180 likes | 402 Views
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. MÖVZU: ELİT VƏ HİBRİD TOXUMLARIN YETİŞDİRİLMƏSİ. Dosent, əməkdar kənd təsərrüfatı işçisi F.H.Qurbanov. P LAN:. Giriş 1 . Elit toxumların istehsalı 2. Hibrid toxumların yetişdirilməsi 3. Dövlət toxumçuluq xidməti, onun hüquqları və vəzifələri
E N D
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ MÖVZU: ELİT VƏ HİBRİD TOXUMLARIN YETİŞDİRİLMƏSİ Dosent, əməkdar kənd təsərrüfatı işçisi F.H.Qurbanov
PLAN: Giriş 1.Elit toxumların istehsalı 2. Hibrid toxumların yetişdirilməsi 3. Dövlət toxumçuluq xidməti, onun hüquqları və vəzifələri 4. Toxumun təsdiqlənməsi (sertifikatlaşdırılması)
Toxumçuluğu düzgün təşkil etmədən k/t-ı bitkilərinin məhsuldarlığını lazımı səviyyəyə qaldırmaq olmaz
Toxum çiçəkli bitkilərdə çoxalma orqanı hesab olunur Toxum yumurtacıqların mayalanması nəticəsində ana bitki üzərində əmələ gəlir Toxum ana bitkidən ayrıldıqda müstəqil orqanizmin başlanğıcı hesab olunur. Toxumun içərisində rüşeym və onun ilk qidasını təşkil edən ehtiyat qida maddəsi var Toxumun rüşeymi üç hissədən: tumurcuq, kökcük və ləpədən ibarətdir.
TOXUM • Orijinal toxum • Super elit toxum • Elit toxum • Reproduksiyalı toxum
Elittoxum hər hansı bir sortun seleksiya stansiyaları tərəfindən çoxaldılmaq üçün buraxılmış ən yaxşı başlanğıc toxumuna deyilir. • Elittoxumlar yüksək məhsuldar, təmiz sortlu və birinci dərəcəli fiziki keyfiyətə malik olan kənd təsərrüfatı bitkilərinin toxumu hesab olunur. • Elit toxumlar xəstəliklərə qarşı davamlı, alaq ot toxumlarından təmiz, yüksək həyatilik qabiliyyətinə malik olmaqla bərabər, dövlət standartı üzrə yüksək səpin keyfiyyətinə malik olmalıdır • Elit toxumlar seleksiya stansiyaları və elmi-tədqiqat müəssisələri tərəfindən istehsal olunur
Lakin bütün bitkilərin elit toxumları istehsal olunduqda aşağıdakı iki qaydaya riayət etmək məcburidir: • Sortun keyfiyyət xüsusiyyətlərini saxlamaq və yaxşılaşdırmaq məqsədi ilə fərdi və kütləvi seçmə aparılmalıdır. Sonra toxumçuluq tingliyində əkilərək yoxlanılmalıdır. • Elit toxumlar istehsal olunduqda mütləq yüksək aqrotexniki şərait yaradılmalıdır ki, toxumun cins və səpin keyfiyyəti yaxşılaşsın. Növbəli əkində təmiz və münbit torpaqlara malik olan sahələr ayrılmalıdır. Qulluq işlərinə xüsusi diqqət verilməlidir.
Elit toxumları istehsal etmək üçün aşağıdakı tingliklər təşkil olunur: 1.İlk material tingliyi: 2. Toxumçuluq tingliyi: • 3.Superelit tingliyi • 4. Elit tingliyi.
Superelit və elit toxumçuluq sahələr hesablanarkən mütləq əvvəlcədən aşağıdakı məlumatlar əldə edilməlidir: • Elit təsərrüfatlarında plan üzrə alınacaq məhsuldarlıq; • Hektara səpiləcək toxum norması; • Ümumi məhsuldar kondisiyaya uyğun alınacaq toxum faizi; • Hər ləkdəki (ailədə) bitkilərin və bir bitkidəki dənlərin sayı; • Toxumun mütləq çəkisi.
Hibrid qarğıdalı toxumlarının istehsalı Qarğıdalı bitkisində hibrid toxumlar alınma qaydalarından asılı olaraq aşağıdakı kimi adlanır: • 1.Sortlararası hibrid; • 2.Sadəxətlər arası hibrid; • 3. İkiqat xətlərarası hibrid; • 4. Üçxətli hibrid; • 5. Sortxətli hibrid; • 6. Mürəkkəb hibrid.
Sortlararası hibrid iki adi sortun hibridləşdirilməsi yolu ilə alınır. Sadə xətlərarası hibrid almaq üçün bir bitkinin süpürgəsindəki tozcuqları həmin bitkinin qıçası üzərində yerləşmiş saçaqlara süni surətdə səpməklə əvvəlcə öz-özünə tozlandırılmış xətlər alınır. Qıçaların başqa bitkilərlə tozlanmasının qarşısını almaq üçün saçaq hələ xaricə çıxmamış onu perqament kağızından hazırlanmış təcridedici torba içərisinə almaq lazımdır. Öz-özünə tozlandırma 5 il davam etdirilir. Sonra öz-özünə tozlanmadan alınan iki xətt bir-biri ilə tozlandırılır və sadə xətlərarası hibrid alınır. Ikiqat xətlərarası hibrid iki sadə xətlərarası hibridin bir-biri ilə tozlandırılmasından alınır. İkiqat xətlərarası hibrid yüksək məhsul verir. Üçxətli hibrid alındıqda ana bitki olaraq, sadə xətlərarası hibrid, ata bitki olaraq öz-özünə tozlandırılımış xətlər iştirak edir. Üçxətli hibrid də ikiqat hibrid kimi yüksək məhsuldar olur.. Sortxətli hibrid alındıqda hibridləşdirmədə bir sort və bir də öz-özünə tozlandırılmış xətlər iştirak edir. Sort ana bitki kimi, öz-özünə tozlandırılmış xətlər isə ata bitki kimi istifadə edilir. Sortxətli hibrid almaq üçün bir neçə xətt iştirak edə bilər. Mürəkkəb hibrid bir neçə öz-özünə tozlanmış xətlərin və ya ikiqat xətlərarası hibridin ikiqat xətlərarası hibridlə hibridləşməsindən alınır. Adətən bu, bir neçə məhsuldar sadə və ya ikiqat hibridlərin toxumlarının qarışdırılıb səpilməsi yolu ilə alınır. Məsələn, Krasnodar 1/49 hibridi BİR-14, BİR-57, BİR-37 və Krasnodar-3 xətlərarası hibridlərinin toxumlarının qarışdırılıb əkilməsi yolu ilə alınmışdır.
Dövlət toxumçuluq xidməti 14 hüquqa malikdir: • 1. Toxumçuluq subyektlərinin müvafiq qanunvericiliyə riayət etmələrinə nəzarəti həyata keçirmək; • 2. Toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatları vermək; • 3. Sortluq və səpin keyfiyyətlərini təyin etmək üçün toxum və bitki mənşəli məhsullardan nümunələr götürmək və onları təhlil etmək; • 4. Dövlət standartlarına, texniki şərtlərə uyğun gəlməyən və keyfiyyət sənədləri olmayan toxumları çıxdaş etmək və onların toxumluq məqsədilə satılmasını qadağan etmək; • 5. Toxumçuluq subyektlərini attestasiyadan keçirmək və qeydiyyata almaq; • 6. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada toxumçuluq subyektlərindən sortun patent sahibi ilə lisenziya müqaviləsi bağlanmasını tələb etmək; • 7. Toxumçuluq haqqında qanunvericiliyin pozulması barədə akt və təqdimatları təqsirli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün prokurorluğa, məhkəməyə və ya müvafiq icra hakimiyyəti
Dövlət toxumçuluq xidməti 14 hüquqa malikdir: • 8. Toxum istehsalı üzrə əlverişli şəraiti olan ərazilər müəyyən etmək; • 9. Toxumçuluq sahəsində beynəlxalq təşkilatlarda azərbaycan respublikasının maraqlarını müdafiə etmək; • 10. Müəyyən edilmiş qaydada toxumçuluq üzrə müəssisələr, idarələr və təşkilatlar yaradılması üçün təkliflər vermək; • 11. Aprobatorlarınhazırlanmasını, onların ixtisasının artırılmasını və attestasiya edilməsini təşkil etmək; • 12. Dövlət reyestrinə daxil edilmiş sortların orijinal, super elit, elit və reproduksiyalı toxumları ilə qrunt nəzarəti aparmaq; • 13. Ölkə ərazisində seleksiya nailiyyətlərinin dövlət reyestrini aparmaq ; • 14. Qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək
Dövlət toxumçuluq xidməti aşağıdakı vəzifələri daşıyır: 1. Toxumçuluq subyektlərinin fəaliyyətini əlaqələndirmək; 2. Tələb və təkliflər nəzərə alınmaqla, dövlət yerli və sığorta toxum fondlarının yaradılması üçün təkliflər hazırlamaq; 3.Toxumçuluğa dair standartlar, normativlər, əsasnamələr və təlimatlar hazırlamaq, təsdiq etmək və ya onları səlahiyyətli orqanların təsdiqinə vermək; 4.Toxumçuluqda tətbiq edilən rəsmi dövlət sənədlərinin, kataloqların, sertifikatların, uçot-hesabat formalarının nəşrini təşkil etmək; 5. Toxumçuluq üzrə sərgilər və hərraclar keçirmək; 6. Toxumçuluq sahəsində beynəlxalq əməkdaşlığın və kooperasiyanın inkişaf etdirilməsini əlaqələndirmək; 7. Toxum bazarının konyukturunu öyrənmək və təhlil etmək; 8. Toxumçuluq ixtisası üzrə mütəxəssislər hazırlanmasını təşkil etmək; 9. Toxum istehsalçılarını standartlar, təlimatlar və digər normativ sənədlərlə təmin etmək; 10. Qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək
Toxumçuluq prosesində 3 toxum fondu yaradılır. 1. Toxumluq fond - cari il səpini üçün kondisiyalı toxum ehtiyatıdır. 2.Sığorta fond - məhsul olmayan halda hər il təzələnən toxum fondudur . 3.Dəyişən fond - cari il səpini üçün payızlıq bitkiləri ötən ildəki məhsulundan yaradılan toxum fondudur .
Yararlı bitki növlərinin qəbul edilmiş məhsula tələbatını artırmaq üçün müvafiq tədbirlər aşağıdakılardan ibarətdir: 1. Səpinlik toxum keyfiyyətinin əhatəli yaxşılaşdırılması (yüksək cücərmə qabiliyyəti və sairə) 2. Bitkilərin etibarlı qorunması sisteminin yaradılması (məsələn, mərkəzi aşındırma stansiyası bitkilərin qorunması sahəsində bu gün üçün ən effektli tədbir kimi). 3. Regional kənd təsərrüfatı idarələri daxil olmaqla məlumat və təlimə olan tələbatın ödənilməsi
Aşağıdakı toxumların ticarət dövriyyəsinə daxil edilməsinə yol verilmir: 1.Rayonlaşmamış sortlar 2. Sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olmayan toxumlar 3. Qablaşdırılmamış və etiketləşdirilməmiş toxumlar 4. Sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatının müddəti qurtarmış toxumlar 5. Sort qarışığı olan toxumlar