200 likes | 748 Views
AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ 8- ci mühazirə BİOLOGİYA KAFEDRASI MÖVZU: МЕХАНИКИ ВЯ ЮТЦРЦЪЦ TOXUMALAR dos. B.M.ƏLİYEV GƏNCƏ. P L A N 1 .MEXANİKİ TOXUMALAR 2. SKLERENXİM 3.KOLLENXİM 4. SKLEREİDLƏR 5.ÖTÜRÜCÜ TOXUMALAR
E N D
AZƏRBAYCAN RESPUBLİKASIKƏND TƏSƏRRÜFATINAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ 8-ci mühazirə BİOLOGİYA KAFEDRASI MÖVZU: МЕХАНИКИ ВЯ ЮТЦРЦЪЦ TOXUMALAR dos. B.M.ƏLİYEV GƏNCƏ
PLAN 1 .MEXANİKİ TOXUMALAR 2. SKLERENXİM 3.KOLLENXİM 4. SKLEREİDLƏR 5.ÖTÜRÜCÜ TOXUMALAR 6.KSİLEM 7.FLOEM 8.ÖTÜRÜCÜ TOPALAR 9.İFRAZAT TOXUMALARI
ƏDƏBİYYAT • Tutayuq V.X. «Bitki anatomiyası və morfologiyası». Bakı, 1967. • ТутюгB.X. Анатомия и морфология растений. М., 1980 • Hümbətov Z.İ. Bitki anatomiyası və morfologiyası. Gəncə, 2000. • Qasımov M.Ə. Ali bitkilərin morfologiyası və sistematikası. Bakı, 1959. • Qədirov H., Quliyev V.Ş. Ali bitkilərin sistematikası. Bakı, 1984. • Хржановский В.Г. Курс общей ботаники. Т I, П. М., 1976. • Эсау К. Анатомия семенных растений 1 и 2 книга. М., 1980. • Лотова Л.И. Ботаника, морфология и анатомия растений. МГУ, 2007. • Коровкин О.А. Анатомия и морфология растений. Москва, 2008. • WWWBSU. az • WWWtim.acad.RU • WWW ANİ. az
Mexaniki toxumalar - möhkəmlik toxumaları Ali bitki orqanlarının ağırlığı mexaniki toxumaların üzərinə düşür. Mexaniki toxuma bitkini şaquli vəziyyətdə saxlamaqla yanaşı olaraq onu qırılmaqdan və yarılmaqdan da mühafizə edir. Əgər mexaniki toxuma olmasaydı, nəhəng ağaclar şaquli vəziyyətdə dura bilməzdi, taxıllar yatardı, zəif küləyin, qar-yağışın, dolunun və sairənin təsirindən bitkilərin gövdələri sınıb qınlardı, yarpaqlar cırılardı və s. Ayrı-ayrı orqanların quruluşu müxtəlif olduğundan, onlara möhkəmlik verən mexaniki toxumaların da quruluşu müxtəlifdir. Mexaniki toxumlar quruluşlarına görə üç qrupa ayrılır: sklerenxim, kolenxim və sklereidlər (daşlaşmış hüceyrələr). Sklerenxim toxuma - ən çox yayılmış mexaniki toxumalardır. Onlara birləpəlilərdə, ikiləpəlilərdə, otlarda, ağaclarda, gövdədə, yarpaqda, kökdə, bəzi meyvələrdə və hətta nadirən ləçəklərdə rast gəlinir. Sklerenxim toxumarın hüceyrələri xarakter quruluş daşıyır. Onlar çox uzunsov olmaqla, qılaflan kəskin qalınlaşmış olur, divarlarında məsamələr çəpinə yerləşir, təpələri sivri olur. Sklerenxim hüceyrələri biri-digəri ilə bitişmiş olur. Sklerenxim hüceyrələri ayrılıqda qalın qılaf lif adlandırıla bilər. Oduncaqda yerləşən sklerenxim lifləri isə oduncaq lifləri adlanır. Qabıq lifləri bəzən odunlaşır, bəzən odunlaşmır. Odunlaşmayan sklerenxim liflər - yumşaq liflər adlanır. Oduncaq liflərinə traxeid lifləri və libriform daxildir. Onlar qabıq liflərindən hüceyrələrinin nisbətən qısa olması ilə fərqlənir. Yumşaq liflər gövdənin və kökün qabıq hissəsində, yarpaq saplaqlarında və ayalarında daha çox yayılmışdır. Ümumiyyətlə, yumşaq liflərə otlarda, odunlaşmış liflərə isə daha çox ağac və kollarda rast gəlmək olar. Yumşaq liflər çox möhkəm və elastikdir. Onlardan bu xüsusiyyətlərinə görə toxuculuq sənayesində müxtəlif məqsədlər üçün istifadə edilir və bu bitkilərə toxuculuq bitkiləri deyilir. • Kollenxim. Eninə və uzununa böyüyən orqanlarda bitkinin lətli şirəli hissələrində, məsələn, bir çox otların zoğlarında, müxtəlif bitkilərin yarpaq, çiçək və meyvə saplaqlarında, yarpaqların mərkəz damarlarının ətrafında kollenxim adlanan mexaniki toxumaya təsadüf edilir. Kollenxim birinci mexaniki toxumalardandır. O, adətən, dəriciyin altında bir neçə qat hüceyrədən ibarət olur. • Kollenxim otlarda daha çox təsadüf edilir, ağac və kollarda isə, bəzən birikiillik zoğlarda əmələ gəlir, onlar yaşa dolduqca kollenxim qabıq parenximinə qanşıb nəzərdən itir. • Şəraitdən asılı olaraq kollenxim hüceyrələri sklerenxim hüceyrələrinə (qı-laflan odunlaşdıqda) və ya qılaflan nazilərək parenxim hüceyrələrinə çevrilə bilər.
Sklereidlər, daşlaşmış hüceyrələr, dayaq hüceyrələri. Sklereid mexaniki hüceyrə tiplərinin qılaflan çox qalmlaşmış və odunlaşmış olur. Yuxanda tanış olduğumuz mexaniki hüceyrələrdən fərqli olaraq sklereidlər parenxim quruluşlu hüceyrələrdən əmələ gəlir. Sklereid gəlməsinin kökü yunanca «scleros - «bərk» sözündən götürülmüş-dür. Sklereidlərə çevrilən hüceyrələrin qılafının hər yeri bərabər qalmlaşmış olur. Sklereid hüceyrələrin divarlannda çoxlu məsamə vardır. Qılaf qalın olduğundan bu məsamələr kanallara bənzəyir. Məsamələrdən bir çoxu budaqlanır. Əriyin, gavalının, alçanın, badamın və çəyirdək meyvəli başqa bitkilərin toxumalarının odunlaşmış örtüyü (çəyirdəyi) daşlamış toxumadır. Daşlaşmış toxuma çəyirdəkli bitkilərin yetişməmiş meyvələrində canlı möhtəviyyat daşıyır. Dayaq hüceyrələri daşlaşmış hüceyrələrdən fərqli olaraq tək-tək yerləşir və qollu-budaqlı olur. ÖTÜRÜCÜ TOXUMALAR Bitki orqanizmində bir qrup hüceyrələr xarici mühitdən alınmış və suda həll olunmuş mineral duzların məhlulunu və eləcə də bitki tərəfindən hazırlanmış qida maddələrini orqanizmin hər yerinə çatdmrlar. Bu işi ötürücü toxumanın hüceyrələri görür. Ötürücü toxumanın hüceyrələri öz funksiyalarına uyğun olaraq borular şəklindədirlər. Borular sistemi iki qrup toxumadan: 1) ksilemdən, mineral duzlann su məhlulunu ötürən toxuma kompleksindən və 2) floemdən, üzvi qida maddələri ötürən toxuma kompleksindən ibarətdir. Ksilem və ya oduncaq mürəkkəb toxuma kompleksindən ibarətdir. Yunanca ksilem-xylos, odun sözündən götürülmüşdür. Onun tərkibində canlı və cansız müxtəlif tip hüceyrələr toplanmışdır. Oduncağın əsas kütləsini odunlaşmış su borulan və mexaniki liflər təşkil etdiyindən onun əsas kütləsi bərk və odunlaşmış olur. Lijli-borulu topalar. Bitki orqanizmində ötürücü toxumanın elementləri, yəni su borulan, traxeidlər, ələkli borular qarmaqanşıq halda yerləşmir. Onlar mexaniki hüceyrələrlə birləşərək bitkinin kökündən yarpaqlarına qədər davam edən ipşəkilli topalar əmələ gətirir. Müxtəlif topalar floem və ksilemin bir-birinə nisbətən tutduğu vəziyyətə görə aşağıdakı dörd tipə bölünür: 1 .Kollateral və ya biryanlı topa. Bu tip topaların bir yanında floem, digər yanında isə ksilem yerləşir. Əsas etibarı ilə ksilem orqanınn mərkəzinə, floem isə xaricinə doğru yönəlmiş olur. Kollateral topa ən geniş yayılmış topa tipidir. Çılpaqtoxumlularda, bir və ikiləpəli bitkilərin əksəriyyətində bu topa tipinə təsadüf edilir. 2.Bikollateral və ya ikiyanlı topa. Bu tip topalarda floem ksilemin hər iki tərəfındə yerləşir. Bu tipli topalar olduqca az yayılmışdır. Bikollateral topaya qa-baqçiçəklilər fəsiləsinin nümayəndələrindən xiyarda, qarpızda, qabaqda və s.-də təsadüf edilir. 3.Konsentrik topa. Bu tip topalarda floem ksilemi və ya ksilem floemi hərtərəfli əhatə edir. Konsentrik topalara ayıdöşəyilər də və çox nadir hallarda bəzi birləpəli bitkilərdə rast gəlirik. Adi meşə ayıdöşəyində floem ksilemi birləpəli bitkilərdən inciçiçəyində isə ksilem floemi əhatə edir. 4.Radial topa. Bu tip topaya ancaq kökün ilk quruluşunda təsadüf edilir. Radial topalarda floem və ksilem radius üzrə növbə ilə yerləşir. Belə ki, bir topada neçə floem və ksilem ola bilər.
Qeyd olunan təsnifatdan başqa, topada törədici toxumalar olub-olmamasından asılı olaraq bütün topalar açıq və qapalı olmaqla iki qrupa bölünür. Açıq topalar çılpaqtoxumlularda və ikiləpəlilərdə, qapalı topalar isə birlə-pəlilərdə yayılmışdır. Süd boruları. Bəzi bitkilərin gövdələrində, köklərində və digər orqanlarında süd borularına da rast gəlmək olur. Qurluşlarına görə süd borulan müəyyən dərəcədə su borularını, vəzifələrinə görə isə ələkvari və ifrazat yollarını xatırladır. Süd boruları, su borularından və ələkvarı boralardan fərqli olaraq, parenxim hüceyrələr arasında yerləşib bitkinin müxtəlif hissəsini tor kimi sarıyır. Süd boralan nazik qılaflıdır, onlarda çox iri olan vakuol protoplazmanı hü-ceyrənin divarlarına sıxışdırmışdır. Burada vakuol, südə bənzər hüceyrə şirəsi ilə dolu olduğundan, şirə süd şirəsi və ya lateks adlanır. (latm dilində Latex - şirə deməkdir). Kauçuklu bitkilərin əksəriyyəti südləyənlər və mürəkkəbçiçəklilər fəsiləsinə mənsubdur. Südləyənlər fəsiləsinə dünyada ən məşhur kauçuklu bitkilərdən Braziliya və Qviana kauçuk ağaclan daxildir. Çox vaxt sxizogen ifrazat yerliyi təkcə bir ifrazat hüceyrəsindən əmələ gə-lir. Bu hüceyrə əvvəlcə ikiyə, sonra isə dördə bölünür. Həmin hüceyrələr arasında qalan ensiz hüceyrəarası boşluq getdikcə iriləşir və oraya ifrazat maddələri toplanmağa başlayır. Nəticədə, hüceyrələr bir-birindən aralanır və çoxalmalarını davam etdirir. Yeni əmələ gəlmiş hüceyrələr ifrazat yerliyini əhatə edir. Onların əmələ gətirdiyi hüceyrə təbəqəsi tapetum adlandırılır. Bəzi hallarda ifrazatın müəyyən hüceyrə qrupu daxilində toplanması nəti-cəsində həmin hüceyrələr ifrazat maddəsində həll olur və nəticədə ifrazat yerliyi əmələ gəlir. Bu qayda ilə əmələ gəlmiş yerliklər lizigen yerlik adlanır (lizis-cəl-lolma deməkdir). Ifrazat vəziləri və qətran yolları. Ifrazat vəziləri bitkinin müxtəlif orqan-larında əmələ gəlir. Onlar bəzən yarpaqlarda, bəzən də meyvələrdə, gövdədə və bitkinin digər orqanlarında təsadüf edilir. İfrazat vəzilərinə müxtəlif şəkərləri ixrac edən bal vəziləri nektarlıqlar və həşəratyeyən bitkilərin həlledici vəzilərini aid etmək olar.
Шякил 11. Ефирйаьыйерликляри Шякил 12. Схизоэентиплиифразатйерлийининсхеми
Шякил 13. Лизиэенифразатйерлийи (нарынэи)