1 / 11

Mövzu : “BALIQLARIN BİOLOGİYASI HAQQINDA MƏLUMAT” Mühazirəçi : dos. Ələsgərov Z.Ə. Gəncə- 2009

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Fakültə : Baytarlıq təbabəti və əczaçılıq Kafedra : Epizootologiya, mikrobiologiya və parazitologiya Fənn : Baytarlıq mikrobiologiyası “Balıqçılıq və balıqçılıq təsərrüfatı işi ” ixtisası. Mövzu :

licia
Download Presentation

Mövzu : “BALIQLARIN BİOLOGİYASI HAQQINDA MƏLUMAT” Mühazirəçi : dos. Ələsgərov Z.Ə. Gəncə- 2009

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYIAZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETIFakültə: Baytarlıq təbabəti və əczaçılıqKafedra: Epizootologiya, mikrobiologiya və parazitologiyaFənn: Baytarlıq mikrobiologiyası“Balıqçılıq və balıqçılıq təsərrüfatı işi ” ixtisası Mövzu: “BALIQLARIN BİOLOGİYASI HAQQINDA MƏLUMAT” Mühazirəçi: dos. Ələsgərov Z.Ə. Gəncə- 2009

  2. PLAN • 1.Tarixi məlumat • 2.Xəstəliyin törədicisi • 3.Davamlılığı • 4. Patogenliyi • 5. Diaqnoz • 6.Təfriqi diaqnoz • 7. İmmunitet • 8. Müalicə • 9. Profilaktika və mübarizə tədbirləri

  3. Ədəbiyyat siyahısı • 1.R .A. Qədimov, M.Ə. Tağızadə “Baytarlıq mikrobiologiyası”, “Maarif”, Bakı, 1986. • 2.R.A.Qədimov “K/t heyvanları və quşlarının infeksion xəstəliklərinin bakterioloji diaqnoz üsulları”,Bakı, Azərnəşr, 1984 • 3.V.N.Kislenko,N.M.Koliçev “Baytarlıq mikrobiologiyası və immunologiya”.Moskva, “Kolos”- 2006 • 4. V.N.Kislenko “Baytarlıq mikrobiologiyası və immunologiyasından praktikum.Moskva, “Kolos”,2005

  4. Balıqlar xordalılar tipinin balıqlar sinfinə aiddirlər. Su havadan sıx olduğundan onun içərisində hərəkət edən cisimlərə çox müqavimət göstərir, balıqların bədəni isə en və arxa tərəflərdən sivri şəkildə olur ki, bu da onların suda asanlıqla hərəkətini təmin edir. • Balıqların bədəni sümük pulcuqlarla elə örtülür ki, hər bir pulcuqların səthində onu örtən, dəricikdə olan vəzilər dərini selikləndirərək bədənin suya sürtünməsini azaldır. Habelə dəricik balıq orqanizminə mikrobların keçməsinə imkan vermir. • Balıqların qarın tərəfi bel tərəfinə nisbətən açıq rənglidir. Qarnının ağımtıl, belinin isə tutqun olması balığa alt tərəfdən baxdıqda suyun parlaq səthindən, bel tərəfdən baxdıqda isə hövzə dibinin rəngindən seçilməz edir. Balıqların bədənində tək və cüt üzgəclər vardır ki, bu balıqların hərəkətini təmin edir. Tək üzgəclər bel üzgəci, quyruq üzgəci və anal üzgəcdon ibarətdir. Döş və qarın üzgəcləri cüt üzgəclərdir. Balığın irəliyə hərəkət etməsində quyruq üzgəci əsas rol oynasa da cüt üzgəclər dərinlik sükanları işini görür. Habelə bədənin dönməsinə, durmasına, irəliyə yavaş hərəkət etməyə və bədənin müvazinətinin saxlanmasına xidmət edir. • Balıqların baş tərəfində qəlsəmə yarıqları üzərində qəlsəmə qapağı vardır.

  5. Duyğu üzvləri. Balıqların duyğu üzvlərinə onların gözləri, qoxubilmə üzvü, eşitmə üzvü, dad bilmə və lamisə hüceyrələri, eləcə də yan xətti aid etmək lazımdır. Başın yan tərəfində bir cüt gözlər yerləşir ki, buda uzaq məsafəni görə bilmir. Gözlərin önündə burun dəlikləri vardır. Bu dəliklər hissedici hüceyrələri olan qapalı qoxu bilmə kisəsinə açılır. • Eşitmə üzvləri xaricdən görünmür. Bunlar kəllənin arxa hissəsinin sümükləri içərisində sağ və sol tərəflərdə yerləşir. Suyun sıx olmasına görə səs dalğaları kəllə sümüklərindən asanlıqla keçir və balığın eşitmə üzvləri tərəfindən qəbul edilir. • Balıqlarda yan xətt adlanan xüsusi duyğu üzvünün olması xarakterikdir. Bu xətt balıqların hər iki yanlarından bədən boyunca onun ortası boyu uzanmış olur. Bu xəttin xaricdə sıra ilə düzülmüş dəlikləri görünür ki, bu dəliklər də dərinin içərisində yerləşən kanalla alaqədardır. Kanal içərisində hiss hüceyrələri vardır ki, bu hüceyrələr də xüsusi sinirlə əlaqədardır. Su cərəyanının istiqaməti və gücünün ayırd edilməsi bilavasitə yan xətt vasitəsilə hiss edilir. • Sümük-əzələ sistemi. Balıqların skeleti kəllə-onurğa və üzgəclər skeletindən təşkil edilməklə orqanizm üçündayaq rolunu oynayır və daxili üzvləri xarici zədələnmələrdən qoruyur. • Onurğa çoxlu miqdarda fəqərələrdən əmələ gəlir ki, hər fəqərənin cismi və ondan uzanan çıxıntıları vardır. Hər fəqərənin üst tərəfində iki yan çıxıntının birləşməsi nəticəsində əmələ gələn qövslər arasında onurğa beyni yerləşir. • Bədənin gövdə hissəsindəki fəqərələrin yan tərəflərinə qabırğalar təsbit edilir. Quyruq fəqərələrində isə yuxarı qövsdən əlavə aşağı qövs və aşağı çıxıntı da vardır. Onurğa ön hissədə kəllə skeleti ilə birləşir ki, axırıncı beyni mexaniki zədələnmələrdən qoruyur, tənəffüs üzvləri üçün dayaq rolunu oynayır. • Əzələlər balıqların iradi hərəkətini təmin etməklə dəri altında sümüklərə bəndələnmiş olurlar. Balıqlarda ən yaxşı inkişaf edən onların bel əzələləridir. • Həzm sistemi. Qida maddələri ağız udlaq və qida borusu vasitəsilə mədəyə keçir. Mədədəmədə fermenti təsirindən qida maddələri (xüsusən zülallar) qismən parçalanaraq nazik bağırsağa keçir və burada mədəaltı vəzinin həzm şirəsi və qaraciyərdən ifraz olunmuş ödün təsiri altında həll edilərək sorulur. Həzm edilməyən maddələr yoğun bağırsaq şöbəsinə və buradan anal dəlik vasitəsilə xaric edilir.

  6. Üzmə qovuğu. Bu qovuq içərisi qazla dolu olan kisə şəklindədir. Həmin qovuq bağırsağın xüsusi çıxıntısından əmələ gəlmişdir. Hətta külmə və çəki balığında üzgəc qovuğu bağırsaqla xüsusi borucuq vasitəsilə əlaqəsi olduğu halda, qalmış balıqlarda balıqların yaşa dolması ilə əlağədar olaraq uzgəc qovuğu ilə bağırsaq əlaqəsini itirir. Üzgəc qovuqu balığın asanlıqla suyun dərin qatlarına keçməsinə və səthə çıxmasına şərait yaradır. Belə ki, onun içərisi qazla dolub həcmi genişləndiyinə görə balığın çəkisi azalaraq asanlıqla suyun səthinə çıxdığı halda həcmi kiçildikdə qaz çıxır balığın çəkisi ağırlaşaraq suyun dərinliyinə keçir. • Tənəffüs sistemi. Balıqlar suda həll olmuş oksigenlə tənəffüs edirlər. Onların əsas tənəffüs üzvü qəlsəmələrdir. Ağıza dolan su qəlsəmə yarıqlarından keçib qəlsəmə vərəqlərini yuyur və qəlsəmə qapağının arxa kənarının altından yenidən xaricə çıxır. Bu halda suyun içərisində həll olmuş oksigen qəlsəmə lövhələrinin nazik divarlarından qana keçir. Qəlsəmə lövhələri quru olduqda onlardan oksigen keçə bilmir. Odur ki, quruda balıqlar dərhal ölür. • Qan-damar sıstemi. Qan orqanizmin humorol sistemi olub, orqan və toxumalara qida maddələri və oksigeni nəql edir. • Qanın orqanizmdə hərəkəti mədəcik və qulaqcıqdan təşkil edilmiş iki kameralı ürək vastəsilə olur. Qulaqcıq və mədəciyin növbə ilə yığılması sayəsində qan həmişə bir tərəfli hərəkət edir. Belə ki, mədəcikdə həmişə venoz qan olur. Mədəcik sıxılaraq qanı qəlsəmələrə doğru istiqamətləndirir. Burada qan oksigenlə zənginləşərək arterial qan şəklində toxumalara keçir. Toxumalarda oksigen toxumaya və karbon qazı toxumalardan qana keçərək venoz qan damarları ilə ürəyin qulaqcığına doğru istiqamətlənir ki, buradan da qulaqcıq sıxılaraq qanı mədəciyə keçirir. Balıqların ürəyi seyrək vurmaqla onlarda arterial qanla venoz qan qarışdığından və maddələr mübadiləsi zəif getdiyindən onların orqanizmində əmələ gələn istilik suyun temperaturundan fərqlənmir.

  7. Ifrazat sıstemi. Qanda olan ifrazat maddələri böyrək kapillyarlarından süzülüb böyrəkdə toplanır və sidik əmələ gəlir. • Sidik hər böyrəkdən müvafiq axarla axaraq sidik kisəsində toplanır. Bu isə öz növbəsində anusdan bir qədər arxada xaricə açılır. • Sinir sistemi. Balıqların sinir sistemi baş-beyin, onurğa beyni və periferik sinir şaxələrindən ibarətdir. • Baş beyin. Ön beyin, orta beyin, beyincik, uzunsov beyin və aralıq beyin olmaqla beş hissədən təşkil edilmişdir. Qoxubilmə sinirləri ön beyinlə, aralıq beyin isə görmə sinirlər ilə əlaqədardır. • Çoxalma üzvləri. Balıqların dişilərinin bədən boşluğunda yumurtalıq olur ki, bunların da içərisində yumurta hüceyrələri-kürülər hazırlanır. Erkəklərdə isə toxumluqlar vardır ki, bunlar da spermatozoidlər hazırlayır. • Cinsiyyət üzvləri anusdan arxada yerləşən cinsi dəlik vasitəsilə xariclə əlaqədardır. Əksər balıqlarda mayalanma xarici olmaqla kürü verib çoxalırlar. Lakin bəzi diri bala doğan balıqlar da mövcuddur. • Balıq məhsulları istehsalını artırmaq məqsədilə balıqların həyat tərzini bilməyin böyük əhəmiyyəti vardır. Bəzi növ balıqları müstəsna saymış olsaq, əksər balıqlar kürü verməklə çoxalırlar. Lakin balıqların çoxalmasında da fərqli cəhətlər mövcuddur ki, bu baxımdan onlar dörd qrupa təsnif edilir.

  8. 1. Dəniz balıqları. Bu balıqların bütün həyatı dənizlə şor sularla bağlı olmaqla onlar şirin sulara miqrasiya etmədən kürülərini bilavasitə dənizə tökür və nəsillərini davam etdirirlər ki, belə balıqların nümayəndələrindən kefalı, siyənəyi, kilkəni, dəniz sıfını və s. misal göstərmək olar. • 2.Yarımkeçici balıqlar. Bu balıqlar çayların dənizətöküldüyü yerlərdə yaşamaqla kürü tökən zaman çaylara miqrasiya edib öz kürülərini çaylara tökürlər. Bu cür balıqnövlərindən çəki, çapaq, külmə, kütüm, noxa və s. kimilərini qeyd etmək olar. • 3.Keçici balıqlar. Bunlar bütün həyatlarını dənizdə keçirsələr də çoxalma vaxtı çaylara doğru miqrasiya edirlər. Belə balıqlardan nərələr, qızılbalıq, ilanbalıq və şəmayını qeyd etmək olar. • 4.Şirin su balıqları.Bunların bütün həyatı şirinsularla (çay və göllərlə) bağlıdır. Şirin su balıqlarından durnabalığı, xanı balığı, xramulya, qumlaqçı, enlibaş, qıjovçu və s. göstərmək olar. • Qeyd edilənlərdən aydın olur ki, balıqların əksər çoxluğunun biologiyası məhz çaylarla əlaqədardır.Lakin çaylar üzərində, su elektrik stansiyalarının, bəndlərin tikilməsi yarımkeçici və keçici balıqların çoxalması uçün çayların başlanğıcına miqrasiyasını çətinləşdirdiyindən onların da miqdarı ildən-ilə azalır. Digər tərəfdən dənizlərə zərərli və zəhərli maddələrin axıdılması, dənizdən neftin çıxarılması dəniz sularını çirkləndirdiyindən balıqlar kütləvi surətdə tələf olurlar. Kür çayı üzərində Varvara bəndi və Mingəçevir su elektrik stansiyalarının tikilməsi, Xəzər dənizində neftin axıdılması respublikamızın sularında son illər balıq ehtiyatlarının kəskin surətdə azalmasına səbəb olmuşdur. Bunu nəzərə alaraq Böyük Qızılağac körfəzini Xəzər dənizindən ayırmaq, açıq dənizdə nərə balıqlarının ovlanmasını qadağan etmək, süni surətdə balıq artırmaq məqsədilə respublikamızda 2qızılbalıq, 3 nərə balıqlari, 4 yarımkeçici balıqları artıran müəssisə tikilmişdir ki, bu müəssisələrdə hər il 200 mindən çox qızılbalıq, 4 milyona yaxın nərə balıqları, yarım milyona qədər yarımkeçici balıq körpələri yetişdirilərək Kür çayına buraxılır.

  9. Balıqların zavodlarda süni surətdə çoxaldılması işi törədicilərin qəbulu və zavoda gətirilməsi ilə başlanır.Bu məqsədlə balıqlar tutularaq onların içərisindən eksteryer cəhətcə lazım olan törədicilər seçilir və Həştərxan tipli kəsik gəmilərə salınır ki, həmin gəmidə balıqların saxlandığı yer daima axar su ilə əlaqədar olduğundan törədicilərin oksigenlə olan tələbatı ödənir. Zavoda gətirilmiş törədicilər xüsusi göllərə salınır ki, həmin göllərin dərinliyi 0,8-1 m, sahəsi isə 0.5 ha olmalıdır. Adətən dişi və erkək törədicilər ayrı-ayrı göllərdə saxlanılmalı, günaşırı olaraq balıqların tam cinsi yetişkənliyə çatması yoxlanılmalıdır. Belə ki, cinsi yetişkənliyə çatmış balıqların qarnı yumşalır, sallaq olmaqla enli görünür və anal dəlik ətrafı qızarır. • Cinsi yetişkənliyi sürətləndirmək məqsədilə fizioloji və ekoloji üsullar mövcuddur. • Fizioloji üsulda törədicilərin bel nahiyyəsində əzələ içi olaraq balıqların hipofiz vəzindən hazırlanmış hipofiz mayesi vurulur ki, adətən nərə balıqlarının dişilərilə 60-70 mq. erkəklərinə isə 30-35 mq inyeksiya etmək lazımdır. Hipofiz mayesinin yeridilməsindən 1-2 gün sonra cinsi hüceyrələr mayalanmaya hazır vəziyyətdə olurlar. • Ekoloji üsulda heç bir əlavə dərman maddəsi tətbiq etmədən, göldə elə bir şərait yaratmaq lazımdır ki, o balığın tam ekologiyasına uyğun olmaqla balıq özünü təbii çaylarda olduğu kimi hiss etsin. Bu məqsədlə dairəvi hovuzun dibi və yanlarına daşlar düzülməlidir. Belə şəraitdə bir həftə ərzində balıqlar cinsi yetişkənliyə çatırlar. • Cinsi yetişkənliyə çatmış törədicilərdən kürü və toxum almaq üçün onların başına toxunmaqla zəif zərbə endirilərək huşsuzlaşdırılır və çadır xərəkdə kürü və toxum alınacaq yerə gətirilir.

  10. Kürü almaq məqsədilə anal dəlik arxasındakı qan damarı kəsilərək qan axıdılır və silinib təmizləndikdən sonra anal dəlikdən irəliyə doğru 15-20 sm uzunluğunda kəsiş aparılıb kürü xüsusi emal edilmiş qablara doldurulur. Kürünün əzilməməsi üçün 12-15 litr həcmi olan qaba 2 kq-dar artıq kurü yığılmamalıdır. • Toxum alınmaq üçün erkək balığın anal dəliyinə 15- 20 sm uzunluğunda hamar rezin boru salınır və borunun digər nəhayəti xüsusi stəkanlara tutulur ki, bu vaxt toxum axaraq stəkana dolur. Toxumu balığın başı və quyruğundan beli üstə qanırmaqla da almaq mümkündür. Əgər erkəkbalıqdan təkrari törədici kimi istifadə ediləcəksə, belə halda huşsuzlaşdırmaq lazım deyildir. • Alınmış toxuma su qarışmamalı və ona işıq düşməməlidir. • Kürü və toxum əldə etdikdən sonramayalanma üçün hər bir kq kürüyə 4-5 sm3 sperma əlavə edilməlidir. Sperma kürü ilə qarışdırılmazdan əvvəl 1 sm3 spermaya 100 ml su əlavə edilərək durulaşdırılır və kürü ilə qarışdırılır. Mayalanmanın prosesin yaxşı getməsi üçün bir balıqdan alınmış kürü üzərinə 2-3 balıqdan əldə edilmiş sperma əlavə edilir. Belə olduqda kürülərin seçicilik qabiliyyəti təmin edilir. Mayalanmış kürülari yapışqanlı maddələrdən təmizləmək üçun onları çay lili qarışdırılmış sularda yuduqdan sonra inkubasiya aparatına yerləşdirilir. • Kürüləri inkubasiya etdirmək məqsədilə Ses-Qrin, Çalikov, Yuşenko, Kazanski aparatlarından istifadə edilir ki, bunlardan respublikamızda Јuşenka aparatı geniş yayılmışdır. Kürülər inkubasiyaya qoyulduqdan sonra gecə və gündüz növbətçilər qoyulur ki, ölən və kiflənən kürüləri seçilsin, əks halda sağlam kürülər də inkişaf etmək qabiliyyətini itirirlər. • Inkubasiyaya qoyulmuş kürülərdən 4-8 gün müddətində sürfələr çıxır ki, həmin surfələri hovuz və yaxud göllərə keçirirlər.

  11. Əgər sürfələr göldə yetişdirilirsə, o zaman gölün daxilinə xüsusi sürfə qəfəsləri yerləşdirilir və balıqlar orada yetişdirilir. Yetişdirmək üçün xarici görünüşcə sağlam, nisbətən böyük və cəld üzən sürfələr seçilmalidir. Qəfəslər suda asılı vəziyyətdə olmaqla, külək və dalğadan mühafizə edilməlidir. Bir gün sonra qəfəslər qaldırılaraq ölü sürfələr seçilməli və lil örtüyü təmizlənməlidir.Sürfələr qəfəsdə 2 həftə saxlanılır. Belə ki, bu müddətin bir həftəsi daxili passiv qidalanma hesabına (sarılıq maddəsi hesabına). 2-ci həftə isə artıq sürfələrə qida verilir. Qeyd edilən müddətdən sonra sürfələri açıq göllərdə yetişdirmək olar. • Əgər körpələr hövuzlarda yetişdirilirsə bir həftə onlara heç bir qida maddəsi verilmir, 2-ci həftə isə onlara xırda doğranmış azqıllı qurd, bundan 4-5 gün sonra isə qarışıq qida verilir. Sürfələrə verilən qida onların bədən çəkisinə görə hesablanmalıdır. Qidanın qalığını mütləq təmizləmək lazımdır. Əks təqdirdə xəstəliklər baş verə bilər. Xəstəlik həm də qida köhnə və keyfiyyətsiz olduqda baş verir. Hovuzlarda sürfələrin çəkisi 200-300 mq-a çatdıqdan sonra onlar süni göllərə keçirilir. • Süni göllərdə körpə balıqlar təbii qida ilə qidalanmalıdırlar. Göllərdə təbii qida ehtiyatı yaratmaq məqsədilə göllər su ilə doldurulduqdan 3-4 gün sonra hər ha göl sahəsinə 240 kq ammopium sulfat, 200 kq superfosfat kübrəsi və yaxud peyin verilməlidir. Belə halda göllərdə bakteriya və yosunlar yaxşı inkişaf edərək körpələrin əsas qidası sayılan su birələrinin artıb çoxalmasına zəmin yaradır. • Balıqartırma zavodlarında körpələrin əsas yem ehtiyatlarından biri də eixitreus qurdları sayılır ki, bu qurdlar da zavod daxilində xüsusi sexlərdə yetişdirilir. • Balıqartırma zavodlarında körpə balıqlar 5-6 ay yetişdirildikdən sonra onlar balıqlara xas olan əsas xüsusiyyətləri özündə cəmləşdirə bildiyindən, xüsusən, özünu düşməndən mühafizə etmək qabiliyyətinə malik olduqlarından; onlar tutularaq çaylara axıdılır. Beləliklə, balıq ehtiyatının artırılması qismən həyata keçmiş olur. • Körpə balıqlar zavodlarda yetişdirilərkən suyun hidrobioloji rejiminə, onların düzgün qidalandırılmasına xüsusi fikir verilməlidir. Əks tədqirdə onlar arasında bu və ya digər xəstəlik baş verərək kütləvi tələfata səbəb ola bilər.

More Related