180 likes | 312 Views
Azərbaycanda KOS-ların kreditə əlçatanlığı sahəsində mövcud vəziyyət. Samir ƏLİYEV. 200. biznes subyekti. Respondentlərin fəaliyyət sferası. 15,5%. 66%. kənd təsərrüfatı. xidmət. 18,5%. sənaye. KOS-ların maliyyə cəlb etmək üçün müraciət etdikləri mənbələr.
E N D
Azərbaycanda KOS-ların kreditə əlçatanlığı sahəsində mövcud vəziyyət Samir ƏLİYEV
200 biznes subyekti
Respondentlərin fəaliyyət sferası 15,5% 66% kənd təsərrüfatı xidmət 18,5% sənaye
KOS-ların maliyyə cəlb etmək üçünmüraciət etdikləri mənbələr
KOS-ların kredit üçün maliyyə institutlarına müraciət etməmələrinin səbəbləri
KOS-ların kredit almaq üçün müraciət etdikləri mərhələdə üzləşdikləri çətinliklər
Kredit almaq üçün müraciət edənKOS-ların əldə etdiyi nəticələr
Kredit götürə bilənKOS-ların qarşılaşdıqları çətinliklər
KOS-ların əldə etdiklərikreditlərə görə faiz dərəcələri
KOS-ların güzəştli kredit üçünmüraciət etməmələrinin səbəbləri
Kreditlərin daha əlçatan olması üçünKOS-lar tərəfindən irəli sürülən təkliflər
KOS-ların kreditlər üzrə faizdərəcələrinə görə sərfəli hesab etdikləri hədd
Nəticələr • KOS-ların mövcud faiz dərəcələri ilə iş görməyi sərfəli hesab etməmələri, kredit almaq üçün sənədləşməni mürəkkəb və girov şərtlərini ağır hesab etmələri maliyyə institutlarına olan inamı aşağı salan başlıca amillərdir. Demək olar ki, bu biznes subyektlərinin təqribən yarısı sərmayə əldə etmək üçün maliyyə institutlarını əsas tərəfdaş kimi görmürlər. • KOS-ların 65%-i kredit almaq üçün müraciət etdikləri mərhələdə müxtəlif çətinliklərlə üzləşirlər. Kredit almaq üçün banklara müraciət edən KOS-ların təqribən 1/3-i istədiyi məbləğdə kredit götürə bilir. Yerdə qalan sahibkarlara ya kredit verilməkdən imtina edilib, ya da verilmiş kreditin məbləği, müddəti və ya faiz dərəcələri sahibkarı qane etməyib.
Nəticələr • Kredit əldə edə bilən KOS-ların təqribən 80%-nin kreditlərə görə ödədikləri faiz dərəcəsinin minimal həddi 20%-dən yuxarı olub. Halbuki ölkə üzrə orta illik faiz dərəcəsi təqribən 16-18% təşkil edir. • KOS-ların cüzi hissəsi (cəmi 9,3%-i) güzəştli kreditlərdən istifadə edir. Bunun əsas səbəbləri kimi KOS-ların güzəştli kreditlər barədə kifayət qədər məlumatlarının olmaması, habelə güzəştli kredit ala biləcəklərinə inamlarının olmamasıdır. • KOS-lar hesab edirlər ki, xüsusilə faiz dərəcələrinin aşağı salınması, habelə sənədləşmə işlərinin sadələşdirilməsi və girov şərtlərinin yüngülləşdirilməsi onların kreditlərə əlçatanlılığını yüksəldə bilər. Faiz dərəcələri üçün ən çox arzu edilən həddi kimi 6-10% variantı üstünlük təşkil edir.