1 / 16

Fənn: Zoogigiyena M övzü: Quşçuluqda sanitar-gigiyenik tələblər Mühazirəçi: Dos. Məmmədova O.M.

Azərbaycan Dövlət Aqrar Universiteti Zoobaytarlıq və əmtəəşunaslıq fakültəsi İ stehlak m allar ın ekspertizası, marketinq və gigiyena kafedrası. Fənn: Zoogigiyena M övzü: Quşçuluqda sanitar-gigiyenik tələblər Mühazirəçi: Dos. Məmmədova O.M. Gəncə - 2009. Plan

dana-king
Download Presentation

Fənn: Zoogigiyena M övzü: Quşçuluqda sanitar-gigiyenik tələblər Mühazirəçi: Dos. Məmmədova O.M.

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Azərbaycan Dövlət Aqrar UniversitetiZoobaytarlıq və əmtəəşunaslıq fakültəsiİstehlak malların ekspertizası, marketinq və gigiyena kafedrası Fənn: Zoogigiyena Mövzü: Quşçuluqda sanitar-gigiyenik tələblər Mühazirəçi: Dos. Məmmədova O.M. Gəncə - 2009

  2. Plan 1.K/t quşlarının saxlanma sistemləri və onların zoogigiyeniki cəhətdən qiymətləndirilməsi 2.Quşların qəfəsli sistemdə saxlanma gigiyenası 3. Quş binalarında mikroiqlim nizamlanması 4. Quşlar üçün gəzintiyə, su təchizatına qoyulan gigiyeniki tələblər 5. Quş damlarında bakterisid təsirili UF şualarımdan istifadə 6. Inkubasiya gigiyenası, inkubasiya üçün yumurtaların seçilməsinə qoyulan sanitar-gigiyeniki tələblər 7. Döşəmə üzərində və qəfəslərdə bəslənən cavan quşların gigiyenası 8. Quşlara qulluq gigiyenası Quşçuluqda sanitar-gigiyeniki tələblər

  3. Ədəbiyyat siyahısı 1. Ə.A.Əsgərov, O.M.Məmmədova. K/t heyvanlarının ümumi gigiyenası, Gəncə - 2009. 2. Ə.A.Əsgərov, O.M.Məmmədova. K/t heyvanlarının xüsusi gigiyenası, Gəncə - 2007. 3. Н.В.Пигарев. Выращивание птиц при клеточном содержании, Москва, «Колос», 1980 4.А.Ф. Кузнецов. Гигиена содержания животных. Санкт-Петербург-Москва-Краснодар, 2003. 5. М.Н.Богданов. Учебная книга птичницы. 6. М.В.Орлов. Инкубация, Москва – 1970 7. Повышение качества пищевых яиц, Н/Т. ВАСХНИЛ. Москва, «Колос», 1976 Quşçuluqda sanitar-gigiyeniki tələblər

  4. K/t quşlarının saxlanma sistemləri və onların zoogigiyeniki cəhətdən qiymətləndirilməsi Quşlar heyvandarlığın ən tez yetişən sahəsi olub, qiymətli ət. Yumurta, tük və lələk verir. Quşlar əsas sərbəst gəzinti( ekstensiv) və gəzintisiz (intensiv) sistemlərdə saxlanır. Quşçuluq müəssisələri üçün Ümumittifaq texnoloji lahiyyələşdirmə normaları hazırlanır. Hazırda ÜTLN-4-79 norma əsas götürülür.Quşlar damazlıq və sənaye istiqamətində bəslənir. Quşların sanitar-gigiyeniki məsələlərinə aşağıdakılar aiddir: yumurtaların inkubasiya gigiyenası, cücələrin bəslənmə gigiyenası, cavan və yaşlı ətlik və yumurtalıq quşların gigiyenası, kökəldilən quşların gigiyenası. Quşların qəfəsli sistemdə saxlanma gigiyenası Quşların qəfəsli və ya gəzintisiz sistemində quşlara xıdmət işi asan (yemləmə, suvarma, təmizlənmə və s.) və vahid sahədə daha çox quş yetişdirməm mümkündür. Lakin xəstəliklərin baş vermə təhlükəsi çox,ətin və yumurtanın keyfiyyəti isə aşağı olur.Qəfəsli sistemdə quşlar qida maddələri ilə zəngin bütün yemlərlə təmin edilməlidir. Quşçuluqda sanitar-gigiyeniki tələblər

  5. Quşların qəfəsli sistemdə saxlanılması geniş tətbiq edilir. Qəfəsli sistemin üstün cəhətləri ondan ibarətdir ki, vahid sahədə çox quş yetişdirmək olur, işlər mexanikləşdirilir. Quşlar qəfəsli sistemdə saxlandıqda qəfəsdə havanın temperaturu 16ºC, nisbi nəmlik isə 60-70 % olmalıdır. Belə ki, hava mübadiləsi 1 kq diri çəkiyə 1 m³-dan az olmamalıdır. Binanın qızdırılması mərkəzləşdirilmiş qızdırıcı ilə yerinə yetirilir. Binada havanın temperaturu və nəmliyi yüksək olduqda quşların yem yemələri azalır. Ona görə də qəfəslər yayda talvar altında bir-birinin yanında qoyulmalıdır. Quş binalarında mikroiqlim nizamlanması Quş binalarənda ventilyasiya məcburi sistemlə və sorucu boruların qoyulması ilə həyata keçirilir. Bundan başqa pəncərələrdən də istifadə edilir. Quşlar üçün gəzintiyə, su təchizatına qoyulan gigiyeniki tələblər Gəzinti sahəsi quşlar saxlanan binanın qarçısında olmalı və sahəsi binanın sahəsinin 50 %-ni təşkil etməlidir. Gəzinti sahəsinin döşəməsi taxta və ya gil-çınqıl qarışığından düzəldilməlidir. Binanın hündürlüyü 1,80 m olmalıdır. Quşların gəzintiyə çıxması üçün xarici divarlarda döşəmələrdən bir qədər hündür (3-5 sm) gözcüklər qoyulmalıdır. Cavan quşlar üçün gözcüklərin ölçüsü 30x30 sm, hind toyuqları və qazlardan ötrü 40x50 sm olmalıdır. Quşçuluqda sanitar-gigiyeniki tələblər

  6. Quş binasında mikroiqlim parametrləri Quşçuluqda sanitar-gigiyeniki tələblər

  7. Enli qabaritli binalarda hər şöbənin iki tərəfində də gözcük qoyulur. Açıq gəzinti sahəsində quşlar sərbəst gəzir. Quş damlarında bakterisid təsirili UF şualarımdan istifadə Quşlara ƏUB-15, ƏUB-30(uviol) və ya PRK-2 (civə-kvars) lampalarının köməyi ilə ultrabənövşəyi işıq şualarının verilməsi onların sağlamlığına şox yaxşı təsir göstərir. Hər 10 m² sahədə döşəmədən 2 m hündürlükdə bir lampa asılır. Lampa hər gün və ya günaşırı 6-8 saat yandırılır. Cıvə-kvars lampaları isə döşəmədən 1,8 m hündürlükdə asılır və hər gün quşların yemlənməsi zamanı 10-15 dəqiqə yandırılır. Qışda və payızda quşlara hər gün gəzinti verilməlidir. Inkubasiya gigiyenası, inkubasiya üçün yumurtaların seçilməsinə qoyulan sanitar-gigiyeniki tələblər İnkubator adlanan maşınların yumurtadan süni yolla cücə çıxarılmasına yumurtaların inkubasiyası deyilir. Hazırda “Universal-45”, “Universal-50”, “Universal-55” inkubatorlar buraxılır. Inkubator şkaf tipində qurulur, 45-55 min yumurta tutur. Inkubatorun içində metaldan ibarət yumurta süyürmələri olur ki, burada yumurtalar qoyulur. Hər süyürmə 142 toyuq, 106 ördək yumurtası tutur. Süyürmələr hər 2 saatdan bir avtomatik olaraq 90º çevrilir. Quşçuluqda sanitar-gigiyeniki tələblər

  8. Çıxarıcı lotoklar • I kateqoriya – yaxşı inkişaf etmiş rüşeyim • II kateqoriya – bir qədər lənq inkişaf • III kateqoriya – inkişafdan çox qeri qalmış Quşçuluqda sanitar-gigiyeniki tələblər

  9. Yumurtanın sortlaşdırılma sexi Toyuqların kəsim sexi Quşçuluqda sanitar-gigiyeniki tələblər

  10. Yumurtaları inkubatora qoymazdan əvvəl, onların cücə çıxarmaq üçün yararlı olub-olmamasını yoxlamaq lazımdır. Inkubasiya üçün ancaq təzə, mayalanmış və təmiz yumurtalar seçilməlidir. Bəzən inkubatora qoyulan yumurtaların içərisində xeyli miqdarda inkubasiya üçün yaramayan yumurtalar olur ki, bunlar inkubatorun səmərəli istifadə olunmasına, yumurtanın xarab olmasına və alınan cücənin baha başa gəlməsinə səbəb olur. Belə yumurtalar yeyinti üçündə yararsız sayılır, çünki inkubasiya dövründə yumurta yararsız hala düşür. Yumurtaları inkubasiya üçün seçdikdə, onların bir sıra xarici və daxili nişanələri, habelə cücə çıxarma faizi nəzərə alınmalıdır. Yumurtaları xarici nişanələrinə görə seçdikdə onların qırıq, çat olub-olmamasına, formasının düzgün, böyüklüyünün və çəkisinin normal olmasına, habelə ikisarılı, qanlı və çox nazik qabıqlı olmasına fikir vermək lazımdır. Yumurtanın inkubasiya keyfiyyətinə onların yığılması, saxlanması və göndərilməsi təsir göstərir. Yumurtalar qışda hər 2-3 saatdan gec olmayaraq, yaz və yay fəsilərində daha tez yığılmalıdır. Yumurtalar təmiz, quru və iysiz samanla standart yeşiklərin içərisinə yığılıb qəbul məntəqələrinə göndərilməlidir. Belə standart yeşiklərə 10 cərgə yumurta yığılır. Hər cərgədə 36 yeşik yerləşir və bir yeşik beləliklə 360 yumurta tutur. Yeşiyin uzunluğu 60 sm, eni 30,5 sm, hündürlüyü isə 33,5 sm olur. Quşçuluqda sanitar-gigiyeniki tələblər

  11. Döşəmə üzərində və qəfəslərdə bəslənən cavan quşların gigiyenası Cavan quşlar qalın döşənək üzərində, qəfəsli batareyalarda və qarışıq üsul ilə bəslənir. Hazırda böyük qruplarda (10-20 min baş) dəyişdirilməyən qalın döşəmə üzərində bəsləmə daha geniş yayılmışdır. 1 m² sahədə 56-63 günlüyə qədər cücələrdə 14-15 baş yerləşdirilir. Ətlik cücələr xüsusi eni qabaritli binalarda (Bruder-20) bəslənir. Hər Bruderin altında 500 baş cücə bəslənir. Enli qabaritli quş binalarında havanın mikroiqlimi KD-kondensioneri və KFS-8 koloriferi ilə nizamlanır. Ətlik cücələr üçün KBB-3, SKB-36, KBM-2, BQO-140 və s. tipli qəfəsli batareyalar var. Qəfəslərdə cavan quşlar və toyuqlar üçün m² sahədə aşağıdaki sayda yerləşdirmək olar: 1-30 günlükdə - 22 baş, 31-50 günlükdə - 11 baş, 61-140 günlükdə - 8 baş daha yaşlılarda isə - 6 baş. Qəfsdə elektrik istiləşdirici qurğu, su təchizatı, yem qabları, nəcisi təmizləmək üçün siyirtmələr və s. vardır. Qəfəslərin döşəməsinin məsaməsinin ölçüsü 30 günlüyə qədər cücələr üçün 12x12 mm, 31-60 günlükdə isə 20x20 mm, 61 günlükdən yuxarı 25x25 mm olur. Cücələr bəslənilən sex inkubatoriya ilə yanaşı olmalıdır. Yumurtlayan toyuqları fərdi və qrup ilə saxlamaq üçün dörd mərtəbəli KBN-1, bir mərtəbəli KBN kimi qəfəsli batareyalardan geniş istifadə edilir. Quşçuluqda sanitar-gigiyeniki tələblər

  12. Bruderin quruluşu Qalın döşənək üzərində cücələrin bəslənməsi Quşçuluqda sanitar-gigiyeniki tələblər

  13. Yumurta yığımı Anaş toyuqlar üçün qəfəslər Quşçuluqda sanitar-gigiyeniki tələblər

  14. Quşlara qulluq gigiyenası Quşların saxlanması və onlara qulluq işi quş fabriklərinin və fermaların həcmi ilə əlaqədardır. Quşların saxlanılmasında sahə, həcm və mikroiqlim normaları gözlənilməlidir. Quşlarda saxlanma sistemlərindən asılı olmaraq yumurta ilə yayılan yoluxucu xəstəliklərin (vərəm, pullaroz, paratif) qarşısını almaq, habelə onları parazitar xəstəliklərdən, bəzi parazitlərdən qoruma üçün ciddi baytarlıq nəzarəti olmalıdır. Quş sürüsü təşkil edilərkən bütün yaşlı quşlar üzərində baytarlıq-sanitariya tədbirləri aparılmalıdır. Sürü sağlam və yaxşı inkişaf etmiş quşlardan təşkil edilməlidir. Maddələr mübadiləsini nizamlamaq, xəstəliklərə qarşı ümumi profilaktika, yemə qənayət, binaları təmir etmək və s. məqsədlər üçün quşların səyyar gəzintili sistemindən də istifadə etmək mümkündür. Quşçuluqda sanitar-gigiyeniki tələblər

  15. Quşlar üçün sahə normaları Quşçuluqda sanitar-gigiyeniki tələblər

  16. Quşçuluq fermalarının və fabriklərin həcmi Quşçuluqda sanitar-gigiyeniki tələblər

More Related