1 / 100

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası Mövzu : Kartof bitkisinin morfoloji quruluşu və kartof sortları Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S. KÖKÜYUMRULU BİTKİLƏR Kartof ( solanum tuberosum L.)

rainer
Download Presentation

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası Mövzu: Kartof bitkisinin morfoloji quruluşu və kartof sortları Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S.

  2. KÖKÜYUMRULU BİTKİLƏR Kartof (solanumtuberosum L.) Topinambur(helinathustuberosus L.) Batat (ipomoeabatatasLam.) Maniok(manihotesculentaCrantz.) Yams (dioscoreaalata L.) Taro(colocasiaantiquorum L.) Bunlardan Azərbaycanda ən çox əkilib becəriləni və xüsusi əhəmiyyət kəsb edəni kartofdur.

  3. KARTOF - SOLANUM TUBEROSUM КАРТОФЕЛЬ POTATO

  4. BİTKİLƏRİN TƏSNİFAT VAHİDLƏRİ ALƏM – REGNUM ŞÖBƏ - DİVİSİO SİNİF – CLASSİS SIRA - ORDO FƏSİLƏ – FAMİLİA CİNS – GENUS NÖV – SPECİES YARIMNÖV – SUBSPECİES NÖVMÜXTƏLİFLİYİ – VARİETİS SORT - CULTİVAR

  5. Kartof ( Solanumtuberosum ) : 1 – yumruların intensiv inkişaf dövrü; 2 – toxumdan alınmış cücərti; 3 – çiçək qrupu; 4 – çiçəklər; 5 – yarpaqlar: a – zəif dilimlənmə, b – orta dərəcəli dilimlənmə, v – kəskin dilimlənmə; 6 – meyvəsi; 7 – toxumu.

  6. Kartofun mühüm növləri Kartof badımcançiçəklilər - (Solanaceae) fəsiləsinin ən geniş yayılmış solanumcinsinə daxildir. Mədəni və yabanı olmaqla 200-dən artıq növü müəyyən edilmişdir. Onlardan yalnız adi kartof – Solanumtuberosumnövü əsas əhəmiyyətə malik olmaqla bütün sortları əhatə edir. Digər mədəni növlərindən – solanumdemissum, solanumcurtilobum və s. şaxtaya, quraqlığa və göbələk xəstəliklərinə davamlı olduqlarına görə seleksiyada yeni sortalma işində istifadə edilir. Kartof bitkisini toxumundan, yumrusundan və onun hissələrindən yetişdirmək mümkündür. Toxumun cücərməsi ləpələrini torpaq səthinə çıxaran digər ikiləpəlilərdə olduğu kimidir, ancaq gövdənin torpaqda qalan buğumlarındanstolon adlanan zoğlar çıxır. Vegetativ artırma üsulunda cücərti yumrunun gözcüklərində olan tumurcuqların inkişafı nəticəsində əmələ gəlir. Bu halda rüşeym kökü olmur. Bitkinin ümumi inkişafı və meyvə vermə xassəsi hər iki üsulda yetişdirilən bitkilərdə eynidir. Kartofun kök sistemi saçaqlı olmaqla çox tez artmağa başlayır. Ən çox kök kütləsi yumrunun əmələ gəlmə dövründə olur. Ancaq zəif inkişaf etdiyi üçün bitkinin ümumi kütləsinin 7-7,5%-ni təşkil edir. Əsas kök kütləsi (60%-dən çoxu) torpağın 25 sm dərinliyində yerləşir. Ayrı-ayrı kök telləri 100-150 sm dərinliyə gedə bilir. Torpaqda olan fosfor birləşmələrinin mənimsəmə qabiliyyətinə görə bir çox bitkilərdən üstündür.

  7. Gövdəsi torpaqdan qrupla (3-6 və daha çox) çıxır, 50-80 sm və daha hündürboylu kol təşkil edir. Gövdəsinin sayı və hündürlüyü becərilmə şəraiti ilə bərabər, sortun xüsusiyyəti ilə də əlaqədardır. Sayca çox, nazik və zərif gövdə əmələ gətirən sortlarla bərabər, az miqdarda, ancaq qüvvəli və yoğun gövdəli sortlar da vardır. Kartofun gövdəsi budaqlanma qabiliyyətinə malikdir. Lakin sort xüsusiyyəti olaraq yalnız alt mərtəbədə (kökboğazına yaxın), yaxud bütün boyu bərabəri və yaxud da üst mərtəbəsində (təpəyə yaxın) şaxələnir. Gövdənin içərisi aşağı hissədə boş, yuxarıda dolu, en kəsiyi əksər formalarında üç- dördüzlü, bəzilərində dairəvi, rəngi isə yaşıl, qırmızı, darçını və qonuru-qırmızıdır. Gövdənin torpaqda qalan buğumlarının yarpaq qoltuqlarından10 -12 sm, bəzi sortlarda 40-50 sm uzunluğunda stolon adlanan zoğlar əmələ gəlir. Stolonlar torpaqda üfüqi vəziyyətdə yerləşir və şaxələnir, buğumlarından isə kök dəstələri çıxır. Cavan yumrular stolonların ucunda əmələ gəldiyi üçün onların çox uzun olması (normal uzunluğu 20-25 sm hesab edilir) yuvalarda yumruların xırda və dağınıq olmasına səbəb olur.

  8. YARPAQLARI Kartofun yarpaqları mürəkkəbdir. Yarpağın əsas saplağının sonu tək dilimlə (kartofda yarpaqcıq dilim, yaxud yarpaq paycığı adlanır) qurtardığına görə təklələkşəkilli adlanır. Sort əlaməti olaraq əsas saplağın üzərində iri dilimlərin arasında birincilərə nisbətən xırda (ikinci dərəcəli), bunların da arasında daha xırda (üçüncü dərəcəli) dilimlər əmələ gəlir. Yarpağın dilimlənməsi üç qrupa bölünür: 1 – Zəif dilimlənmə – ikinci dərəcəli dilim bir cüt olur, üçüncü dərəcəli dilim əmələ gəlmir. 2 – Orta dərəcədə dilimlənmə - ikinci dərəcəli dilim iki cütə qədər, üçüncü dərəcəli dilim az olur. 3 – Kəskin dilimlənmə - ikinci dərəcəli dilim iki-üç cüt, üçüncü dərəcəli çox olur. Formasına görə nisbətən tipik dilimli yarpaqlar birinci cüt hesab edilir. Bəzi sortlarda son dilimin əsası iki qonşu dilimlərə bitişir. Kartof yarpağının ayası zəif, yaxud kəskin tüklü olur, rəngi isə sarımtıl-yaşıldan tünd yaşıla qədər dəyişir.

  9. Kartof bitkisinin yarpaqları: 1 – təpə dilimi, 2 – yan dilimləri, 3 - yarpaqcıqlar

  10. Kartofun yarpaqları: 1 – zəif dilimlənmə, 2 – orta dərəcədə dilimlənmə, 3 – kəskin dilimlənmə

  11. Çiçək qrupu Kartofun çiçək qrupu uzun saplaqlı dəstə təşkil edir. Dəstədə 2-4 çiçək olur. Bitkinin çiçəkləmə və meyvə vermə qüvvəsi sortun bioloji xüsusiyyəti ilə bərabər, onu əhatə edən mühitdən, xüsusilə iqlim şəraitindən asılıdır. Çox hallarda əmələ gələn meyvə orqanları tökülür. Çiçəkləmənin intensivliyinə bitkinin mexaniki zədələnməsi də təsir edir. Ultrabənövşəyi, qırmızı şüaların radiasiyası və nəmliyi lazımi qədər olan mötədil iqlimə malik dağ və dağətəyi rayonlarında kartofun çiçəkləmə və meyvə vermə prosesi normal gedir. Çiçəyin ləçək yarpaqları beş ədəd, ağ, qırmızı, bənövşəyi, göy-bənövşəyi, qırmızı-bənövşəyi rəngli olmaqla bir-birinə bitişmişdir. Hər çiçəkdə beş erkəkcik, bir dişicik vardır. Toz kisələri bir-birinə sıxılaraq konus əmələ gətirirlər. Konus sarı, narıncı, yaşılımtıl-sarı və bədrəng-sarı rəngli olur. Yaşılımtıl-sarı və bədrəng-sarı rəngli toz kisələri ya heç toz əmələ gətirmir, yaxud da tozcuqları çox az və qeyri-məhsuldar olur. Kartof öz-özünü tozlayan bitkidir. Meyvəsi mədəni formalarında yuvarlaq, az hallarda azacıq uzunsov, ikiyuvalı, çoxtoxumlu gilədir. Toxumları xırda, yastı, boz rənglidir. 1000 ədəd toxumun kütləsi 0,5 qramdır.

  12. Kartofun çiçəyi və meyvəsi Kartofun çiçək qrupu

  13. Kartof bitkisinin ümumi görünüşü Çiçək qrupu Yarpaq Gövdə Yumrular Kök sistemi

  14. Kartof yumrusunun quruluşu Stolonmüəyyən qədər böyüdükdən sonra nəhayəti şişkinləşərək cavan yumru əmələ gətirir. Kartofun yumrusu buğumaraları qısalmış gövdə budağından ibarətdir. Yumrunun üzərində reduksiya olunaraq xırda pulcuq, yaxud enli qaş formasını almış yarpaqlar müşahidə olunur. Əsas formasını və quruluşunu itirmiş belə yarpaqların qoltuğunda 2-3, az hallarda 4-5 gözcük yerləşir. Yumrunun stolona birləşən hissəsi göbək, buna əks olan nəhayəti təpə, vəziyyətinə görə torpağa dayanan tərəfi aşağı, qabarıq tərəfi üst hissəsi adlanır. Yumrunun təpə hissəsində gözcüklər sayca çox olur. Bu onunla izah edilir ki, nisbətən yaşlı hissədə ət qatının çox artması nəticəsində gözcüklər arasında qalan məsafə uzanır. Yumrunun forması və rəngi – Kartofun yumruları əksər sortlarda yuvarlaq, oval və uzunsov olur. Lakin xarici şəraitin təsirindən hər hansı bir sorta xas olan tipik forma dəyişə bilər. Yuvarlaq yumrunun diametri onun hər tərəfində bərabərdir. Uzunsov formalı yumrunun uzunluğu enindən 2-2,5 dəfə çox olur. Oval formalı yumruların isə orta hissəsi nisbətən enlidir. Yumrunun ətli hissəsi ağ, sarı, sarımtıl-qırmızı və göy rəngli ola bilər. Müəyyən edilmişdir ki, ətli hissəsi sarı olan yumruların tərkibində azotlu maddələrin miqdarı digərlərinə nisbətən çox olur. Qabığın rəngi mantar qatının qalınlığından və hüceyrə şirəsinin piqmentlərindən asılıdır. Mantar qatı nazik olduqda ətli hissənin rəngi xaricdən seçilir. Məsələn, ətli hissənin rəngi sarı olduqda qabıq da sarı kimi görünür. Mantar qatı qalınlaşdıqca yumrunun rəngi açıq-sarıdan darçınıya qədər dəyişir. Hüceyrə şirəsində olan rəngləyici piqmentlərin təsirindən qabıq çəhrayı, qırmızı, göy, bənövşəyi rəngə çevrilir. Yumrunun səthində mərciməkcik adlanan açıq rəngli xırda nöqtələr vardır ki, tənəffüs və nəmliyin buxarlanması bunların vasitəsilə gedir.

  15. 2 1 Kartof yumrularının forması: 1 – yuvarlaq, 2 - oval

  16. Kartof sortlarınınyumruları və çiçək qrupu: 1 – Lorx; 2 –faraş yetişən Priekulsk; 3 – Ərzaqlıq; 4 – Falensk; 5 – Qatçinsk; 6 – yetişmiş yumrunun eninə kəsiyi: a – təpə tumurcuğu, b – yan tumurcuq, v – göbəkcik, q – epidermis, d – qabıq, e – damarlı yaxud borulu dəstə, j – özəyi.

  17. Kartof yumrularının formaları

  18. Bənövşəyi kartof

  19. Kartof Embrion

  20. Kartof yumrusunun uzununa kəsiyi: K – qabıq, A – qabığın nişasta dənələri ilə dolu parenxim hüceyrələri, C – kambi, sağ tərəfdə damar dəstələri, M – özək

  21. Kartof bitkisinin inkişaf fazaları Fenoloji müşahidələr bitkinin aşağıdakı qeyd edilən əsas inkişaf fazaları üzərində aparılır: 1- cücərmə; 2 - qönçələmə; 3 - çiçəkləmə; 4 -yumrunun əmələ gəlməsi; 5 - yumrunun yetişməsi, yaxud bitkinin yerüstü kütləsinin soluxması. Cücərmə – toxum vasitəsi ilə yetişdirilən zaman ləpələrin, yumruları ilə artırıldıqda zoğların torpaq səthinə çıxması cücərmə fazası hesab edilir. Qönçələmə – cücərti torpaq səthinə çıxdıqdan təxminən 30 gün sonra çiçək qrupunda ilk qönçələr görünür. Bu dövr bitkinin qönçələmə fazası adlanır. Çiçəkləmə – normal şəraitdə qönçələmədən bir neçə gün sonra çiçəkləmə fazası başlanır. Yumrunun əmələ gəlməsi - çiçəkləmədən bir neçə gün sonra da stolonların nəhayətinin şişkinləşmə prosesi gedir. Bu dövr yumrunun əmələ gəlməsinin başlanğıcı hesab edilir. Bu fazanın başlanğıcını təyin etmək çətin olduğu üçün diqqətli müşahidə tələb olunur. Yumrunun yetişməsi – vegetasiyanın sonunda bitkinin yerüstü hissəsinin soluxması və quruması yumruların yetişkənliyini göstərir. Yetişmə dövründə eyni zamanda yumrunun qabığı bərkiyir, ana bitkidən, yəni stolondan asan ayrılır.

  22. Kartof yumrusunun anatomik quruluşu Kartofun yumrusu forması dəyişilmiş gövdədən ibarət olmaqla, daxili quruluşu ilə də ona çox yaxındır. Cavan yumrunun kəsiyində aşağıdakı hissələri seçmək olur. Yumrunun mərkəzində ötürücü (ana qat) həlqələrlə əhatə olunmuş özək yerləşir. Ana qatın xaricinə doğru parenxim təbəqəsi yerləşir. Ana qatın fəaliyyəti nəticəsində yumru inkişaf edərək ehtiyat qida maddələri, o cümlədən nişasta toplanır. Tam yetişmiş yumrunun uzununa kəsiyində səthə yaxın, gözcüklərə doğru sıxlaşan damar dəstəsi həlqələri görünür. Bəzi sortlarda damar dəstələri yumrunun qabığı ilə eyni rəngə boyanır. Mərkəzə doğru özək, ən mərkəzdə isə nisbətən sulu hüceyrələr toplanır. Buna görə də yumrunun mərkəzində formasız tünd ləkələr nəzərə çarpır. Yumrunun kəsiyinə mikroskopda baxdıqda aşağıdakı hissələr müşahidə edilir. Yumrunun xarici qatı bir neçə cərgə mantar hüceyrələrindən-perisikildən təşkil olunur. Mantarlaşmış təbəqə yumrunu xarici şəraitin təsirindən qoruyur və suyun itməsinin qarşısını alır. Yumrunun daxilinə doğru getdikcə periderma qatı qabığa çevrilir. Arada aralıq hüceyrələri olduqda bu keçid tədrici olur. Rəngli yumrularda aralıq təbəqə hüceyrələrində və peridermada rəngləyici piqmentlər toplanır. Qabıq nişasta dənələri və süzgəc kimi ötürücü borularla dolu parenxim hüceyrələrdən ibarətdir. İçəriyə doğru təbəqə əmələ gətirən toxuma, yaxud ana qat (kambi), bundan sonra damar dəstələri həlqəsi yerləşir. Ana qatın fəaliyyəti nəticəsində yumru inkişaf edərək damar telləri və oduncaq hissəsi əmələ gətirir. Mərkəzdə özək yerləşir və tumurcuqlara doğru şüa kimi dağılır. Parenxim nazik divarlı iri hüceyrələrdən təşkil olunur yuxarıda qeyd edildiyi kimi nişasta dənələri ilə dolu olur. Özəyin xarici, qabığın isə daxili nişasta ilə zəngin olur. Yumrunun ən mərkəzi yarımşəffaf sulu hüceyrələrdən ibarətdir. Qabığın mantar qatının altında azot birləşmələri toplanır kartofun nişasta dənələri ekssentrik təbəqəli və sort xüsusiyyəti olaraq müxtəlif irilikdə olur.

  23. Kartofun Azərbaycanda rayonlaşdırılmış sortları 2010 - cuilin məlumatına görə kartofun Azərbaycanda aşağıdakı sortlarırayonlaşdırılmışdır: 1. Oqonyok- Belorus ET Kartofçuluq və meyvə - tərəvəz institutunda yaradılmışdır.1982 - ci ildə Dövlət Reyestrinə daxil edilmişdir. 2. Rodomişiski- Ukrayna ET Polessiya təcrübə stansiyasında 1989 - cuildə Dövlət Reyestrinə daxil edilmişdir. 3. Nevski-Şimal - Qərb ET kənd təsərrüfatı institutunda 1990-cı ildə Dövlət Reyestrinə daxil edilmişdir. 4. Sevinc - Az ET Tərəvəzçilik institutunda 1990-cı ildə Dövlət Reyestrinə daxil edilmişdir. 5. Lyamdota- Latviya Priek. təcrübə seleksiya stansiyasında 1991-ci ildə Dövlət Reyestrinə daxil edilmişdir. 6.Ukrainskiy rozoviy- Kiyev tərəvəz təcrübə stansiyasında 1993-cü ildə Dövlət Reyestrinə daxil edilmişdir. 7. Əmiri 600 - Az ET Tərəvəzçilik institutunda 1997-ci ildə Dövlət Reyestrinə daxil edilmişdir.

  24. Kartof bitkisi

  25. Kartof kolu yumruları ilə birlikdə

  26. Cavan kartof bitkisinin yeraltı hissəsinin sxematik şəkili

  27. Kartof bitkisinin quruluş sxemi: 1 – yarpaq, 2 - yarpaq payları, 3 – kök boğazı, 4 - inkişafa başlamış yumru, 5 – stolon, 6 – gözcük, 7 – məsaməli borular sistemi, 8 - yeni əmələ gəlmiş yumru, 9 – ana yumru, 10 - yumrunun damarlı həlqələri

  28. Kartofun kök sistemi: 1 – stolonlar, 2 - yumrular

  29. Kartof bitkisinin yumrulardan inkişaf etməsi

  30. Toxumdan əmələ gələn kartof bitkisinin inkişafı

More Related