250 likes | 956 Views
Mövzu: Q eyri-cinsi çoxalmanın sitoloji əsasları. Mitoz. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. Ədəbiyyat. Quliyev R. Ə., Əliyeva K. Ə. Genetika. Dərslik, Bakı, 2002. Quliyev R. Ə. Genetikanın əsasları ilə bitkilərin seleksiyası. Bakı, 2003. Axundova E. M. Ekoloji genetika. Bakı, 2006.
E N D
Mövzu: Qeyri-cinsi çoxalmanın sitoloji əsasları. Mitoz AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ ADAU dos. F.H.Qurbanov
Ədəbiyyat • Quliyev R. Ə., Əliyeva K. Ə. Genetika. Dərslik, Bakı, 2002. • Quliyev R. Ə. Genetikanın əsasları ilə bitkilərin seleksiyası. Bakı, 2003. • Axundova E. M. Ekoloji genetika. Bakı, 2006. • İsmayılov A. S. və b. Genetikadan praktikum. Bakı, 1986. • Turabov T. Genetika. Gəncə, 1997. • Seyidəliyev N. Y. Genetika. Dərs vəsaiti, Gəncə, 2005. • Cəfərov N. A. Çəkilin seleksiyası. Gəncə, 2008. • Abbasov S.S. Maldarlıqda hibridləşmənin genetik əsasları. Gəncə,2008. ADAU dos. F.H.Qurbanov
Mövzunun planı • Hüceyrənin bölünməsinin əsas mərhələləri-kariokinez, sitokinez • Mitozun bioloji mahiyyəti və fazaları • Sitokinez • Amitoz • Endomitoz • Politeniya ADAU dos. F.H.Qurbanov
HÜCEYRƏNİN BÖLÜNMƏSİ • Hüceyrənin bölünməsi orqanizmlərin çoxalmasında əsas dövr sayılır. • Bu proses iki əsas mərhələdən: nüvənin bölünməsi - kariokinez və sitoplazmanın bölünməsi – sitokinezdən ibarətdir. • Hüceyrə öz həyat tsiklində altı bir-birinin ardınca gedən fazadan ibarətdir: interfaza, profaza, prometafaza, metafaza, anafaza və telofaza. • Bütün bu dövrlər bir mitotik tsikli təşkil edir. ADAU dos. F.H.Qurbanov
Amitoz. • Mitoz bölünmədən fərqli olaraq amitoz bölünmədə nüvənin iki yerə bölünməsi zamanı iy tellər əmələ gəlmir və bir nüvədən iki, bəzi vaxt bir neçə (fraqmentasiya) nüvələr əmələ gəlir. • Amitoz bölünməyə bir qayda olaraq, yüksək ixtisaslaşmış və ya patoloji toxumalarda rast gəlinir. • Məsələn, kartof bitkisinin nişasta əmələ gətirən hüceyrələrində, regenerasiyaya uğrayan əzələ hüceyrələrində, xərçəng hüceyrələrində, ibtidailərdə və s. ADAU dos. F.H.Qurbanov
MİTOTİK TSİKL. İNTERFAZA ADAU dos. F.H.Qurbanov
Mitozun mərhələləri • İnterfaza (lat. inter - arada, yunan. phasis - peyda olma)-hüceyrənin iki bölünmə mərhələsi arasında gedən dövrdür. • Profaza.Mitozun başlanğıcı olan profazada nüvənin içərisindəki torvari quruluş tədricən xromatin telinə çevrilərək sarınmış yumağa bənzəyir. • Metafaza.Xromosomların ekvatorial lövhədə iy tellərinə qarşı perpendikulyar şəkildə yerləşməsi metafaza mərhələsi adlanır. • Anafaza. Buzaman sentromerlər bölünür və xromatidlər iki tam müstəqil bacı xromosomlara çevrilir. Sentromerin iki yerə bölünməsi bütün xromosomlarda eyni vaxtda baş verir. • Telofaza.Xromosomların qütblərə çəkilməsi ilə telofaza başlanır. Bu mərhələdə sanki proses əksinə davam edir. ADAU dos. F.H.Qurbanov
Mitozun mərhələləri ADAU dos. F.H.Qurbanov
Mitozun mərhələləri ADAU dos. F.H.Qurbanov
Mitozun mərhələləri ADAU dos. F.H.Qurbanov
Mitozun Sxemi İnterfaza Profaza Prometafaza Metafaza Anafaza Telofaza ADAU dos. F.H.Qurbanov
Mitozun mərhələləri profaza metafaza anafaza telofaza ADAU dos. F.H.Qurbanov
Mitoz bölünmənin sxemi ADAU dos. F.H.Qurbanov
Sitokinez. • Nüvə bölünəndən sonra sitoplazma da iki yerə bölünür və bunun nəticəsində iki qız hüceyrələr əmələ gəlir. • Mitotik tsiklin müddəti orqanizmin növündən, onun fizioloji vəziyyətindən, toxumanın tipindən, xarici faktorlardan {temperatur, işıq rejimi və s.) asılı olaraq 30 dəqiqədən 3 saata qədər davam edir. • Hüceyrənin böyüməsi üçün nüvənin səthi nüvə ilə sitoplazma arasında maddələr mübadiləsinin normal getməsinə mane olur, bu da hüceyrə nüvəsinin bölünməsinə səbəb olur. ADAU dos. F.H.Qurbanov
Endomitoz Endomitoz Endomitoz zamanı hüceyrədə xromosomların reproduksiyası nüvənin bölünməsi ilə müşayiət olunmur. Bunun nəticəsində hüceyrədə xromosomların sayı ilkin saya nisbətən, bəzi hallarda on dəfələrlə artır. Bu zaman nüvə qılafı dəyişilməmiş qalır, xromosomlar nüvənin daxilində qat-qat artır. Endomitozu həm bitkilərin, hərn də heyvanların müxtəlif toxumalarının intensiv funksiyaya malik olan hüceyrələrində müşahidə etmək olar. ADAU dos. F.H.Qurbanov
Politeniya • Politeniya.Bəzən xromosomların əmələ gəlməsi hüceyrədə onların sayının artması ilə yox, xromosomların dəfələrlə ikiləşməsi və bacı xromosomların bir-biri ilə birləşmiş şəkildə qalması ilə xarakterizə olunur. Belə hadisəni politeniya adlandırırlar. Politeniya nəticəsində xrosomların diametri böyüyür və tellərin sayı 1000-2000 ədədə çata bilir. Belə hallarda nəhəng xromosomlar əmələ gəlir. Politeniya hadisəsi bir sıra differensiasiyaya uğramış toxumaların hüceyrələrində -məsələn, bəzi həşəratların tüpürcək vəziləri və bitkilərin bəzi toxumalarında müşahidə olunur. ADAU dos. F.H.Qurbanov
DİQQƏTİNİZƏ GÖRƏ ÇOX SAĞ OLUN! ADAU dos. F.H.Qurbanov