70 likes | 253 Views
AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi İSTEHLAK MALLARININ EKSPERTİZASI, MARKETİNQİ VƏ GİGİYENA KAFEDRASI. FƏNN: ƏRZAQ MALLARININ EKSPERT QİYMƏTLƏNDİRİLMƏSİ MÜHAZIRƏNIN MÖVZUSU:
E N D
AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi İSTEHLAK MALLARININ EKSPERTİZASI, MARKETİNQİ VƏ GİGİYENA KAFEDRASI FƏNN: ƏRZAQ MALLARININ EKSPERT QİYMƏTLƏNDİRİLMƏSİ MÜHAZIRƏNIN MÖVZUSU: MALLARIN QƏBUL EKSPERTİZASI və İDENTİFİKASİYA EDİLMƏSİ Mühazirəçi: baş müəllim ƏLİYEV OKTAY VƏLİ OĞLU Gəncə-2009
MÜHAZIRƏNIN PLANI • 1.Gömrük terminallarında aparılan ekspertizalar • 2.İdentifikasiya prosesində nəzərdə tutulan aspektlər. • 3.XİF MN təsnifat kodlarının əhəmiyyəti
Mühazirə mətninə müvafiq ədəbiyyatlar • 1.M.M.Əliyev, O.V.Əliyev- Ərzaq mallarının kəmiyyət və keyfiyyət ekspertizasının aparılmasının ümumi qaydaları. • 2.M.M.Əliyev- Ekspertizanın nəzəri əsasları. • 3.П.А.Красовский, А.И.Ковалев, С.Г.Стрижов –Товар и его экспертиза.
ALINAN MALLARIN KEYFTYYƏTİNƏ VƏ KƏMİYYƏTINƏ, HƏMÇINİN QABLARININ VƏZIYYƏTİNƏ VƏ MARKALANMASINA GÖRƏ QƏBUL EKSPERTİZASI • Mallar kömrük terminallarına və ya ərizəçinin anbarına daxil olduqda kompaniyanin eksperti ərizəçinin xahişinə əsasən müqaviləyə uyğun olaraq malların keyfiyyəti, qablaşdirmanın va markalanmanin vəziyyəti haqda ekspertiza aparir. Ərizəçi ərizə verən zaman ekspertizanin məqsədi nəzərə alınmaqla lazim olan sənədləri təqdim edir. Lazimi sənədləri alib taniş olduqdan sonra ekspert ekspertizaya taqdim edilmiş mallarin qablarina baxiş keçirərək, onlarda zədələrin va açilmaların mövcudluğuna, markalanmanın tamlığına və düzgünlüyünə, ehtiyatlı davranış tələb edən malların qablarinin üzərindəki xüsusi xəbərdarliqedici işarələrin mövcudluğuna xüsusi diqqət yetirir. Qabların vəziyyəti və onlarda olan qüsurlar (qabların deşilməsi, deformasiyasi, dağılmasi və s.) ekspert tərəfindən aktda qeyd edilir. Alınan malların kəmiyyət və keyfiyyət ekspertizasi 8-ci bölmədəki ardıcıllığa uyğun aparılır. • Ekspertizanın nəticələri haqda ekspertiza aktı tərtib edilir (6-ci əlavə). Ekspertiza aktının tərtibində ekspert 7-ci əlavəyə əsaslanır. Əgər qəbul ekspertizası zamanı malların keyfiyyət müayinəsi aparılıbsa, ərizəçi ekspertiza akti ilə bərabər həmdə keyfiyyət müayinasi protokolu da alir.
Malların identifikasiya edilməsi (o cümlədən xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının ayırd edilməsi XTF MN) • Malların ekspertiza kompaniyası tərəfindən aparılan identifikasiya prosesində aşağıdakılar nızərda tutulur: • -malların sənədlərinin nəzərdən keçirilməsi və təhlili; • -mallara xarici baxış və orqanoleptik müayinələr; • -nümunə və nüsxələrin müayinəsi (təhlili); • -identifikasiyanın aparılmasında iş mərhələlərinin tərkibi və ardicilliği ekspert tərəfindən təyin edilir. Əgər identifikasiya üçün ekspertə sənədlərin təhlili, xarici baxış və orqanoleptiki müayinələr kifayət edərsə, müayinə və təhlillər aparılmaya da bilər. Identifikasiya üçün ərizəçi aşağıdakı sənədləri (və ya onların surətini) təqdim etməlidir; • -malların təchizatı üçün müqavilə (danışıq); • -hesab-qaimə; • -mal müşaiyət edici sənədlər; • -XIF. MN-nin kodu.
Göstərilən sənədlər (və ya onların sürətləri) ilə bərabər, ekspert identifikasiya işləri vacib olan digər sənədləri də tələb etmək hüququna malikdir. Identifikasiyanın yekunlarına görə malların xarici iqtisadi fəaliyyətin mal nomen-klaturasının təsnifat qrupu (XIF MN-nin kodu) və ya ixracata gedən malların müqavilədə, mal müşaiyət edici sənədlərdə və başqa sənədlərdə göstərilən mallarla uyğunluğu təyin edilir. Mallara xarici baxış və orqanoleptik müayinələr zamani malların vəziyyəti və xarici xüsusiyyətləri ilə bərabər həm də onların qablaşdırılması (qablar) və markalanması (ticarət nişanları, istehsalçi-ölkənin göstərilməsi və s.) yoxlanılir. • Naməlum və mənşəyi şübhəli olan xammalın, maddənin və materialın kimyəvi tərkibini və fiziki xüsusiyyətlərini təyin etmək lazim gəldikdə ekspert 4-cü bölməyə uyğun olaraq bu müayinələrin aparılması haqda qərar verir. Aparılan işlərin nəticələrinə əsasən ekspert rəyi tərtib edilir (əlavə 5). Ekspert rəyinin tərtib edilməsi haqda göstəriş 7-ci əlavədə verilmişdir. • Ekspert rəyində xarici baxışın, orqanoleptik müayinələrin (əgər aparilıbsa) və təhlillərin qisa məzmunu və məhsulun mal nomenklaturasına mənsub olduğu, müqavilədə göstərilən XIF MN-in koduna uyğunluğu göstərilir. Əgər identifikasiya üzrə işin gedişində mal nümunələrinin müayinəsi aparılıbsa, ərizəçi ekspcrt rəyi ilə bərabər həm də müayinə protokolunu alır. Bu zaman ekspert rəyində protokolun sira №-si, tarixi və kim tərəfindən verildiyi göstərilir.
Aparılan işlərin qiymətləndirilməsi və ödənilməsi • Ekspertiza işləri kompaniyanın prezidenti tərəfindən təsdiq edilmiş və həmin təqvim vaxtında fəaliyyət göstərən qiymət cədvəli ilə ödənilir. Ərizəçi ərizəni tərtib etməklə bərabər işlərin dəyərini əvvəlcədən ekspert kompaniyasının hesabına köçürür və ya nəqdi pulla kompaniyanın xəzinəsinə verir. Işin axırıncı qiyməti məlum olmazsa, ərizəçi təqribi qiymətin 50 faizdən az olmayan miqdarını əvvəlcədən ödəyir. Bu halda axırıncı tam ödəmə iş qurtarana qədər həyata keçirilməlidir. Iş bir qayda olaraq işin qiyməti ödənəndən sonra və ya əgər kompaniya ilə ərizəçi arasında razilaşma olubsa, avans ödənildikdən sonra başlanir. • Hesab ərizə qəbul olunduqdan dərhal sonra ərizəçiyə yazili şəkildə bildirilir. Müayinələrin dəyəri laboratoriyada təyin olunmuş qiymətlərlə ekspert kompaniyasi tərəfindən ödənilir. Hesab və razılaşmalar ekspertizanın nəticələrindən asılı olmayaraq ödənilir. Ərizəçinin günahı və ya arzusu ilə işlər dayandırılarsa, o şərtsiz olaraq bütün faktiki məsarifləri ödəyir.