1 / 10

AZ ƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ MÜHƏNDİSLİK FAKÜLTƏSİ ENERGETİKA KADEDRASI

AZ ƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ MÜHƏNDİSLİK FAKÜLTƏSİ ENERGETİKA KADEDRASI. FƏNN: ELEKTRİK STANSİYALARININ ELEKTRİKİ HİSSƏSİ. MÖVZU: Elektrik stansiyalarının tipləri və xarakteristikaları. Mühazirəçi: Dos. Məmmədov S.Z. . Gəncə ~ 20 10. Ə D Ə B İ Y Y A T.

corby
Download Presentation

AZ ƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ MÜHƏNDİSLİK FAKÜLTƏSİ ENERGETİKA KADEDRASI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİMÜHƏNDİSLİK FAKÜLTƏSİENERGETİKA KADEDRASI FƏNN: ELEKTRİK STANSİYALARININ ELEKTRİKİ HİSSƏSİ MÖVZU: Elektrik stansiyalarının tipləri və xarakteristikaları Mühazirəçi: Dos. Məmmədov S.Z. Gəncə~2010 Elektrik stansiyalarının tipləri və xarakteristikaları

  2. Ə D Ə B İ Y Y A T 1. P.B.Rüstəmzadə. “Elektrik stansiyaları və yarımstansiyalarının elektrik hissəsi”. I hissə. Bakı -1988. 2. Ю.В.Гук, В.В.Кантан, С.С.Петрова. «Проектированиеэлектрической части стaнций и подстанций. Ленинград –Энергоатомиздат, 1985. 3. А.А.Васильев, И.П.Крючков, Е.Ф.Наяшкова, М.Н.Околович. «Электрическая часть станций иподстанций. Москва -Энергоатомиздат, 1990. 4. C.В.Усов, В.В.Кантан и др. Электрическая часть электростанций. Ленинград. «Энергия», 1977. Elektrik stansiyalarının tipləri və xarakteristikaları

  3. P L A N: • Kondensasiyalı elektrik stansiyası • Su elektrik stansiyaları • Su akkumulyasiyalı Elektrik Stansiyaları Elektrik stansiyalarının tipləri və xarakteristikaları

  4. Elektrik stansiyalarının tipləri vəxarakteristikaları Elektrik enerjisi əsasən aşağıdakı stansiyalarda hasil edilir. 1) İstilik elektrik stansiyalarında (İES); onlarda yerinə yetirdikləri iş həcmlərinə görə 2 yerə bölünür; a) kondensasiyalı elektrik stansiyalarına (KES); b) istilik elektriki mərkəzlərinə (İEM); 2) Hidravliki elektrik stansiyalarında (HES); 3) Atom elektrik stansiyalarında (AES); 4) Alternativ enerji mənbələrində. Son illərdə Azərbaycan Respublikasında da qaz və buxar turbinli, turbin-generator blokları işə salınır. Elektrik stansiyalarının tipləri və xarakteristikaları

  5. ~ 9 10 11 5 2 12 4 3 1 13 6 7 8 Kondensasiyalı elektrik stansiyası Bu növ stansiyalarda buxarın temperaturu 560 / 565 º C qədər qızdırılır. Buxarın təzyiqi 24 MPa qədər qaldırılır. Yanacaq sərfini azaltmaq məqsədi ilə KES-lərdə aralıq turbini də quraşdırılır ki, turbin-generator blokunun gücü 300, 500, 800, 1200 MVt qədər artırılsın. Şəkil 1. KES-in blok sxemi: 1 – buxar generatoru; 2 - əlavə buxar qızdırıcısı; 3 – turbinin yüksək təzyiqli hissəsi; 4 – turbinin aşağı təzyiqli hissəsi; 5 – aralıq buxar qızdırıcısı; 6 – kondensator; 7 – kondensat nasosu ; 8 – buxar generatorunu qidalandıran nasos; 9 – generator; 10 – yüksəldici transformator; 11 – blok açarı; 12 – stansiyanın yığma şini; 13 – xüsusi sərfiyyat transformatoru. Elektrik stansiyalarının tipləri və xarakteristikaları

  6. 2 əlavə buxarqızdırıcısında 560 / 565ºC qədər qızdırılır və 3 turbinin yüksək təzyiqli hissəsinə verilir və valında fırlanma alınır. Bu prosesdə buxarın temperaturu və təzyiqi aşağı düşür. Buxarın temperaturunu artırmaq üçün buxar 5 aralıq buxar qızdırıcısına verilir. Buxarın temperaturu yüksəldildikdən sonra 4 turbinin aşağı təzyiqli hissəsinə verilir. Beləliklə, turbinin valının fırlanma momenti artırılır. Buxar daha sonra turbinin aşağı təzyiqli hissəsindən 6 kondensatorunda soyudularaq 7 kondensat nasosu və 8 buxar generatorunu qidalandırıcı nasos vasitəsi ilə yenidən 1 buxar generatoruna verilir. Beləliklə, tsiklin arası kəsilməz prosesi saxlanılır. Turbinin 3 yüksək 4 alçaq təzyiqli hissələrinin valında alınmış fırlanma hərəkəti generatorun valını fırladır. 9 generatorunda hasil edilmiş elektrik enerjisi 10 transformatorunda yüksəldilərək, 11 blok açarı vasitəsi ilə stansiyanın 12 yığma şininə və oradan da elektrik şəbəkəsinə ötürülür. Eyni zamanda 9 generatorunun sıxaclarında hasil edilmiş elektrik enerjisinin bir hissəsi 13 alçaldıcı xüsusi sərfiyat transformatorlarına verilir. KES-lərdə xüsusi sərfiyat ümumi hasil edilən enerjinin 0,32 ÷ 0,4 hissəsini təşkil edir. Elektrik stansiyalarının tipləri və xarakteristikaları

  7. 5 2 3 4 1 6 7 boyler 14 8 9 10 13 12 11 ~ Şəkil 2 1– buxar generatoru; 2– buxarqızdırıcı; 3– turbinin yüksək təzyiqli pilləsi; 4– turbinin alçaq təzyiqli hissəsi; 5– generator; 6– İstehsalat üçün buxar xətti; 7– istilik sistemləri üçün buxar xətti; 8– boyler; 9– kondensator; 10– kondensat nasosu; 11– alçaq təzyiqli buxar qızdırıcısı; 12– diarator; 13– buxar generatorunu qidalandıran nasos; 14– yüksək təzyiqli buxar qızdırıcısı. Elektrik stansiyalarının tipləri və xarakteristikaları

  8. Su elektrik stansiyaları Su elektrik stansiyalarının qarşısında duran əsas məqsəd elektrik enerjisi istehsa- lına nail olmaqla gəmiçiliyin inkişafına və torpaqların suvarılması üçün şəraitin yara- dılmasından ibarətdir. Su elektrik stansiyaları adətən su hövzələrinə malik olur. Su hövzələri də müəyyən qədər torpaqları su altına alır və hövzə ətrafında qrunt suları- nın səviyyəsinin qalxmasını yaradır. Belə stansiyaların su hövzələrində su akkumul- yasiya edilir və su sərfi tənzimlənir. Energetik sistemin iş rejiminin tənzimlənməsi üçün əlverişli şərait yaradır. Energetik sistemin tənzimlənməsi prosesi aşağıdakı kimi həyata keçirilir. Məsə- lən, energetik sistemin yükü azdır və stansiyanın üzərində olduğu çayın su sərfi isə yüksəkdir. Bu halda su hövzədə toplanır və energetik sistemin yükü artdıqda stansi- yanın hidroturbin generator bloku işə salınır. Energetik sistemin İstilik Elektrik Stansi- yalarının sistemdəki pik saatlarındakı yükün bir hissəsi Su Elektrik Stansiyasının is- tehsal etdiyi elektrik enerjisi ilə təmin edilir. Stansiyanın su hövzəsinin su tutumunun həcmi onun imkanlarını müəyyən edir. Su Elektrik Stansiyalarını dağ və dağətəyi çayların üzərində tikilməsi daha səmərəli hesab edilir.Mingəçevir SES-də 6 x 60 MVt, Şəmkir SES-də 2 x 190 MVt və Yenikənd SES-də 4 x 35 MVt gücündə turbin generator bloku vardır. Elektrik stansiyalarının tipləri və xarakteristikaları

  9. Su akkumulyasiyalı Elektrik Stansiyaları Energetik sistemin pik saatlarındakı tələbat yükünün təmin etmək və İstilik Elek- trik Stansiyalarınının iqtisadi göstəricilərini yaxşılaşdırmaq üçün hidroakkumulyasiya- lı Elektrik Stansiyalarından istifadə edilir. Energetik sistemin yükü minimum olduqda stansiya nasos rejimində işlədilir. Su aşağı hövzədən hündürdəki hövzəyə vurulur. Yuxarıdakı hövzədə su toplanır. İstilik Elektrik Stansiyalarının turbin generator bloklarının nominal iş rejimləri təmin edilir. Energetik sistemin yükünün pik saatlarında isə yuxarıdakı hövzənin suyunun malik olduğu enerjidən istifadə etməklə stansiyada elektrik enerjisi hasil edilir və pik saatlarının tələbat yükü təmin olunur. İstilik Elektrik Stansiyalarının turbin generator blokunun artıq yüklənmə iş rejimi aradan qaldırılır və onların nominal iş rejimində istifadəsi təmin edilir. Su akkumulyasiyalı Elektrik Stansiyalarının faydalı iş əmsalı 70-75 %-ə bərabərdir. Elektrik stansiyalarının tipləri və xarakteristikaları

  10. TƏRTİB ETDİ: ENERGETİKA KAFEDRASININ TEXNİKİ LƏTİFOVA G.O. Elektrik stansiyalarının tipləri və xarakteristikaları

More Related