1.19k likes | 2.97k Views
“AZ ƏRBAYCAN – 2020: GƏLƏCƏYƏ BAXIŞ” KONSEPSİYASI (29.11.12-ci il tarixli Sərəncam) MİLLİ TƏHSİLİMİZİN GƏLƏCƏYİ: ƏSAS HƏDƏFLƏR VƏ VƏZİFƏLƏR. AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ. 16 fevral 2012-ci il. MİSİR MƏRDANOV Azərbaycan Respublikasının Təhsil naziri.
E N D
“AZƏRBAYCAN – 2020: GƏLƏCƏYƏ BAXIŞ” KONSEPSİYASI (29.11.12-ci il tarixli Sərəncam)MİLLİ TƏHSİLİMİZİN GƏLƏCƏYİ: ƏSAS HƏDƏFLƏR VƏ VƏZİFƏLƏR AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 16 fevral 2012-ci il MİSİR MƏRDANOV Azərbaycan Respublikasının Təhsil naziri
Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir.O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır. Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir.
Sosial-iqtisadi inkişaf üzrə 60-dan çox Dövlət Proqramı qəbul olunmuşdur. Dünyanın 155 ölkəsinin dəstəyi ilə AzərbaycanBMT TŞ-yə üzv seçilmişdir. Yoxsulluğun səviyyəsi 40%-dən 7,6%-ə enmişdir. AZƏRBAYCANDİNAMİK İNKİŞAF YOLLARINDA Dövlət büdcəsi 1,2 milyard manatdan 17,1 milyard manata yüksəlmişdir ÜDM-in həcmi 7,2 milyard manatdan 43,5 milyard manata yüksəlmişdir. 2003 2011 1 milyon yeni iş yeri açılmışdır. İşsizliyin səviyyəsi 5,4%-ə enmişdir. BMT-nin 2010-cu il üzrə İnsan İnkişafı Hesabatına əsasən 2005-ci illə müqayisədə Azərbaycan 34 pillə irəliləyərək 169 ölkə arasında 101-ci yerdən 67-ci pilləyə yüksəlmişdir.
DÜNYADA İNKİŞAF STRATEGİYALARI • Dünyada yaxın və uzaq perspektivlər üçün ölkələrin, təşkilatların, təhsil sistemlərinin inkişaf strategiyalarının işlənməsi və həyata keçirilməsi təcrübəsi yaranmaqdadır. Dünya Bankının, Avropa İttifaqının 2012-2020-ci illəri əhatə edən strategiyaları da bu istiqamətdə atılan addımlardır. • Avropa-2020 strateji inkişaf proqramının 5 əsas məqsədindən 3-ü təhsillə bağlıdır: • ÜDM-dən tədqiqatlara və innovasiyalara ayırmaların 3 faizə çatdırılması (Azərbaycanda 0,2%-dir, Avstriya. Belçika, Almaniya, Danimarka, Finlandiyada 3%-dən çoxdur). • Ümumi təhsil müddətini başa çatdırmadan məktəbi tərk etmə göstəricisinin 10 faizdən çox olmaması (Azərbaycanda bu göstərici 10%-dən aşağıdır, yəni bu hədəf ölkəmiz üçün aktual deyildir). • Məzunların ali təhsilə cəlb olunma səviyyəsinin 40 faizə çatdırılması (Azərbaycanda bu göstərici 30% təşkil edir).
İNKİŞAF STRATEGİYALARI • Avropa-2020 proqramında Avropa Komissiyası və milli səviyyələrdə fəaliyyət istiqamətləri də müəyyənləşdirilmişdir. • Avropa Komissiyası səviyyəsində: • Universitetlərdə təhsil alma imkanlarının genişləndirilməsi üzrə proqramların hazırlanması və həyata keçirilməsi. • Ali təhsilin modernləşdirilməsi (tədris planı, maliyyələşmə, idarəetmə); • Gənc mütəxəssislərər üçün mobillik proqramlarının həyata keçirilməsi; • Qeyri-formal təhsilə dəstək; • Gənclərin məşğulluğunun təmin edilməsi, onlar arasında işsizliyin azaldılması. • Milli səviyyələrdə: • Bütün pillə və səviyyələrdə təhsilə kifayət qədər maliyyənin ayrılması; • Bütün pillə və səviyyələrdə keyfiyyət göstəricilərinin yaxşılaşdırılması; • Milli ixtisas standartları hazırlamaqla təhsil sisteminin əlçatan olması imkanlarının artırılması; • Təhsil vasitəsilə gənclərin əmək bazarına daxil olmasına şərait yaradılması.
DÖVLƏT PROQRAMLARI – İNKİŞAFIN MƏNBƏYİ • Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” • Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” • Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” • Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”
Cəmiyyətdə tərəqqinin hərəkətverici qüvvəsi İnsan kapitalının formalaşması İntellektual potensialın formalaşdırılması Milli-mənəvi dəyərlərin qorunub saxlanması TƏHSİLİN CƏMİYYƏTDƏ ROLU Xalqın ümidli gələcəyinin təminatçısı Şəxsin, vətəndaşın fərdi inkişafı Yoxsulluğun aradan qaldırılması və rifah halının yüksəlməsi Vətəndaşın cəmiyyətdə məhsuldar qüvvəyə çevrilməsi Hüquqi cəmiyyətin qurulması
TƏHSİL İSLAHATI - İNKİŞAFYÖNÜMLÜ LAYİHƏLƏR 1999-2003 ÖYRƏDİCİ - İNNOVASİYA LAYİHƏSİ Məqsəd: Dünya Bankının qaydaları, prosedurları, təlimatları üzrə zəruri bilik və bacarıqların formalaşdırılması, müvafiq kadr hazırlığının təmin olunması və təhsil innovasiyalarının dəstəklənməsi. 2003-2008TƏHSİL SEKTORUNUN İNKİŞAFI LAYİHƏSİ Məqsəd: Ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi. 2009-2014 TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ Məqsəd: Ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yüksəldilməsi və ümumi təhsilə ayrılmış xərclərin səmərəliliyinin artırılması.
TƏHSİLƏ DÖVLƏT QAYĞISI Dövlət büdcəsinin tərkibində təhsilə ayrılan ümumi xərclər (mln. manatla)
TƏHSİLƏ DÖVLƏT QAYĞISI Dövlət büdcəsindən təhsilə ayrılan investisiya xərcləri (mln manatla)
TƏHSİLƏ DÖVLƏT QAYĞISI 2011-ci ildə dövlət büdcəsindən təhsilə ayrılan 273,2 milyon manat məbləğində investisiya xərclərinin sifarişçi təşkilatlar üzrə bölgüsü Prezidentin Ehtiyat Fondundan Bakı şəhərinin müvafiq rayon icra hakimiyyətlərinə 11,0 mln. manat Respublikanın digər rayon (şəhər) icra hakimiyyətlərinə 61,5 mln. manat 86,3 mln. manat Təhsil Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyətinə 114,4 mln. manat
PROQRAMLARLA İDARƏETMƏ - İNKİŞAFIN YENİ MODELİ Dövlət Proqramları • “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)” - Azərbaycan Respublikası Prezidentinin 2007-ci il tarixli Sərəncamı Məqsəd: Ölkədə bütün əhali təbəqələri üçün əlçatan və müasir tələblər səviyyəsində qurulmuş məktəbəqədər təhsil xidmətlərinin göstərilməsini təmin edə biləcək maddi-texniki, təşkilati-hüquqi və tədris metodiki şəraitin yaradılması və bu zəmində məktəbəqədər təhsil sisteminin yüksək sosial-iqtisadi səmərəliliyinə nail olunması.
PROQRAMLARLA İDARƏETMƏ - İNKİŞAFIN YENİ MODELİ Görülmüş işlər və nəticələr • Son 4 ildə ölkə üzrə 37 yeni uşaq bağçası inşa olunmuş, 54 müəssisə əsaslı təmir edilmiş, 2 müəssisədə bərpa-gücləndirmə işləri aparılmış,184-ü isə müasir avadanlıqlarla təchiz olunmuşdur. • Nəticədə məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı 103 mindən 113 minə yüksəlmişdir. • Beynəlxalq təcrübəyə uyğun olaraqməktəbəqədər təhsilin yeni proqramı (kurikulumu) hazırlanmışdır. • İlk dəfə olaraq uşaq bağçaları üçün müasir tələblər səviyyəsində 190 adda təlim vəsaitləri hazırlanmışdır.
MƏKTƏBƏQƏDƏR TƏHSİL SAHƏSİNDƏ HƏDƏFLƏR • Məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılması (Azərbaycanda 16,7% təşkil edir, inkişaf etmiş ölkələrdə 80-90%-dir). • 5 yaşlıların icbari məktəbə hazırlığının təmin edilməsi (hazırda onların 26 faizi cəlb olunub). • Məktəbəqədər təhsil sahəsində yeni təhsil proqramı (kurikulumun) tətbiq edilməsi. • Ölkə üzrə erkən yaş dövrü üzrə təhsil müəssisələrinin (bələdiyyə, icma, özəl, ailə bağçaları) yaradılması (ölkənin yaşayış məntəqələrinin 70 faizində müəssisələr yoxdur), onların fəaliyyəti üzrə dəstəkləyici və stimullaşdırıcı mexanizmlərin hazırlanması. • Uşaqların davamlı inkişafına yönəlmiş pedaqoji fəaliyyətə dəstək məqsədilə valideynlərin sistemli şəkildə pedaqoji-psixoloji maarifləndirilməsi proqramının hazırlanıb həyata keçirilməsi. • Erkən yaş dövründə inkişafetdirici təlim üzrə metodik vəsaitlərin, didaktik material və təlim vasitələrinin hazırlanması və istifadəsinin təmin edilməsi.
PROQRAMLARLA İDARƏETMƏ - İNKİŞAFIN YENİ MODELİ • Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Dövlət Proqramı (2003-2007-ci illər) - Azərbaycan Respublikası Prezidentinin 2003-cü il tarixli Sərəncamı • Məktəb tikintisi Proqramı (2008-2013-cü illər). • Məktəblərin əsaslı təmiri Proqramı (2008-2013-cü illər). • Ümumtəhsil məktəblərinin avadanlıqla təmin olunmasına dair İnkişaf Proqramı (2008-2013-cü illər).
PROQRAMLARLA İDARƏETMƏ - İNKİŞAFIN YENİ MODELİ • “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı” - Azərbaycan Respublikası Prezidentinin 2006-cı il tarixli Sərəncamı • “2011-ci ildə respublikanın şəhər və rayonlarında tikinti, bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması” - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixli Sərəncamı • “2011-2012-ci illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” - Azərbaycan Respublikası Prezidentinin 2011-ci il tarixli Sərəncamı
PROQRAMLARLA İDARƏETMƏ – İNKİŞAFIN YENİ MODELİ Görülmüş işlər və nəticələr Məqsəd:Ümumtəhsil məktəblərinin maddi-texniki və tədris bazasının gücləndirilməsi və müasirləşdirilməsi • Dövlət Proqramları, eləcə də Heydər Əliyev Fondu və digər mənbələr hesabına son illərdə 550 min şagird yerlik 2200 yeni məktəb binası tikilmiş və əsaslı təmir olunmuş, 708 məktəb müasir avadanlıqlarla, 400 məktəb tədris laboratoriyaları ilə təchiz edilmiş, 700 məktəbin istilik sistemi yenidən qurulmuşdur. • İkinövbəli məktəblər 73 faizdən 44 faizə, ikinci növbədə təhsil alan şagirdlər 34,5 faizdən 21 faizə enmiş və bununla da 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşdırılmışdır.
PROQRAMLARLA İDARƏETMƏ - İNKİŞAFIN YENİ MODELİ Dövlət Proqramları çərçivəsində Təhsil Nazirliyinin fəaliyyəti • 2004-2011-ci illərdə Təhsil Nazirliyinə tikinti və təmir işləri üçün 543,7 milyon manat vəsait ayrılmışdır. • Həmin vəsait hesabına 122 min şagird yerlik 353 məktəb, 1270 yerlik 11 uşaq bağçası, 1 peşə-tədris mərkəzi binaları, 184 məktəb üçün 49880 yerlik əlavə korpuslar inşa edilmiş, 176 məktəbdə, 50 uşaq bağçasında, 9 texniki peşə məktəbində əsaslı təmir işləri aparılmışdır. • 2011-ci ildə 47 yeni məktəb binası, 1 məktəb üçün əlavə korpus inşa edilmiş, 13 məktəb əsaslı təmir olunmuşdur. • 2011-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 10 məktəb üçün əlavə korpus inşa edilmiş, 43 məktəb əsaslı təmir olunmuşdur.
ÜMUMİ TƏHSİLİN İNFRASTRUKTURUNUN İNKİŞAFI SAHƏSİNDƏ HƏDƏFLƏR • Məktəb tikintisi və əsaslı təmiri sahəsində proqramların davam etdirilməsi vsitəsilə bütün ümumtəhsil məktəblərinin beşgünlük iş həftəsi və bir növbəli iş rejiminə keçməsinin təmin olunması. • Ümumi təhsil müəssisələrinin şəbəkəsinin təkmilləşdirilməsi istiqamətində rasionallaşdırma proqramının hazırlanıb həyata keçirilməsi.
ÜMUMİ TƏHSİL SAHƏSİNDƏ HƏDƏFLƏR • Təhsil müəssisələrinin fiziki infrastrukturuna dair norma, standart və qaydaların hazırlanması. • Təhsilin inkişafına və keyfiyyətinə təminat verən regional universal mərkəzlərin yaradılması: • Müəllimlər üçün distant təhsil mərkəzləri. • İstedadlı uşaqlar üçün təhsil müəssisələri, inkişaf mərkəzləri, yay və qış təlim-istirahət düşərgələri. • Xüsusi qayğıya ehtiyacı olan, habelə sağlamlıq imkanları məhdud uşaqlar üçün sağlamlıq və reabilitasiya mərkəzləri • Ümumi təhsil müəssisələrində inkluziv təhsilin tətbiqi üzrə zəruri şəratin yaradılması.
PROQRAMLARLA İDARƏETMƏ - İNKİŞAFIN YENİ MODELİ Naxçıvan şəhər Heydər Əliyev adına məktəb Cəlilabad şəhər Akademik Zərifə Əliyeva adına məktəb
PROQRAMLARLA İDARƏETMƏ - İNKİŞAFIN YENİ MODELİ Qusar rayonu Balaqusar kəndi Göygöl şəhəri 1 №-li məktəb
PROQRAMLARLA İDARƏETMƏ - İNKİŞAFIN YENİ MODELİ Zərdab rayonu Şıxbağı kəndi Tərtər rayonu Sarıcalı kəndi
PROQRAMLARLA İDARƏETMƏ - İNKİŞAFIN YENİ MODELİ Masallı rayonu Digah qəsəbəsi Tovuz rayonu Yanıqlı kəndi
MƏZMUN İSLAHATLARI Görülmüş işlər və nəticələr • Beynəlxalq aləmdə təhsil sahəsində sınaqdan çıxmış mütərəqqi təcrübələr, innovativ ideyalar, təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmalar Azərbaycan təhsilinə gətirilmiş, nəzəri cəhətdən əsaslandırılmış və islahatların reallaşdırılması üçün etibarlı zəmin yaradılmışdır. • Bu gün məzmun islahatlarının, ümumi təhsilin yeni modelinin əsasını «hafizə», «yaddaş» məktəbindən «təfəkkür», «düşüncə» məktəbinə keçid təşkil edir. • Ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün yeni təhsil proqramları (kurikulumları) hazırlanıb təsdiq edilmişdir. • 2008-2009-cu dərs ilindən respublikanın bütün ümumtəhsil məktəblərində I siniflərdən etibarən yeni fənn proqramlarının (kurikulumların) tətbiqinə başlanmışdır. • Yeni fənn proqramları (kurikulumlar) ilə tədrisə başlayan 40 minədək ibtidai sinif müəllimi öyrədici təlim kurslarından keçirilmişdir.
DƏRSLİK SİYASƏTİ Görülmüş işlər və nəticələr • Yeni fənn proqramları (kurikulumları) əsasında tender üsulu ilə müasir dərslik komplektləri(dərslik, müəllim üçün metodik vəsait, şagird üçün iş dəftəri)hazırlanmağa başlanmış və proses indi də davam etməkdədir. • Ümumi təhsil sistemində istifadə edilən 400 adda dərsliyin məzmunu yeniləşdirilmiş, son illərdə 50 milyon nüsxədən çox dərslik çap olunmuş və şagirdlərə pulsuz verilmişdir. • 500 ümumtəhsil məktəb kitabxanasının 1098 adda 549 min nüsxə təlim və oxu materiaları ilə təchiz edilməsinə başlanmışdır. • Məktəb kitabxanaları 18 adda uşaq ensiklopediyaları, ölkə Prezidentinin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 24 avqust 2007-ci il tarixli Sərəncamına əsasən, çap olunmuş bədii əsərlərlə təmin edilmişdir. • Heydər Əliyev Fondu tərəfindən ümumtəhsil məktəbləri 140 adda 1,4 milyon nüsxə tədris-əyani vəsaitlə təmin olunmuşdur. • Ümumtəhsil məktəblərinə 19 adda 351 min nüsxə xəritə verilmişdir.
ŞAGİRD NAİLİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ Görülmüş işlər və nəticələr • Azərbaycan Hökuməti tərəfindən 2009-cu ildə «Azərbaycan Respublikasında ümumi təhsil sistemində qiymətləndirmə Konsepsiyası» təsdiq edilmişdir. Konsepsiyada yeni qiymətləndirmə mexanizmlərinin hüquqi və təşkilati əsasları öz əksini tapmışdır. • Həmin konsepsiyaya və dünya təcrübəsinə uyğun olaraq, ölkənin ümumi təhsil müəssisələrində məktəbdaxili(diaqnostik, formativ, summativ),milli və beynəlxalq qiymətləndirməni əhatə edən yeni qiymətləndirmə sisteminə keçilmişdir. • 2005/2006-cı dərs ilindən etibarən buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsinə başlanmış və hazırda ölkə miqyasında tətbiq olunur.
ŞAGİRD NAİLİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ Görülmüş işlər və nəticələr • 2006-cı ildən başlayaraq Azərbaycan məktəbliləri PISA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı), TIMSS (Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı) və PIRLS (Oxu Bacarıqlarının keyfiyyətini tədqiq edən Beynəlxalq Qiymətləndirmə Proqramı) beynəlxalq qiymətləndirmə proqramlarında iştirak edirlər.
PROQRAMLARLA İDARƏETMƏ - İNKİŞAFIN YENİ MODELİ “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”- Azərbaycan Respublikası Prezidentinin 2007-ci il tarixli Sərəncamı Məqsəd: İstedadlı uşaq və gənclərlə iş sahəsində səmərəli fəaliyyət sisteminin yaradılması. • İstedadlı uşaq və gəncləri əhatə edən məlumat bankı yaradılmış, lisey və gimnaziyaların şəbəkəsi genişləndirilmiş,maddi-texniki, tədris bazası möhkəmləndirilmiş, tədris-metodik təminatları xeyli yaxşılaşdırılmışdır. • İstedadlı şagirdləri vaxtında aşkar etmək üçün bölgələrdə və Bakı şəhərində seçim tədbirləri təşkil olunmuşdur. • Təlimdə xüsusi nailiyyətlər qazanmış məzunların təltif edilməsi üçün qızıl və gümüş medallar təsis edilmişdir. Görülmüş işlər və nəticələr
PROQRAMLARLA İDARƏETMƏ - İNKİŞAFIN YENİ MODELİ Görülmüş işlər və nəticələr • 1998-2011-ci illərdə Azərbaycan məktəbliləri dünya fənn olimpiadalarında və beynəlxalq səviyyəli digər bilik yarışlarında 18 qızıl, 38 gümüş, 71 bürünc medala layiq görülmüşdür. • Ümumtəhsil məktəblərinin məktəbdənkənar müəssisələrə cəlb olunmuş şagirdləri respublika və beynəlxalq yarış-larda ümumilikdə 1886 medal, o cümlədən Avropa, dünya birinciliyi və çempionatlarında 178 medal qazanmışlar. Hazırda dünyanın ən güclü 20 şahmatçısı sırasına daxil edilmiş 3 nəfər Azərbaycan şahmatçısı şahmat məktəblərinin yetirmələridir.
PROQRAMLARLA İDARƏETMƏ - İNKİŞAFIN YENİ MODELİ İstedadlı uşaq və gənclər üçün ayrı-ayrı fənlər üzrə test və olimpiada tapşırıqları topluları nəşr edilmişdir. • Riyaziyyatdan olimpiada iştirakçıları üçün 200 variant. “Təhsil”, 2008. • Kimyadan olimpiada məsələləri. “Təhsil”, 2009. • Elementar riyaziyyatın əlavə fəsilləri və olimpiadalar, I və II kitablar. “Təhsil”, 2009, 2010. • Uşaqlarda istedadın müəyyənləşdirilməsi və inkişaf etdirilməsi. “Təhsil”, 2008.
PROQRAMLARLA İDARƏETMƏ - İNKİŞAFIN YENİ MODELİ “Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”- Azərbaycan Respublikası Prezidentinin 2006-ci il tarixli Sərəncamı Məqsəd: Dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılması və tətbiqi.
PROQRAMLARLA İDARƏETMƏ - İNKİŞAFIN YENİ MODELİ Görülmüş işlər və nəticələr • Proqramın icrası müddətində 149 nəfər uşaq bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılmışdır. • Son iki il ərzində 10-16 yaş arası 24 nəfər uşaq övladlığa verilmişdir. • 10 internat tipli müəssisə ümumtəhsil məktəblərinə, lisey və gimnaziyalara, ilk peşə-ixtisas təhsili müəssisələrinə çevrilmişdir. • 3 dövlət uşaq müəssisəsinin nəzdində alternativ qayğı mərkəzi yaradılmışdır. Hazırda həmin mərkəzlərin xidmətlərindən 298 nəfər uşaq istifadə edir. • Dövlət uşaq müəssisələrində yaşayan, lakin övladlığa, qəyyumluğa və ya himayədar ailələrə verilməsi mümkün olmayan 10 uşağın ailə şəraitində yaşaması üçün ailə tipli kiçik qrup evi tikilmişdir.
PROQRAMLARLA İDARƏETMƏ - İNKİŞAFIN YENİ MODELİ Görülmüş işlər və nəticələr • 2008-ci ildə Proqram çərçivəsində ölkənin bütün dövlət uşaq müəssisələrində qiymətləndirmə aparılmış, nəticələri əhatə edən və üç aydan bir yeniləşən məlumat bazası yaradılmışdır. • Məlumat bazasında olan göstəricilərə əsasən, 2011-2012-ci tədris ilində 44 dövlət uşaq müəssisəsində 9776 uşaq təlim-tərbiyə alır. Onlardan 3750 nəfəri müəssisədə gecələyən uşaqlardır, 6026 uşaq müəssisənin yalnız təhsil və günərzi xidmətlərindən istifadə edir, gecəni isə ailəsi ilə birgə keçirir. • Son illərdə görülmüş işlər nəticəsində dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı ilbəil azalmış, 2008-ci ildəki 14389 nəfərdən 2011-ci ildə 9776 nəfərə, gecələyən uşaqların sayı isə 4055 nəfərdən 3750 nəfərə enmişdir. • Müəssisələrdə gecələyən 3750 nəfər uşaqdan 1409 nəfəri hər şənbə- bazar, 1790 nəfəri tətil və bayram günləri evə gedir, qalan 551 nəfər kimsəsiz və valideyn himayəsindən məhrum olduqları üçün daimi müəssisədə gecələyən uşaqlardır. Onlardan 183 nəfəri əlilliyi olanlardır.
ÜMUMİ TƏHSİL SAHƏSİNDƏ HƏDƏFLƏR • 12 illik ümumi təhsil sisteminə keçidin təmin edilməsi (dünyanın əksər ölkələrində 12 illikdir). • 12 illik ümumi təhsilə keçidlə əlaqədar mövcud təhsil proqramlarının (kurikulumların) yeniləşdirilməsi, kurikulumlarda ömür boyu təhsil üzrə əsas kompetensiyaların nəzərə alınması. • Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili üzrə təkmil mexanizmlərin yaradılması (repetitorluğun aradan qaldırılması). • Yeni kurikulumlara müvafiq dərslik komplektlərinin, o cümlədən elektron dərsliklərin, dərs vəsaitlərinin və resurslarınhazırlanması. • Dərsliklərin (komplektlərin) variativ əsasda hazırlanmasının nəzərdə tutulması. • Yeni kurikulumların, qiymətləndirmə sisteminin, dərslik və dərs vəsaitlərinin, müasir təlim strategiyalarının, İKT-nin tətbiqi, müəllim hazırlığının təkmilləşdirilməsi yaxın gələcəkdə “hafizə”, “yaddaş” məktəbindən “məntiqi təfəkkür”, “həyati bacarıqlar” məktəbinə keçidi reallaşdırmaqla ölkəmizdə müasir ümumi təhsil modelinin qurulmasını təmin edəcəkdir.
ÜMUMİ TƏHSİL SAHƏSİNDƏ HƏDƏFLƏR • İstedadlı uşaqlar üçün inkişafetdirici xüsusi fərdi proqramların yaradılması. • Xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlar üçün müxtəlif inkişafetdirici, korreksiyaedici və inkluziv təhsil proqramlarının hazırlanması. • Məktəb direktorlarının seçilib yerləşdirilməsi, onların məsuliyyət və cavabdehliyinin artırılması, ehtiyat kadrların hazırlanması sahəsində yeni mexanizmlərin işlənməsi və tətbiqi.
PROQRAMLARLA İDARƏETMƏ - İNKİŞAFIN YENİ MODELİ • “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin İKT ilə təminatı Proqramı (2005-2007-ci illər)” - Azərbaycan Respublikası Prezidentinin 2005-ci il tarixli Sərəncamı. • “Təhsil sisteminin informasiyalaşdırılması Proqramı (2008-2013-cü illər)” - Azərbaycan Respublikası Prezidentinin 2008-ci il tarixli Sərəncamı. Məqsəd: Ümumtəhsil məktəblərinin İKT ilə təminatının gücləndirilməsi, İKT-nin tətbiqi vasitəsilə təhsilin keyfiyyətinin yüksəldilməsi
PROQRAMLARLA İDARƏETMƏ - İNKİŞAFIN YENİ MODELİ Görülmüş işlər və nəticələr • Proqramların icrasından ötən müddətdə ümumtəhsil məktəblərinə 33708 ədəd kompyuter, 2809 ədəd proyektor və noutbuk dəsti, 4000 şagirdə netbuklar verilmişdir. Nəticədə şagird-kompyuter nisbəti 2004-cü ildəki 1:1063 nisbətindən 2011-ci ildə 1:20 nisbətinə çatmışdır. • Təhsil müəssisələrinin 75 min nəfər pedaqoji, texniki və inzibati işçisi İKT üzrə öyrədici təlim kurslarından keçirilmişdir. • Fənlər üzrə elektron tədris resursları hazırlanmış və istifadə olunmaqdadır. • “Elektron məktəb” layihəsinin reallaşdırılmasına başlanmışdır. • İnternetə qoşulan məktəblərin sayı 1200-ə (26%) çatdırılmışdır.
İKT SAHƏSİNDƏ HƏDƏFLƏR • Bütün təhsil müəssisələrinin müasir tələblərə cavab verən İKT avadanlıqları ilə müntəzəm olaraq təmin edilməsi və bu əsasda təhsilin informasiya təminatının reallaşdırılması. • Hər bir müəllimin İKT bacarıqlarına yiyələnməsi üçün çevik sistemin yaradılması və onun resurs bazasının formalaşdırılması. • Ümumtəhsil məktəblərinin hər bir sinif otağının 1 noutbuk və 1 proyektorla təmin edilməsi. • Hər şagirdə 1 netbuk və ya 1 planşetin verilməsi proqramının reallaşdırılması. • Bütün təhsil müəssisələrinin internetlə təmin edilməsi. • “Elektron məktəb”lərin sayının 1000-ə çatdırılması.
İKT SAHƏSİNDƏ HƏDƏFLƏR • Bütün təhsil pillələri üzrə Təhsilin İdarəolunmasının Məlumat Sistemləri (TİMS) əsasında hesabatvermə, təhlil və proqnozlaşdırma sisteminin yaradılması və müntəzəm yeniləşməsinin təmin edilməsi. • Təhsilin vahid informasiya sisteminin yaradılması yolu ilə informasiya əsaslı idarəetmə mexanizmlərinin tətbiq edilməsi. • Özünütəhsil və ömürboyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxana fəaliyyətinin modernləşdirilməsi (elektron kitabxana), rəqəmsal təhsil resurslarından istifadə imkanlarının genişləndirilməsi. • Təhsil müəssisələrində məlumat bazalarının, məzun-koordinasiya-informasiya sistemlərinin yaradılması, onların mütəmadi yeniləşdirilməsi və idarəetmə prosesində istifadəsinin təmin edilməsi. • Təhsilin idarəedilməsi sahəsində elektron xidmətlərin geniş tətbiqinə nail olunması.
PROQRAMLARLA İDARƏETMƏ - İNKİŞAFIN YENİ MODELİ “Ən yaxşi ümumtəhsil məktəbi” və “Ən yaxşi müəllim” mükafatlarının təsis edilməsi haqqında”Azərbaycan Respublikası Prezidentinin 2007-ci il tarixli Sərəncamı Məqsəd:Məktəblər və müəllimlər arasında sağlam rəqabətin, innovativ fəaliyyətə istiqamətlənmiş yaradıcılıq və təşəbbüskarlıq meyillərinin gücləndirilməsi Nəticə:Ötən 4 il ərzində 200 ümumtəhsil məktəbi və 400 nəfər müəllim həmin müsabiqələrin qalibi olmuş və onlar ölkə başçısının Sərəncamı ilə yüksək məbləğdə (məktəblərə 10 min manat, müəllimlərə 5 min manat) pul mükafatı ilə mükafatlandırılmışlar.
PROQRAMLARLA İDARƏETMƏ - İNKİŞAFIN YENİ MODELİ “2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı”- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il tarixli Sərəncamı “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas thsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il tarixli qərarı Məqsəd: Ölkənin ucqar kənd məktəblərinin pedaqoji kadrlarla təminatının yaxşılaşdırılması.
PROQRAMLARLA İDARƏETMƏ - İNKİŞAFIN YENİ MODELİ Görülmüş işlər və nəticələr • Proqram çərçivəsində ümumilikdə 6179 müəllim stimullaşdırıcı tədbirlər tətbiq edilməklə respublikanın ucqar kənd məktəblərinə göndərilmiş, bu sahədə ehtiyac minimuma endirilmişdir. • Son 2 tədris ilində 1600 nəfər gənc mütəxəssis stimullaşdırıcı tədbirlər (yol xərci, əmlakın daşınması üçün nəqliyyat və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının 2 misli həcmində yardım, kommunal xidmətləri ödəmək üçün 40 manat kompensasiya, yaşayış sahələrinə ehtiyacın ödənilməsi, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə kömək göstərilməsi, rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən məktəblərə göndərilənlərə 3 il müddətində aylıq əməkhaqqına 70 manat əlavə edilməsi) tətbiq edilməklə ucqar kənd məktəblərinə göndərilmişdir.
MÜƏLLİMLƏRİN SEÇİLİB YERLƏŞDİRİLMƏSİ Görülmüş işlər və nəticələr • Ölkə üzrə pedaqoji kadrların seçilib yerləşdirilməsində obyektivliyi, şəffaflığı və keyfiyyəti təmin etmək məqsədilə 2008-ci ildən etibarən müəllimlərin işə qəbulu beynəlxalq təcrübə nəzərə alınmaqla müsabiqə yolu ilə mərkəzləşdirilmiş qaydada İKT tətbiq edilməklə həyata keçirilməyə başlanmışdır. • 2011-2012-ci dərs ilində mexanizm daha da təkmilləşdirilmiş, elektron ərizə, elektron imtahan, elektron yerləşdirmə tətbiq edilməklə prosesə təsir və müdaxilələr tam aradan qaldırılmışdır. • Ümumtəhsil məktəblərində vakant olan 1000-dən çox yerə 9850 nəfər müəllim elektron ərizə vermişdir. Müsabiqədə 10 minədək müəllimin iştirak etməsinə, onların yalnız 10 faizinin işə qəbul olunmasına baxmayaraq, bu günədək heç bir şikayət daxil olmamışdır.
PEDAQOJİ KADR TƏMİNATI SAHƏSİNDƏ HƏDƏFLƏR • Ucqar kənd məktəblərinin pedaqoji kadrlarla təminatı üçün nəzərdə tutulmuş maddi stimullaşdırma tədbirlərinin gücləndirilməsi, əmək haqqına əlavələrin artırılması. • Ölkənin ucqar kənd məktəblərində pedaqoji kadrlara olan ehtiyacın tam aradan qaldırılması. • Pedaqoji kadrların işə qəbulu sahəsində tətbiq edilmiş yeni mexanizmin beynəlxalq təcrübəyə uyğun daha da təkmilləşdirilməsi, mərkəzləşdirilmiş müsabiqənin regionlar üzrə keçirilməsi.