251 likes | 529 Views
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu. II Bölmə: Bitki xəstəlikləri Mövzu 1 4 . Üzüm və digər giləmeyvəli bitkilərinin əsas xəstəlikləri, onlarla mübarizə .
E N D
AZƏRBAYCANDÖVLƏT AQRAR UNİVERSİTETİ • Aqronomluqixtisasıüzrə • Fitopatologiyakursu
IIBölmə: Bitki xəstəlikləri • Mövzu 14. Üzüm və digər giləmeyvəli • bitkilərinin əsas xəstəlikləri, • onlarla mübarizə • Kənd təsərrüfatı elmləri doktoru, • professor əvəzi İbrahim Cəfərov
P L A N: 14.1 Üzüm bitkisinin xəstəlikləri, onlar əleyhinə mübarizə tədbirləri 14.2 Çiyələk bitkisinin əsas xəstəlikləri, onlarla mübarizənin başlıca prinsipləri 14.3 Qarağat bitkisinin bir sıra xəstəlikləri və onlarla mübarizə 14.4 Moruq bitkisinin xəstəlikləri və onlarla mübarizə
Ədəbiyyat 1.Cəfərov İ.H. Kənd təsərrüfatı fitopatologiyası. Bakı: «Elm», 2001, 277 s. 2.Rəhimov Ü.A. Kənd təsərrüfatı bitkilərinin xəstəlikləri. Bakı: «Maarif», 1988, 160 s. 3.Həmzə İbrahimov, Cavanşir İsgəndərov, Bayram Əliyev Üzüm xəstəlik-ləri. Bakı: Azərbaycan Dövlət nəşriyyatı, 1989, 132 s. 4.İbrahim Cəfərov Fitopatologiya (fənnin öyrənilməsinə dair metodik vəsait). Bakı: Elm, 2008, 181 s. 5.Болезни сельскохозяйственный культур. Киев: «Урожай», том 3, 1991, 206 с. 6.Roger C.Pearson and Austin C.Goheen Compendium of Grape Diseases // The American Phytopathological Society, 1998, 93 p. 7.J.L.Maas Compendium of Strawberry Diseases // The American Phyto-pathological Society, 1998, 98 p. 8.Nejla Yardımçı Bahçe bitkileri hastalıkları. İstanbul: Hasad yayıncılıq, 2007, 192 c.
14.1 Üzüm bitkisinin xəstəlikləri • Üzümdə mildyu və ya yalançı unlu şeh - PlasmoparaviticolaBerl. et de Toni Təsnifatdayeri: Chromistaaləmi, Oomycotaşöbəsi, Oomycetessinfi, Peronosporalessırası, Peronosporaceaefəsiləsi, Plasmoparacinsi Biolojiqrupu: Obliqat parazit
Patogenin morfologiya və biologiyası. Mildyu üzüm tənəyinin bütün yaşıl orqanlarında-yarpaq, budaq, zoğ, qönçə, çiçək, salxımlar-da inkişaf edir. Təzə yetişməyə başlayan salxımlar xəstəliyə tutulmur. Yarpaqlar mildyu ilə bütün vegetasiya dövrü sirayətlənirlər. Cavan yarpaqlarda xəstəlik xarakterik solğun yaşıl və ya sarı, azca parlaq, yağlıtəhər müxtəlif forma və ölçülü ləkələr əmələ gətirir. Rütubətli hava şəraitində mildyulu ləkələrin alt tərəfində ağ, asanlıqla silinən örtük formalaşır. Həmin örtük göbələyin qeyri-cinsi konidi mərhələsindən ibarətdir. Rəngli üzüm sortlarında yoluxmuş yarpaq toxumaları qırmızı rəng alır. Nəticədə sirayətlənmiş yarpaq sahələri quruyur. Xəstəlik güclü inkişaf edən zaman yarpaq tamamilə məhv olur və asanlıqla saplaqdan qopur. Üzüm tənəkləri çox vaxt bütün yarpaqlarını itirirlər. Yayın ikinci yarısında və payızda yaşlı yarpaqlarda kiçik, qonurtəhər ləkələr əmələ gəlir. Bəzən onlar xlorozlu haşiyə ilə əhatə olunurlar. Yaşlı yarpaqlarda örtük zəifdir, yarpaqlar bu zaman ölmürlər.
Mildyu ilə yoluxmuş üzüm yarpaqlarının alt səthinə ağızcıq vasitəsilə parazitin konididaşıyanlarının çıxışı
Üzümdə oidium və ya ıınlu şeh- Uncinula necator Burr. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Ascomycota şöbəsi, Euascomycetes sinfi, Erysiphales sırası, Erysiphaceae fəsiləsi, Uncinulacinsi Bioloji qrupu: Obliqat parazit
Patogenin morfologiya və biologiyası. Üzümün geniş yayılmış, təhlükəli xəstəliklərindən biridir. Xəstəliyə el arasında sibrə, külləmə və çor da deyilir. Ədəbiyyat məlumatlarına görə, oidium və ya unlu şeh xəstəliyi ilk dəfə Vitis estivalis, V.kordiefolia, V.kalifornika, V.fleksoza, V.hede-rassa, V.vinifera, V.riparia, V.ripestris və s. üzüm növlərinin yarpaq-larında tapılmışdı. Yarpaqlar üst tərəfdən boztəhər, asanlıqla silinən örtüklə örtülür. Ayrı-ayrı ləkələr qovuşur və yarpaq ayəsini tam tutur. Sonra örtük yarpağın alt tərəfinə, saplaq və zoğlara yayılır. Sirayətlənmiş toxuma sahələri ölür, yarpaqlar böyümədən qalır, kövrəkləşir, yarpaq ayəsinin kənarları yuxarıya doğru əyilir, onlar quruyur və tökülürlər. Yaşıl zoğlar da boz unlu örtüklə örtülür, örtüyün altında isə düzgün olmayan boz ləkələr əmələ gəlir. Zoğların böyüməsi dayanır. Yetişməsindən asılı olaraq zoğların yoluxmuş sahələri qırmızıtəhər-qəhvəyi rəng alır.