1 / 8

AZ ƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ MÜHƏNDİSLİK FAKÜLTƏSİ ENERGETİKA KADEDRASI

AZ ƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ MÜHƏNDİSLİK FAKÜLTƏSİ ENERGETİKA KADEDRASI. FƏNN: ELEKTRİK STANSİYALARININ ELEKTRİKİ HİSSƏSİ. MÖVZU: YÜKLƏRİN STANSİYALAR ARASINDA QƏNAƏTLİ PAYLANMASI HAQQINDA ANLAYIŞ. Mühazirəçi: Dos. Məmmədov S.Z. Gəncə ~ 20 10. Ə D Ə B İ Y Y A T.

tauret
Download Presentation

AZ ƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ MÜHƏNDİSLİK FAKÜLTƏSİ ENERGETİKA KADEDRASI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİMÜHƏNDİSLİK FAKÜLTƏSİENERGETİKA KADEDRASI FƏNN: ELEKTRİK STANSİYALARININ ELEKTRİKİ HİSSƏSİ MÖVZU: YÜKLƏRİN STANSİYALAR ARASINDA QƏNAƏTLİ PAYLANMASI HAQQINDA ANLAYIŞ Mühazirəçi: Dos. Məmmədov S.Z. Gəncə~2010 Yüklərin stans-lar aras-da qənaətli pay-sı haqqında anlayış

  2. Ə D Ə B İ Y Y A T 1. P.B.Rüstəmzadə. “Elektrik stansiyaları və yarımstansiyalarının elektrik hissəsi”. I hissə. Bakı -1988. 2. Ю.В.Гук, В.В.Кантан, С.С.Петрова. «Проектированиеэлектрической части стaнций и подстанций. Ленинград –Энергоатомиздат, 1985. 3. А.А.Васильев, И.П.Крючков, Е.Ф.Наяшкова, М.Н.Околович. «Электрическая часть станций иподстанций. Москва -Энергоатомиздат, 1990. 4. C.В.Усов, В.В.Кантан и др. Электрическая часть электростанций. Ленинград. «Энергия», 1977. Yüklərin stans-lar aras-da qənaətli pay-sı haqqında anlayış

  3. P L A N : • Yüklərin stansiyalar arasında qənaətlipaylanması haqqında anlayış • Sistemdə ehtiyat güc Yüklərin stans-lar aras-da qənaətli pay-sı haqqında anlayış

  4. Yüklərin stansiyalar arasında qənaətlipaylanması haqqında anlayış Energetiklərin əsas vəzifələrindən biri də energetik sistemlərin ən qənaətli işləmə- sinə nail olmaqdır. Sistemlərin ən qənaətli iş rejiminə nail olmaq: 1) ayrı-ayrı aqreqatların qənaətliliyi- ni yüksəltmək yolu ilə və 2) yükləri paralel işləyən stansiyalar arasında əlverişli şəkil- də bölmək yolu ilə mümkündür. Elektrik enerjisinin istehsal edilib paylaşdırma prosesindəki ən çox itki stansiyanın istilik-texniki avadanlıqlarında olur. Belə ki, müasir kondensasiya stansiyalarının (PЭC) f. i. əmsalları 25-28 % təşkil edir, yəni yanacaq yandırıldıqda alınan istiliyin 70 5-dən çoxu elektrik enerjisi istehsalı zamanı istilik-texniki avadanlıqlarında (qazanlar- da, turbinlərdə) itir. Energetik sistemin işinin qənaətli olmasını təyin edən əsas göstəricilər aşağıdakı- lardan ibarətdir: a) elektrik stansiyasının istehsal etdiyi bir kilovat-saata sərf edilən yanacağın sərfi; b) stansiyanın xüsusi ehtiyaclarına sərf edilən elektrik enerjisi; v) şəbəkələrdəki enerji itkisi. Yüklərin stans-lar aras-da qənaətli pay-sı haqqında anlayış

  5. Aktiv yükün energetik sistemdə paralel işləyən elektrik stansiyaları arasında qənaətli paylanmasını, istehsal edilən kilovat-saata sərf olunmuş xüsusi yanacaq sərfinin aktiv yükün stansiyalar arasında paylanmasını daha düzgün xarakterizə etmək üçün xüsusi ehtiyaca sərf olunan enerji və enerji verilən zaman şəbəkədəki itkiləri nəzərə almaq lazımdır. Yükün paylanmasında qənaətliliklə yanaşı olaraq, müxtəlif növlü yanacaqlardan istifadə etmək, xüsusən aşağı növlü yerli yanacaqla işləyən elektrik stansiyalarından tam istifadə etmək, digər tərəfdən də baha və defisit yanacaqla işləyən stansiyaların yükünün azaldılması sahəsində olan direktiv göstərişləri nəzərə almaq lazımdır. Yükün paylanması zamanı energetik sistemdə tezliyi tənzim etməli olan elektrik stansiyası ayrılmalıdır. Bu stansiya üçün elektrik yükü qrafiki qəti deyil, təxmini verilir. İstilik elektrik stansiyalarından tezliyi tənzim etmək işini, yalnız kondensasiya tipliləri aparır, çünki bunların rejimi istilik elektrik mərkəzlərində olduğu kimi, istilik sərfindən asılı deyildir. Energetik sistemlərin bütün gün ərzində böyük yük dəyişmələri olduqda,tezliyi tənzim etmək işini növbə ilə bir sıra elektrik stansiyaları apara bilərlər. Yüklərin stans-lar aras-da qənaətli pay-sı haqqında anlayış

  6. Sistemdə ehtiyat güc İşlədicilərin arası kəsilmədən bəslənməsi bir çox faktorlardan, 1-ci növbədə stansiyalarda güc ehtiyatından və şəbəkə elementlərindəki güc ehtiyatından asılıdır. Energetik sistemdə aktiv və reaktiv güc ehtiyatına malik olmaq, günün istənilən vaxtında generator, sinxron kompensator, qazan, turbin və s. qəza halında işdən çıxdıqları zaman bütün işlədiciləri lazımi keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün tamamilə zəruridir. Aktiv və reaktiv gec ehtiyatlarının lazım olan minimal qiyməti, verilmiş energetik sistemdə ağır qəza və böyük güc itkiləri ehtimalına görə təyin edilir. Güc ehtiyatı böyük güclü turboaqreqat və ya hidroaqreqatın, eləcə də hamıdan güclü transformatorun qəza halında açılması vaxtı işlədicilərin elektrik enerjisi ilə normal təchizi üçün kifayət etməlidir. Güc ehtiyatının qiyməti gün ərzində sistemin bütün yükünün dəyişməsindən asılı olaraq dəyişə bilər. Artıq güc ehtiyatı saxlamaq, adətən qənaətli deyildir. Buna görə də sistemdəki ehtiyat dispetçer tərəfindən elə tənzim edilməlidir ki, o minimal zəruri qiymətə uyğun olsun. Yüklərin stans-lar aras-da qənaətli pay-sı haqqında anlayış

  7. Güc ehtiyatının hərəkətdə olması bir sıra faktorlardan, 1-ci növbədə avtomatik tənzim qurğusunun işindən, bu olmadıqda isə növbətçi işçilərin fəaliyyətindən asılıdır. Sistemdə reaktiv güc çatışmadıqda avtomatik gərginlik tənzimçisi generatorların təsirlənmə cərəyanını artırır ki, bu da generatorların verdiyi reaktiv gücün artmasına və sistemin daha dayanıqlı işləməsinə səbəb olur. Nəticədə qeyd etmək lazımdır ki, ehtiyat gücün planlaşdırılması və onunla geniş manevr etmək imkanı qəza hallarında və avadanlığın profilaktik təmiri zamanı işlədicilərin enerji təchizatının etibarlılığını daha da artırır. Yüklərin stans-lar aras-da qənaətli pay-sı haqqında anlayış

  8. TƏRTİB ETDİ: ENERGETİKA KAFEDRASININ TEXNİKİ LƏTİFOVA G.O. Yüklərin stans-lar aras-da qənaətli pay-sı haqqında anlayış

More Related