1 / 11

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin. Mərkəzi Kitabxanası. Sizi deyib, gəlmışəm... (“Molla Nəsrəddin”-105).

nubia
Download Presentation

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Səbail rayonMərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası

  2. Sizi deyib, gəlmışəm...(“Molla Nəsrəddin”-105)

  3. Azərbaycan milli mətbuatının inkişafında ən uca zirvəni böyük demokrat, yazıçı və görkəmli içtimai xadim C.Məmmədquluzadənin (1869-1932) redaktorluğu ilə nəşr olunan “Molla Nəsrəddin” jurnalı təşkil edir. “Molla Nəsrəddin” jurnalı ilə Azərbaycanda milli satirik mətbuatın əsası qoyuldu. 1906-cı il aprelin 7-də Azərbaycan mətbuatı tarixində ən vacib hadisələrdən olan “Molla Nəsrəddin” jurnalı nəşrə başladı. Yaradıcılıq prinsiplərinə görə bir-birinə yaxın olan C.Məmmədquluzadənin təsis etdiyi və redaktoru olduğu “Molla Nəsrəddin” (1906-1931) jurnalı ətrafında birləşmiş şair, yazıçı və rəssamlar: M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Qəmküsar, M.S.Ordubadi, M.Möcüz, Ə.Əzimzadə və başqaları fəal və tanınmış mollanəsrəddinçilərdi. Yaradıcılıq metodlarına görə mollanəsrəddinçilər realist idi. Onların başlıca mövzusu və tənqid hədəfi dövrün ictimai-siyasi, ideoloji problemləri, cəhalət, fanatizm, qadın hüquqsuzluğu, məişətdəki və düşüncələrdəki eybəcərliklər və digər məsələlər olmuşdur. Mollanəsrəddinçilər Azərbaycan ədəbiyyatını janr, üslub və dil baxımından zənginləşdirmişlər.

  4. Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxınız camalınıza. (Molla əmi)

  5. O qədər azadlıq ki, biz müsəlmanların arvad almaq və arvad boşamağında var,- heç bir özgə millətdə yoxdur; (Molla əmi)

  6. ...Mən xəta eləmədim ki, gəldim bir para məzhəkəli nağıllar ilə sizi güldürəm ki, könlünüz açılsın və xörəyiniz yaxşı həzmə getsin!Yoxsa mən gəlmədim ki, onu-bunu özümdən incidəm... (Molla əmi)

  7. Bəzi ağzına zor verən cənablar işini-gücünü buraxıb utanmaz-utanmaz caamatamoizə edirlər ki, guya millət geri qalıbdır... ...Əgər deyirsən millət elmdə geridə qalıbdır, yalandır... (Molla əmi)

  8. Tarix bizə bunu göstərir ki, maarif artdıqca ruhanilik hörmətdən düşür və təkbətək hər bir Avropa millətini götürsək, görərik ki, elm və fənn meydana gələn kimi ruhanilər aradan çıxıblar. (Molla əmi)

  9. Bu işlərin çarəsi balaca qızları məktəbə qoyub oxutmaqdır... Qız uşaqlarını məktəbə verməkliyin vəbalı atalarının boynunadır... Səkkiz yaşına çatmayan qızları ərə vermək caiz deyil... (Molla əmi)

  10. Adam yata-yata alim olur... İşsizlik adamı puça çıxardır... İkiarvadlı ev bərəkətli olar.(Molla əmi)

  11. İnsan üçün böyük dərslərin biri də tarixdir. Aç qabağına tarixin səhifələrini və əgər gördün ki, bir para vaxt insanlar bir para işlərdə səhv eləyiblər, dəxi sən həmin səhvi eləmə. (Molla əmi)

More Related