1 / 31

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. Mövzu: TAXIL BİTKİLƏRİNİN GENEFONDU VƏ ON L ARIN SELEKSİYA ƏHƏMİYYƏTİ. Dosent, əməkdar kənd təsərrüfatı işçisi F.H.Qurbanov. Plan:. 1 . Arpa, genofondu və onun əsasında seleksiya üçün başlanğıc materialının yaradılması

Download Presentation

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ Mövzu: TAXIL BİTKİLƏRİNİN GENEFONDU VƏ ONLARINSELEKSİYA ƏHƏMİYYƏTİ Dosent, əməkdar kənd təsərrüfatı işçisi F.H.Qurbanov

  2. Plan: • 1 . Arpa, genofondu və onun əsasında seleksiya üçün başlanğıc materialının yaradılması • 2. Tritikalenin genofondu və mənşəyi • 3. Payızlıq çovdarın genofondu və mənşəyi • 4.Vələmirin genofondu və mənşəyi • 5. Darının genofondu və mənşəyi • 6. Qarğıdalı, onun qrupları və genofondu

  3. A r p a • - Arpa əhəmiyyətli dənli taxıl bitkisi olmaqla ərzaq, dənli yem, yarmalıq və texniki məqsədlər üçün becərilir • - Dənin tərkibində 7-14% zülal, 5,5% sellüloza, 65% nişasta, 2,1% yağ, 1,3% su, 2,8% kül olur. Dənin 1 kq-ı 1,2 yem vahidinə bərabərdir • - Arpa dəni bütün kənd təsərrüfatı heyvanları üçün konsentratlı yemdir • - Arpa insanlara qədimdən daş dövründən məlumdur. Bizim eradan 4-5 min il əvvəl yalnız ərzaq məqsədi üçün becərilirdi • - Arpanın bioloji xüsusiyyətləri onu müxtəlif iqlim şəraitində becərməyə imkan verir. Ona görə də bu bitki dünyada geniş yayılmışdır

  4. Arpa • Hordeum cinsinə aiddir • Cücərtisi tüstüvari (üzərində mum təbəqəsi olduğu üçün), yaxud zümrüdü yaşıl rənglidir. • Yarpağının dilçəsi iriliyinə və formasına görə buğda yarpağının dilçəsinə oxşardır. Qulaqcıqları çox iri və enli olduğu üçün biri digərinin üzərinə keçir • Çiçək qrupu sünbüldür. Sünbül oxunun hər pilləsində üç sünbülcük yerləşir. Sünbülcüyü birçiçəkli, sünbülcük pulcuqları xırda ensiz-lansetvarıdır • Qılçıqlı və qılçıqsız, pərdəli və çılpaqdənli formaları vardır. Qılçıqsızlarda qılçıq ya heç olmur, yaxud da onu üçqanadlı pər əvəz edir. • Özünü tozlayan bitkidir. Çox hallarda tozlanma qapalı gedir, ancaq çarpaz da tozlanır.

  5. Arpanın növləri – hordeum cinsinin müəyyən edilmiş 30 növündən yalnız səpin arpası – hordeum sativum mədəni olmaqla becərilən bütün formaları əhatə edir. • Yabanı növləri: • H.spontaneum; • H.bulbosum; • H.murinum; • H.leporirum; • H.legunculforme. • Yabanı arpaların xarakterik xüsusiyyətlərindən birisi sünbüllərinin ikicərgəli olmasıdır.

  6. Arpanın yarımnövləri və qrupları • Sünbül oxunun pilləsində əmələ gələn sünbülcüklərin inkişaf etmə dərəcəsinə görə səpin arpası üç yarımnövə bölünür: • Çoxcərgəli arpalar – hordeum vulgare • ikicərgəli arpalar – hordeum distichum • qarışıq (keçid) cərgəli arpalar – hordeum intermedium

  7. Çoxcərgəli arpalar : • Sünbülünün sıxlığına görə çoxcərgəli arpalar iki qrupa bölünür: • Düzgün çoxcərgəli, yaxud altıüzlü arpalar; • Düzgün olmayan çoxcərgəli, yaxud dördüzlü arpalar.

  8. İkİcərgəlİ arpalar: • 1- Nutantia qrupu; • 2-Defisientia qrupu;

  9. ArpanInnövmüxtəlİflİk ƏLAMƏTLƏRİNİN təyİnİ • Dənin pərdəliliyi – pərdəli, çılpaq; • Sünbülün qılçıqlılığı və qılçıqların quruluşu qılçıqlı, qılçıqsız, pərli; • Qılçıqların dişliliyi – başdan-başa dişli, yaxud aşağı hissəsi hamar, yuxarısı zəif dişli; • Sünbülün rəngi – sarı, qara, bozumtul-qara; • Sünbülün sıxlığı – sıx, seyrək.

  10. ArpanIn əsas sort əlamətlərİ • 1.Sünbülün forması. Sünbülün forması onun en kəsiyinə adi gözlə diqqətlə baxılmaqla təyin edilə bilər. • Sünbülün en kəsiyinin quruluşuna görə sortlar üç qrupa bölünür: • Sünbülü romb formalı; • Kvadrat formalı ; • Düzbucaqlı formalı . • 2.Sünbülün uzunluğu. • 3.Sünbülün sıxlığı. Sortlar sünbülün sıxlığına görə 3 qrupa bölünür: • seyrək sünbüllü – sünbül oxunun 4 sm-də 9-9,9 üzvcük olur; • orta sıxlıqda – sünbül oxunun 4 sm-də 10-10,5 üzvcük olur; • sıx sünbüllü – sünbül oxunun 4 sm-də 11-dən çox üzvcük olur. • 4. Qılçıqların uzunluğu. • 5. Çiçək pulcuğunun qılçığa keçməsi. Çiçək pulcuğunun qılçığa keçməsi – tədricən, kəskin, enli olur. • tədricən keçid – qılçığın əsası enli olur, yuxarıya doğru getdikcə tədricən nazilir; • kəskin keçid – qılçığın əsası çox nazik olduğuna görə çiçək pulcuğunun sonuna birləşmiş borunu andırır; • enli keçid – qılçığın əsası enli olmaqla, əyri zəif burulmuş kimi görünür. • 6. Dənin əsasının çıxıntısı – pərdəli dənlərdə dənin əsasının çıxıntısı uzun tükcüklərlə örtülü, keçə kimi, tüksüz, yaxud qısa tükcüklüdür.

  11. T r İ t İ k a l e • Tritikale yeni dənli taxıl bitkisidir • Böyük məhsuldarlıq potensialı ilə fərqlənir • Buğda və çovdar hibrididir • Dənində 15-18% zülal olur • Unundan 20-30% buğda ununa qatdıqda yaxşı çörək alınır • Tritikalenin küləşindən heyvandarlıqda yem və döşənək kimi istifadə olunur

  12. Mövcud olan trİtİkaleformalarI • Oktaploid (56 xromosomlu) • Heksaploid(42 xromosomlu) • Tetraploid (28 xromosomlu)

  13. İrsi xüsusiyyətinə görə tritikale nə buğda, nə də çovdardır. A.F. Şulindin tritikalenin alınmasında iştirak edən buğda növündən asılı olaraq aşağıdakı sadə təsnifatı təklif edir. • Tritikale ayestivumforme – yumşaq buğda, çovdar hibridləri – oktaploid tritikale; • Tritikale durumforme – bərk buğda çovdar hibridləri- heksaploidtritikale; • Tritikale trispsikes– üç növlü yəni, üç növ bitkinin, yumşaq buğda, bərk buğda və çovdarın irsi əlamətləri cəmlənmiş heksaploid tritikale hibridləri.

  14. Trİtİkale • Dişkimilər fəsiləsinin birinci qrup dənli taxıl bitkilərinə aiddir. • Kök sistemi saçaqlıdır. • Rüşeym və buğum kökləri vardır. • Heksaploid tritikale sortları cücərərkən 4-6 ədəd rüşeym kökcüyü əmələ gətirir. • Gövdəsi içərisi boş 4-6 buğumarası olan küləşdən ibarətdir.

  15. Çovdar • - Çovdar qiymətli ərzaq və yem bitkisidir • - Çovdarın dənindən spirt çəkmə və nişasta bişirmə sənayesində istifadə olunur • - Çovdar– Secalecinsinə aiddir • - Cücərtisi darçını-bənövşəyi rənglidir. • - Yarpağının dilçəsi enli, kirpiklidir, qulaqcıqları xırdadır, çiçəkləmə fazasından sonra tökülür • - Gövdəsi zərif, nazik elastikidir • - Çiçək qrupu sünbüldür. Sünbülün pilləsi bir sünbülcüklü və 2-3 çiçəklidir. Ortadakı sünbülcük dən vermir • - Qılçıqları qısa, sünbülünə sıxılmış yaxud dağınıq vəziyyətlidir • - Dənləri uzunsov, uzunsov - oval formalı, əsası sivriləşmiş, yan tərəfləri bir qədər basıq, səthi qırışıqlıdır

  16. Vələmir qiymətli ərzaq və yem bitkisidir Vələmirin dənindən yarma, peçenye, kofe, (tolokno. qerkules) və s. hazırlanır Vələmirin dəni V1 və V2 vitaminləri, dəmir birləşmələri, kalsium və fosforla zəngindir. Dənin tərkibində 12-13% zülal, 40-45% nişasta, 4,5% yağ vardır Çörəkbişirmə sənayesində vələmir unu buğda yaxud çovdar ununa qatılır Vələmirin küləşi digər taxılların küləşinə nisbətən heyvanlar üçün qiymətli sayılır.

  17. Vələmir • - Vələmir Avena cinsinə aiddir • - Vələmirin 76 növündən 16-sı mədəni becəriləndir. Mədəni vələmirin 2 növü daha çox yayılmışdır, səpin vələmiri (Avenasativa L.) və vizantin vələmiri (Avenabyzantina C Koch.) • - Mədəni becərilən vələmirdə nal olmur • - Yabanı vələmirin çiçək pulcuğu sıx tükcüklərlə örtülüdür, sünbülcük pulcuğunun kürəyində dirsək kimi əyilmiş qılçıq olur • - Mədəni vələmirin cücərtisi açıq yaşıl rəngdədir • -Yarpağında qulaqcıqlar olmur, dilçəsi üçbucaq formalıdır • - Çiçək qrupu süpürgədir • - Sünbülcükləri 2-5 çiçəkli, qılçıqlı və qılçıqsızdır • - Dənləri çılpaq və pərdəli olur • - Öz-özünü tozlayandır, çarpaz da tozlayır. Çiçəkləmə süpürgənin nəhayətindən başlayır • - Dənin qarın tərəfində şırım olur

  18. Səpin vələmirinin süpürgəsinin formasına və dənin xarakterinə görənövmüxtəliflikləri • Dağılan süpürgəli və dəni pərdəli • Sıxılmış süpürgəli və dəni pərdəli • Çılpaq dənli

  19. Səpin vələmiri növmüxtəliflik əlamətləri Süpürgələrinin quruluşu Sünbülcük pulcuğunun rəngi Qılçıqlılığı Pərdəliliyi

  20. Darı • - DarıPanicum cinsinə aiddir • - Darıyarma istehsalı üçün becərilən əsas bitkidir • - Darı quşlar, heyvanlar üçün yaxşı yemdir • - Darı yarması (pşeno) yüksək qidalılıq və yaxşı dad keyfiyyətinə görə fərqlənir • - Darı buğda kimi qədim bitkidir • - Darı bitkisi əkin sahəsinə və məhsuldarlığına görə dünyada axırıncı yerlərdən birini tutur (d.t.b. içərisində)

  21. DARIPanicum Otluq darı (İtaliya darısı) - Panicumitalicum Adi darı - Panicummiliaceum

  22. DARI • Saçaqlı kök sisteminə aiddir. Rüşeym kökü bir ədəddir. Kökü topağın 1,5 m dərinliyinə, ətrafa isə 1 m-ə qədər yayılır. • Darı yatmağa və quraqlığa qarşı davamlılığını yüksəldən hava kökləri də əmələ gətirir. • Gövdəsi düz, sadə və budaqlanan içərisi boş, səthi tüklüdür • Yarpaqları arpa, buğda və vələmir yarpağına nisbətən enlidir. Yarpaq ayasının səthi tüklü, əsas damarı kəskin inkişaf etmişdir • Çiçək qrupu 15-50 sm uzunluğunda, yaşıl və açıq-sarı rəngli tüksüz süpürgədir. Süpürgənin əsas oxu yaxşı şaxələnərək düz yaxud əyilmiş (10-40 ədəd) budaq əmələ gətirir • Sünbülcükləri budaqcıqların üzərində bir-bir yerləşir. Sünbülcük pulcuqları üç ədəd olur ki, onlardan biri xırda üçbucaq formalı olmaqla sünbülcüyün ən xaricində yerləşir, ikisi iri və qabarıq olduğu üçün sünbülcüyün digər hissələrini tam əhatə edir • Sünbülcüyü bir-iki çiçəklidir. Çiçəklərindən biri saplaqlı, ikicinsli və məhsuldar, digəri oturaq, bircinsli və məhsulsuzdur. • Meyvəsi pərdəli dənmeyvədir. Örtüklü dəni oval, oval-uzunsov, kürəşəkilli və xırdadır.

  23. Adi darı süpürgəsinin formasına, sıxlığına və yan budaqların əsas oxdan ayrılma dərəcəsinə görə beş yarımnövə bölünür • 1. Dağınıq süpürgəli (potentissimumPopov.) • 2. Asılan süpürgəli (effusumAl.) • 3. Əyilən süpürgəli (contractumAl.) • 4. Yarımkip süpürgəli (ovatumPopov.) • 5. Kip süpürgəli(compactumKorn.)

  24. Qarğıdalı dünya əkinçilik sistemində ən mühüm və ən məhsuldar dənli yem bitkisidir • Qarğıdalı xalq təsərrüfatında ərzaq, texniki və yem kimi istifadə edilən bitkidir. • Qarğıdalının dənindən un, yarma, konserva, nişasta, etil spirti, pivə, dekstrin, qlükoza, saxaroza, sirop (şirə), yağ, qlütamin turşusu, MIS (Cu) elementi, E və C vitaminləri alınır. Gövdə, yarpaq və qıçasından kağız, linoleum, viskoz, süni probka, plastmas, fəallaşdırılmış kömür, yuxu gətirici dərman və s. hazırlanır. • Dənin tərkibində, torpaq-iqlim şəraitindən və becərmə texnologiyasından asılı olaraq 65-75% nişasta, 7,5-12% zülal, 1-2% şəkər, 4-8% yağ (nüvəsində 40%), 1,5-2% kül elementləri, mineral duzlar və vitaminlər var • Qarğıdalı silosluq bitki kimi birinci yerdə durur. • Qarğıdalı qədim bitkidir. Vətəni Mərkəzi və Cənubi Amerikanın tropik və subtropik zonaları sayılır

  25. Qarğıdalının cinsi – Zea növü mays-dır. • Bitkisinin quruluşuna görə ən əsas taxıllardan və həm də özünün daxil olduğu darıyabənzər taxıllardan fərqlənir. Ancaq vegetativ orqanları sorqoya oxşardır • Cücərtisi digər taxılların cücərtisinə nisbətən iri, açıq-yaşıl rəngli olur. • Kök sistemi saçaqlı olmasına baxmayaraq torpağın dərinliyinə 2-3 m, ətrafa isə 1,2-1,5 m-ə qədər gedə bilir. Kök kütləsinin 60%-ə qədəri əkin qatında yayılır • Gövdənin yerüstü hissəsinin torpaq səthinə yaxın olan 2-3-4 buğumundan hava kökləri əmələ gəlir. Onlar bitkini əyilməkdən və yerə yatmaqdan mühafizə etdiyi üçün dayaq kökləri də adlanırlar • Gövdəsi – düz, yoğun, qüvvətli, içərisi özəklə dolu, səthi tüksüz və parlaqdır. Sortlarından və becərilmə şəraitindən asılı olaraq gövdənin hündürlüyü 0,6-5m, diametri 2,0-7,0 sm olur • Buğumaraların sayı 8-30 qədərdir, aşağı və orta mərtəbəsində əlavə zoğlar əmələ gəlir. • Yarpağının ayası iri, enli – lansetvari, səthi tüklü kənarı isə kirpiklidir. Qulaqcıqları olmur, dilçəsi qısa və parlaq olur. Bu bitkidə 8-45 yarpaq əmələ gəlir.

  26. Qarğıdalı ikiformalı çiçək qrupu əmələ gətirir 2. Yarpaq qoltuqlarındakı qıçanın üzərində kiçik yuvalarda yerləşib, dişicik çiçəklərindən ibarət olur 1. Gövdə və budaqların sonunda süpürgə (qotaz) təşkil edib, normal vəziyyətdə yalnız erkəkcik çiçəklərindən ibar olur

  27. Qarğıdalı birevli, ayrı-ayrı cinsli bitki adlanır Süpürgəsinin yan budaqları zəif şaxələnir Erkəkcik sünbülcükləri iki-iki, üç-üç, hətta dörd-dörd yerləşməklə budaqlarda iki cərgə, əsas oxda bir neçə cərgədə düzülürlər Sünbülcüyü ikiçiçəkli, sünbülcük pulcuqları iri, enli oval formalı, sivri nəhayətli, uzununa 3-9 damarlıdır. Çiçək pulcuqları nazik və zərifdir Qıçası müxtəlif irilikdə, silindr, yaxud zəif konus formalı, üzəri bir neçə təbəqə qabıqla örtülmüşdür. Bu qabıqlar yalnız qını inkişaf etmiş yarpaqlardan ibarətdir. Qıçanın oxu üzərindəki yuvalarda sünbülcüklər cüt-cüt düzüldüyü üçün cərgələr həmişə cüt olur Dişiciyin də sünbülcüyündə iki çiçək əmələ gəlir. Lakin onlardan yalnız biri inkişaf edir Dişiciyin sütuncuğu saçaq adlanır. Saçaqlar qıçanın aşağı hissəsində uzun olur, yuxarıya doğru getdikcə qısalırlar. Dənləri qıçanın üzərində 4-34 cərgədə düzülür, müxtəlif formalı (yuvarlaq, uzunsov-prizma və paz şəkillidir) və müxtəlif irilikdə olur

  28. Qarğıdalının yarımnövləri • Adi və ya bərkdənli qarğıdalı - Z.m. indurata • Dişşəkilli - Z.m. indentata; • Nişastalı - Z.m. amylaceae; • Partlayan - Z.m. everte; • Şəkərli - Z.m. saccharata; • Örtüklü - Z.m. tunicata; • Mumvarı - Z.m. ceratina; • Şəkərli-nişastalı - Z.m.amylo-saccharata;

  29. Qarğıdalının növmüxtəlifliyi təyini Dənlərinin rəngi- sarı, qırmızı, boz, darçını, bənövşəyi və hətta alabəzək də olur. Qıçasının oxunun rəngi – sünbülcük və çiçək pulcuqlarının rəngindən asılı olaraq ağ, qırmızı, qırmızımtıl, çəhrayı olur

  30. “ADAU-80” – qarğıdalı sortu • Azərbaycan Dövlət Aqrar Universitetinin sahəvi laboratoriyasında seçmə yolu ilə alınmışdır; • Sort məhsuldarlığına, vegetasiya müddətinə, davamlılığına görə standart və digər sortlardan üstündür; • SNSMDK-nın qərarı ilə 2011-ci ildə rayonlaşdırılmışdır; • Sortun müəllifləri : Qurbanov F.H., Cəfərov İ.H., Seyidəliyev N.Y., İsmayılov M.M., Mohumayev V.R., İsgəndərov A.İ.

  31. Vegetasiya müddətlərinin uzunluğuna görə qarğıdalının sort və hibridlərinin təsnifatı

More Related