260 likes | 592 Views
AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası Mövzu : Arpa bitkisinin morfoloji quruluşu, növləri, yarımnövləri və qrupları Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S. BİTKİLƏRİN TƏSNİFAT VAHİDLƏRİ AL Ə M – REGNUM ŞÖBƏ - DİVİSİO
E N D
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası Mövzu: Arpa bitkisinin morfoloji quruluşu, növləri, yarımnövləri və qrupları Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S.
BİTKİLƏRİN TƏSNİFAT VAHİDLƏRİ ALƏM – REGNUM ŞÖBƏ - DİVİSİO SİNİF – CLASSİS SIRA - ORDO FƏSİLƏ – FAMİLİA CİNS – GENUS NÖV – SPECİES YARIMNÖV – SUBSPECİES NÖVMÜXTƏLİFLİYİ – VARİETİS SORT - CULTİVAR
A r p a – Hordeum ЯЧМЕНЬ BARLEY
Arpa - (hordeum)cinsinin cücərtisi tüstüvari (üzərində mum təbəqəsi olduğu üçün) yaxud zümrüdü-yaşıl rənglidir. Yarpağının dilçəsi iriliyinə və formasına görə buğda yarpağının dilçəsinə oxşardır (ensiz, kənarı zəif dişli). Qulaqcıqları çox iri və enli olduğu üçün biri digərinin üzərinə keçir. Çiçək qrupu sünbüldür. Sünbül oxunun hər pilləsində üç sünbülcük yerləşir. Sünbülcüyü birçiçəkli, sünbülcük pulcuqları xırda ensiz-lansetvaridir. Qılçıqlı-qılçıqsız, pərdəli və çılpaqdənli formaları vardır. Qılçıqlılarda qılçıq buğdada olduğu kimi xarici çiçək pulcuğunun nəhayətinin uzanmasından əmələ gəlir. Qılçıqsızlarda qılçıq ya heç olmur, yaxud onu üçqanadlı pər əvəz edir. Arpa öz-özünü tozlayan bitkidir. Çox hallarda tozlanma qapalı gedir, ancaq çarpaz da tozlanır. Arpa – (hordeum)cinsinin müəyyən edilmiş 30 növündən yalnız səpin arpası – hordeumsativummədəni olmaqla becərilən bütün formaları əhatə edir. Yabanı növləri Orta Asiya, Zaqafqaziya respublikalarında, xüsusilə Azərbaycanda xam və dincə qoyulmuş torpaqlarda alaq otu kimi çox yayılmışdır. Yabanı arpaların xarakterik xüsusiyyətlərindən biri sünbüllərinin ikicərgəli olmasıdır.
ARPANIN YARIMNÖVLƏRI VƏ QRUPLARI • Sünbül oxunun pilləsində əmələ gələn sünbülcüklərin inkişafetmə dərəcəsinə görə səpin arpası üç yarımnövə bölünür. • 1 – çoxcərgəli arpalar – hordeumvulqare • 2 – ikicərgəli arpalar – hordeumdistichum • 3 – qarışıq (keçid) cərgəli arpalar – hordeumintermedium • Çoxcərgəli arpalar - bu yarımnövün sünbül oxunun pillələrində olan sünbülcüklərin hamısı inkişaf edərək dən əmələ gətirdiyi üçün çoxcərgəli (altı cərgəli) adlanır. Sünbülünün sıxlığına görə çoxcərgəli arpalar iki qrupa bölünür: • Düzgün çoxcərgəli, yaxud altıüzlü arpalar; • Düzgün olmayan çoxcərgəli, yaxud dördüzlü arpalar. • İkicərgəli arpalar yan sünbülcüklərin rudmentləşmə dərəcəsinə görə iki qrupa bölünür: • 1 -nutantia qrupu, 2-defisientia qrupu.
ARPANIN NÖVMÜXTƏLİFLİYİNİN ƏLAMƏTLƏRİ • Dənin pərdəliliyi – pərdəli, çılpaq, • Sünbülün qılçıqlılığı və qılçıqların quruluşu – qılçıqlı, qılçıqsız, pərli • Qılçıqların dişliliyi – başdan-başa dişli, yaxud aşağı hissəsi hamar, yuxarısı zəif dişli • Sünbülün rəngi – sarı, qara, bozumtul - qara • Sünbülün sıxlığı – sıx, seyrək • Arpada sıxlıq sünbül oxunun 4 sm-də olan üzvcüklərin sayı ilə təyin edilir. Oxun 4 sm-də 7-14 üzvcük olduqda sünbül seyrək, 15-30 üzvcük olduqda sıx hesab edilir.
Arpanın sünbülləri. Soldan: 1- düzgün çoxcərgəli; 2 - düzgün olmayan çoxcərgəli; 3 –ikicərgəli.
Efiopiya mənşəli çoxcərgəli arpa Hordeumvulgare L. Çılpaqdənli arpa Hordeumdistichum L.
Arpanın sünbülcükləri: a – ikicərgəli, b – çoxcərgəli
ARPANIN SORT ƏLAMƏTLƏRİ Sünbülün forması - romb formalı, kvadrat formalı, düzbucaqlı Sünbülün uzunluğu - a) uzun sünbül 9-12 sm; b) orta uzunluqda – 7-9 sm; c) qısa sünbül – 5-6 sm. Sünbülün sıxlığı - a) seyrək sünbüllü, b) orta sıxlıqda sünbüllü, c) sıx sünbüllü Qılçıqların uzunluğu - a) qılçıqları uzun, b) qılçıqları orta uzunluqda, c) qılçıqları qısa Çiçək pulcuğunun qılçığa keçməsi. a) tədricən keçid, b) kəskin keçid, c) enli keçid Dənin əsasının çıxıntısı -tükcüklərlə örtülü, keçə kimi, tüksüz, yaxud qısa tükcüklüdür.
Arpa sünbülünün formaları: 1 – romb; 2 - kvadrat; 3 - düzbucaqlı.
b a Arpa dənləri: a – örtüklü, b – çılpaq dənlər
Çiçək pulcuğunun qılçığa keçməsi. a – kəskin; b – tədricən; v – enli. Dənin əsasının çıxıntısı. sağda uzun tüklü; solda keçə kimi.
PAYIZLIQ ARPANIN AZƏRBAYCANDA RAYONLAŞDIRILMIŞ SORTLARI (2010) • Qarabağ-7 AzETƏİ, 1988 • Rosava Odessa k/t BSİ, 1991 • Seltik Fransa, 1993 • Qarabağ-21 AzETƏİ, 1997 • Cəlilabad - 19 AzETƏİ, 2001 • Qarabağ - 22 AzETƏİ, 2002 • Baharlı AzETƏİ, 2009 • YAZLIQ ARPANIN AZƏRBAYCANDA RAYONLAŞDIRILMIŞ SORTLARI (2010) • Donetsk – 8 Donetsk vilayət döv. k/t təc. stans. 1981