190 likes | 563 Views
Azərbaycan Dövlət Aqrar Universiteti Zoobaytarlıq və əmtəəşunaslıq fakültəsi İ stehlak m allar ın ekspertizası, marketinq və gigiyena kafedrası. Fənn: Zoogigiyena M övzü: Atçılıqda sanitar-gigiyenik tələblər Mühazirəçi: Dos. Məmmədova O.M. Gəncə - 2009. Plan
E N D
Azərbaycan Dövlət Aqrar UniversitetiZoobaytarlıq və əmtəəşunaslıq fakültəsiİstehlak malların ekspertizası, marketinq və gigiyena kafedrası Fənn: Zoogigiyena Mövzü: Atçılıqda sanitar-gigiyenik tələblər Mühazirəçi: Dos. Məmmədova O.M. Gəncə - 2009
Plan 1.Atların saxlanılma sistemləri 2.Atların tövlə və ilxı şəraitində saxlanılma gigiyenası 3.Atların yayda otlaqlarda saxlanılması 4.Atların saxlanma və yemləməsinə goyulan sanitar- gigiyenik tələblər 5.Atların suvarılmasının xüsusiyyətləri 6.Boğaz və daycalı madyanların gigiyenası 7.Madyanların sağım gigiyenası 8.Südəmər daycaların saxlanılma və yemləmə gigiyenası 9.Atların qulluq gigiyenası Atçılıqda sanitar-gigiyenik tələblər
Ədəbiyyat siyahısı 1. Ə.A.Əsgərov, O.M.Məmmədova. K/t heyvanlarının xüsusi gigiyenası, Gəncə - 2007. 2. Ə.A.Əsgərov, O.M.Məmmədova. K/t heyvanlarının ümumi gigiyenası, Gəncə - 2009. 3.А.Ф.Кузнецов. Гигиена содержания животных, Москва – 2003. Atçılıqda sanitar-gigiyenik tələblər
Atların saxlanılma sistemi Atların saxlanması üçün əsas tövlə və ilxı sistemi tətbiq edilir. Atlar tövlədə fərdi, yaxud qrup halında saxlanır. Tövlə sistemində tövlələrdə iş atları, törədici ayqırlar, balaları ilə damazlıq və iş madyanları, təlim və miniki istiqamətli cavanlar burdaqlarda, başqa bütün qrup və istiqamətdə olan cavanlar bölmələrdə qrupla saxlanılır. İlxı sistemində saxlanan atlar mədəni və yaxşılaşdırmış ilxılara bölünür. Mədəni ilxı sistemində atlar ilin çox hissəsini otlaqda otlayır. İlxıda olan atlar yaş və cinsinə görə qruplara bölünməlidir. Yəni cavan və yaşlı madyanlar, ayqırlar, yaşlarına görə (birillik, ikiillik və s.) qruplara ayrılır. Ilin soyuq vaxtlarında atlar binaya köçürülür. Yaşlı atlar və təlim keçən cavan atlar tövlədə bölmələrdə, balası olan madyanlar və təlimdə olmayan cavanlar və s. sadə baza-çardaq tipli tövlələrdə saxlanır. Bu sistemdə saxlama üsulu damazlıq və əmtəə fermalarında tətbiq olunur. Atçılıq fermalarında atların tərkibindən və onların saxlama sistemindən asılı olaraq texnoloji layihələşdirmə normalarına (TLN-KT 9-66) uyğun gəlməlidir. Atçılıqda sanitar-gigiyenik tələblər
Atların tövlə və ilxı şəraitində saxlanma gigiyenası Tövlələr və onların daxili avadanlığı texnoloji layihələşdirmə normalarına (TLN-KT 9-66) uyğun gəlməlidir. Sadə tipli tövlələr, yaşlı atlar və cavanların qrup halında (25 başa qədər) saxlanılması üçün bölmələrdən və fərdi saxlanması üçün bölmələr də denniklərdən ibarətdir. Təlim keçilən cavan atlar saxlanan tövlələrdə yem və peyin çıxarılan yol tərəfdən bölmələr düzəldilir: və onların sayı nəzərdə tutulmur. Belə binaların orta hissəsində qoşmaq, yəhərləmək və heyvanların gəzintisi üçün manej nəzərdə tutulmur. Cavan atlar saxlanan tövlələr şöbələrə bölünür. Hər bölmənin ayrıca qapısı olur. Bölmədə cavan atlar qrup ilə saxlanır. Bölmədə ayqırlar üçün 400-600 m², hər bir cavan damazlıq atlara 20 m², əmtəəəlik fermada hər bir ata 12 m², yaşlı damazlıq və cavan atlara isə 20 m², sahə ayrılır. At tövlələrinin hündürlüyü aşağıda göstərilən qədər olur: damazlıq fermanın tövlələrində 3 m, əmtəəlik fermada 2,4-2,7 m(3 m-ə qədər), manejdə 4,5 m, atların qrup halında dəyişdirilməyən döşənək üzərində saxlandığı tövlələrdə 3,3 m-ə qədər. Tövlədə atlar qrupla bölmələrdə saxlanır. Hər bölmədə yaş yarıma qədər 20 baş, yaşlılar isə 10 baş yerləşdirilir, hər ata sahə norması belədir: yaş yarıma qədər 5,5-6,0 m², 1,2-2,5 yaşa qədər 6,5-7 m², yaşlılara isə 7-8 m². Atçılıqda sanitar-gigiyenik tələblər
Tək əyrisiz qoşqu ləvazimat Əyrili qoşqu ləvazimatı Minik atların qoşqu ləvazimatı Zabit əhəri Axur Atçılıqda sanitar-gigiyenik tələblər
40 başlıq işçi at töləsinin ümumi görünüşü və planı Atçılıqda sanitar-gigiyenik tələblər
Atlar üçün axurların ölçüləri və hər başa düşən üzunluğu Atçılıqda sanitar-gigiyenik tələblər
Atların ifraz etdikləri istiliyin, CO2-nın və su buxarlarının miqdarı Atçılıqda sanitar-gigiyenik tələblər
Atlar üçün binada mikroiqlim göstəriciləri Kənd təsərrüfatı heyvanlarında cinsiyyət yetişkənliyi, boğazlıq müddəti və cütləşmə buraxılma vaxtı Atçılıqda sanitar-gigiyenik tələblər
Atlar üçün sahə normaları Atçılıqda sanitar-gigiyenik tələblər
Atların saxlanma və yemləməsinə qoyulan sanitar-gigiyenik tələbləri Atların sağlamlığını, yüksək damazlıq və iş keyfiyyətini saxlamaq üçün gigiyena qaydalarına: normal yemləməyə, saxlanmağa, qulluğa əməl olunmalıdır. Hər yem vahidinin tərkibinə ayğırlar üçün 130 q protein, 6 q kalsium, 5 q fosfor, 30-35 mq karotin daxildir. Madyanlar üçün isə hər yem vahidinin tərkibinə 100-105 q həzm olan pritein, 6,5-7,5 q kalsium, 4,5 q fosfor, 20-22 mq karotin daxildir. Atlarda mədə-bağırsaq sisteminin anatomik quruluşunu nəzərə alaraq onlara yem tədricən verilməli və yem payına konsentrat yemlər nisbətən çox qatılmalıdır. Şirəli yemlərdən qarğıdalı silosu, yekökü, və şəkər çuğunduru atlar üçün çox faydalıdır. Atları botulizm xəstəliyindən qorumaq üçün onlara mədəni bitkilərdən (günəbaxan, qarğıdalı və s.) təmiz silos verilməlidir. Silosa meyvəköklərdə qatılmalıdır. Atlar üçün qüvvəli yemlərdən vələmir, arpa, qarğıdalı, kəpək və jımıx verilir. Yayda iş atlarının yemlənməsi üçün aşağıdakı qədər vaxt ayrılmalıdır: günün birinci yarısında yemləməyə 1-1,5 saat, günorta yemlənməsinə 2,5-3,0 saat, günün ikinci yarısı yemlənməsinə isə 1-1,5 saat. Bundan başqa, gecə yemlənməsinə də vaxt ayrılır. Atçılıqda sanitar-gigiyenik tələblər
Atların suvarılmasının xüsusiyyətli Qış fəslində atlar gündə 3 dəfə, yay fəslində və iş zamanı 4-6 dəfə suvarılmalıdır. Atlara yemləməyə qədər bir dəfə, yemlənmədən sonra iki dəfə su vermək lazımdır. Iş qurtardıqdan sonra gözləmək lazımdır ki, atın təri soyusun, nəbzi və tənəffüsü normaya düşsün. Işdən bir saat sonra 0,5 vedrə su verilir, 1,5 saat sonra isə azad suvarma aparılır. Əgər at iş zamanı suvarılırsa, onda suvarmadan sonra işi davam etdirmək lazımdır. Yaxşı olar ki, iş qurtarmağa 30-40 dəqiqə at suvarılsın. Axşam işdən və yemlərdən sonra atları sərbəst suvarmaq lazımdır. Onları dənli yemlər (arpa, vələmir, noxud, darı və s.) verməzdən 40-50 dəqiqə əvvəl və dənli yem verdikdən 2 saat sonra suvarmaq məsləhətdir. Atları yoluxucu xəstəliklərdən qorumaq üçün onları, yol gedərkən ancaq xüsusi vedrədə suvarmaq lazımdır. Boğaz və dayçalı madyanların gigiyenası Madyanların doğumu, adətən erkən yaz dövründə (mart, aprel aylarında) olur: tövlə qızdırılmalı, ikitərəfli hava axının qarşısı alınmalı, temperatur normal səviyyədə (6-10ºC) saxlanılmalı, döşəməyə isti, quru və təmiz döşənək səpilməli, habelə madyanın axır hissəsi, qıçlarının arası və quyruğu ilıq zəif dezinfeksiyaedici məhlulla yuyulmalıdır. Normal doğum 30-40 dəqiqəyə qurtarır. Dayça doğulduqdan 0,5-1 saat sonra ağız südü almalıdır. Iki aylığa qədər dayça hər 1,5-2 saatdan bir əmizdirilir, sonra isə tədricən gündə 4-5 dəfə əmizdirilməyə keçirilir. Atçılıqda sanitar-gigiyenik tələblər
Dayçanın 15-ci günündən etibarən çöldə uzun müddət ayaq üstə durmağa və uzaq yol getməyə öyrətmək lazımdır. Dayçalar gündə 4 dəfə yemləndirilməlidir. Yem payına yaxşı quru ot, qarğıdalı silosu, vələmir, kəpək, yerkökü, xörək duzu qatılmalıdır. Yazda istilər düşdükdə birillik dayçalar otağa keçirilir. Dayşalı madyanlara yaxşı otlaq sahəsi ayrılır. Otlaqlarda az ot olduqda dayçalara əlavə qüvvəli yemlər verilməlidir. Hər dayçaya gündə 400 q qüvvəli yem verilir, sonralar tədricən yemin miqdarı artırılaraq 1-2 kq, damazlıq dayçalar üçün isə 3-4 kq-a çatdırılır. Dayçaların yazda süddən ayrılması əlverişlidir, çünki onlar anaları ilə birlikdə otlaqlara gedib, özlərinə asanlıqla yem tapa bilir. Madyanların sağım gigiyenası Madyanlar ən çox süd 7-12, bəzi hallarda isə 15 yaşında verir. Madyanların çox süd verməsinə və qımızın keyfiyyətinin yaxşı olmasına yemləmə və saxlama şəraitinin böyük təsiri vardır. Otlaqda madyanlar bütün günü otarılır. Bundan başqa, 1 baş madyana gündə 2-3 kq qüvvəli yem verilir. Onların balasını yalamaq üçün daş duz qoyulmalı, gündə 3-4 dəfə suvarılmalıdır. Normal yemləmə və saxlama şəraitində bir madyandan 600-1000 kq, çox süd verən madyanlardan isə 3000 kq-a qədər süd almaq olur. Bir gündə hər madyandan orta hesabla 10-24 1itr süd sağmaq mümkündür. Bu qədər südün 50-70%-i dayça əmir, qalanı isə sağılır. Madyanı sağmaq üçün əvvəlcə 2,5 saat dayçanı ondan ayırmaq lazımdır. Sonra tədricən ayırmaq vaxtı artırılaraq 14-18 saata çatdırılır. Madyanlar doğumdan 30-40 gün sonra sağılır. Atçılıqda sanitar-gigiyenik tələblər
Atların qulluq gigiyenası Atın iş qabiliyyəti onun diri çəkisindən, yaşından, köklük dərəcəsindən, sağlamlığından, təlim verilməsindən, düzgün qoşqu və qoşma qaydalarından, iş rejimindən və s. asılıdır.Tez inkişaf edən atların iş qabiliyyəti 3,5-4 yaşında, gec inkişaf edən atlarda isə 4-5 yaşda başa çatır. Atlar gündə 3 dəfə- səhər, günorta və axşam yemlənməlidirlər. Səhər və axşam yemlənməsinə 1-1,5, günorta yemlənməsinə isə 3-3,5 saat vaxt verilməlidir. Ata işdən 30 dəqiqə sonra az, 1,5 saat isə doyunca su içirilməlidir. İşdən sonra at suyu tədricən içməlidir. İş zamanı at tərlədikdə tərlə xeyli miqdarda (100 qrama qədər) duz ifraz oluunur, buna görə də gərgin işləyəndə ata hər gün 25-40 qr xörək duzu verilməlidir. Atlar üçün iş müddəti 10-12 saatdır, bunun 8-9 saatı faydalı işə sərf olunur. Yol gedən atlara hər 2- km-dən bir 2 saat istirahət verilməlidir. İşdən sonra atların sağlamlığı yoxlanmalıdır. Hər bir təsərrüfatda at tövləsində qeyd kitabı olmalıdır.Mehtər həmin kitaba hər gün atın işlədiyi işin adını,onun istirahət vaxtını, xəstələnməsini və s. qeyd etməlidir. Atçılıqda sanitar-gigiyenik tələblər