480 likes | 884 Views
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. BİOLOGİYA İXTİSASI ÜZRƏ MİKOLOGİYA KURSU. Mövzu 5. Həqiqi göbələklər aləmi (Fungi, Mycota, Mycetalia). Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov. P L A N. Həqiqi göbələklər aləmi Chytridiomycota şöbəsi. Əsas ədəbiyyatlar.
E N D
AZƏRBAYCANDÖVLƏT AQRAR UNİVERSİTETİ BİOLOGİYA İXTİSASI ÜZRƏMİKOLOGİYA KURSU
Mövzu 5. Həqiqi göbələklər aləmi (Fungi, Mycota, Mycetalia) • Kənd təsərrüfatı elmləri doktoru, • professor İbrahim Cəfərov
P L A N Həqiqi göbələklər aləmi Chytridiomycota şöbəsi
Əsas ədəbiyyatlar 1.İbrahimov A.Ş., Abdulova Z.A., Mehdiyeva L.N. Mikologiya. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2008, 323 s. 2. Все о грибах / М.В.Горленко, Н.В.Гарибова, И.И.Сидирова и др. М.: Лесн. Пром. Сть., 1986, 280 с. 3.Мюллер Э., Лёффлер В. Микология. М.: Мир, 1995, 343 с. 4.Гарибова Л.Б., Лекомцева С.Н. Основы микологии. М.: 2005, 220 с.
Köməkçi ədəbiyyatlar 1.Adil Sadiqov Azərbaycanın yeməli və zəhərli göbələkləri. Bakı: “Elm”, 2007, 124 s. 2.İbrahim Cəfərov Ümumi fitopatologiya. Bakı: “Elm”, 2007, 392 s. 3.Томас Лессо Грибы. Москва: Астрель, 2007, 304 с. 4.Джеффри Кибби Атлас грибов. Санкт-Петербург: Амфора, 2009, 269 с. 5.Грибы /пер. с. итал. Ф.Двин. М.: Астрель, 2009, 384 с. 6.Емцев В.Г., Мишустин Е.Н. Микробиолгия. М.: Юрайт, 2012, 445 с.
Basidiomycota Zygomycota Fungi və ya Mycota aləminin şöbələri Anamorphic fungi Fungi və ya Mycota aləmi Chytridiomycota Ascomycota
Həqiqi göbələklərin şöbə və sinifləri (“Dictionary of the fungi” 1995, 2001-ci il)
Q E Y D: “Dictionary of the fungi” (1995) Ascomycota şöbəsi siniflərə bölünməmişdir. Bəzi müəlliflərin fikirlərinə görə müasir dövrdə bu şöbəni siniflərə ayırmaq üçün kifayət qədər məlumatlar yoxdur. Anamorfic fungi şöbəsinin inkişaf tsiklində cinsi mərhələ olmadığı üçün “Dictionary of the fungi” (1995, 2001) onlar siniflərə ayrılmamışdır.
Mycota və ya Fungi aləminə daxil olan şöbələrin əsas əlamətləri
Əsas komponent kimi hüceyrə divarının tərkibinə ß-qlyukan, mannan (Zygomycota şöbəsi) xitozan ilə uyğun gələn xitin daxildir. İnkişaf tsiklində hərəkətli mərhələsi (zoosporlar, qametlər) yalnız Chytridiomycota şöbəsinin nümayəndələrində vardır. Bu halda onların bir hamar qamçıyabənzər geriyə istiqamətlənən qamçısı mövcuddur. Lizinin sintezi L-aminoadipin turşusu vasitəsilə baş verir. Aləm öz aralarında filogenetik əlaqələri olan dörd şöbəni birləşdirir.
Chytridiomycotaşöbəsi, Chytridiomycetes sinfi İnkişaf tsiklində bir qamçıyabənzər hamar qamçısı olan və geriyə istiqamətlənən hərəkətli mərhələsi vardır Hüceyrə divarının polisaxarid tərkibinə ß-qlyukanla xitin kompleksi daxildir. Qrupun daxilində tallomun plazma kütləsindən ameboiddən rizomitsellə birhüceyrəli formaya keçməsinin təkamülü izlənilir. Rizomitselli növlər mono və polisentrik ola bilir, yəni bir və ya bir neçə rizomitsel və generativ orqanlarının formalaşması mərkəzinə malik olur.
Cinsi proses: xolo, izo, hetero və ooqamiyalıdır Qeyri - cinsi çoxalma: birqamçılı zoosporlarladır Sinfin nümayəndələri əsasən su mühitində yaşama ilə əlaqəlidirlər. Onların əksəriyyəti - yosun, su göbələkləri, onurğasızların parazitləridir Əhəmiyyətli dərəcədə az miqdarda növlər saprotrof həyat tərzi sürərək, suda bitki qalıqlarında və heyvan cəsədlərində yerləşirlər
Müasir dövrdə xitridiomisetləri sıralara bölərkən: zoosporun ultrastruktur xüsusiyyətlərinə mitoxondrilərin konfiqurasiyasına lipid qlobulun yerləşməsi və miqdarı mikroboru və ribosomların qamçı aparatının quruluşuna önəm verilir.
Blastocladiales Chytridiomycetes Chytridiales Monoblepharidales Chytridiomycota şöbəsi Chytridiomycetes sinfinin əsas sıraları
Chytridiales sırası Miktoskopik talloma malik növlərdir, ameboid və ya rizomitsel hüceyrəsi ilə təqdim olunur Qeyri-cinsi çoxalma – zoosporlarla, cinsi – izo və heterokamiyalıdır. Adətən zoosporda bir iri lipid qlobul, mitoxondri və ribosomlar vardır. Bütün bu orqanellər hüceyrənin mərkəzində yerləşirlər. Sıranın nümayəndələri yosun, su göbələkləri, onurğasızlar və ali bitkilərin parazitləridir Sıra 80 cinsə daxil olan 400-ə qədər növü birləşdirir
Olpidium cinsi Sıranın bütün nümayəndələri üçün xarakterik olan inkişaf tskili noxudun (Vicia unijuga) kök, yarpaq və gövdəsində parazitlik edən Olpidium viciae növündə öyrənilmişdir. Birnüvəli zoospor bitkiyə düşərək qamçısını itirir, amobəbənzər şəkildə sürüşür, sonra örtük geyinir və öz möhtəviyyatını sahibin epidermal hüceyrəsinə tökür. Orada parazitin bədəni böyüyür, zoosporun ilkin nüvəsinin təkrar mitotik bölünməsi hesabına çoxnüvəli olur, sonra zoosporangiyə çevrilir.
Sporanginin cücərməsi gecikən zaman və ya zoospor aclıq şəraitində olduqda qametlər kimi funksiya göstərirlər. Onlar cüt-cüt mayalanır, ikiqamçılı hərəkətli planoziqota əmələ gətirir, öz möhtəviyyatını sahib bitkinin epidermal hüceyrələrinə tökür. Hüceyrənin daxilində ikinüvəli ziqota qalın ikiqatlı örtüyə geyinir və beləliklə, sistaya çevrilir. Qışlamanı və ya istirahət dövrünü keçirdikdən sonra sistanın nüvələri mayalanırlar. Əmələ gələn diploid nüvə meyotik bölünür, sonra bir sıra mitozlar baş verir, bundan sonra sista zoosporangi və zoosporlara cücərir. Beləliklə, Olpidium viciae növündə nüvə fazalarının dəyişməsi ilə cinsi proses və qeyri-cinsi çoxalma vardır, burada isə haploid vəziyyət üstünlük təşkil edir.
Olpidium brassicae Olpidium brassicae parnik şəraitində yetişdirilən kələm şitillərində “qara ayaq” xəstəliyini törədir. Göbələk şitilin köklərini və kök boğazını yoluxur, rütubət çox olduqda, sıx şitillikdə xəstəlik daha aktualdır. O.brassicae göbələyinin zoosporangiləri sahib bitkinin hüceyrələrində daha dərin yerləşmişdir, buna görə də zoosporların çıxması üçün onlar uzun çıxış boruları əmələ gətirirlər.
3 2 1 Olpidium brassicae – kələmdə “qara ayaq” 1- sahibin hüceyrəsində zoosporangi; 2- protoplastlar; 3- sahibin hüceyrəsində istirahət sporu
Synchytrium cinsi Synchytrium cinsi sahibin toxumalarında olan ameboid sorus zoosporangiləri qrupu əmələ gətirir. Bu cinsin növləri ali bitkilərdə parazitlik edir, onların yarpaq və gövdələrində böyük olmayan hallar və ya kartofun kök, yumru və stolonlarında şişlər, fırlar əmələ gətirir. Bu xəstəliyin məişət adı- kartofda xərçəngdir. Synchytrium endobioticum göbələyinin sahib bitkinin toxumalarına daxil olmasının təsiri altında hüceyrələr intensiv bölünür, nəticədə şiş əmələ gəlir. Xərçəngin təsirindən məhsul itkisi 40-60% təşkil edə bilir.
Blastocladiales və Moniblepharidales sıraları Blastocladiales sırası 50-yə yaxın və Monoblepheridales sırası 20-yə yaxın növü birləşdirir. Onlar əsasən yaxşı inkişaf etmiş hüceyrəsiz mitseldən ibarət makroskopik talloma malikdirlər. Diferensiyalaşmış ox hissə, rizoidlər və yan budaqlar adətən reproduktiv orqanları (zoosporangi, qametangi) daşıyırlar. Hər iki sıranın nümayəndələrinin qeyri-cinsi çoxalması tipik bir qamçılı zoosporlarla həyata keçirilir. Blastoklodial göbələklərdə cinsi proses izo və ya heterqamiyadır, burada haploid və diploid nəsillərin dəyişməsi aydın istifadə olunur.
Blastocladia- reproduktiv orqanlı tallom: a- zoosporangi; b- sista
Allomyces arbuaculus göbələyinin inkişaf tsikli: 1-sporofit zoosporangilərlə; 2- sporofit sistalarla; 3-qametofit qametangilərlə
Özünü yoxlama üçün mövzuya aid test sualları Chytridiomycota şöbəsinin nümayəndələrində hüceyrə divarının polisaxarid tərkibinə hansı kompleks daxildir? a) ß - qlyukan - xitin b) yalnız xitin c) mannan d) yalnız ß - qlyukan e) ß - qlyukan – xitin, mannan
2.Chytridiomycetes sinfi göbələklərində qeyri-cinsi çoxalma hansı sporlarla gedir? a) konidilərlə b) kisəsporlarla c) bir qamçılı zoosporlarla d) iki qamçılı zoosporlarla e) piknosporlarla
3.Chytridiales sırası göbəklərində tallom necə adlanır? a) ameboid b) plazmodi c) qaustoriya d) rizomorf e) peritesi
4.Olpidium brassicae hansı xəstəliyin törədicisidir? a) kələmdə kök çürüməsi b) tumlu meyvəlilərdə meyvə çürüməsi c) kələm şitillərində qara ayaq d) buğda cücərtilərində kök çürüməsi e) çəyirdəklilərdə meyvə yanığı
5. Chytridiales sırası göbələklərində hansı növ karantin obyektidir? a) Olpidium viciae b)Olpidium brassicae c) Synchytrium endobioticum d)Rhizophydum pollunus-pini e)Polyphagus englenae
6. Bir qamçılı göbələklər qrupunda hansı sıranın göbələkləri daha yüksək təşkil olunmuşdur? a) Pythiales b)Blastocladiales c) Moniblepharidales d)Chytridiales e)Peronosporales
7. Moniblepharidales sırası göbələklərində cinsi proses necə adlanır? a) izoqamiya b)holoqamiya c) heteroqamiya d)ooqamiya e)ziqoqamiya
8.Həqiqi göbələklər aləmi necə • adlanır? a) Xromista, Mycota, Anamorfic fungi b) Fungi, Mycota, Mycetalia c) Protozoa, Xromista, Fungi d) Fungi, Protozoa, Ascomycota e) Mycota, Oomycota, Zygomycota
9.Həqiqi göbələklər aləmi özündə hansı şöbələri birləşdirir? a) Oomycota, Zygomycota, Ascomycota b) Anamorfic fungi, Hyphochytridiomycota c) Chytridiomycota, Zygomycota, Ascomycota, Basidiomycota d) Labyrinthulomycota, Oomycota, Zygomycota e) Zygomycota, Ascomycota, Oomycota, Labyrinthulomycota
10.Chytridiomycetes sinfinin tərkibinə daxil olan sıralar bir-birindən nə ilə fərqlənirlər? tallomun təşkili səviyyəsi və cinsi prosesin tipi b) cinsi prosesin tipi və növlərin sayı c) tallomun təşkili səviyyəsi və anteridinin quruluşu d) anteridi və ooqoninin mayalanma xarakteri e) cinsi prosesin özəlliyi
11.Chytridiales sırası özündə neçə cins və növü birləşdirir? a) 50 cins və 300 növ b) 10 cins və 100-ə yaxın növ c) 1 cins və 1 növ d) 80 cins və 400-ə yaxın növ e) 100-dən çox cins və 500 növ
12.Chytridiales sırası göbələklərində orqanellər hüceyrədə harada yerləşir? a) ribosom istiqamətində b) mitoxondri istiqamətində c) hüceyrənin mərkəzində d) hüceyrə boşluğunda e) hüceyrənin nüvəsində
13.Olpidium cinsinin növlərində hərəkətli plazmoziqota möhtəviyyatını sahib bitkinin hansı hüceyrələrinə tökür? a) təbii yollara b) mexaniki toxumaya c) epidermal hüceyrələrinə d) məsamələrə e) ötürücü toxumaya
14.Polyphagus anglenae növü nədə parazitlik edir? a) şibyələrdə b) yaşıl yosunlarda c) qonur yosunlarda d) evglenlərdə e) evglenlərdə və yaşıl yosunlarda
15.Polyphagus cinsinin növlərində cinsi proses necə adlanır və bu proses nə qədər davam edir? a) sifonoqamiya, 12 saata yaxın b) izoqamiya, 10 dəqiqə c) ooqamiya, 10 saata yaxın d) planoqamiya, 3-5 saat e) heteroqamiya, 1 saatdan artıq
16.Blastocladiales sırasından olan Allomyces cinsinin nümayəndələri harada yaşayır? yalnız su heyvanlarının qalıqlarında b) suda və torpaqda bitki qalıqlarında, heyvanların cəsədində c) bitki qalıqlarında və heyvanların cəsədində d) onurğasız heyvanların bədənində e) su bitkilərində