), 2- Bizans vələmiri, • 3- qumluq vələmiri
Vələmirin əsas sort əlamətləri • I. Süpürgənin tipləri: 1.Əyilən – süpürgənin budaqları seyrəkdir, əsas oxdan geniş bucaq altında ayrılaraq, qövsvari vəziyyətdə aşağı əyilir. 2. Horizontal(seyrək) budaqlı – süpürgənin yan budaqları sayca az, horizontal vəziyyətli, seyrəkdənlidir. Əsas oxla 900 bucaq təşkil edir. Yan budaqların əsasında əlavə budaqcıqlar əmələ gəlir. 3.Dağınıq– süpürgənin budaqları ikinci tipə nisbətən kiçik (60-700) bucaq təşkil edir, budaqları uzun və çoxdənli olur. 4.Yarımsıxılmış– süpürgənin birinci dərəcəli budaqları əsas oxla iti (30-400) bucaq təşkil edir. Budaqların yuxarı hissəsi azacıq əyilir. Süpürgə nisbətən yığcam və çox dənlidir. 5. Kip (birtərəfli) – süpürgənin budaqları olduqca qısa, əsas oxa sıxılmış vəziyyətlidir. Çox hallarda sünbülcüklər bir tərəfə əyilir. Süpürgənin tiplərini dənlərinin süd yetişkənliyində təyin etmək məsləhət görülür. Son fazalarda dənlərin ağırlığından budaqlar aşağı əyilir. • II. Dənin forması– əsas sort xüsusiyyətlərindən biri də dənin formasıdır ki, nisbətən sabit olmaqla aşağıda qeyd edilən tiplərə bölünür. • 1. Moskva tipi – dəni iri, ağır, nəhayəti küt, kürəyi azacıq donqar, daxili çiçək pulcuğu açıq, nüvəsi nisbətən uzundur. • 2. Xarkov tipi– dəni birinci tipə nisbətən nazikdir. Kürəyi düz, hamar, nəhayəti uzunsov, küt, daxili çiçək pulcuğu açıqdır. 3.Şatilov tipi. • 4.Uzunpərdəli tip- dəni uzunsov, ikinci tipə nisbətən uzundur. Çiçək pulcuğunun nəhayəti sivridir. Daxili çiçək pulcuğu açıqdır. • 5.İynəşəkilli tip -dəni sivri nəhayətli, nazik uzundur. Daxili çiçək pulcuğu qapalı, yaxud zəif açıqdır. • III. Dənin iriliyi – irilik 1000 dənin kütləsi ilə müəyyən edilir və eyni şəraitdə becərilən ayrı-ayrı sortlarda 20-40 qram, Bizans vələmirində 50 qrama çatır. • IV. Dənin pərdəliliyi - dənin pərdəliliyi əsas təsərrüfat xüsusiyyəti hesab edilir və şəraitdən asılı olaraq dənin ümumi kütləsinin 20-40%-ni təşkil edir. • V. Dənin əsasının tüklülüyü – dənin əsası tüksüz, seyrək tükcüklü, yaxud tükcüklərlə örtülü olur.
VƏLƏMIRIN SORTLARI Vələmirin 70 - dən çox sortu var: Sovet vələmiri Bizans - 602 Azərbaycan - 60 Allyur Arqamax Asmor Valdin -765 Qalon Qorizont Druq Kirovets Kozır Komes Los-3 Merion Metis Mirnıy Orion Pisarevskiy Skakun, Sprint-2 Taejnik Ulov Fakir və s.
Səpin vələmiri Yabanı (boş dənli- toxumsuz) vələmir
Vələmir dəninin tipləri: a – Moskva tipi; b – Xarkov tipi; v - iynəşəkilli; c – uzun pərdəli
Vələmirin dənləri: normal dən (yuxarı sırada), ikiləşmiş (qoşalaşmış) dən (orta sırada) və itiləşmiş (sivriləşmiş) dən (aşağı sırada)
Səpin vələmiri - Avenasativa Adi yulafca - Avenafatua Vələmir növlərinin dənləri
Vələmir peçenyesi Vələmir çörəkləri