1 / 7

FƏNN: ƏRZAQ MALLARININ EKSPERT QİYMƏTLƏNDİRİLMƏSİ MÜHAZIRƏNIN MÖVZUSU:

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi İSTEHLAK MALLARININ EKSPERTİZASI, MARKETİNQİ VƏ GİGİYENA KAFEDRASI. FƏNN: ƏRZAQ MALLARININ EKSPERT QİYMƏTLƏNDİRİLMƏSİ MÜHAZIRƏNIN MÖVZUSU:

badru
Download Presentation

FƏNN: ƏRZAQ MALLARININ EKSPERT QİYMƏTLƏNDİRİLMƏSİ MÜHAZIRƏNIN MÖVZUSU:

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi İSTEHLAK MALLARININ EKSPERTİZASI, MARKETİNQİ VƏ GİGİYENA KAFEDRASI FƏNN: ƏRZAQ MALLARININ EKSPERT QİYMƏTLƏNDİRİLMƏSİ MÜHAZIRƏNIN MÖVZUSU: FƏNNİN PREDMETİ MƏZMUNU VƏ VƏZİFƏLƏRİ EKSPERTİZA HAQQINDA ANLAYIŞ VƏ EKSPERTİZANIN NÖVLƏRİ Mühazirəçi: baş müəllim ƏLİYEV OKTAY VƏLİ OĞLU Gəncə-2009

  2. MÜHAZIRƏNIN PLANI • 1.Ekspertiza proseslərinini mahiyyəti • 2.Mal ekspertizasının təsnifatı • 3.Ekspert mütəxəssislərə olan tələblər

  3. Mühazirə mətninə müvafiq ədəbiyyatlar • 1.M.M.Əliyev, O.V.Əliyev- Ərzaq mallarının kəmiyyət və keyfiyyət ekspertizasının aparılmasının ümumi qaydaları. • 2.M.M.Əliyev- Ekspertizanın nəzəri əsasları. • 3.П.А.Красовский, А.И.Ковалев, С.Г.Стрижов –Товар и его экспертиза.

  4. EKSPERTIZA HAQQINDA ƏSAS ANLAYIŞ VƏ EKSPERTİZANIN NÖVLƏRI • Ekspertiza (fransızca espertise, latınca espertus -təcrübəli)-mü­tə­xəs­sis-ekspert tərəfindən elmi, texniki, iqtisadi, ticarət və başqa sahələrdə həlli xüsusi bilik tələb edən, hər hansı bir məsələnin tədqiq və müayinə edilib, həmin məsələyə əsaslan­dırılmış rəy verilməsidir. Ərzaq malları ticarət, texnoloji, gigiye­niki, baytar-sanitar, iqtisadi, rüsum-lisenziya, məhkəmə-hüquq və s. növ ekspertizalara cəlb edilə bilərlər. • Ekspertizanın aparılması mütəxəssis-ekspertlərə həvalə olu­nur. Eks­pert-mütəxəssis, maraqlı tərəflərdən asılı olmayan apa­rıcı və neyt­ral bir şəxs olmalıdır. Ekspertiza aparan zaman eks­pert­lər obyektivlik, səlahiyyətlilik, müstəqillik, işlərə sistemli ya­naş­ma, səmərəlilik, istehlakçılar və ətraf mühit üçün malların təhlükəsizliyi prinsiplərinə əməl etməlidirlər. Ərzaq mallarının eks­pertizası üçün ekspertiza kompaniyalarından, ticarət eksper­tiza laboratoriyalarından, sanitar-epidеmioloji stansiyalarından, dövlət baytarlıq idarələrindən mütəxəssislər cəlb edilə bilər. Bu və ya başqa mütəxəssislərin dəvət edilməsi, həlli tələb olunan məsələlərdən asılı olur.

  5. Istehlak mallarının bazarında rəqabətin meydana çıxması və ümu­miy­yətlə bazar münasibətlərinin yaranması, malların kommersiya obyekti olmaqla daha dərindən müayinə edilməsi zərurəti yaranır. • Buna görə də, hazırki vaxtda mal ekspertizası vacib əhəmiyyət kəsb edir. Mal ekspertizasının məqsədi ekspert tərəfindən malların əsas xüsusiyyətlərinin, o cümlədən, onlarda mal dövriyyəsi zamanı əmələ gələn dəyişikliklərin qiymət­lən­di­ril­məsi və axırıncı nəticə kimi, müstəqil və səlahiyyətli rəylərin veril­mə­sidir. Mal ekspertizasının əsas obyektlərini istehlak malları təşkil edir. • Istehlak malları – istehlakçıya realizə olunan və onun şəxsi məqsədləri üçün istifadə olunan mallara deyilir. Lakin, belə adlandırılma şərtidir, çünki eyni mal müxtəlif istehlakçılarda eyni məqsəd üçün istifadə oluna bilər. Məsələn: şəkər ev və sənaye konservləşdirilməsində istifadə edil­diyi üçün müxtəlif siniflərə ayırd edilir. Buna görə də istehlak malları ekspertizasının bir çox aspektləri sənaye təyinatlı mallar üçün də xarakterikdir. Bu da «Mal ekspertizası» termininin istifadə sahəsini genişləndirir (şəkil 1).

  6. Ekspertiza aparılan zaman malların ən əsas hesab edilən xüsusiyyətləri: müxtəlifliyi, keyfiyyəti, kəmiyyəti. Dəyəri isə bütövlükdə və ya onların bir hissəsi кiмi qiymətləndirilməlidir. • Ekspert qiyməti-istehlak mallarının bir və ya bir neçə xüsu­siy­yət­lərinin yoxlanılıb, bu xüsusiyyətlərin həqiqi qiymətinin aydın­laş­dırılması, onların əmtəə məlumatlarına və təyin olunmuş tələblərinə uyğunluğunu təyin edən əməliyyatların aparılmasından alınan nəticələrdir. Əmtəə məlumatları dedikdə markalanmadakı, mal müşaiyyətedici sənədlərdəki və ya başqa məlumat mənbə­lərindəki normativ-texniki sənədlər, sorğu ədəbiyyatları və s. məlumatlar nəzərdə tutulur. Mal nomenklaturaları tələbindən asılı olaraq əmtəə ekspertizası bir neçə yarımqruplara bölünür. • Mal ekspertizası mallara tələb nomenklaturasından asılı olaraq təsnif olunur. Mal ekspertizasını vacib və mütləq növlərindən biri əmtəəşunaslıq ekspertizasıdır.

  7. Şəkil 1. Mal ekspertizasinin cxemi

More Related