1 / 11

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI. Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: Spermanın yeridilmə texnikası Mühazirəçi: dosent Əhmədov Əhməd Qulu oğlu Gəncə-2009.

Download Presentation

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: Spermanın yeridilmə texnikası Mühazirəçi: dosent Əhmədov Əhməd Qulu oğlu Gəncə-2009

  2. MÜHAZIRƏNIN PLANI • 1.Həvəsəgəlmənin düzgün təyini zamanı spermanın yeridilməsi • 2.Mayalanma üsulları. • 3.Inək və camışlara spermanın rektoservikal üsulla yeridilməsi. • 4.Inək və camışlara spermanın monoservikal yeridilməsi texnikası. • 5.Qoyunlara spermanın yeridilmə texnikası • 6.Inək və camışlara spermanın rekto-servikal və monoservikal üsulla yeridilməsinin fərqi.

  3. Mühazirə mətninə müvafiq ədəbiyyatlar • 1.C.Rzayev, M.Səidov- Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Bakı, 1975. • 2.A.P.Studentsov, B.S.Şipilov - Baytarlıq mamalığı və ginekologiyası. Moskva-1986. • 3. E.Bəşirov –Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Bakı, 1968.

  4. Heyvanlara spermanın yeridilmə texnikası. • Təbii cütləşmənin növlərini nəzərə alaraq aşağıdakı spermanın yeridilmə üsulları təklif edilmişdir. • Vaginal-spermaya və ya balalıq boyuncuğunun ətrafına yeridilir. • Snrvikal- sperma bilavasitə balalıq boyuncuğu borusuna yeridilir. • Balalığa – sperma bilavasitə balalığa yeridilir. • Yumurtalıq borusuna- sperma yumurtalıq borusuna yeridilir. • Balalıq boşluğuna-yumurtalıq yolunun qıfvari genişliyi sahəsinə (qarın-boşluğuna) iynə vurmaqla sperma yeridilir. • Inək, camış və qoyunlarda təbii cütləşmə zamanı törədici spermanı vaginaya yeridir. Ancaq onları süni mayalandırdıqda, sperma balalıq boyuncuğuna yeridilir. Atı və donuzu mayalayarkən sperma bilavasitə balalığa yeridilir. Qarın boşluğuna yeridilməsi təsərrüfatda özünə yer tapmamışdır. Quşları süni mayaladıqda, sperma yumurtalıq borusuna yeridilir. Süni mayalanma zamanı yeridilən spermanın dozası müəyyənləşdirmək lazımdır. Təbii cütləşmə zamanı buğa, kələ cocbik neçə milyard sperma buraxır. Bu spermanın çoxu vaginada qalır, ancaq təxminən 7-100 milyon spermatozoid gedib balalıq boynuna çatır. Süni mayalanmada isə sperma bilavasitə balalıq boyuncuğuna yeridilir, onun üçün çoxlu sperma yeridilməyə ehtiyac qalmır. Inək, camış və qoyunları süni mayalandıqda orta hesabla 70 milyon spermatozoid yeridilməlidir. Aparılan təcürbələr göstərir ki, spermanı 1:50-yə nisbətində duruldub 10-15 mln spermatozoid yeritməklə də yaxşı döllənmə faizi əldə etmək olur. Mayalama yeridilən spermanın həcmi 30 ml, donuza isə 100 ml olmalıdır.

  5. Inək və camışlara spermanın yeridilməsi. • Heyvanın həvəsdə olmasının əlamətlərini bütün ferma işçiləri bilməlidirlər. Inək həvəsə gələn kimi mayalamaq lazımdır. Inək düyələri 18-20 aylıqda, camış düyələri isə 22-24 aylıqda həvəsə gəldikdə cütləşməyə buraxmaq olar. • Heyvan doğandan 30 gün sonra həvəsə gəlməlidir. Heyvan bu müddətdə həvəsə gəlməsi onun yemləmə, saxlanma şəraitin pis olması və ya cinsiyyət üzvlərində xəstəliklərin olmasıdır. Inək və camış bir neçə dəfə eyni törədicinin sperması ilə mayalandıqda boğaz olmursa, onu başqa buğanın sperması ilə mayalamaq lazımdır. • Heyvanı sağımdan qabaq mayalamaq lazımdır. Sağım zamanı reflektor olaraq hipofizdən Qana oksitoksin keçir. Ona görə 5-dəqiqəyə qədər balalığın qısalması sürətlənir. Nəticədə balalıq boyuncuğuna yeridilmiş sperma tez bir müddətdə balalığa keçir və döllənmə faizi artır. Heyvan şiddətli həvəsdə olduqda süd vermir və ya sağım zamanı narahat olur. Belə olduqda sağımı 1,5-2 saat ləngitməli, heyvanı mayalamalı, sonra isə təcili sağılmalı. Mayalandıqdan sonra heyvanı həmin günü naxıra buraxmırlar. Mayalanmış inək, camış 2 aydan sonra rektal müayinə edib boğaz olub-olmaması yoxlanır.

  6. Inəyi duruldulmamış sperma ilə mayaladıqda ona 0,3-0,5 ml, camışa isə 0,2-0,4 ml spermatozoid yeridilir. • Duruldulmuş sperma ilə inəklərə 0,5 ml. dondurulmuş sperma hər heyvana 1-1,5 mlə qədər yeridilir. • Inək və camışlar spermanın yeridilməsi əsas 3-iyuldan istifadə edilir. Vagina güzgüsü, şpris-kateterlə, rekto-servikal və monoservikal üsullardır. • Inək və camışlara spermanın vagina güzgüsü və şpris kateter vasitəsi • Ilə yeridilməsi • Vagina güzgüsü təmiz , steril və bədən temperaturunda olmalıdır. Vagina, suda qaynatmaqla və 70%-li spirtə salmaqla dezinfeksiya etmək olar. Vagina güzgüsü soyuq olarsa, heyvan gücənir, heyvan narahat olur və nəticədə yeridilmiş sperma geri qayıdır. • Şpris kateteri və vagina güzgüsünü 160-1800s temperaturu olan quruducu şkafda 15-20 dəqiqə saxlamaqla da sterilləşdirmək olar. • Şpris kateteri 70%-li spirtlə dezinfeksiya etmək üçün 4-ədəd ağızı kip örtülən banka götürülür 1-3-4 №-li bankalara təzə hazırlanmış 1%-li NaCe məhlulu 2№-li bankada isə 70%-li spirt tökülür əvvəlcə şprisin xarici tərəfini 960 spirtlə silib sonra, azı 3-dəfə şprisə 70%-li spirt çəkib (2№-li bankadan), yenədə həmin spirt olan bankaya qaytarıb tökməli. Şprisdə spirtin qalığını təmizləmək üçün 3-4 №-li bankadan şprisə 1%-li Na Ce məhlulundan 5-l dəfə çəkərək atmaq lazımdır. Bu məqsədlə vagina güzgüsünü 1№-li Na cl məhlulu ilə isladılıb, vaginaya yeridirlər. Hər dəfə vagina güzgüsü işlədiddikdən sonra yuyulub, dezinfeksiya edilməlidir. Iş qurtardıqdan sonra şpris-kateter spermanı qalığından təmizləmək məqsədilə isti suda yuyub, 1№-li bankadakı 1№-li Nasl məhlulu ilə yaxalayıb ona 70%-li dezinfeksiya edilməli. Inək və camış düyələrinə də eyni qaydada sperma yeridilir.

  7. Inək və camışlara spermanın rektaservikal üsulla yeridilməsi. • Bu üsul ilə heyvan mayaladıqda vagina balalıq boyuncuğu fiksasiya edilir, o biri əllə sperma ilə dolu sintetik pipetka balalıq boyuncuğuna yeridilir və içərisində olan spermanı onun arxa tərəfindəki qovuqcuğa baxmaqla balalıq boyuna ötürülür. • Bu üsulun başqa üsullardan üstünlüyü bunlardır: • Balalığın vəziyyəti öyrənilir. • Heyvanın boğaz və qısır olması müəyyənləşdirilir. • Balalığın motor funksiyası açır və ona görə də spermatozoidlər yumurtalıq yoluna daha tez çatır. • Spermanı balalıq boyuncuğunun daha dərinliyinə yeritmək mümkün olur və ona görə də sperma geri qayıda bilmir. • Balalıq yolu zədələnmir,qıcıqlanmır və infeksiya ilə yoluxma qorxusu azalır. • Bu üsulla heyvanı mayalamaq çox ucuz başa gəlir. • Rekto-servikal üsulla inək və camışları mayaladıqda mayalanma faizi 10-12% çoxalır.

  8. Hövürə gələn inək və camışları mayalamadan qabaq cinsiyyət dodaqlar ilıq su ilə yuyulub, pambıqla silib təmizləmək lazımdır. Sonra steril şüşə və yapolisterol pipetka ilə spermanı yeridilməlidir. Polisterol pipetkanın uzunluğu 40-45 sm-dir. Bunula mayaladıqdan sonra bir dəfəlik olduğuna görə pipetka atılır. • Pipetka balalıq boyuncuğuna 6-8 sm uzunluğunda yeridilir. Bəzən pipetkanın əvəzinə şpris kateter ilə işlədilə bilər. • Monoservikal üsullu ilə inək və camışları spermanın yeridilməsi. • Spermanı bu üsulla steril bir dəfəlik polietilen əlcəyin, ampulanın, polisterol kateterin köməyi ilə əllə balalıq boyuncuğuna yeridirlər. Spermanı yeritməzdən əvvəl xarici cinsiyyət üzvləri təmizlənir, sonra ampula kəsilir, kəsilmiş nahiyyəsinə kateter, yaxud pipetka yeridilir. Polietilen əlcək geyib onu ilıq fizioloji məhlulla islatdıqdan sonra əli balalıq yoluna yeritmək lazımdır. Bundan sonra balalıq boyuncuğu tapılıb 1-1,5 dəqiqə ehtiyatla massaj edilməlidir ki, onun motor funksiyası artsın. Sonra əli bir qədər geri çəkib, o biri əldə hazırlanmış ampulanı baş və şəhadət barmağının arasına alaraq ampulanın kateterini balalıq boyuncuğuna 1,5-2 sm dərinliyinə yeridilir. Tədriclə balalıq boyuncuğunu massaj etməklə kateter tamamilə (7 sm) boyuncuğa yeridilir. Bundan sonra ampulanı 2-3 sm yuxarı qaldıraraq boyuncuq açıldıqda ampulanı sıxırlar. Ampulanı sıxılmış vəziyyətdə çıxarmaq lazımdır ki, boyuncuğa tökülmüş sperma yenidən onun içərisinə sorulmasın. Ampulanı boyuncuqdan çıxarıb vaginada saxlayaraq, balalığın boyuncuğunu 2-3 dəqiqə yavaş-yavaş massaj edib eztiyatla kateteri çıxarmalı.

  9. Spermanın qoyunlara yeridilməsi • Qoyunlarda həvəs kütləvi şəkildə keçdiyi üçün onların cütləşmə kompaniyasına 1,5-2 ay qalmır. Bir sıra hazırlıq işləri yerinə yetirlməlidir. C.Ə.Rzayevə görə elə etmək lazımdır ki, süni mayalanma kompaniyası qısa müddətdə (30-40 gündə) başa çatsın. Bu məqsədlə cütləşmə kompaniyasına 1,5-2 ay qalmış quzuları analarından ayırmalı, sağılan qoyunların isə sağımını dayandırmalı. Arıq qoyunları ayırıb yaxşı otlaq sahəsində otarmalı, onlara axşamlar əlavə yem verməli. Belə ki, arıq qoyunlar cütləşmə kompaniyası başlana qədər köklük dərəcəsində olmalıdır. Sürüdə xəstə qoyunlar olduqda, onlardan ayrı sürü təşkil etməli, cütləşmə kompaniyasına qədər onlar müalicə olunmalı və profilaktiki tədbirlər aparılmalıdır. Mayalanma yerinə yaxın olan otlaq sahəsi qorunub saxlanmalıdır. Həvəsdə olan qoyunları səhər tezdən aşağıda göstərilən qaydada seçirlər. Yataqda 100-200 m2-lik xal-xal düzəldib, ora 150-200 baş ona qoyun salırlar. Sonra ora 2-3 baş döşlüklü sınaqçı qoçlar buraxırlar. Birinci qrupda həvəsdə olan qoyunlar seçilib qurtardıqdan sonra həmin qrup xalxaldan çıxarıb, ikinci qruppu ora salırlar. Həvəsdə olan qoyunların hamısı seçilənə qədər bu iş təkrar edilir. • Həvəsdə olan qoyunlar seçilərkənq sınaqçı qoçlar vaxtaşırı dəyişilməlidir.

  10. Anna qoyun sınaqçı qoçdan qaçmazsa və qoç tullandıqda sakit durarsa, onun həvəsdə olduğu müəyyən edilir. Xal-xalda qoyunlar bir yerə toplanmalıdır ki, həvəsdə olan qoyunu tapmaq olsun. Sınaqçı qoçların cinsiyyət fəaliyyətinin zəifləməsi üçün azı 5-gündən bir onlardan süni vagina ilə sperma alınsa daha yaxşı olar. • Süni mayalanma otlaq şəraitində aparıldıqda səyyar mayalanma məntəqələri düzəldilir. • Qoyunların qısır qalmasının qarşısını almaq üçün həvəsdə olan qoyunlar gündə iki dəfə seçilir (səhər və axşam). Qoyunları mayalamaq üçün spermanı durultduqda manejin temperaturu müsbət 18-250s-ə qədər olmalıdır. Qoyun mayalanan otaqda süni mayalanma dəzgahı elə qoyulmalıdır ki, arxası pəncərəyə tərəf olsun ki, işıqlı olsun. • Qoyun mayalanan zaman, mayalamada işlədilən alətlər dezinfeksiya edilməlidir. Qoyunların süni mayalanmasını tezləşdirmək üçün, bir neçə vagina güzgüsündən və mikroşprisdən istifadə edilməlidir. Qoyuna sperma yeritmək istədikdə köməkçi onu dəzgaha salır, başını təsbit edir və quyruğunu qaldırır. Bundan sonra pambıqla qaynadılomış su ilə və 1%-li Nacl və ya 1-2%-li Nacl məhlul hopdurulmuş pambıqla cinsiyyət dodaqlarını dezinfeksiya edirlər. Şpris kateteri güzgünün arası ilə aparıb balalıq boyuncuğuna 2-3 sm dərinliyində yeridərək spermanı oraya ötürməlidir. • Duruldulmamış (təzə alınmış) sperma ilə qoyunu mayalamaq lazım gəldikdə o, Q-8 qiymətdə olmalıdır.

  11. Belə spermanı hər qoyuna 0,05-0,1-ml yeridilir. Durudulmuş spermanın isə fəallığı 6-baldan aşağı olmamalıdır və hər qoyuna 0,1-0,2 ml yeridilməlidir. Hər 3-4 qoyun mayalandıqdan sonra şprisdəki spermadan bir damla götürüb mikroskopla müayinə etməklə onun fəallığı yoxlanılmalıdır. Qoyunları süni mayaladıqda mikroşprisdən başqa A.N.Lıxoçovun təklif etdiyi yarımavtomat şprisdən də istifadə edirlər. Bu şprisin dəstəyində bölüşdürücü yerləşdirilmişdir. Şprisi hər dəfə dəstəyindəki çaxmağı basıb buraxdıqda 0,05 ml sperma buraxır. Yeridilən spermanın miqdarını artırmaq istədikdə yarımavtomat şprisin çaxmağını bir neçə dəfə basmaq lazımdır. • Sürüdə anna qoyunların sayı 600-800 başdan çox olduqda mayalanmış qoyunlardan ayrıca sürülər təşkil edilər, 12 gündən sonra mayalanmış sürülərə qoç buraxılaraq onları yoxlayırlar, mayalanmanın nəticəsi. Beləliklə mayalanmamış qoyun aşkar edildikdə onları yenidən mayalayırlar. • Süni mayalanma işi qurtardıqdan sonra, yarımavtomat şpris və şpris kateterinin bütün hissələri sökülüb, yuyular və dezinfeksiya edilir.

More Related