30 likes | 329 Views
Az ərbaycan Dövlət Neft Akademiyası. Qaz Neft Mədən Fakultəsi Hidravlika kafedrası Neftli torpağı və neftşlamı neftdən təmizləyən qurğu (ixtira). Qurğunun iş prinsipi və texniki xarakteristikası
E N D
Azərbaycan Dövlət Neft Akademiyası Qaz Neft Mədən FakultəsiHidravlika kafedrasıNeftli torpağı və neftşlamı neftdən təmizləyən qurğu (ixtira).
Qurğunun iş prinsipi və texniki xarakteristikası Qurğunun tətbiqində məqsəd neftlə çirklənmiş torpaqları və neft şlamını təmizləmək, torpağı bərpa etməkdir. Qurğunun iş prinsipi təzyiqlə isti su vasitəsilə və səthi aktiv maddə (alkan) əlavə etməklə neftli torpağınyuyulmasına əsaslanmışdır. Qurğunun texniki xarakteristikası 1. Tələb olunan sahə 0,2 ha 2. Məhsuldarlığı, tənzimlənən 20-30 m3/saat 3. Enerji sərfi 90–110 kVt/saat 4. İsti suyun temperaturu 80–95C 5. Təmizlənmiş torpaqda neftinqalıq miqdarı maksimum 0,8-1,0 % 6. İşçi maye suyun həcmi 70 m3 7. Təmizlənməyə daxil olan çirkli torpaqda neftlə çirklənmənin miqdarı hədd qoyulmur 8. İstifadə olunan səthi aktiv maddə (alkan) sərfi 50÷60 q/m3 9. İsti hava sərfi 5÷7 m3/dəq 10. Qurğunun ölçüləri: I blok 12,0x2,5x3,0 (m) II blok 6,0x2,5x2,0 (m) Qurğu iki nəql edilə bilən blokdan ibarət olub, neftlə çirklənmiş sahəyə nəqliyyat vasitəsi ilə gətirilir.
Təmizlənmə prosesi Neftlə çirklənmiş torpaq və şlam sahədən qurğunun yanına daşınır. Titrəyən qəbul bunkerinə çirklənmiş torpağın yüklənməsi ekskovator vasitəsilə yerinə yetirilir. Xüsusi hallarda qurğu şlam anbarının yanında olarsa o zaman şlamın titrəyən qəbul bunkerinə verilməsi şnek və ya nasos vasitəsilə həyata keçirilir. Titrəyən qəbul bunkerində 200 mm-dən böyük hissələr kənarlaşdırılır, neftli torpaq və yaxud şlam lentli konveyer vasitəsilə təmizləmə sisteminə verilir. Təmizləmə sistemi zəncirli-torlu konveyerdən, isti su ilə yuma kamerasından və isti hava ilə quruducu kameradan ibarətdir. Zəncirli konveyerin üstünə yüksək təzyiqlə xüsusi en kəsiyə malik lüləklər vasitəsilə temperaturu 80-95 dərəcə olan isti su vurulur. Yuma prosesi neftli torpağı aparan torun üzərində yerinə yetirilir. Kiçik mexaniki hissəciklər (torpaq-qum), su və neft rəfli çökdürücüyə daxil olur. Çökdürücüdə su, neft və mexaniki hissəciklər bir-birindən ayrılır. Neft və su çökdürücünün yuxarı hissəsində yerləşən, hündürlüyü tənzimlənən kameraya daxil olur və ayrılıqda nəql edilir. Suyun üst qatında olan neft təhvil verilmək üçün xüsusi çənlərə yığılır. Orta hissədə olan nisbətən isti su isə yenidən dövriyyəyə qaytarılır. Çökdürücünün aşağı hissəsinə yığılan torpaq yarımaçıq şnek vasitəsilə qum bunkerinə verilir. Qum bunkerindən isə şnek vasitəsilə maşına yüklənir və yaxud çökdürücüdən şnek vasitəsi ilə çıxan qumun hidrotsiklon vasitəsi ilə ayrılması nəzərdə tutulmuşdur. Texnoloji sxemada isti havanın qızdırılması sənaye feni və yaxud qazanxanadan atmosferə çıxan isti havanın sistemə qaytarılması vasitəsilə yerinə yetirilir.. Aşağıda qurğuya neftli torpağın və neft şlamının yüklənmə növləri göstərilmişdir.