170 likes | 803 Views
AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ 4-cü mühazirə BİOLOGİYA KAFEDRASI MÖVZ U : HÜCEYRƏDƏ TOPLANAN EHTİYAT MADDƏLƏRİ dos. B.M.ƏLİYEV GƏNCƏ. P L А N QEYRİ -PROTOPLAZMATİK KOMPONENTLƏR NİŞASTA ZÜLALLAR YAĞLAR VİTAMİNLƏR
E N D
AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ 4-cü mühazirə BİOLOGİYA KAFEDRASI MÖVZU: HÜCEYRƏDƏ TOPLANAN EHTİYAT MADDƏLƏRİ dos. B.M.ƏLİYEV GƏNCƏ
P L А N QEYRİ -PROTOPLAZMATİK KOMPONENTLƏR NİŞASTA ZÜLALLAR YAĞLAR VİTAMİNLƏR ANTİBİOTİKLƏR VƏ FİTONSİDLƏR HÜCEYRƏ ŞİRƏSİ TANİNLƏR ALKALOİDLƏR QLİKOZİDLƏR PİQMENTLƏR
ƏDƏBİYYAT • Tutayuq V.X. «Bitki anatomiyası və morfologiyası». Bakı, 1967. • ТутюгB.X. Анатомия и морфология растений. М., 1980 • Hümbətov Z.İ. Bitki anatomiyası və morfologiyası. Gəncə, 2000. • Qasımov M.Ə. Ali bitkilərin morfologiyası və sistematikası. Bakı, 1959. • Qədirov H., Quliyev V.Ş. Ali bitkilərin sistematikası. Bakı, 1984. • Хржановский В.Г. Курс общей ботаники. Т I, П. М., 1976. • Эсау К. Анатомия семенных растений 1 и 2 книга. М., 1980. • Лотова Л.И. Ботаника, морфология и анатомия растений. МГУ, 2007. • Коровкин О.А. Анатомия и морфология растений. Москва, 2008. • WWWBSU. az • WWWtim.acad.RU • WWW ANİ. az
HÜCEYRƏDƏ TOPLANAN EHTİYAT MADDƏLƏRİ Qeyri-protoplazmatik komponentlər (Erqast maddələr) Hüceyrədə davam edən mübadilə reaksiyalan nəticəsindətoplanan maddələrin ümumi kütləsi erqast maddələr adlanır. Bunlar cansız olduqlanndan qeyri-protoplazmatik komponentlər, yaxud maddələr adlanır. Erqast maddələrin bir qis-mi həll olunmaz halda sitoplazmanm içərisində toplanır. Bunlara nişasta dənələri, zülal dənələri, о cümlədən aleyron adlanan dənələr, yağ damcılan aiddir. Erqast maddələrin digər qrapu sitoplazmaya qanşmadan məhlul halmda və damlalar şək-lində onun içərisində yerləşir-bu hüceyrə şirəsidir. Hüceyrə şirəsi hüceyrənin da-xilində xüsusi yerliklər tutur ki, bımlara vakuol deyilir. Hüceyrə şirəsində digər mürəkkəb üzvi maddələr toplanır, о taninlər, üzvi turşular, onlann həll olmuş və kristallaşmış duzları, kauçuk, quttaperça, müxtəlif qətranlar, rəngli maddələr-piq-mentlər, alkaoidlər, qlükozidlər, mənimsənilməmiş mineral duzlar və s. Nişasta - bitki hüceyrəsində toplanan ən çox yayılmış mürəkkəb karbo-hidratlardandır. Nişasta hüceyrələrdə dənəciklər və dənələr şəklində toplanır. Bitki orqanizmində üç növ nişasta əmələ gəlir: 1) birinci, yaxud ilk nişasta, 2) tranzitor nişasta, 3) ehtiyat nişasta. Nişasta dənələri kiçikdirlər və mikronlarla ölçülürlər: kartofun nişasta də-nələri 70-100 mikron, buğdanınkı 30-45 mikron, qarğıdalmınkı isə 12-18 mikron iriliyindədir. Nişasta dənəcikləri iynəşəkilli, çox kiçik kristallardan ibarət olmaq-la, sferokristaldır. Zülallar. Hüceyrədə mütləq iki qrap zülalı fərqləndirmək lazımdır: aktiv konstitusion zülal və passiv erqast ziilal. Konstitusion zülal canlı orqanoidlərin əsasmı təşkil edir, erqast zülal isə ehtiyat zülal şəklində hüceyrədə toplanır. Ehti-yat zülal sitoplazmada amorf protein dənələri, yaxud protein kristallan şəklində toplanır
Şəkil 3. Mürəkkəb aleyron dənələri (gənəgərçəkdə)
Vitaminlər - canlı orqanizmlərin maddələr mübadiləsində mühüm rol oy-nayan çox müxtəlif və mürəkkəb tərkibli maddələrdir. İlk dəfə vitaminlərin hey-van və insan orqanizmində mühüm rol oynamasma rus təbibi N.İ.Lunin 1880-ci ildə göstərmişdir. Vitamin - latm kəlməsi «Vita amine», «həyat amili» deməkdir. Uzun müddət vitaminlərin əsil mahiyyətləri və kimyəvi tərkibləri məlum deyildi. Onlann bir çox ancaq orqanizmə göstərdikləri təsir ilə müəyyənləşdirilə rək latın hərfləri ilə adlandmlır. Məsələn, A, B, C, D, E vitaminləri və s. vitaminlər. Bitki hormonları-auksion. Bitki hüceyrəsinin protoplastında xüsusi qrup maddələr sintez olunur ki, onlar orqanizmdə böyümənin, yaxud başqa fızioloji proseslərin gedişini gücləndirir. Bu maddələr fıtohormonlar, yaxud bitki hormonları adlanır. Bitki hormonlarından - böyümə hormonu - auksin yaxşı öyrənilmişdir. Auksin yüksək fızioloji aktivliyə malikdir, o, qida maddələrinin böyümə nöqtələrinə doğru hərəkətini gücləndirir, bununla da o, böyüməni sürətləndirir. Auksion süni surətdə də bitkilərdən əldə edilir və hazırda kənd təsərrüfatmda boy maddəsi kimi tətbiq olımur. Auksini sovet alimi N. Q. Xolodnı kəşf etmişdir. Antibiotiklər və fitonsidlər. Bitki hüceyrələrində toplanan çox mürəkkəb tərkibli, mikroorqanizmlərə öldürücü təsir göstərən maddələrdir. Bu maddələr ilə bitki özünü müxtəlif xəstəliklərdən qoruyur (mikroorqanizmlər, bakteriyalar və göbələklər tərəfindən törədilən xəstəliklərdən). Antibiotiklər və fitonsidlər уа maye və yaxud çox asanlıqla buxarlanan maddələrdəndir. Antibiotiklər ibtidai bitki qrupunda əmələ gələn zəhərli maddələrdir.
Fitonsidlər ali bitkilərin hüceyrələrində sintez edilən zəhərli maddələrdir. Onlar ali bitkilərdə göbələk və mikroorqanizmlər tərəfindən törədilən yoluxucu xəstəliklərə qarşı mübarizədə bir kimyəvi agent rolunu oynayırlar. Fitonsidləri sovet alimi bioloq-sitoloq B. P. Tokin kəşf etmişdir və həmin adı bu maddələrə о vermişdir. (Fiton-yımanca bitki, tsiderə-öldürürəm deməkdir). Fitonsidlər soğanda, sarımsaqda, xardalda, qırmızı bibərdə, turpda, tozağacında, bağayarpağında, boymadərəndə, bir çox yovşanlarda və başqa bitkilərdə vardır. Fitonsidlər xalq içərisində müxtəlif xəstəliklərin müalicəsində çox qədim zamanlardan tətbiq edil-mişdir. Hüceyrə şirəsi. Vakuollar. Hüceyrə şirəsi sitoplazmanın, nüvənin və plastidlərin fəaliyyəti nəticəsində hüceyrədə toplanan maye məhsulların qarışığına deyilir. Yeni törəmiş cavan hüceyrələrdə hüceyrə şirəsi çox az miqdarda olur və kiçik damlalar şəklində sitoplazmada toplanmağa başlayır. Hüceyrə böyüdükcə ondakı şirənin miqdarı çoxalır, hüceyrədə bu şirə iri bir maye kütləsi kimi müəyyən sahə tutur və sitoplazmanı qılafa doğru sıxışdırır. Hüceyrə şirəsinin hüceyrədə tutduğu yerlik vakuol adlanır. Alkaloidlər. Hüceyrə şirəsində həll olan azotlu üzvi zəhərli birləşmədir. Bunlar bitkiləri heyvanlardan və həşərətdan qoruyur, alkaloidli-zəhərli bitkiləri onlar yemir. Çox hallarda alkaloidlər bitkilərdə antibiotik və fitonoid kimi toplanır. Müxtəlif alkaloidlərin təbabətdə tətbiqi geniş və müxtəlifdir. Kinə ağacının qabığından əldə edilən xinin alkaloidindən malyariyanın müalicəsində istifadə edilir. Qlukozidlər azotsuz, çox zaman zəhərli, bəzən ehtiyat mahiyyəti daşıyan hüceyrə şirəsi maddələridir. Qlükozidlərdən bir çoxu zəhərlidir. Qlükozidlər şəkərlərin, xüsusən qlükozanın, spirtlərin, aldehidlərin, fenolların və başqa üzvi maddələrin birləşmələrindən ibarətdir.
Üzvi turşular və onlarm duzları. Hüceyrə şirəsində alma turşusu, limon turşusu, qanşqa (formiat) turşusu, quzuqulağı (oksalat) turşusu, çaxır turşusu və başqa turşular olur. Quzuqulağı turşusu quzuqulağında, ispanaqda və başqa bitkilərdə rast gəlir. Efir yağları. Bunlar bir çox bitkilərin müxtəlif orqanlarının hüceyrələrində toplanan ətirli, buxarlanan mürəkkəb maye birləşmədir. Qida yağları ilə bunların tərkibində heç bir bənzəyiş yoxdur. Bunların hər ikisinin damlası kağız üzərində yağ ləkəsinə bənzər ləkələr əmələ gətirir. Efır yağlarının ləkəsi buxarlanaraq yox olur, əsil yağın isə ləkəsi uzun müddət qalır. Efır yağlarına çox zaman ətirli yağlar da deyilir. Onların tərkibinə müxtəlif fenollar, terpenlər, spirtlər, aldehidlər və s. daxildir. Hüceyrə şirəsinin piqmentləri. Bir çox bitkilərin müxtəlif orqanları və toxumları müxtəlif rənglərə boyanmış olur. Təbiətdə, müxtəlif çiçəklərin ləçəkləri, meyvələri mavi, göy, qırmızı, bənövşəyi, kərpici, qonur və bir çox müxtəlif rənglərə boyanmış və rəngli naxışlara bürünmüşdür. Təbiəti zəngin naxışlarla bəzəyən bu əlvan rənglər hüceyrə şirəsində toplanan piqmentlərdən əmələ gəlir.
Şəkil 8. Çiçəkdə endospermin əmələ gəlməsinin ilk inkişaf fazası