300 likes | 515 Views
MİLLİ AVİASİYA AKADEMİYASI. Görünüş məsafəsinin növləri. Görünüş məsafəsinin təyini. Mühazirəçi: A.X. Hacıyev.
E N D
MİLLİ AVİASİYA AKADEMİYASI Görünüş məsafəsinin növləri. Görünüş məsafəsinin təyini Mühazirəçi: A.X. Hacıyev
Görünüş– fon və müxtəlif predmetlər arasında şərti rəng və parıltı fərqi ilə obyektlərin müşahidəsidir. Görünüş görünüş məsafəsi (hansı uzaqlığı görmək mümkündür) və görünüş dərəcəsi (hansı dərəcədə görmək mümkündür) ilə xarakterizə olunur. Aviasiyanın meteoroloji təminatında görünüş məsafəsi adlandırılan görünüş əsas əhəmiyyət kəsb edir. İrəlidə bu termindən də istifadə edəcəyik.Görünüş məsafəsi dedikdə gündüz vaxtı görünən və təyin olunan obyektlərə və gecə vaxtı işıq oriyentirlərinə qədər olan maksimal məsafə başa düşülür. Görünüş məsafəsinin nəzəri maksimal qiyməti 350 km, real görünüş məsafəsi isə nadir hallarda 200 km-ə çatır.
Müəyyən meteoroloji hadisələrdə görünüş məsafəsi bir neçə on metrə qədər azala bilir, lakin, məhz bu məhdud görünüş məsafəsi aviasiyada maraq doğurur. MA-nın yerüstü mütüoroloji təminatın tələblərinə uyğun olaraq mülki aviasiyada yer səthində görünüş məsafəsinin iki xarakteristikasından istifadə olunur: yuxarıda müzakirə edilən görünüş məsafəsi və UEZ-də görünüş məsafəsi. UEZ-də görünüş məsafəsi dedikdə, UEZ-in ox xəttində yerləşən təyyarənin pilotunun UEZ-in markorovkası və ya UEZ-in ox xəttini bildirən işıqları görə bildiyi maksimal məsafəyə başa düşülür.
Görünüş məsafəsi cisimlərin, işıqlanmanın forma və ölçülərindən, fonun və predmetin rəngi və parlaqlığından, həmçinin atmosferin şəffaflığından asılıdır.Cisimlərin bucaq ölçüləri müşahidəçinin görmə itiliyindən böyük olmalıdır. İnsanın normal görmə itiliyi -1 bucaqlıq dəqiqədir, başqa sözlə desək, obyektin ölçüsü ona qədər olan məsafdən 1/150 dəfə kiçikdir olarsa, insan gözü onu görə bilmir. Lakin, bəzi hallarda insan gözünün itiliyi daha böyük olur.
Cismin forması da görünüş məsafəsinə təsir edir. Kəskin seçilən sərhədlərə malik obyektlər (bina, qüllə və s.) kənarları az seçilən obyektlərə nisbətən yaxşı görünürlər. Görünüş məsafəsi həmçinin işıqlanmadan da asılıdır. Ekstremal işıqlandırma şəraitində ( aysız gecə zamanı cism və ya günəş fonunda top və s.) obyektlər seçilməz olurlar. Günün işıqlı vaxtında müxtəlif şəraitlərdən asılı olaraq müşahidə obyektləri müşahidəçi tərəfindən görünə bilir.Görünüş məsafəsi müəyyən dərəcədəmüşahidəçidən də asılıdır, buna görə də MA-nın yerüstü mütüoroloji təminatın tələblərinə uyğun olaraq müşahidəçinin görmə qabiliyyəti korreksiya ilə hər iki gözundə 1,0 olmalıdır və müşahidəçi ildə bir dəfə okulist müayinəsindən keçməlidir.
UEZ-də görünüş məsafəsi dedikdə, UEZ-in ox xəttində yerləşən təyyarənin pilotunun UEZ-in markorovkası və ya UEZ-in ox xəttini bildirən işıqları görə bildiyi maksimal məsafəyə başa düşülür. Müşahidə UEZ boyunca cihazlar vasitəsilə və ya günün qaranlıq vaxtında görünüşü qiymətləndirmək məqsədilə tək-tək quraşdırılmış işıq dirəklərinə (60VT lamlapar) əsasən aparılır.Görünüş məsafəsi dəyişkən olduğuna görəgörünüş məsafəsini ölçən cihazlar hər iki kursun MÖS (СДП) yanında və UEZ-in ortasında quraşdırılır. Hava məlumatına daxil edilir:
a)UEZ-in uzunluğu 2000 m və az olduqda - görünüş məsafəsinin UEZ-in hər iki qurtaracağında ölçülmüş iki qiymətindən ən kiçiyi;b)UEZ-in uzunluğu >2000 m olduqda - görünüş məsafəsinin işçi start və UEZ-in ortasında ölçülmüş iki qiymətindən ən kiçiyi.Yüksək intensivlikli işıq sistemi istifadə olunan aerodromlarda görünüş məsafəsi alatoran və gecə zamanı 1500 m və daha az olduqda, gündüz isə 1000 m və daha az olduqda görünüş məsafəsinin cədvllər vasitəsilə yüksək intensivlikli işıq sistemi görünüşünə çevrilməsi həyata keçirilir və bu qiymət aviaməlumata daxil edilir. Görünüş məsafəsinin alçaq intensivlikli işıq sistemi görünüşə çevrilməsi yalnız gecə saatlarında həyata keçirilir.
Şaquli görünüş məsafəsi – şaquli istiqamətdə gündüz işıqlandırılmayan və gecə işıqlandırılan obyektlərə qədər görünən maksimal məsafədir. Aşağıya doğru şaquli görünüş məsafəsi adətən buludun aşağı sərhəddinin hündürlüyü, daha doğrusu yer səthini görmək mümkün olan səviyyə ilə eyniləşdirilir. Yuxarıya doğru şaquli görünüş məsafəsi kabində olan pilotun kabindən yuxarıda gördüyü obyektlərə (nisbətən yuxarı eşelonlarda yerləşmiş bulud, təyyarə və s.) qədər olan məsafə ilə bərabərləşdirilir.
Görünüşün pisləşmə səbəbləri. Yağıntıların düşməsi. Duman və çən. Radiasiya dumanları. Adveksiya dümanları. Cəbhə dumanları. Sis. Tüstü. Qum və toz. Vulkan külü.
Görünüş məsafəsini pisləşdirən əsas meteoroloji hadisələrə boran, duman, qum və toz fırtınalarıvə sisi aid etmək lazımdır.Yağıntılar aşağıdakı əsas növlərə bölünürlər.Aramsız yağıntılar.Orta intensivliyə və böyük davamiyyətə malik yağıntılardır. Aramsız yağıntılar bir qayda olaraq eyni zamanda böyük sahədə müşahidə olunurlar. Bu yağıntılar cəbhə xarakterli laylı-yağış buludlarından yağış, qar və ya sulu qar şəklində düşür. Bəzən (çox nadir hallarda ilin soyuq dövründə) aramsız yağıntılar yüksək-laylı buludlardan da müşahidə olunur.
Leysan yağıntılar.Dayanıqsız hava kütləsi və soyuq cəbhə yağıntıları olub leysan yağış, qar, sulu qar və ya dolu şəklində düşür. Adətən bu yağıntılar qısamüddəli və böyük intensivliyə malik olur. Çiskin və yabuz kristalları.Bu yağıntılar sıx laylı buludlardan düşürlər (aşağı temperatur zamanı buz kristalları). Nadir halalrda bu yağıntılar dayanıqlı hava kütləsində formalaşmıç laylı-topa buludlardan düşürlər.
Formasına görə yağıntıların aşağıdakı növləri fərqləndirilir.Çiskin- 0,5 mm diametrə malik çoxlu sayda kiçik su damcılarından ibarət bircins yağıntılar. Yağıntının intensivliyi 0,25 mm/saat, damcıların düşmə sürəti isə adətən 2 m/s-dən artıq olmur.Mümkün mülayim və ya güclü buzbağlama, həmçinin görünüş məsafəsinin pisləşməsi səbəbindən çiskin yağıntı sahəsində uçuş təhlükəlidir. Bəzən çiskin düşən zaman görünüş məsafəsi 1000 m və daha az pisləşə bilir.Yağış –0,5 – 7,0 mm damcılardan ibarət yağıntı. Yağış damcılarının düşmə sürəti 4-8 m/s təşkil edir. Yağışda görünüş məsafəsi 4000 m-ə qədər (bəzən 2000 m) pisləşir. Görünüşün pisləşməsindən əlavə mülayim buzbağlama səbəbindən soyumuş yağış sahəsində uçuş təhlükəlidir.
Qar-buz kristalları və ya qar dənəcikləri şəklində yağıntı. 0°C-yə yaxın temperaturda qar dənəcikləri ölçüsü 100 mm-ə çatan qar lopaları əmələ gətirirlər. Qar lopalarının düşmə sürəti 5 m/s təşkil edir.Qar yağışı sahəsində görünüşün pisləşməsi (bəzən 1000-2000 m-ə qədər) və mülayim buzbağlama səbəbindən təhlükəlidir. Sulu qar – qar dənəcikləri, soyumuş su damcıları və ya əriyən qar lopaları şəklində yağıntı. Sulu qar yer səthində havanın temperaturu 0°C və ya bir az artıqolduqda müşahidə olunur. Sulu qar sahəsində uçuş zamanı görünş məsafəsinin 1000 m və daha çox pisləşməsi əsas təhlükə hesab edilir.
Qardənələri – diametri 15 mm-ə qədər olan buz və ya qar “kürələri” şəklində yağıntı. Dənələr soyumuş su damcılarının donması nəticəsində yaranırlar. Qar dənələri qısamüddətli davamiyyətə malikdir. Görünüş məsafəsini 4000-2000 m-ə qədər pisləşdirə bilir, dənələrin dşmə sürəti isə 10-20 m/s təşkil edir. Dolu-diametri 2-50 mm (diametri 300 mm-ə çatan dolular da müşahidə olunmuşdur) təşkil edən kürəşəkilli buz parçalarından ibarət yağıntı. Diametrindən asılı olaraq dolunun düşmə sürəti 10m/s-dən 50 m/s-yə qədər dəyişə bilir.
Küləyin qarı sovurması nəticəsində görünüş məsafəsinin pisləşməsinə çovğundeyilir.Yaranma şəraitindən asılı olaraq çovğun alçaq və ümumi ola bilir.Qar şəthindən qarın külək vasitəsilə daşınmasına (qar yağmadıqda) alçaq çovğundeyilir. Bu zaman qar kifayət qədər hündürlüyə qalxa bilir (adam boyundan yuxarı), görünüş məsafəsi isə əhəmiyyətli dərəcədə pisləşir. Alçaq çovğun nisbətən yüksək külək (7 m/s) və quru qar səthi olduqda həmişə müşahidə olunur.
Çovğun– qarın bilavasitə yer səthi ilə daşınması. Çovğun boranın bir növüdür. Çovğun zamanı yer səthindən qaldırılmış qar 1 m hündürlüyə qədər (müşahidəçinin gözündən yuxarı) qalxmır, lakin, həmçinin təyyarənin enməsini çətinləşdirir. İş ondadır ki, çovğun qarı UEZ ilə sovuraraq pilotun zolağı davamlı olaraq görməsini məhdudlaşdırır. Ümumi çovğun— güclü külək zamanı qarın yağması. Bu zaman yer səthindən də qarın qaldırılması və daşınması mümkündür. Ümumi boran zamanı görünüş məsafəsi 500-1000 m-ə qədər, bəzən isə bir neçə on metrə qədər pisləşir.
Duman, Çən – bir qayda olaraq, kiçik hündürlükdə temperatur inveriyası nəticəsində yaranırlar. İnversiya su buxarının kondensasiya məhsullarının atmosferin yuxarı təbəqələrinə daşınmasına imkan vermir və nəticədəyer səthində görünüş məsafəsinin duman zamanı 1000 m-də az, çən zamanı isə 1-6 kmə qədər pisləşməsinə səbəb olur (şəkil 3). Yaranma səbəbindən asılı olaraq dumanlar aşağıdakı növlərə ayrılır: Radiasion dumanlar– radiasion-soyumuş səth üzərində hava təbəqəsinin soyuçası nəticəsində yaranır.
Səciyyəvi sinoptik şəraitlər:siklonların mərkəz hissəsi və təzyiq yalının oxu, bu zaman, aydın səma, 3 m/s qədər zəif külək müşahidə olunmalıdır. Kiçik sahə əhatə edirlər, şçox hündür olmurlarvə qısamüddətli olurlar. Dumanın daha sıx hissəsi aşağısında qeydə alınır, buna görə də, enmə zamanı tarazlaşma hündürlüyündə görünüş kəskin pisləşməsi yer səthi ilə əlaqənin itməsinə əbəb olur və təyyarə UEZ-ə çatmadan yerə enə bilir. Radiasion dumanlar havanın 1-2°C qızması vəya küləyin 5 m/s-dən artıq güclünməsi ilə dağılır.
ADVEKTİV DUMANLAR – isti rütubətli havanın soyuq səth uzərinə yerdəyişməsi nəticəsində yaranır, şaquli hündürlüyü 600-800 m , bəzən isə 1,5-2 km-ə bərabər olur, hündürlükdən asılı olaraq sıxlaşır, çiskin yağıntı ilə müşayət olunurlar, ərazidə uzun muddət saxlanılır (şəkil 4). Bu dumanlar böyük sahəni əhatə edirlər və həm vizual uçuş, həm də qalxma və enmə şəraiti üçün böyük təhlükə kəsb edirlər. Səciyyəvi sinoptik proseslər: siklonun isti sektoru, antisiklonun qərb və cənub-qərb periferiyası. Oroqrafiya advektiv dumanın əmələ gəlməsində böyük rola malikdir, belə ki, əksər hallarda təpəliyin külək vuran yamacında yaranırlar. Bu dumanlar hava kütləsi dəyişdikdə dağılırlar.
Şəkil 3. Duman Влажный воздух Туман 4-7м/сан Море Şəkil 4. Dumanın yaranma şəraiti
CƏBHƏ DUMANLARI – atmosfer cəbhələri keçərkən formalaşırlar: İC, birinci dərəcəli SC, SC xarakterli oklüziya cəbhəsi, üç səbəb əsasında soyuq hava zolağında stasionar cəbhə (şəkil 4):Soyuq havanın laylı-topa və yüksək-laylı buludlardan düşən yağıntı hesabına rütubətlənməsi nəticəsində;yağıntıların buxarlanması zamanı rütubətliyin artması hesabına parçalanmış-yağış buludlarının yer səthinə qədər enməsi nəticəsində;cəbhə qarşısında təzyiqin düşməsi zamanı havanın adiabatik genişlənməsi hesabına soyuq havada temperaturun azalması.
Toz fırtınası – toz, qum kütləsinin küləklə daşınmasına deyilir. Toz fırtınaları ilin isti dövründə və davamlı quraqlıq zamanı baş verməklə görünüş məsafəsini kəskin pisləşdirir, şaquli gərginliyi bir neçə sm-dənyüzlərlə m-əçata bilir, bəzən kütlədaxili xə xüsusən ikinci dərəcəli soyuq cəbhə xarakterli topa-yağış buludları ilə əlaqəli qasırğa küləklə müşahidə olunur.Sis – havada asılı vəziyyətdə olan toz, tüstü, yanma məhsulları tərəfindən (rütubətlik 755-dən az olduqda) havanın tutqunlaşmasına deyilir.Sis düzlərdə, şəhralarda toz burulğanları, meşə yanğınları və çovğundan sonra müşahidə oluna bilər. Dağlarda sis havanın yerli istehsal məhsulu olan toz və tüstü ilə çirklənməsi ilə əlaqədardır.
Hava minimumu– hava şəraitinin təyyarənin komandiri tərəfindən uçuşun həyata keçirilməsinə icazə verilən və qalxma və enmə məqsədilə aerodromdan istifadə üçün sərhəd qiymətlərini ifadə edən ümumi termindir. Hava minimumları yalnız iki kəmiyyətlə təyin olunur: buludun aşağı sərhəddinin hündürlüyü (qərar qəbul etmə hündürlüyü) və görünüş məsafəsi (UEZ-də görünüş məsafəsi).Uçuşların təhlükəsizliyini və müntəzəmliyini təmin etmək üçün aşağıdakı hava minimumları qəbul olunur: aerodromun, hava gəmisinin, təyyarə komandirinin və aviasiya işərinin növünün minimumları
Aerodromun minimumu aerodromun coğrafi yerləşməsi və onun enmə sistemi ilə təchizatından asılıdır. Uçuş üçün aerodromun minimumları – bu, verilmiş təyyarə tipi ilə uçuşun həyata keçirilməsinə icazə verilən UEZ-də görünüş məsafəsinin mümkün minimal qiyməti və lazım gəldikdə buludun aşağı sərhəddinin hündürlüyüdür (BASH). UEZ-də görünüş məsafəsi (RVR) – UEZ-in ox xəttində yerləşən təyyarənin pilotunun UEZ-in markorovkası və ya UEZ-in ox xəttini bildirən işıqları görə bildiyi maksimal məsafəyə deyilir.
Enmə üçün aerodromun minimumu – UEZ-də görünüş məsafəsinin və qərar qəbul etmə hündürlüyünün (BASH) verilmiş təyyarə tipi ilə enməyə icazə verilən minimal mümkün qiymətləri. Qərar qəbul etmə hündürlüyü (QQH) - bu hündürlüyü alana qədər təyyarə komandiri tərəfindən enməyə giriş davam etdirilməsi üçün oriyentirlərlə vizual kontakt təyin olunmadıqda həmçinin, fəzada təyyarənin vəziyyəti və ya hərəkət parametrləri təhükəsiz uçuşa təmin etmədikdə ikinci dairəyə getmək üçün manevrin başlanmasının lazım olduğu təyin olunmuş nisbi hündürlükdür. QQH UEZ-in sərhəddindən hesablanır. UEZ-in sərhəddi - UEZ-in təyyarənin enməsi üçün istifadə oluna biləcək başlanğıc sahəsidir. Qərar qəbuletmə hündürlüyü buludluğun aşağı sərhəddi ilə eyniləşdirilir.
Aerodromun uçuş üçün məşq minimumu– UEZ-də görünüş məsafəsinin və lazım gəldikdə verilmiş təyyarə tipi ilə məşq uçuşları zamanı buludluğun aşağı sərhəddinin uçuşun həyata keçirilməsinə icazə verilən minimal mümkün qiyməti.Aerodromun enmə üçün məşq minimumu- UEZ-də görünüş məsafəsinin və verilmiş təyyarə tipi ilə məşq uçuşları zamanı icazə verilən QQH (BASH) minimal mümkün qiyməti.