430 likes | 826 Views
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. AQRONOMLUQ İXTİSASININ BİTKİ MÜHAFİZƏSİ İXTİSASLAŞMASI ÜZRƏ BİTKİLƏRİN İNTEQRİR MÜHAFİZƏSİ KURSU. Mövzu 4. Bitki mühafizəsində kimyəvi vasitələrin tətbiqinin məqsədəuyğunluğu və onların tətbiqinin səmərəliliyi. Kənd təsərrüfatı elmləri doktoru,
E N D
AZƏRBAYCANDÖVLƏT AQRAR UNİVERSİTETİ AQRONOMLUQİXTİSASININ BİTKİ MÜHAFİZƏSİİXTİSASLAŞMASI ÜZRƏ BİTKİLƏRİN İNTEQRİR MÜHAFİZƏSİ KURSU
Mövzu 4. Bitki mühafizəsində kimyəvi vasitələrin tətbiqinin məqsədəuyğunluğu və onların tətbiqinin səmərəliliyi Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov
P L A N: Bitki mühafizəsində vasitələrin məqsədəuyğunluğunun qiymətləndirilməsi. Zərərlilik həddi. Bitki mühafizəsində siqnalizasiya Pestisidlərin tətbiqinin səmərəliliyi Ekoloji, bioloji və fitosanitar monitorinq anlayışı
Ədəbiyyat 1. İbrahim Cəfərov Ümumi fitopatologiya. Bakı: «Elm», 2007, 388 s. 2.Защита растений в устойчивых системах землепользования (в 4-х книгах): Учебник / Под общей ред. доктора с.х. наук, профессора, иностранного члена РАСХН Д.Шпаара, книга 3, Берлин, 2004, 335 с. 3.Миренков Ю.А., Саскевич П.А., Цыганов А.Р. и др. Интегрированная защита растений Минск: ИВЦ Минфина, 2008, 360 с. 4.Чулкина В.А., Торопова Е.Ю., Стецов Г.Я. Интегриро-ванная защита растений: фитосанитарные системы и технологии. Москва: «Колос», 2009, 670 с. 5.Чулкина В.А., Торопова Е.Ю., Стецов Г.Я. Экологи-ческие основы интегрированной защиты растений. Москва: «Колос», 2007, 243 с.
Bitki mühafizəsində vasitələrin məqsədəuyğunluğunun qiymətləndirilməsi. Zərərlilik həddi. Bitki mühafizəsində siqnalizasiya Kənd təsərrüfatı məhsullarının istehsalının müasir mərhələsində zərərverən orqanizmlərə qarşı mübarizədə kimyəvi üsul öz liderliyini saxladığından pestisidlərin tətbiqinin məqsədəuyğunluğu qiymətləndirilməli, elmi cəhətdən əsaslandırılmalıdır. Praktikada dəyən zərərin ən müxtəlif formaları ilə qarşılaşırıq. Xəstəliklərin əmələ gəlməsinin aşağıdakı tipləri olmaqla, entomofauna tərəfindən zədələnmə halları da göstərilməlidir:
çürümə deformasiya nekroz və ləkəliklər mumyalaşma Xəstəliklərin simptomları: xloroz və mozaika hommoz və ya kitrə axımı örtük şişlər və fırlar sürmə (tozabənzər kütlə) yastıcıqlar
kobud, fiqurlu, deşikli yeyilmə skletləşdirmə (yara, pəncərəcik formasında) Zərərverici fitofaqlarla zədələnmə əlamətləri müxtəlif orqanların minalanması zərərvericinin qida substratı üçün zədələnməyə müxaniki hazırlığı (tor yuvaların əmələ gəlməsi, boru və s.) rəngin dəyişməsi, deformasiya halların əmələ gəlməsi
Zədələnmənin aşağıdakı qruplarını fərqləndirirlər: Bitkilərin tam məhv olması Ayrı-ayrı bitkilərin məhv olması; bitkilərin ocaq (mənbə) şəklində məhvi, əkinlərin seyrəkləşməsi Bitkinin məhsuldar orqanlarının zədələnməsi Bitkinin qeyri-məhsuldar orqanlarının zədələnməsi
1 ball – zəif seyrəklik, bitkilər 25%-ə qədər ölmüşdür Dağınıq, seyrək əkinlərdə zədələnməni aşağıda göstərilən şkalla balla qiymətləndirmək mümkündür: 2 ball – orta seyrəklik, bitkilər 25-50% ölmüşdür 3 ball – güclü seyrəklik, 50%-dən artıq bitki ölmüşdür
Bitkilərin qeyri məhsuldar orqanlarının qismən zədələnməsi zamanı zədələnmiş bitkilərin faizi və zədələnmə dərəcəsi müəyyən edilir. Bitkilərin zədlənmə faizi 3 nümunədə 100 bitki olmaqla tarlanın müxtəlif yerlərində aydınlaşdırılır. Adətən yar¬paq səthinin zədələnmə dərəcəsi aşağıdakı şkala ilə qiymətləndirilir: 1 ball 2 ball 3 ball zəif zədələnmə (zədələnmə 5%-ə qədər) orta zədələnmə (zədlənmə 25%-ə qədər) güclü zədələnmə (50%-dən çox zədələnmə var)
Məhsuldar orqanların zədələnməsinin qiymətləndirilməsi zamanı ümumi baxılmış saya görə zədələnmə faizi təyin edilir. Onların zədələnmə dərəcəsi aşağıdakı şkala ilə qiymətləndirilir: 1 ball 2 ball 3 ball orta zədələnmə (meyvə, yumru, qıcanın kütləsinin 25%-ə qədəri zədələnmişdir, onların əmtəəlik keyfiyyəti kəskin aşağı düşmüşdür)) güclü zədələnmə (meyvə, yumru, qıcanın kütləsinin 25%-dən çoxu zədələnmişdir, nəticədə orqan tam məhv olmuşdur) zəif zədələnmə (meyvə, yumru, qıcada görünən zədələr, qismən on-ların əmtəəlik keyfiyyəti aşağı düşmüşdür
Hər bir tip zədələnmə üzrə məhsul itkisi aşağıdakı formula ilə təyin edilir: burada, A - məhsul itkisi, həmin tip zədlənmə üzrə; m - zədələnməmiş bitkinin orta məhsuldarlığı (dən kütləsi); n - həmin tip zədlənməyə görə 1 hektarda olan bitkilərin orta miqdarı; P- həmin tip zədələnməyə görə zədələnməmiş bitkilərlə müqayisədə faizlə məhsul itkisi.
Belə bir misalla məhsul itkisinin hesablanmasına aydınlıq gətirək. Məsələn, qarğıdalı bitkisinin 1 hektar sahəsində 45000 bitki vardır, onların 22%-nin seçmə analiz nəticəsində yoxlanılan zədələnmə tipi üzrə zədəli olduğu aşkar edilmişdir. Buna müvafiq olaraq həmin tip zədələnməsi olan bitkilərin sayı 45000•22:100=9900 ədəddir. Bir sağlam bitkidən alınan dənin orta kütləsi nümunə üçün 193 qram, həmin tip zədələnməsi olanda isə 37,7% aşağıdır. Alınan rəqəmləri formulda yerinə qoyuruq və müəyyən edirik:
Bitki mühafizəsinin müasir mərhələsində 3 tip zərərlilik həddi fərqləndirilir: Fitosenotik zərərlilik həddi (FZH) zərərli obyektin populyasiyasının sıxlığı, inkişaf dərəcəsi və ya xəstəliyin yayılması, bu həddə onlar praktiki olaraq mədəni bitkilərin böyümə və inkişafına mənfi təsir göstərmir,yalnız onların məhsulunu aşağı salır. Böhranlı (statistik) zərərlilik həddi (BZH) zərərli obyektin populyasiyasının sıxlığı, inkişaf dərəcəsi və ya xəstəliyin yayılması, bu zaman kənd təsərrüfatı bitkilərinin məhsulu statistiki olaraq əsaslı azalır (itki adətən faktiki məhsuldan 3-6% aşağı olur). İqtisadi zərərlilik həddi (İZH) zərərli obyektin populyasiyasının sıxlığı inkişaf dərəcəsi və ya xəstəliyin yayılmanı, bu zaman məhsul itkisinin dəyəri kimyəvi mühafizə vasitələrinin tətbiqinə xərclənən məsarifləri ötür.
Zərərvericilərin iqtisadi əsaslandırılmış hüdud sayı bitki mühafizəsinə xərclənən məsarifləri və dənli taxıl bitkilərinin becərilmə texnologiyasının iqtisadi göstəriciləri, məsləhət görülən bioloji səmərəliliyi hesaba alır, o EPV kimi oxunur. EPV-nin hesabatı aşağıdakı formula üzrə hesablanır: EPV - iqtisadi zərərlilik həddi, zərərli obyektin hüdud sayı ilə ifadə olunur; P - planlaşdırılan məhsula münasibətdə əlavə dən məhsulu, s/ha; Kb - normativ bioloji səmərəliliyə qarşı düzəldilmiş əmsal; KV - zərərlilik əmsalı (planlaşdırılan məhsula görə, faizlə məhsul itkisi).
Mühafizə işlərinin aparılmasının təşkilini yüksəltmək üçün zərərli növlərin yayılma və inkişafına dair uzunmüddətli proqnozlar ayrı-ayrı növlərin və ya onların kompleksinin yayılma dinamikasının xarakteri, iqtisadi əhəmiyyəti öyrənilməlidir. Bu göstəricilərinə görə bütün başlıca zərərli növlər 3 qrupa bölünürlər:
Birinci qrup – bu o növlərdir ki, zərərliyi bitkilərin onun inkişafının müxtəlif fazalarında və məhsulun formalaşmasında kompleks qarşılıqlı təsirlə zühur edir. Ayrı-ayrı illərdə tək-tək növlərin əhəmiyyəti əsaslı surətdə dəyişə bilir, lakin zərərlilik bütün kompleksi ilə yüksək səviyyədə saxlanılır, hər il təyin olunmuş sistemlə məcburi mühafizə tədbirləri tələb edir. Bura meyvə və tərəvəzlərin zərərli növlər kompleksi, habelə dənli paxlalı bitkilərin və paxlalı çoxillik otların zərərvericiləri daxildir. Bundan əlavə bu qrupa kənd təsərrüfatı bitkilərinin kütləvi inkişaf edən xəstəlikləri aiddir, burada da profilaktiki tədbirlərin aparılması zəruridir: kartof yumrularının kompleks xəstəlikləri, kətanın kompleks zərərverici və xəstəlikləri.
İkinci qrup- bu nisbi davamlı zərərlilik formasıdır. Onların zərərinin intensivliyi illər üzrə əhəmiyyətli surətdə dəyişilir, lakin EPV –dən aşağı düşmür. Bu qrupu məftil qurdları, tomat və kartofda fitoftoroz, kolarado böcəyi daxildir. Qrupun zərərverən orqanizmlərinə qarşı mühafizə tədbirlərinin planlaşdırılması, çiləməyə məruz qalacaq sahələrdə aparılan hesabata əsaslanır. Planlaşmanın dəqiqliyi daxil olan məlumatların düzgünlük dərəcəsindən asılıdır.
Üçüncü qrup- bu növlərin zərərinin yayılması və intensivliyi illər ərzində əhəmiyyətli dərəcədə dəyişir, dövrü olaraq ƏPV-dən kiçik və böyük tərəfə kənarlaşır. Buraya sovkalar, dən milçəkləri, dən mənənələri, uzunburunlar və güvələr, şəkər çuğundurunun xəstəlikləri və s. daxildir. Onlara qarşı mübarizə tədbirlərini sistemləşdirərkən və planlaşdırarkən gələn il ayrı-ayrı rayonlarda populyasiyaların yayılması və inkişafının gözlənilən səviyyəsi nəzərə alınmalıdır. Uzunmüddətli və mövsümi proqnozlar üzrə işlənən məlumatlar gələn il konkret regionda populyasiyaların dinamikasını göstərir.
Eyni vaxtda, müxtəlif növlərin zərərlilik dövrləri vaxta görə praktiki olaraq üst-üstə düşürlər Vurulan zərərin vaxtından asılı olaraq (xronoloji münasibətdə) kompleks təsirin üç formasını fərqləndirirlər: Çoxdəfəlik (mərhələli) növlər tərəfindən vurulan zərər vaxtına görə üst-üstə düşmürlər Xroniki, bir növün zərərlilik dövrü başa çatan kimi başqa zərərli növlə əvəz edilir
Pestisidlərin tətbiqinin səmərəliliyi Pestisidlərin səmərəliliyi – bu zərərli orqanizmlərlə mübarizədə onların tətbiqinin son nətisəcidir. Pestisidlərin tətbiqinə görə bioloji, təsərrüfat və iqtisadi səmərəlilikləri fərqləndirirlər. Bioloji səmərəlilik zərərli orqanizmlərin məhv olma faizi, bitkinin zədələnməsi və yoluxmasının azalması ilə müəyyən edilir. Adətən, o Ebbot formulası ilə dəqiqləşdirilir: E- bioloji səmərəlilik, %-lə; A- pestisidlərin tətbiqinə qədər və ya nəzarətdə dərmanlanmayan bölmədə zərərli orqanizmlərin sayı və ya yoluxması; B- pestisidlərin tətbiqindən sonra zərərli orqanizmlərin sayı və ya yoluxması.
pestisidin tətbiqi nəticəsində qorunan məhsulun böyüklüyü və ya miqdarı Bu forma iqtisadi səmərəliliyi analiz etmək üçün aşağıdakı göstəricilərdən istifadə edirlər: qorunan məhsulun keyfiyyəti də nəzərə alınmaqla onun dəyəri mühafizə tədbirlərinin aparılmasına çəkilən xərclər (pestisidin dəyəri + tətbiqin dəyəri) xalis gəlir, kimyəvi mühafizə tədbirlərinin tətbiqinin rentabelliyi
Ekoloji, bioloji və fitosanitar monitorinq anlayışı misal üçün bataqlıq torpaq topası, ağac, mamırla örtülmüş daş və s. Mikrosistemlər göl, bataqlıq, qumluq, meşə, çəmənlik və s. Mezoekosistemlər kontinent, okean və s. Makroekosistemlər
Yerüstü ekosistem üçün aşağıdakı ierarxiya müəyyən edilmişdir: • biosfer-quru • ekosistemi-iqlim • qurşağı-bioklimatik • vilayət-təbii • landşaft zonası-bədii (landşaft) • dairəsi təbii (landşaft) • rayonu təbii (landşaft) • rayonaltı və ya yarımrayonu biogeosenotik • kompleks-ekosistem
1 5 2 3 4 Pestisidlər digər kimyəvi çirkləndiricilərdən fərqli olaraq: Düşünülmüş qaydaya, müntəzəm və geniş sahələrdə tətbiq olunur Yüksək bioloji fəallıqla fərqlənir Ətraf mühitdə müəyyən dözümlülüklə xarakterizə edilir Biotik və abiotik amillərin elementləri arasında biogeosenoz sistemlərində sirkulyasiya qabiliyyətinə malikdir Hətta pestisidlərin mikro miqdarı ilə kontakda olduqda kumulyatv xassələrə malikdir
Pestisidlərin forma xüsusiyyətlərindən asılı olaraq onların biosferə təsiri aşağıdakı kimidir: Lokal təsir- bilavasitə zərərli orqanizmlərə; Kənar təsir – başqa orqanizmlərə, torpağa, suya. Yaxın sonrakı təsir (landşaft-regional) müddəti və təsir xarakterinə görə onlar relyef, torpaq və iqlim şəraitindən asılı olaraq müxtəlifdir. İqlim quru olduqda torpağın duzluluğu artır. Qrunt sularının səviyyəsi yaxındır, bu isə dözümlü pestisidlərin və onların metobolizminin torpaqda, suda, biokütlədə ikinci dəfə toplanmasına (təkrarən) zəmin yaradır;
Uzaq sonrakı təsir (regional-basseyn). O, tamamilə dözümlü pestisidlər üçün xarakterikdir, belə pestisidlərə su basseynllərinə, onların mənbələrinə və terraslara məhlul, suspenziya formasında torpaq kolloidləri ilə miqrasiya xüsusiyyətinə malikdir. Belə miqrasiya 3-5 il və daha çox davam edə bilər. Nəticədə pestisidlər orqanizmə çayın aşağı yatağında, delta və dənizdə təsir edə bilirlər Tam uzaq sonrakı təsir (qlobal) bütövlükdə planeti əhatə edir, onun ayrı-ayrı komponentlərini tutur: okean, quru ərazi, atmosfer. Bu onunla əlaqədardır ki, məhsul aerozol və suspenziya formasında uzun müddət saxlanan pestisidlər hava, sahil, trans okean, siklon cərəyanları, quş, heyvan və insanın miqrasiyası ilə daşınır; transportun hərəkəti, yüklərin xammal və ərzaq məhsulların daşınması; nüvə və başqa sialhların sınağı digər hərbi vasitələrlə.
Özünü yoxlama üçün mövzuya aid test sualları 1. Xəstəliklərin hansı simptomları vardır? a) yalnız çürümələr b) sürmələr və yastıcıqlar c) çürümə, nekroz və ləkəliklər, xloroz və mozaika, örtük, deformasiya, mumyalaşma, şişlər və fırlar, yastıcıqlar, sürmələr d) qırmızı ləkəlik, ağarma, rəngli örtüklər və qara sürmələr e) deformasiya, cib-cibə, unlu şeh, mumyalaşma, monolioz, ləkəliklər
2.Zərərverici fitofaqlarla zədələnmənin hansı əlamətləri vardır? a) qabığın yeyilməsi, zoğun çürüməsi, rəngin dəyişməsi b) kobud yeyilmə, fiqurlu yeyilmə, deşikli yeyilmə, skletləşmə, müxtəlif orqanların minalanması, rəngin dəyişməsi, deformasiya, halların əmələ gəlməsi c) kobud və fiqurlu yeyilmə, müxtəlif orqanlarda zədələr d) yara, deşik və skletləşmə e) yalnız deşikli yeyilmə
3. Zədəlilik nədir? a) alaq otlarında əmələ gələn müxtəlif anomal hallar b) abiotik stress amillərinin təsiri altında əkinlərin zədələnməsi c) orqan, toxuma və hüceyrənin bütövlüyünün pozulması d) bitkilərin və əkinlərin zədələnmək dərəcəsi, orqan, toxuma, hüceyrənin bütövlüyünün pozulması və ya aqrofitosenozların məhvi e) yalnız orqanlarda fırların və şişlərin əmələ gəlməsi
4. Bitkilərin zədələnmə faizi necə qiymətləndirilir? a) bitkilərin zədələnmə faizi 3 nümunədə 100 bitki olmaqla tarlanın müxtəlif yerlərində aydınlaşdırılır b) yalnız bir nümunədə 10 bitkiyə baxılır c) 3 ballıq şkala ilə qiymətləndirilir d) sahənin müxtəlif yerlərindən götürülmüş 500 bitkidə qiymətləndirilir e) bir hektar sahədə olan bitkilərin ümumi sayına görə zədələnmə faizi çıxarılır
5. Tarla şəraitində əkinlərdə yekun məhsul itkisi necə qiymətləndirilir? a) məhsul toplanışından əvvəl sağlam və zədələnmiş bitkilərin məhsuldarlığı müqayisəli təhlil edilir b) yalnız zədələnmiş bitkilərin məhsulu qiymətləndirilir c) yalnız sağlam bitkilərin məhsulu qiymətləndirilir d) məhsul bir başa toplanır və hektara çevrilməklə qiymətləndirilir e) məhsul itkisi sahənin ölçülərinə görə qiymətləndirilir
6. Bitki mühafizəsində hansı tip zərərlilik həddi fərqləndirilir? a) fitosenotik, böhranlı və iqtisadi b) yalnız fitosenotik zərərlilik həddi c) yalnız böhranlı zərərlilik həddi d) yalnız iqtisadi zərərlilik həddi e) iqtisadi, bioloji və təsərrüfat zərərlilik həddi
7. Fitosenotik zərərlilik həddi nədir? a) zərərli obyektlərin növ qruplaşmasıdır b) xəstəliklərin inkişaf dərəcəsidir c) xəstəlik və zərərvericilərin yayılmasıdır d) alaq otlarının yayılmasıdır e) zərərli obyektin populyasiyasının sıxlığı, inkişaf dərəcəsi və ya xəstəliyin yayılmasıdır
8. Böhranlı zərərlilik həddində itkilər faktiki məhsuldan neçə faiz aşağı olur? a) 3-6% b) 10-15% c) 50%-ə qədər d) 50-70% e) məhsul itkisinə yol verilmir
9.Hansı halda dənli bitkilərin əkinlərində dən mənənəsinə qarşı insektisidlərin təsiri dayanır? a) zərərvericinin miqdarı optimal həddə olduqda b) əkinin bir kvadrat metrində qızılgözün 5-6 süfrəsi qeydə alındıqda c) dən mənənəsi əkinin 20%-ni əhatə etdikdə d) əkinin bir kvadrat metrində 10-15 trixoqramma qeydə alındıqda e) əkinlər 30%-ə qədər yoluxduqda
10. Pestisidlərin tətbiqinə görə növ səmərəlilikləri fərqləndirirlər? a) bioloji b) təsərrüfat c) iqtisadi d) bioloji, təsərrüfat, iqtisadi e) ekoloji, bioloji, aqroekoloji
11. Pestisidin bioloji səmərəliliyinə təsir edən amillər hansıdır? a) təsiredici maddənin tərkibi və toksidi b) preparatın məsarif norması c) populyasiyaların bioloji vəziyyəti d) kimyəvi çiləmənin aparılma müddəti e) təsiredici maddənin tərkibi və toksikliyi, işçi məhlulun tərkibi kəsafətliliyi, məsarif norması, metroloji şərait, mühafizə olunan bitkinin bioloji xüsusiyyətləri, onun becərmə texnologiyası
12. Təsərrüfat səmərəliliyi nədir? a) pestisidin tətbiqi nəticəsində alınan əlavə məhsuldur b) pestisidlərin alınmasına çəkilən məsariflərdir c) çiləmələrin aparılmasına xərclənən vəsaitlərdir d) pestisidlərin tətbiqindən sonra son məhsulun dəyəridir e) sahədən alınan ümumi məhsulun dəyəridir
13. Aqroekosistem nədir ? a) vahid funksional kompleksdir b) biosferin əsas struktur vahididir c) ekosistemin insan fəaliyyəti nəticəsində şəkli dəyişmiş formasıdır d) becərilən istixana kompleksidir e) yerüstü ekosistemdir