1 / 12

MÜHAZIRƏNIN MÖVZUSU: Sestodozlar və nematodozlar Mühazirəçi: baş müəllim Məmmədov Həmzə Bayram oğlu Gəncə-2009

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI. MÜHAZIRƏNIN MÖVZUSU: Sestodozlar və nematodozlar Mühazirəçi: baş müəllim Məmmədov Həmzə Bayram oğlu Gəncə-2009.

rad
Download Presentation

MÜHAZIRƏNIN MÖVZUSU: Sestodozlar və nematodozlar Mühazirəçi: baş müəllim Məmmədov Həmzə Bayram oğlu Gəncə-2009

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: Sestodozlar və nematodozlar Mühazirəçi: baş müəllim Məmmədov Həmzə Bayram oğlu Gəncə-2009

  2. MÜHAZIRƏNIN PLANI • Sestodların və nematodozların itlərdə və pişiklərdə yaratdığı xəstəliklər. • Bu xəstəliklərə qarşı aparılan mübarizə tədbirlərinin öyrənilməsi. • Difillobotrioz. • Exinokokkoz. • Trixinellyoz. • Toksaskaridioz.

  3. Mühazirə mətninə müvafiq ədəbiyyatlar • T.B.İsgəndərov, F.N.Nəsibov- Xırda heyvanların xəstəlikləri. Bakı-2009. • А.В.Матвеев- Болезни собак и кошек. Нижный Новгород-1997. • А.Д.Белов- Болезни собак. Москва, Колос-1995. • Məmmədov A.Q., Hacıyev Y.H., Şirinov N.M., Ağayev Ə.Ə.- Baytarlıq parazitologiyası. Bakı, 1986.

  4. Sestodozlar Difillobotrioz • Difillobotrioz itlərin, pişiklərin və xəzdərili heyvanların helmintoz xəstəliyidir. Xəstəliyi dipihyllobotrium latum adlı enli lentşəkilli helmint törədir. O, nazik bağırsaq şöbəsində parazitlik edir. • Morfologiyası. Cinsi yetkin helmintin uzunluğu 50 sm-dən 10 m-ə qədər, eni isə 0,5-1,5 sm olur. Yumurtası sarımtıl-boz rəngdə, hamar və ikiqat qişalı, ovalşəkilli olur. Yumurtanın bir tərəfində qapaqcıq, daxilində isə 6 qarmağı olan korasidi rüşeym yerləşir. • Biologiyası. Parazitin inkişafı aralıq (xərçənglər, sikloplar, diaptamuslar) və əlavə (şirin su balıqları) sahiblərin iştirakı ilə gedir. • Xəstə heyvan xarici mühitə qeyri- yetkin yumurtalar ifraz edir. Yumurta suya düşdükdən sonra rüşeym-korasidi azad olur. Aralıq sahib (xərçəng, siklop və s.) rüşeymi udur və onun bədənində korasidi proserkoidə çevrilir.

  5. Sonrakı inkişaf balığın orqanizmində davam edir. Balıq invazion aralıq sahibi (xərçəng, siklop və s.) yeyir və proserkoid onun bədənində, əzələlərdə, qara ciyərdə və digər daxili orqanlarda məskunlaşır. Bağılın daxili orqanlarında proserkoidlər 3-4 həftəyə pleroserkoidlərədək inkişaf edirlər. Parazit yetkin mərhələyə 14-23 günə çatır. • Insanlar və məməli heyvanlar çiy, yaxud yaxşı bişirilməmiş yoluxmuş balıqları yedikdə difillobotrioza tutulurlar. • Əlamətləri. Yoluxmuş küçüklər boy və inkişafdan qalır, arıqlayırlar. Onlarda iştaha həddən artıq güclü olur. • Intensiv invaziya zamanı ishal və kalda yem qırıntıları müşahidə edilir. Xəstə heyvanda tez-tez qusma baş verir. Onların qusuntusunda paraziti və ya onun buğumlarını görmək olur. • Diaqnozu. Fülleborn üsulu ilə kaproloji müayinə apararaq helmintin yumurtaları tapılır. Bəzən xəstə heyvanın kalında parazitin buğumları da aşkar edilir. • Müalicəsi. Əsasən arekolindən istifadə edilir. Preparatı 16-18 saatlıq aclıq pəhrizindən sonra, hər kq kütləyə 0,002-0,003 q olmaqla verirlər. Qusmanın qarşısını almaq üçün dehelmintizasiyadan 10-15 dəqiqə əvvəl 2-3 damcı yodu xörək qaşığında itə verirlər. Mebendazol, prazikvantel, qunamidin- hidroxlorid kimi preparatlar da yaxşı təsir edir. • Profilaktikası. Çiy və zərərsizləşdirilməmiş balıq itlərə və pişiklərə verilməməlidir.

  6. Exinokokkoz • It, tülkü, canavar, çaqqal və digər ətyeyən heyvanlarda exinokokkoz xəstəliyini Echinococcus granulosus adlı lentşəkilli helmint əmələ gətirir. Sürfə mərhələsi qaramalı, davarı, digər məməliləri və insanı yoluxdurur. • Morfologiyası. Törədici xırda sestod olub, uzunluğu 2-6 mm-dir. Helmintin cinsi yetkin yumurtasının morfoloji xarakteristikası, ölçüləri başqa heyvanların exinokokkozunda olduğu kimidir. • Biologiyası. Itlər, canavarlar, tülkülər, xəzdərili heyvanlar parazitin yumurtalarını xarici mühitə yayırlar. Onları insan və heyvanlar udarkən daxili orqanlarda (əsasən, qara ciyər və ağ ciyərdə) exinokokkun qovuq formalı sürfə mərhələsi inkişaf edir. Belə zədələnmiş orqanları yeyən əsas sahib heyvanlar (itlər, xəzdərililər və s.) exinokokkoza tutulurlar. • Ətyeyən heyvanların bağırsaqlarında lentşəkilli exinokokk qurdları yoluxmadan 68-97 gün keçəndən sonra əmələ gəlir.

  7. Əlamətlər. Xəstə itin ümumi vəziyyəti pisləşir. Bir-birini əvəz edən ishal və qəbzlik müşahidə edilir. Tez-tez qusma baş verir. Selikli qişalar anemiyalı olur. Itin tükləri pırpızlaşır, gözlərində zığlanma olur, arıqlayır. Anus nahiyyəsində qaşınma baş verir. Bəzən tutmalar və arxa ətrafların parezi də yaranır. • Diaqnozu. Helmintin yumurtaları başqa lentşəkilli qurdların yumurtalarına oxşadığına görə, helmintoskopiya üsulu ilə düzgün diaqnoz qoymaq mümkün olmur. Parazitin seqmentlərini (buğumlarını) tapmaq üçün yenicə ifraz olunmuş kal müayinə edilir. Əks halda seqmentlər kal kütləsini tərk edə bilərlər. • Müalicəsi. Prazikvantel, nitroskanat və dronsit preparatlarından istifadə edilir. Dronsiti hər kq diri kütləyə 5 mq olmaqla, 5 gün dalbadal verirlər. Sestodozlarda işlədilən digər preparatlar da təyin edilə bilər. • Profilaktikası. Itlərə çiy ət və ət məhsulları verilməməlidir. Ildə 4 dəfə dehelmintizasiya aparılmalıdır.

  8. Multiseptoz • Xəstəliyi Teniide fəsiləsindən olan multiseps lentşəkilli qurdlar törədir. Ən qorxulu və geniş yayılmış amil Multiceps multiseps parazitidir. • Morfologiyası. Helmintin uzunluğu 80 sm-dən 1 m-ə qədər olur. Başcığı üzərində 4 sormac, xortumunda iki cərgədə düzülmüş 22-32 qarmaq olur. • Biologiyası. Cinsi yetkin multiseps qurdlarının sürfə mərhələsi (qovuq formasında) ətyeyən heyvanların (it, pişik, çaqqal, canavar, tülkü) nazik bağırsağında, gövşəyən və başqa heyvanların isə beynində parazitlik edir. • Beləliklə, əsas sahiblər –itlər, pişiklər və digər ətyeyənlərdir. Aralıq sahiblər isə qaramal və davardır. • Multiceps serialis üçün isə aralıq sahiblər dovşanlar, qunduzlar hesab edilir. • Əsas sahiblər xaricə içərisi yumurtalarla dolu olan buğumları yayırlar. Multisepsin yumurtalarında onkosferlər yerləşir.

  9. Aralıq sahiblər xarici mühitə atılmış yumurtaları yemin və suyun tərkibində qəbul edirlər. Araqlıq sahibin bağırsaqlarında yumurtalardan onkosfer azad olur. Sonra onlar bağırsanğın selikli qişasından qana keçirlər və bütün orqan və toxumalara yayılırlar. Baş beyində və ya onurğa beyində onkosferlər larval (qovuqcuq) mərhələyə kesirlər. • Itlər və digər ətyeyənlər həmin qovuqcuqları yedikdə yoluxurlar. • Əlamətləri. Parazit bağırsaqların normal fəaliyyətini pozur. Sancılanma, bağırsağın selikli qişasının iltihabı, qusma baş verir, ishal və qəbizlik bir-birini əvəz edir. Bəzən sinir pozğunluğu əlamətləri də görünür. • Diaqnozu. Kal kütləsi təkrar yuyularaq qurdun sürfələri axtarılır. • Müalicəsi digər sestodozlarda olduğu kimidir. Dronsit, prazikvantel, fenasal, niclosam və s. helmintəleyhi preparatlardan istifadə edilir. • Profilaktikası. Ilk olaraq itlər vaxtaşırı dehelmintizasiya edilməlidir. Onlara çiy halda gövşəyənlərin başı verilməməlidir. Senurozlu qoyun kəllələri yandırılmalıdır.

  10. Trixinellyoz • Trixinellyoz antropozoonoz xəstəlik olub, törədicisi Trixinellide fəsiləsinə mənsub olan- Trichinella spiralis adlanan helmintdir. It, pişik, ayı, ev və çöl donuzları, tülkü, dələ, canavar, çöl pişiyi, həmçinin digər yırtıcılar yoluxurlar. Bu xəstəliyə insanlar da tutulurlar. • Morfologiyası. Trichinella spiralis xırda, diri bala doğan nematoddur. Erkəkləri 1,4-1,6 mm, dişiləri isə 3-4 mm olurlar. Helmintin yetkin forması ətyeyənlərin və hər şey yeyənlərin orqanizmində parazitlik edirlər. • Biologiyası. Itlər və pişiklər yoluxmuş gəmiriciləri və ya yoluxmuş ət və ət məhsullarını yedikdə bu xəstəliyə tutulurlar. Mədənin turşuluğu amilin kapsulunun dağılmasına və sürfələrin bağırsağa keçməsinə şərait yaradır. Bağırsaqlarda, az bir müddətdə, sürfələr yetkin formayadək inkişaf edirlər. Artıq iki gündən sonra qurdun dişi fərdi mayalanmağa hazır olur. Mayalanmadan sonra erkəklər ölür, dişilər isə 4 gündən sonra diri sürfələr doğurlar. Sürfələr bağırsağın divarından limfa sisteminə, oradan qan dövranına daxil olaraq, orqanizmin bütün orqan və toxumalarına yayılırlar. Eninəzolaqlı əzələlərdə məskunlaşan sürfələr inkapsulyasiya olunurlar. Belə əzələlər (ət) digər heyvanlar üçün təhlükəlidir.

  11. Əlamətləri. Yoluxmadan 1-2 gün sonra mədə-bağırsaq pozğunluğuna xas olan əlamətlər, iştahasızlıq, qusma, ishal və s. yaranır. Xəstəliyin 6-8-ci günlərində isə artıq toksiki-allergik xarakterli əlamətlər (şişlər, dəri qaşınması, anoreksiya, taxikardiya) meydana çıxır. Bu mərhələdə heyvan şoka düşüb ölə bilər. • Diaqnoz. Anamnez məlumatlarına, xüsusilə də heyvanın mənşəyi şübhəli olan ətlə yemləndirilməsinə diqqət yetirilməlidir. Seroloji reaksiyadan- həlqə presipitasiyasından da istifadə edilir. • Müalicə yalnız xəstəliyin bağırsaq mərhələsində effektli olur. Bu məqsədlə metbendazol, fenbendazol və oksfendazol kimi helmintəleyhi preparatlardan istifadə edilir. • Profilaktikası. Gəmiricilər məhv edilməli, heyvanlara isə ancaq baytar-sanitar nəzarətini keçmiş ət məhsulları verilməlidir.

  12. Toksaskaridoz • Bu itlərin, pişiklərin, tülkülərin və başqa ətyeyən heyvanların helmintozudur. Xəstəliyi Askaride fəsiləsindən olan Toxascaris leonina adlı helmint törədir. Xarici mühitdə yenicə ifraz olunmuş yumurtaların daxilində rüşeym toxuması olur. Helmint heyvanların nazik bağırsaq şöbəsində parazitlik edir. • Morfologiyası. Amil formaca yumru olub, açıq-sarımtıl rəngdə görünür. Erkək fərdlərin uzunluğu 4-6 sm olur, quyruq hissəsi tədricən qalınlaşır. 1,2-1,5 mm uzunluğu olan iki ədəd eyni spikulası vardır. Dişilərin uzunluğu 6,5-10 sm-dir. Yumurtalarının forması yumru, böyüklüyü 0,075-0,085 mm, qabığı hamardır. • Biologiyası. Helmint sadə yolla inkişaf edir. Sürfə mərhələsi itlərin və başqa sahiblərin orqanizmində miqrasiya dövrü keçirir. Əlverişli şəraitdə (300C temperatur və lazımi nəmlik olduqda) yumurtaların daxilində 3 gün ərzində invazion sürfə yetişir. Itlərin və başqa ətyeyənlərin bağırsağına düşmüş yumurtalardan çıxan sürfələr bağırsaq divarında inkişaf edir. Sonra bağırsaq boşluğuna qayıdır və burada 3-4 həftə ərzində cinsi yetkin mərhələyə çatırlar. • Epizootologiyası. Bu helmintozun amili Azərbaycanda ən çox ev itlərində tapılır. Parazit həmçinin tülkü, çaqqal, canavar, meşə və qamışlıq pişiklərində də qeyd edilmişdir. • Əlamətləri. Intensiv yoluxmuş heyvanlarda iştaha pozğunluğu, qusma, ishal və arıqlama əlamətləri müşahidə olunur. • Diaqnozu. Xəstəliyə Fülleborn üsulu ilə aparılan helmint koprologi-yasının nəticəsinə əsasən diaqnoz qoyulur. Toksaskaridozun amilinin yumurtaları toksokarozunkundan qabıqlarının hamar olmaları ilə fərqlənirlər. • Müalicə və profilaktikası toksokarozda olduğu kimidir.

More Related