100 likes | 403 Views
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. M ÖVZU : SELEKSİYA VƏ TOXUMÇULUĞUN QISA İNKİŞAF TARİXİ, ƏSAS MƏRHƏLƏLƏRİ VƏ MƏSƏLƏLƏRİ . Plan:. 1 . Seleksiya və toxumçuluğun qısa inkişaf tarixi 2 . Seleksiya işinin tarixi inkişafının əsas mərhələləri 3 . Seleksiya işinin istiqamətləri
E N D
Dosent, əməkdar kənd təsərrüfatı işçisi F.H.Qurbanov AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ MÖVZU: SELEKSİYA VƏ TOXUMÇULUĞUN QISA İNKİŞAF TARİXİ, ƏSAS MƏRHƏLƏLƏRİ VƏ MƏSƏLƏLƏRİ
Plan: 1. Seleksiya və toxumçuluğun qısa inkişaf tarixi 2. Seleksiya işinin tarixi inkişafının əsas mərhələləri 3. Seleksiya işinin istiqamətləri Quraqlığa davamlılıq istiqamətində seleksiya işi Qışa davamlılıq istiqamətində seleksiya işi Soyuğadavamlılıq istiqamətində seleksiya işi Xəstəlik və ziyanvericilərə davamlı kənd təsərrüfatı bitkiləri yaratmaq istiqamətində seleksiya işi Suvarma şəraiti üçün intensiv tipli sortların yaradılması Yüksək keyfiyyət istiqamətində seleksiya işi Maşınla becərilməyə uyğun istiqamətdə seleksiya işi Payızlıq taxılların məhv olma səbəbləri, bu istiqamətdə seleksiya işi 4.Bitki seleksiyasının əsas bölmələri 5.Dövlət və özəl seleksiya
Seleksiya işinin qısa tarixi Arxeoloji qazıntıların nəticəsində əldə olunan materiallar sübut edir ki, hələ 8-10 min il bundan əvvəl, Asiyanın Cənubi-Şərqində çəltik, Misirdə və Çində buğda, Aralıq dənizi sahillərində subtropik və paxla bitkiləri becərilirdi. Çində tut ağacları və barama qurdları 5 min il bundan əvvəl yetişdirilmiş və təbii ipək istehsal edilmişdir. Azərbaycanda mədəni bitkilərin becərilməsi hələ qədim zamanlardan başlanmışdır. Qədim Yunanıstanın görkəmli alimləri Herodot, Feofrast, Polibi, Strabon və başqaları öz əsərlərində Azərbaycan torpağının məhsuldarlığı haqqında qeyd etmişlər. Azərbaycanda dənli bitkilər hələ 4-5 min il bundan əvvəl becərilirdi. Tarixi mənbələrdən məlum olur ki, orta əsrlərdə Azərbaycanda dənli bitkilər pambıq, meyvə və subtropik bitkilər geniş yayılmışdır. Azərbaycanda kənd təsərrüfatının çox əsrlik fəaliyyəti nəticəsində və xalq tərəfindən aparılan kortəbii, şüursuz seçmə nəticəsində çoxlu dənli bitkilərin, meyvə və tərəvəz bitkilərinin sortları yaradılmışdır. Bir çox sortlar hətta bu günə qədər kənd təsərrüfatında öz əhəmiyyətini itirməmişdir.
Azərbaycanda seleksiya işinin qısa tarixi və təşkili • Lənkəran qəzasında XIX əsrin 40-cı illərində A.Dudinski meyvə və zeytun ağaclarını, 70-ci illərdə Kaziskiy sitrus bitkilərinin iqliməuyğunlaşmaməsələlərinin öyrənilməsi; • 2) Quba qəzası üzrə De-Bur qardaşları, Fenkendorfvə s. meyvə ağacları, üzüm tənəklərinin becərilməsinin öyrənilməsi; • 3) Göyçay qəzası üzrə A.B. Şelkovnikin portağal bitkisinin iqlimə uyğunlaşma məsələsinin öyrənilməsi; • 4) Gəncə qəzasında Qolitsin və Qorçakov tərəfindən şərabçılığın, üzümçülüyün inkişafına dair işləri; • 5) Bakı qəzası İretski şərab üzüm tənəklərinin becərilməsinin öyrənilməsi; • 6) Səlyan qəzasında Karamzinin pambıq təsərrüfatında aqronom A.M.Stepanov tərəfindən pambıq bitkisinin sortlarının yaxşılaşdırılmasına dair işlərin aparılması;
Seleksiya latınca «Selectio» sözündən əmələ gəlib- seçmə deməkdir. • Seleksiya elmi ev heyvanlarının, mədəni bitkilərin və faydalı mikroorqanizmlərin yeni formalarını (cins, sort, ştamm) almaq və hal-hazırda olan formaları yaxşılaşdırmaq üçün yeni üsullar və yollar işləyib hazırlayır. Genetika seleksiya elminin nəzəri əsasını təşkil edir. • Seleksiya işinin düzgün planlaşdırıb aparılması genetika elminin müəyyən etdiyi dəyişkənliyin və irsiyyətin ümumi qanunlarına və seleksiyaçını maraqlandıran konkret əlamətlərin nəslə keçməsinin mexanizminə əsaslanır.
Seleksiya işinin tarixi inkişafının əsas mərhələləri İbtidai seleksiya Sənaye seleksiyası • Xalq seleksiyası • Elmi seleksiya
Seleksiya işinin istiqamətləri • Quraqlığa davamlılıq istiqamətində seleksiya işi • Qışa davamlılıq istiqamətində seleksiya işi • Soyuğadavamlılıq istiqamətində seleksiya işi • Xəstəlik və ziyanvericilərə davamlı kənd təsərrüfatı bitkiləri yaratmaq • Suvarılma şəraiti üçün intensiv tip sortların yaradılması • Yüksək keyfiyyət istiqamətində seleksiya işi • Maşınla becərilməyə uyğun istiqamətdə seleksiya işi • Payızlıq taxılların məhv olma səbəbləri və bu istiqamətdə seleksiya işi
Payızlıq taxılların məhv olma səbəbləri və bu istiqamətdə seleksiya işi • Payızlıq taxılların qışlaması • Bitkilərin donması • Çürümə • Su ilə boğulma(islanma) • Bitkilərin küləklə sovrulması • Bitkilərin torpaqdan çıxması • Buz qabığı və onun bitkiyə təsiri
Bitki seleksiyasının əsas bölmələri aşağıdakılardır: • Başlanğıc material haqqında təlim; • İrsi dəyişkənlik haqqında təlim (dəyişkənlikdə qanunauyğunluq, mutasiya və s.); • Ətraf mühitin təsiri haqqında təlim (sort və mühit, mühit faktorlarının təsiri); • Qohum və uzaq növlər arası hibridləşmə nəzəriyyəsi; • Seleksiya prosesinin nəzəriyyəsi (öz-özünə, çarpaz tozlanma, vegetativ çoxalma); • Seleksiya işinin əsas istiqamətləri haqqında təlim (xəstəliyə, quraqlığa davamlılıq və s.); • Müxtəlif bitkilərin seleksiyası haqqında təlim.
Dövlət və özəl seleksiya • Dövlət idarələri universitetlər kimi təşkilatlaruzunmüddətli əsaslı tədqiqata söykənir və seleksiyaçılara əsas materialı verir. • Özəl və yaxud dövlət müəssisələri konkret sortları yetişdirir və bu sortları əmtəə məhsulu kimi ya sortun mühafizəsinə yönəldir, yaxud da bazara çıxarırlar. • Satış üçün nəzərdə tutulan məhsulun həcminə uyğun olaraq əsas səpin məhsulu superelit, elit və ya sertifikatlaşdırılmış (təsdiqlənmiş) məhsul seleksiyaçının özü tərəfindən rüsum ödənişinə və ya lisenziya almaq üçün təqdim olunur. • Müstəqil şirkətlər özəl və ictimai maraqları nəzərə alaraq təftiş, icazə və mühafizə funksiyalarını, həmçinin aprobasiyanı (becərilməni) və nəzarət kimi funksiyaları öz üzərinə götürür. • Müvafiq olaraq vəzifələrin bölüşdürülməsində, məsələn tarlanın sınaqdan keçirilməsi, nümunə götürmə və tarlaya baxış faktiki tələblərə cavab verən bilik və bacarıqlara malik mütəxəssislərə həvalə olunmalıdır. Kənd təsərrüfatı müəssisələri son məhsulu seleksiyaçının və yaxud çoxaltma təşkilatının nəzarəti altında təhvil götürür, ancaq bu halda tarlanın əkin üçün yararlı olması və məhsul barədə ekspertin rəyi nəzərə alınmalıdır.