1 / 15

Azərbaycanda mikromaliyyə xidmətlərinin yoxsulluğa təsiri

Azərbaycanda mikromaliyyə xidmətlərinin yoxsulluğa təsiri. Müəllif : Azər Ələsgərov. Mündəricat:. I. Mikromaliyyə vasit əsilə yoxsulluğun azaldılması yanaşmasının tənqidi II. Xarici ölkələrdə mikromaliyyənin yoxsulluğa təsiri III. Azərbaycanda mikromaliyyə xidmətlərinin yoxsulluğa təsiri

miron
Download Presentation

Azərbaycanda mikromaliyyə xidmətlərinin yoxsulluğa təsiri

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Azərbaycanda mikromaliyyə xidmətlərinin yoxsulluğa təsiri Müəllif: Azər Ələsgərov

  2. Mündəricat: I. Mikromaliyyə vasitəsilə yoxsulluğun azaldılması yanaşmasının tənqidi II. Xarici ölkələrdə mikromaliyyənin yoxsulluğa təsiri III. Azərbaycanda mikromaliyyə xidmətlərinin yoxsulluğa təsiri IV. Nəticələr

  3. I. Mikromaliyyə vasitəsilə yoxsulluğun azaldılması yanaşmasının tənqidi Mikromaliyyə vasitəsilə yoxsulluğun azaldılması yanaşmasına qarşı 5 əsas arqument mövcuddur. (Tessie Swope 2005) • 1. Mikromaliyyə ən yoxsullara gedib çatmır.Bu tənqidə görə borcverənlər adətən borcalanlar arasında diskriminasiya edir və “daha varlı” borcalalna üstünlük verirlər.Bundan əlavə mikromaliyyə ən kasıblar üçün cəledici deyildir. 2. Mikromaliyyə institutları nadir hallarda maliyyə cəhətdən dayanıqlı olurlar.Bu arqumentə görə kasıblara maliyyə xidmətlərinin göstərilməsi çox riskli biznes olduğu üçün mikromaliyyə davamlı olmayacaqdır. 3. Mikromaliyyə qadınlar üçün potensial təhlükədir.Belə ki, bir çox ölkələrdə kişilər qadınların müstəqilliyini ənənəvi partiarxal ənənələrə qarşı təhlükə kimi qiymətləndirilər. 4. Mikromaliyyə kasıblar üçün ağır borc yükü yaradır. Bir çox ölkələrdə kiçik biznes çoxlu sayda çatışmamazlıqların subyektidir. Belə halda borclanma iqtisadi şoklara qarşı onsuz da həssas olan kasıblar üçün risklidir. 5. Mikromaliyyə mahiyyətcə universal həll yolu deyildir.Bu arqumentə görə mikromaliyyə bütün nəsillərin və regionların nümayəndələrini əhatə etmir. Mikromaliyyənin əsas çatışmamazlığı ondadır ki, o kasıbların sahibkar olmağını tələb edir.

  4. II. The impact of microfinance on poverty reduction in foreign countries Beynəlxalq təcrübə göstərir ki, maliyyə xidmətlərinə çıxışın mövcudluğu yoxsulluğun azaldılmasının ən vacib faktorlarından biridir.Məsələn: Bangladeş.Bangladeşdə MMİ müştərilərinin detallı qiymətləndirilməsi göstərir ki, mikrokreditlərdən 4 ildən çox müddət ərzində istifadə edənlərin istehlak xərcləri 28% və aktivləri 112% artmışdır. (S.Mustafa, et al, Beacon of Hope 1996). Digər təhlil göstərir ki, maliyyə xidmətlərinə çıxış imkanının olması istehlakı rəvanlaşdırmaq, aktivlər formalaşdırmaq və təbii fəlakətlər zamanı xidmətlər əldə etmək hesabına mikroborcalanların həssaslığını azaltmışdır. (Hasan Zaman 2000) Hindistan. Hindistan üzrə mikroborcalanların tədqiqi göstərir ki, mikromaliyyə xidmətlərindən uzun müddət ərzində istifadə edənlərin dörddə üçünun həyat səviyyəsində əhəmiyyətli təkmilləşmə (gəlir səviyyəsi, məhsuldar aktivlərə mailk olmaq, ev şəraiti) baş verir və onların yarısı yoxsulluqdan qurtulur. Müəyyən olunmuşdur ki, borc alanların müvəqqəti və aşağı gəlirli işi diversifikasiya olunmuş gəlir mənbələri, ailə üzvlərinin məşğulluğunun artması və kiçik biznesə güvənirliklə əvəzlənmişdir. (Simanowitz 2002)

  5. II. The impact of microfinance on poverty reduction in foreign countries Latin Americası. Boliviyada CRECER (Latın Amerikasında MMİ) müştərilərinin üçdə ikisi mikrokreditlərdən istifadə edəndən sonra öz gəlirlərini əhəmiyyətli dərəcədə artırmışlar. Bununla belə müştərilər gəlirlərin diversifikasiyası ilə əlaqədar olaraq il ərzində “istehlakın rəvanlaşması”nı qeyd etmişlər. Müştərilərin səksən altı faizi yığımlarının artdığını qeyd etmişlər. Onların 78%-inin mikrokreditlərdən istifadə etməmişdən öncə heç bir yığımı olmamışdır (Barbara MkNelly and Cristopher Dunford 1999) Indoneziya. İndoneziyada borcalanların gəlirləri 12.9% artdığı halda borc almayanların gəlirləri cəmi 3% artmışdır. İndoneziyadakı Rakyat Bankının Lombok adasındakı müştərilərinin tədqiqi göstərdi ki, onların gəlirləri orta hesabla 112% artmış və onların 90%-i yoxsulluqdan qurtulmuşdur. (Panjaitan-Drioadisuryo, D.M.Rositan, and Kathleen Cloud 1999)

  6. III. Azərbaycanda mikromaliyyə xidmətlərinin yoxsulluğa təsiri • Azərbaycanda mikromaliyyə xidmətlərinin həyat səviyyəsinə təsirini qiymətləndirmək üçün Qafqaz Resurs Tədqiqat Mərkəzinin dəstəyi ilə Naxçıvanda 120 mikroborcalan (Naxçıvan Kredit MMC) və Lənkəranda 120 mikroborcalan (İcraçı Kredit Agentliyi) arasında sorğu təşkil olunmuşdur.

  7. III. Azərbaycanda mikromaliyyə xidmətlərinin yoxsulluğa təsiri • Respondentlər son 2.65 il ərzində orta hesabla 3 dəfə kredit almışlar. MMİ-dan alınan kreditin həcmi orta hesabla 1804 ABŞ dolları təşkil etmişdir. • Borcalanlar kreditlərini ən çox mal-qaranın alınmasına yönlətmişlər. Belə ki, Lənkaranda mal-qaranın alınması kreditlərin istifadəsinin yeganə mənbəyi olmuşdur. • Naxçıvanda borcalalnlar daha diversifikasiya edilmiş xərc strukturuna malik olmuşlar. Belə ki, burada kreditlərin 21%-i istehsal avadanlıqlarının alınmasına, 10%-i isə istehlaka yönəldilmişdir.

  8. III. Azərbaycanda mikromaliyyə xidmətlərinin yoxsulluğa təsiri • Respondentlərin 98%-i MMİ-dan borc aldıqdan sonra gəlirlərinin artdığını qeyd etmişlər. • Orta hesabla mikroborcallanların nominal gəlirləri 44% artmış, 174 manatdan 251 manata yüksəlmişdir. Lənkəranda mikroborcalalnların gəlirləri 12%, Naxçıvanda isə 78% artmışdır.

  9. III. Azərbaycanda mikromaliyyə xidmətlərinin yoxsulluğa təsiri • Borcalanların aktivlərində də artım baş vermişdir. Belə ki, borcalalnların yalnız 1%-i öz kreditlərini daşınmaz əmlakın alınmasına yönəltsələr də onların torpaq sahəsi 14% artmışdır. • Daha yüksək artım borcalanların mal-qarasının sayında qeydə alınmışdır. Belə ki, mal-qaranın sayı ümumilikdə 42%, o cümlədən Lənkəranda 30% və Naxçıvanda 58% artmışdır.

  10. III. Azərbaycanda mikromaliyyə xidmətlərinin yoxsulluğa təsiri • Mikromaliyyə gəlirlərin diversifikasiyasına da müsbət təsir göstərmişdir. Belə ki, borcalalnların 60-%i ikinci gəlir mənbəyinə malik olduqlarını qeyd etmişlər. • Borcalanların Lənkəranda 93%-i, Naxçıvanda isə 28.3%-i 2 və daha çox gəlir mənbəyinə malikdir.

  11. III. Azərbaycanda mikromaliyyə xidmətlərinin yoxsulluğa təsiri Aldığınız krediti nəyin hesabına qaytarmısınız, xüsusi çəkilər %-lə

  12. III. Azərbaycanda mikromaliyyə xidmətlərinin yoxsulluğa təsiri • Kredit hesabına əldə olunan əlavə gəlir biznesin genişləndirilməsinə (44%-i) və istehlaka (49%) yönəldilmişdir.

  13. III. Azərbaycanda mikromaliyyə xidmətlərinin yoxsulluğa təsiri • Borcalalnların böyük əksəriyyəti, ümumilikdə 98%-i, o cümlədən Lənkəranda 99%-i və Naxçıvanda 97%-i yenidən kredit almaq niyyətindədir.

  14. IV. Nəticələr - Azərbaycanda mikromaliyyə xidmətlərinə yüksək tələb mövcuddur; - Azərbaycanda mikroborcalanların əksəriyyəti yoxsul deyildir; - Azərbaycanda MMİ-ları maliyyə cəhətdən dayanıqlı təşkilatlardırlar; - Mikromaliyyənin inkişafı Azərbaycanda yoxsulluğun azaldılmasına müsbət təsir göstərir. Mikroborcalalnların gəlirlərinin artması bu fikri təsdiq edir.; - Mikrokreditlər mikrobiznesin kiçik biznesə çevrilməsinə kömək edir; - Mikromaliyyə maliyyə bazarlarında rəqabəti gücləndirməklə də yoxsulluğu azaldır. Mikromaliyyə bazarına bankların aktiv surətdə qoşilması bu fikri təsdiq edir; -Mikrokreditlər Azərbaycanda “Holland sindromu”ndan yayınmağa kömək edir. Belə ki, bu kreditlər qeyri-neft sektoru tərəfindən əldə edilir.; -Mikromaliyyə Azərbaycanda iqtisadi inkişafdakı regional disbalansın aradan qalxmasına kömək edir. Belə ki, AMMA-nın məlumatına görə mikromaliyyə ölkənin 60 regionunu əhatə edir; -Mikromaliyyə gələcəkdə də Azərbaycanda yoxsulluğun azaldılmasında mühüm rol oynaya bilər.

  15. Diqqətinizə görə sağ olun! 15

More Related