1 / 22

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI. ZOOBAYTARLIQ VƏ ƏMTƏƏŞÜNASLIQ FAKÜLTƏSI YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: MÜHAZIRƏÇI: dosent Əliyev Nağı Ağamalı oğlu Gəncə -2009. QEYRI-SPESIFIK STIMULƏEDICI TERAPIYA.

aradia
Download Presentation

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI ZOOBAYTARLIQ VƏ ƏMTƏƏŞÜNASLIQ FAKÜLTƏSI YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: MÜHAZIRƏÇI: dosent Əliyev Nağı Ağamalı oğlu Gəncə -2009

  2. QEYRI-SPESIFIK STIMULƏEDICI TERAPIYA • Bu müalicə üsulundan məqsəd orqanizm ümumi mübarizə qüvvəsini yüksəltməkdək və xəstəliklərə qarşı onun müqavimətini artırmaqdan ibarətdir. Buraya proiteinoterapiya, autohemoterapiya, histolizatoterapiya, sitotoksi-noterapiya və toxuma terapiyası daxildir. • Proteinoterapiya. Müxtəlif zülali maddələrin (qan və qan zərdabı) müalicə məqsədilə parentral yolla orqanizmə yeridilməsi proteinoterapiya adlanır. Istifadə olunan zülala görə müalicə növlərinə adlar verilmişdir. Seroterapiya (qan zərdabı ilə mübarizə), laktoterapiya (südlə müalicə), autoterapiya (heyvanın öz qanı ilə özünü müalicə). • Proteinoterapiya əsaslanaraq daha mürəkkəb terapiya üsulları-sitotok-sinoterapiya, toxuma terapiyası kimi müalicə növləri işlənib hazırlanmışdır. • Bu üsulların əsasını parentrol yolla orqanizmə yerləşən yad zülalların asimlasiya və disimmilyasiya proseslərində yaratdığı dəyişikliklər təşkil edir. • Zülalları orqanizmə parentral yolla yeritdikdə onlar parçalanıb hüceyrə və toxumalarda fiziki-kimyəvi çevrilmələrə səbəb olur, bunun nəticəsində orqanizmin reaktivliyi dəyişir. Bir çox səbəbdən (preparatın dozası, xassəsi, xəstə orqanizmin vəziyyəti, reaktivlik, xüsusiyyəti və s.) əmələ gələn bu dəyişiklik xoş hal yaradıb sağalma ilə nəticələnir və ya pis təsir göstərib ağırlaşmalara səbəb olur.

  3. Parenteral yolla orqanizmə yeridilən hər bir zülal preparatlarının təsiri iki dozada özünü göstərir: reaktivlik, bərpaetmə və ya müalicə. Reaktivlik fazasında məlhəm və ümumi reaksiya verir, xəstənin vəziyyətində müvəqqəti olaraq ağırlaşma, temperaturun qalxması, prosesin kəskinləşməsi preparat yeridilmiş sahədə iltihablaşmalar müşahidə edilir, 6-10 saatdan sonra temperatur daha da yüksəlir. Bu vəziyyət, adətən 24 saatdan çox davam edir. Zülalların parçalanmasından törənən məhsullar sinir sisteminə təsir edərək, qan təzyiqini yüksəldir, azot məhsullarının sidiklə ifrazını gücləndirir. • Ikinci fazada- preparat yeridilmiş nahiyədə reaksiya itir, temperatur nor-mal hala düşür, iltihaba uğramış sahədə sorulma sürətlənir və proses dayanır. • Zülal preparatlarını böyük dozalarda orqanizmə yeritdikdə və orqanizmin reaktivliyi kəskin sürətdə aşağı düşdükdə birinci fazada sinir sistemi pozulur, tənəffüs və qan dövranı kəskin sürətdə dəyişərək ölümə səbəb olur. Buna görə də zülal preparatlarını orqanizmə yeridərkən birinci növbə də onların dozası orqanizmin vəziyyəti, patoloji prosesin xarakteri və s. nəzərə alınmalı, proteinoterapiyanın dəqiq müəyyənləşdirilməlidir. • Proteinoterapiyadan furunkulyoz, fleqma, abseslər, plevritlər, mastitlər, artitlər, dəri xəstəlikləri zamanı istifadə edilir. • Zülal preparatları (qanköçürmədən başqa) venaya yeridildikdə kəskin reaksiya verdikləri üçün onları adətən dəri altına vurulur. • Kəskin gedişli iltihablar, kəskinləşmişdir xroniki proseslər, böyrək və qaraciyər iltihabları, kaxeksiyalar, dekonikasiya etmiş ürək qüsurları zamanı proteinoreaksiyanın tətbiqi pis nəticə verir. • Qeyri-spesifik proteinoterapiyada sağlam heyvanların qan serumundan, qızılyel, taun qarayara əleyhinə immun serumlarından istifadə etmək olar. • Qaramal və atlarda boyunun üçdə bir nahiyəsində dəri altına təxminən 25-50 ml yeritmək olar (2-3 gün ara verməklə 2-3 inyeksiya kifayətdir).

  4. Əvvəlcə az dozada götürülür, hər dəfə 10-15 min artırılır. Hazırda körpə heyvanlarda dispepsiya qarşı müalicə və profilaktika məqsədi ilə qeyri-spesifik qamma-qlobulindən istifadə edilir. Qamma-qlobulinin suda hazırlanmış 10%-li məhlulu arasında (buzova 10-15 ml) vurulur və 4-5 gündən sonra təkrar edilir. • Autohemoterapiya- xəstə heyvanın öz qanından alıb-özünün dərisi altına yeridilməsindən ibarətdir. Bu əməliyyat proteinoterapiyanın bir növüdür. • Burada qanın zülalları və formalı elementlərinin parçalanma məhsulları, habelə xəstə heyvanın qanında plantisidlər və bakteriyalar eyni zamanda orqanizmə təsir göstərir. • Xəstənin qanı dərialtı yeridildikdə əvvəlcə düşdüyü yeri qıcıqlandırır, sonra isə onun parçalanmasından törəmiş məhsullar retikulo-epidel sisteminə təsir edərək, toxuma mübadiləsinin stimulə edir, qanın morfoloji tərkibində dəyişiklik yaradır. Əvvəlcə leykopeniya əmələ gəlir, lakin sonra leykositlə də əvəz oluna bilər. Eritrositlərin və hemoqlobinin miqdarı artır, qeyri-spesifik immunitet yaradır. • Baytarlıqda autohemoterapiyanın tətbiqi furunkulyoz, dermatit, əzələ və oynaq revmatizm kimi xəstəliklərdə yaxşı nəticə verir. Endometrit, sonu ləngimiş aktinoleykoz, cidovluğun irinli nekrotik iltihabı, plevrit, pnevmoniya, qastroperlit və s. xəstəliklər zamanı başqa müalicələrlə birlikdə autohemoterapiyadan istifadə olunur. • Diri heyvanların özündən 50 ml qan alıb vurmaq olar. Əvvəlcə 25 ml, sonra isə hər dəfə 15-25 ml artırılır.

  5. Kəskin iltihabi proseslər, ürəkli, böyrəklərin, qaraciyərin funksional pozğunluqları ilə davam edən üzvi pozğunluqlara qarşı autoterapiyanın tətbiqi əks göstərişdir. • Histolizatoterapiya. Sağlam heyvandan götürülmüş toxumaları parçalamaq və ya həll etməklə müvafiq şəkildə müalicə məqsədilə istifadə olunması histolizatoterapiya adlanır (histo-histos-toxuma, lysis-həll etmək deməkdir). Histolizatları steril şəraitdə saxlayırlar. • M.P.Tuşpov lizotlar haqqında təmini banisi hesab edilir. Bizim əsrin əvvəllərində o, hüceyrə zəhərləri, spermatoksinlər barədə nəzəriyyə irəli sürülür. M.P.Tuşulovun fikrincə toxumaların və orqanların (cinsiyyət üzvləri, qanın formalı elementləri, endokrin vəzləri və s.) parçalanmasından əmələ gələn məhsullar parentrol yolla orqanizmə yeridilən zaman müvafiq toxumaları qıcıqlandırır. Bu lizatın dozasından, toxumanın reaktivlik qabiliyyətindən və sinir sisteminin vəziyyətindən və s. asılıdır. • Buşqa toxuma preparatları kimi histolizatlar da əvvəlcə orqanizmə ümumi təsir göstərərək, müvafiq orqanların funksional fəaliyyətində dəyişikliyə səbəb olur. Histolizatlar orqanlara seçmə təsi göstərir. • Tuşnova görə histolizatorların tərkibində plastik və dinamik fraksiya vardır. • Plastik fraksiya aminli turşulardan ibarət olub, orqanizmdə tikinti materialı kimi istifadə edilir; dinamik fraksiya isə zülalların parçalanması nəticəsində əmələ gələn albuleoz, pepton və paleteptidlərdən ibarət olub, orqanizmdə dəyişikliyə uğrayaraq, stimuledici və ya ləngidici təsir göstərir. • Histolizatorların kiçik dozası stimuledici, orta dozası ləngidici, iri dozası məhvedici təsir göstərir. • M.P.Tuşpov və onun davamçıları təsirindən testolizat, ovarilizat, mamolizat, miolizat hazırlanıb tətbiq olunmuşdur.

  6. Testalizat- cinsifəaliyyəinzəifləməsində, ovarilizat-cinsiyyəttsiklipozulduqda, miolizat- əzələzəifliyi, ətlikheyvanlarındərisialtına 10, 15, 20 q vurulur. • Hazırdaölkəmizdətəsirinəgörəhistolizatlarayaxşıolanqaraciyərekstraktı, kompalan, antipanilin, hidrolizatlar, peptonvə s. preparatlaristehsaledilir. • Sitotoksinoterapiya. Bu metodakademikA.A.Boqmoletstərəfindənişlənibhazırlamışdır. Onunmahiyyətibelədir: hetrogen (başqaheyvanın) hüceyrəelementlərinixəstəheyvanainyeksiyaetdikdəorqanizmdəsitotoksikimaddəəmələgələrəkqanserumundatoplanır. Beləserumdandigərheyvanavurduqdaoxşarhüceyrələrhəminsitotoksikmaddəniadsorbsiyaedir, hüceyrədaxililipoltikvəproteolitikfermentlərintəsirialtındatamamiləvəyaqismənsitolizəuğrayır. Zülalmisellərinhidrolizinəticəsindəlizatlarəmələgəlirki, bunlarmüvafiq (eyniadlı) hüceyrəelementlərindəqidalanmanıvəinkişafqabiliyyətininstimuləetməkxüsusiyyətinəmalikolur. • Sitotoksinoterapiyanıautolizatoterapiyadaadlandırmaqolar. Çünkiburadatəsirgöstəricistimulyatorlarorqanizməparestralyollayeridilməksitotoksinlərintəsirinəticəsindəəmələgəlir. • Antiretikulyarsitotoksik serum hazırlamaqüçünretikulo –endotelhüceyrələriiləzənginolanorqanlardanistifadəedilir. Adətənbuməqsədləqaramalındalağındangötürübfiziolojiməhluldahəlledilir, sonraekstrattəkraratavurulurvəonunserumu (qanzərdabı) antiretikulyarvasitəkimimüalicəməqsədiləistifadəedilir. Heyvanınhər 100 kqkütləsinəbeləserumun (1:200 titrində) 0,1 ml müalicədozasıhesabedilir. Onufiziolojiməhlulda 10 dəfədurulaşdırıldıqdansonradərialtınavəyaəzələiçərisinəyeridirlər. • Müalicəkursu 2-3 günaraverməklə 1-5 inyeksiyadanibarətdir. Bunukiçikdozadanbaşlayıbgetdikcə 1,5-2 dəfəartırmaqlazımdır.

  7. Baytarlıq praktikasında antitoksik serumdan körpələrin bronxopnev-moniyası, paratifi, diplokokk xəstəliyi, axtalamadan sonrakı ağırlaşmalar, endometrit, cidovluq və ətrafların irinli-nekrotik iltihabları zamanı istifadə edilmişdir. • Stimulyasiyaedici terapiyanın digər növlərinin xoşagəlməz nəticə verdikləri xəstəliklərdə, antitoksik serumdan istifadə etmək məsləhət görülür. • Toxuma terapiyası. Müasir toxuma terapiyasının əsaslarını verən onun banisi akademik V.P.Filatov olmuşdur. Burada histolizatoterapiyanın nəticələri də müəyyən rol oynamışdır. Orqanizmin müalicə məqsədilə aktiv təsir göstərmək vasitələrindən biri olan toxuma terapiyaları son vaxtlar kimi inkişaf etmişdir. • Heyvan və bitki orqanizmindən götürülmüş toxumalar biokimyəvi dəyişikliyə uğrayaraq özlərində gedən prosesləri stimulə edən maddə törədirlər ki, onlar pis şəraitə düşdükdə toxumaları mühafizə etmək qabiliyyətinə malik olurlar. • Belə maddələri V.P.Filatov bioloji stiumlyatorlar adlandırmışdır. • Bioloji stimulyatorları orqanizmə yeritdikdə maddələr mübadiləsi və ümumiyyətlə fizioloji funksiyalar güclənir, orqanizmin müqaviməti və regenerasiya qabiliyyəti yüksəlir, sağalmaya meyil getdikcə artır. Beləliklə, biogen stimulyatorlar bütün orqanizmə təsir göstərir. • Biogen stimulyatorlar yaşayış uğrunda mübarizəyə gedən və yeni şəraitə uyğunlaşma lazım olan hər yerdə əmələ gəlir. • Biogen stimulyatorları hazırlamaq üçün dalaq, qaraciyər, böyrəküstü vəzi, xayalar, alaq bitkisinin və şəkər çuğundurunun yarpaqları və s. istifadə edilir. • Biogen stimulyator hazırlamaq üçün heyvan toxumasını 6-7 gün 2-40S-də, bitki toxumasını isə 12 gün 4-80S-də və qaramalın mühitdə saxlamaq lazımdır.

  8. Belə toxumalar kiçik doğranıb qırıntılar halında dəri altına yeridilir, yaxud əzilərək xüsusi şpirislərlə dəri alıtna yeridilir, yaxud da toxumaların ekstraktı məhlul halında orqanizmə inyeksiya edilir. • Baytarlıqda toxuma terapiyasından cidovluq nahiyyəsinin irinli-nekrotik proseslərində, gec sağalan yaraların, kerato-konyuktivlərin, mastitlərin, bronxial astmanın, ağciyərin alveollar emfizemasının, frunkulyozun, atimpaniyaların müalicəsində istifadə edilir. • Cavanların inkişafında toxuma terapiyası yaxşı təsir göstərir. Lakin septik proseslərdə, kəskin infeksiyalarda, ürək, qaraciyər və böyrəklərin ağır üzvi pozğunluqlarında, daxili orqanlarda infeksiya ocağı olduqda, ümumi zəiflik və arıqlamalarda toxuma terapiyasının tətbiqi pis nəticə verir. • Orqnoterapiya. Bu heyvanların orqanlarından hazırlanmış preparatların aparılan müalicədən ibarətdir. Baytarlıqda orqan preparatlarından pilorin (qoltrakirin donuz mədəsinin pilorik hissəsi yağsızlaşdırılıb qurudulur), pankrotin (qaramal və ya donuz mədəaltı vəzinin ekstraktı) Kaminlon (qaramalın zülallardan azad edilmiş qaraciyərinin suda qatı ekstraktı), aktinonin (qaramalın zülalından azad edilmiş qaraciyər ekstraktı olub, tərkibində 1,67 mq% kobalt-sulfat vardır) kimi mövqe tutur.

  9. Sinir-trofik funksiyaları nizamlayan müalicə • Mərkəzisinir-sistemininorqanizmdəyerinəyetirdiyiənmühümfunksiyalardanbiridətrofikfunksiya, yənimaddələrmübadiləsinitənzimetməkdir. • Maddələrmübadiləsinin normal gedişindəşərtivəqeyri-şərtireflekslərinroluçoxböyükdür. Müxtəlifpatolojiproseslərintəsirisayəsindəmaddələrmübadiləsidəyişir, toxumalardavəorqanlardamübadiləprosesləriiləyanaşıfunksionalpozğunluqəmələgəlir. Patolojiprosesininkişafıvəaqibətitəsirfaktorununxarakterindən, orqanizminözündənvəonuəhatəedənxaricimühitdənasılıdır. Onagörədəpatolojiprosesəsəbəbolanfaktorlarbəzənfiziolojiproseslərdəpozğunluqtörədəbilmir, beləhallardaorqanizminöz-özününizamlamaqabiliyyətibununöhdəsindəngəlir; digərhallardatəsirfaktorufiziolojiproseslərəüstünlükgöstərərək, onlarınistiqamətinipozur, nəticədəxəstəlikinkişafedir. • Düzgünseçilmişhərbirmüalicəvasitəsisinir-trofikfunksiyalaranizamlayıcıtəsirgöstərir. Lakinbuvasitələrözxüsusiyyətlərindənasılıolaraqorqanizmdəfiziolojiprosesvəfunksiyalarınbərpa olunmasına eynidərəcədətəsiredəbilmir. Məsələn, dietoterapiyatədricənöztəsirinigöstərdiyihaldaI.P.Pavlovunqoruyuculəngiməterapiyası.

  10. A.V.Vişnevskinin novokain blokadası sinir-trofik funksiyasına bilavasitə təsir göstərdiyi üçün tezə də nəticə alınır. • Baytarlıq praktikasında qoruyucu ləngimə qismən yuxudan ibarət olub, farmakoloji maddələrin təsiri ilə yaradılır. • Bir sıra sancılı xəstəliklər zamanı ağrıkəsən, yuxugətirən maddələrin (xlorohidrat, morfii, analgin və s.) tətbiqi, sinin sisteminin əlavə qıcqırdan qorumaq məqsədilə spazma əleyhinə maddələrin (valeryan xülasəsi, çobanyastığı çiçəyinin dəmləməsi) təyin edilməsi buna misal ola bilər. Heyvanlarda nevrozların müalicəsində brom preparatlarından istifadə olunur, bir sıra digər xəstəliklərdə verenal, luminal kimi preparatları bromla birlikdə işlədilməsi yaxşı nəticə verir. Qoruyucu ləngimə metodu beyin qabığının funksiyaları pozulduğu halda tətbiq edildikdə əlverişli müalicə vasitəsi kimi özünü doğruldur. • Qoruyucu terapiya vasitələrinin tətbiqində dərman maddələrinin xassələri ilə yanaşı heyvanlarda sinir tiplərinin qarşılıqlı induksiya qanununun (baş beyin qabığında ləngimə prosesləri gücləndikdə qabıqaltı sahədə oyanma qüvvətlənir) nəzərə alınması çox vacib şərtdir. Baş beyin qabığın təsir göstərən maddələr lazımi əsas olmadan tətbiq edildikdə (bir sıra arteriya, bronxial astma və s.) xəstəlik prosesi aktiv formaya keçə bilər. • Baytarlıqda qoruyucu terapiya yaratmaq üçün somatik və ya vegetativ sinirlərdə müvəqqəti blokada törədən novokain və onun analoqlarında istifadə edilir.

  11. Bu maddələr iltihab ocağından mərkəzi sinir sisteminə gələn patoloji qıcıqların müvəqqəti olaraq qarşısını alır, baş və uzunsov beyinin şöbələrində gərginliyi aradan qaldırılması üçün əlverişli şərait yaradır. Bu isə həmin üzvlərdə pozulmuş funksiyanı dəyişdirib ona fizioloji istiqamət verir, orqanizmdə sinir-trofik funksiyanın tənzim olunması işini təmin edir. • Baytarlıqda novokain blokadasından uzun müddət bir diaqnostik vasitə kimi (atların axsaqlığın təyinində) istifadə olunmuşdur. 1938-1939-cu illərdə I.Y.Tixinin atlar üzərində paranefral novokain blokadasının işlənib hazırlamışdır. Bu metod mədə və bağırsaqların hərəkti funksiyalarının pozulması, atlarda sitralgiya, meteorizm, mədənin kəskin genişlənməsi, kontrostoz, qaramalda mədə önlüklərinin atoniyası, işgənbənin timpaniyası kimi xəstəliklərin müalicəsində özünü doğrultmuşdur. • V.V.Mosin (1951) atlarda və qaramalda peritonit, sistit, spastik sancılar zamanı ikitərəfli epiplevral novokain blokadası təklif etmiş, A.I.Fedorov, V.Q.Kulik, N.A.Uradayev bu metoddan kataral və krupoz pnevmoniyaların müalicəsində yaxşı nəticə almışlar. • Novokain məhlulunun antibiotiklərlə birlikdə arteriya dammarı daxilinə yeridilməsi işlənib hazırlanmışdır ki, bu infeksiya ilə əlaqədar irinli proseslərdə çox faydalı sayılır. Atlarda miqlobinuriya zamanı venaya 1%-li novokain yeritmək məsləhət görülür. • Irinli və septik proseslər, habelə ümumi arıqlıq zamanı novokain blokadasının tətbiqi məsləhət görülmür.

  12. Qıcıqlandırıcı, yayındırıcı vasitələrlə müalicə • Buraya xardal yaxması, skipidar, kamfora, spirt, menimentlər yaxmaq və baqna qoymaqdan istifadə edilir. • Qıcıqlandırıcı vasitələr (xardal yaxması və s.) dəriyə təsir edərək onu qıcıqlandırıb hiperemiya əmələ gətirir, qanla təchiz olunma yaxşılaşır, orqan və toxumaların sinir trofikasında dəyişiklik əmələ gəlir. • Bununla yanaşı olaraq dəri qıcıqlandıqda zülalların nekrobioz və denaturasiya məhlulları Qana sorularaq qeyri-spesifik stimulyasiyaedici terapiya vasitələri kimi təsir edirlər. • Baytarlıqda xardal xəmiri, xardal spirti, kamfora spirti, skipidarın su və ya yağda qarışığından istifadə olunur. • Bunlar bronxit, fibrinoz plevrit, atipik pnevmoniya, nevralgiya, sancılı xəstəliklər zamanı yaxşı nəticə verir. Lakin dərinin iltihabları, böyrək xəstəlikləri, septik proseslər və intoksikasiyalar zamanı bunlardan istifadə etmək olmaz. • Bankalar. Plevritlər, bronxitlər və pevmoniyaların müalicəsində əlverişli vasitələrdən hesab olunur. • Bunun təsir maxanizmi belədir: qan dövranından qanın bir hissəsini uzaqlaşdırmaqla ürəyin işini yüngülləşdirir, banka qanı sorarkən qismən gedən denaturasiya, zülalların və qanın formalı elementlərinin parçalanması sayəsində törəyən məhsulları kimi qeyri-spesifik proteinoterapiya (autohemo-terapiya) vasitələri kimi təsir göstərir, dəri və dəri altındakı reseptlər aparatının qıcıqlanması iltihaba uğramış sahədə sinir-trofikasını və qan təchizatını nizamlayır. • Iri heyvanlar üçün N.P.Vasilyev metal bankalar təklif etmişdir. Kiçik heyvanlar üçün təbabətdə tətbiq olunan bankalardan istifadə etmək olar.

  13. Qan buraxma • Orqanizmdən müəyyən miqdar qanın kənar edilməsi hemodinamik və bioloji təsir göstərdiyi üçün bədəndə qanın paylanmasını yaxşılaşdırır, hüceyrə mayesi və limfanın qan dövranına doğru meyli güclənir. • Beləliklə bu, mübadilə məhsulları və toksiki maddələrin orqanizmdən kənar olunmasına kömək edir. Buraxılmış qan isə ehtiyatda olan qanın hesabına tez bərpa olunur. • Ürək fəaliyyətinin zəifləməsi nəticəsində kisik qan dövranında durğunluq olduqda, ağciyərlərdə sulu şiş, kəskin zəhərlənmələr zamanı qanburaxma məsləhət görülür. Lakin, arıq, qanazlığı, infeksion xəstəliklərlə xəstələnmiş heyvanlarda qanburaxma məsləhət görülmür.

  14. Spesifik fomakoterapiyanın əsasları • Xəstəliklərinmüalicəsindəformakolojimaddələrinkilinikitətbiqifarmakoterapiyaadlanır. • Farmakoterapiyanınelmiəsaslarınınişlənibhazırlanmasındadərmanmaddələrininheyvanorqanizminətəsirmexanizmininöyrənilməsinədairaparılmışeksperimenttədqiqatlarmühümroloynamışdır. • I.P.Pavloveksperimentalfarmakoterapiyanınbanisidir. Qızdırmanıaşağısalanvənarkotikmaddələrin, bromidlərin, emitininvə s. birsıradərmanınmexanizminiöyrənməküçünaparılmıştədqiqatlardünyaelmindəözitkinli-yinəgörəsovetelminəməxsusolub, I.P.Pavlovunşagirdləri (N.A.Sanes-tvenski, V.V.Saviç, V.A.Krılov) özmüştərilərininideyasınındahadainkişafetdirərək, baytarlıqfarmakologiyasınınelmiəsaslarınıyaratmışlır. • Kliniktəcrübələrdəfarmakoterapiyanıdietoterapiya, qeyri-spesifikterapiya, fizioterapiyavə s. birlikdətətbiqetdikdədahayaxşınəticəverir; kəskingedişəmalikxəstəliklərinmüalicəsindəfarmakoterapiyanınroluböyükdür. • Farmakoterapiya vasitələrindən baytarlıqdadahaböyükəhəmiyyətəmalikolanlarıkimyəvipreparatlarvəantibiotiklərdir. • Kimyaterapiya. Xəstəliktörədəncanlıamillərəqarşıkimyəvimaddələrləaparılanspesifikmüalicədir.

  15. Kimyaterapiya farmakoterapiyanın xüsusi bir növü olub, burada mikro-orqanizm, xəstəlik törədicisi və kimyvi preparat iştirak edir. Farmakotera-piyada isə orqanizmlə dərman maddəsinin qarşılıqlı əlaqəsindən bəhs olunur. • Kimyaterapiya dərman maddəsinin müsbət və xəstəlik törədicisinə isə məhvedici təsiri nəticəsində xəstəlik prosesində gedən dəyişikliyə əsaslanır. • Məsələn, qan parazit xəstəliklərinin müalicəsində akoprin, naçanin, naqonal və s. preparatlarının tətbiqi. • Sulfanilamidlərlə müalicə. Bu qəbildən olan preparatlar çoxdur. Onlardan baytarlıqdan tənəffüs üzvlərinin, mədə-bağırsaq sisteminin xəstəliklərində, bir sıra septik proseslər, infeksion xəstəliklər zamanı (norsulfazol, sulfadimezin, stazol, ftolezal, sutkin və s.) kimi istifadə edilir. • Sulfanilamidlərin tərkibində ağ streptosidin molekulu vardır. Bunlar qanda yüksək konsentrasiya da olduqda bakteriyaların fermentləri ilə birləşib, bioloji cəhətdən fəal olmayan sistem əmələ gətirirlər. Tədqiqatlardan müəyyən edilmişdir ki, bakteriyalarda gedən maddələr mübadiləsində paraaminabenzoy turşusu mühüm rol oynayır. • Sulfanilamidlər paraaminobenzoy turşusu ilə rəqabətə girərək, onun bioloji cəhətdən fəal olan enzim sistemini sıxışdırır və bakteriyaların artıb inkişaf etməsini dayandırır. • Beləliklə, sulfanilamidlər bakteriyaları dərhal məhv etmir, onlar orqanizm mühitinə fəal daxil olmaqla bakteriyaların metabolizmində spesifik dəyişikliklər əmələ gətirir. • Nəticə etibarı ilə sulfanilamidlər faqositoz, bakteriolizis və s. kimi müdafiə reaksiyalarının köməyi ilə orqanizmi patogen mikroorqanizmlərdən azad edə bilən bakteriostatik xassəyə malikdir.

  16. Sulfanilamid preparatları patogenetik terapiya metodları ilə birlikdə tətbiq edildikdə bronxopnevmoniya, krupoz və irinli nekrotik pnevmoniyalar, mədə-bağırsaq iltihabları, müxtəlif kokkların, streptokokkların, pnevmokokkların və s. törətdiyi xəstəliklərin qarşısını alır, habelə septik proseslər və bir sıra digər infeksion xəstəliklər və onların ağırlaşmalarına qarşı mübarizədə yaxşı nəticə verir. • Sulfanilamidlər daxilə, venaya, əzələ daxilinə tətbiq edilir. Onlar uzun müddət yüksək dozada işlədildikdə sulfamohemoqlobinemiya, konyuktivit, dermatit, lukopeniya, aqronulositoz, hepatit, böyrək və böyrək ləyənində sidik daşları və s. əmələ gətirir. Bu xəstəliklərin əlamətləri görünən kimi preparatın tətbiqi dayandırılmalı və xəstəyə çoxlu su içirilməlidir. Ona görə də sulfanilamid preparatlarının səmərəliyini təmin etmək üçün dozanın düzgün təyin edilməsinin əhəmiyyəti böyükdür. Əks halda, qanda və hüceyrələrdə lazımi konsistensiya yaradılmadıqda, müalicə səmərə vermir. • Antibiotiklərlə müalicə. Terapiyanın bu növü kimyəvi maddələrlə müalicənin –kimyaterapiyanın bir sahəsi hesab edilir. Burada istifadə olunan dərmanlar –antibiotiklər başlıca olaraq mikrob və köbələk mənşəli maddələrdir. Antibiotiklərin miqdarı çoxdur və bu sahədə aparılan geniş tədqiqat işləri antibiotiklərin sayını daha da artırır. • Hazırda baytarlıqla pensillin, streptomissin, sintamissin, biomisin, oksitetrasiklin, kanamisin və başqaları kimi tətbiq edilir. • Bunlarla yanaşı yem antibiotikləri olan biovetin, biovit 40, antibiotikləri qarışıqlardan olan bir sıra digər məhsullardan indii müalicə və profilaktika işlərində geniş istifadə olunur.

  17. Antibiotiklərlə müalicənin kimyaterapiyadan bir sıra üstünlüyü vardır. Belə ki, antibiotiklər kulturativ təsirə malik deyillər, müxtəlif orqanizmə toksiki təsiri o qədər də səciyyəvi olmur, bir sıra halda kimyəvi maddələrin təsir göstərə bilmədiyi patoloji proseslərin antibiotiklər müvəfəqiyyətlə aradan qaldırılır və s. • Antibiotiklərin təsir mexanizmi hələ tamamilə öyrənilməmişdir. Lakin belə müəyyən edilmişdir ki, penisillin bakteriyaların qabağındakı enzim sintez edən sistemi pozur və mikroblarda biomorfoloji dəyişiklik əmələ gətirir. Hüceyrə qlafında sintez pozulduğu üçün mikrobun protoplazması dağılır və o məhv olur. • Antibiotiklərin təsiri çox müxtəlifdir. Buna görə də onlar mikrobların funksiyalarına müxtəlif təsir təsir göstərir. Belə hesab edilir ki, streptomisin amili turşuların zülala keçməsi prosesini ləngidir. Buna görə də streptomisinə davamlı mikroblar pensillinə həssas olur və əksinə. • Antibiotiklər əzələ daxilinə, dəri səthinə, daxilə və s. tətbiq edilir. Bunlardan əzələdaxili yol daha əlverişli sayılır. • Antibiotiklər dəri səthinə adətən emulsiya liniment və məlhəm halında daxilə poroşok və həb şəklində, əzələ daxilinə isə məlhəm halında tətbiq edilir.

  18. Pensillin əzələ daxilinə yeritdikdə 15 dəqiqədən sonra onun qanda yüksək konsentrasiyası yaranır, 60-90 dəqiqədən sonra 50% azalır, 3 saatdan sonra minimuma enir. Penisillin orqanizmdən sidik və ödlə, qismən isə tüpürcəklə çıxır. • Ona görə də pensillini əzələ daxilinə təkrar yeridilməsini 3-4 saatdan sonra aparmaq məsləhət görülür. Penisillinin orqanizmdə ləngiməsi üçün 0,5%-li novokain və ya 1%-li novokain məhlulu ilə 0,5%-li ekmolin məhlulunun bərabər qarışığından istifadə edilir. • Baytarlıqda pensillin sepsislər, mastitlər, donuzların qızılyel, saqo, pnevmoniyalar, peritonistlər və s. xəstəliklərin müalicəsində geniş tətbiq edilir. • Sintomisin, biomisin, kanamisin, miserin kimi antibiotiklər mədə-bağırsaq iltihablarında, cavan heyvanların xəstəliklərində yüksək səmərə verir. • Antibiotiklər həm də infeksion xəstəliklərə qarşı mübarizədə geniş istifadə edilir. • Klinik təcrübələrdə sulfanilamidlərin və antibiotiklərin tətbiqinin işlənib hazırlanmış əsas qaydaları aşağıdakılardı:

  19. Müalicədən yüksək səmərə almaq üçün onu mümkün qədər tez başlamaq lazımdır. • Orqanizmdə preparatın yüksək konsentrasiyasına nail olmaq üçün xüsusən müalicənin əvvəllərində, preparatı yüksək dozada işlətmək lazımdır. Konsentrasiya zəif olduqda davamlı mikroblar inkişaf edir. • Müalicə vaxtından əvvəl dayandırdıqda xəstəlik residiv verə bilər. • Preparatın dozası, onun təkrar tətbiqi və müalicənin müddəti patoloji prosesin xarakterinə, onun dinamikasına və xəstənin xüsusiyyətinə əsasən müəyyənləşdirilir. • Bakterial infeksiyaların törətmiş olduqları xəstəliklərdə və davamlı törədicilər əmələ gəlmiş olduqda sulfanilamidləri antibiotiklərlə bir yerdə işlətmək. • Antibiotikləri qarışdırıb tətbiq etdikdə siperkizmi və antoqonizmi nəzərdə tutmaq lazımdır. Müəyyən edilmişdir ki, penisillinlə sireptomissin birlikdə yaxşı təsir göstərdikləri halda, penisillin biomisinlə tətbiq edildikdə çox vaxt antoqonistlik müşahidə olunur.

  20. Geniş təsir dairəli antibiotikləri (biomisin, tetrasklin) uzun müddət tətdiq etdikdə köbələk sepisis (kondidomikoz) təhlükəsi yaranır. Belə hallarda heyvanın iştahası pisləşir, ağızın selikli qişasında, dilin üzərində ərp əmələ gəlir, leykopeniya müşahidə olunur. Buna qarşı nistatin, yod preparatları tətbiq olunur. • Mikrobların ayrı-ayrı antibiotiklərə qarşı davamlılığı müşahidə olunduqda, daha əlverişli preparat seçmək məqsədi ilə əvvəlcə onları əvvəlcə laboratoriya şəraitində standart kulturalar üzərində yoxlamaq lazımdır. • Mikrobların sulfanilamidlər və antibiotiklərə uyğunlaşma qabiliyyəti onların təsirini azaltdığından yeni növ kimyaterapevtik maddələrin sintez edilməsi zəruriyyətini qarşıya qoyur. Indi interfuran sırasından olan yeni preparatlar istehsalına başlanğıcıdır. Bu preparatların yaxşı xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onların mikroorqanizmlərə təsiri geniş, toksikliyi isə zəifdir. Baytarlıqda nitrofuran preparatlarından furasilin, furazolidan, furaquanidin geniş tətbiq olunur.

  21. Müalicənin səmərəsini təmin edən şərait • Yuxarıda göstərilən müalicə materiallarının səmərəsi təkcə həmin müalicə üsullarının özünün səviyyəsindən asılı deyildir. Burada bir sıra şərt də vacibdir. Bunlar xəstəliyin etnologiyasını və patogenezini müəyyənləşdirib düzgün diaqnoz qoymaqdan, bunlara əsaslanan müalicə vasitə və metdlarını düzgün seçməkdən, xəstə heyvan üçün düzgün yemləmə və bəsləmə şəraitinin yaradılmasından ibarətdir. • Diaqnoz qoyarkən xəstəlik prosesinin mahiyyəti və dinamikası, patoge-netik mexanizmlərin spesifik xüsusiyyətləri, etioloji amillər nəzərə alınmalıdır. • Bunlara əsasən qoyulan diaqnoz orqanizmdə gedən prosesin törətmiş olduğu morfoloji və funksional dəyişikliklər və onların dinamikası barədə təsəvvür yaratmalı, prosesin birincili və ya ikincili olması təyin edilməni, əsas proseslə ağırlaşan xəstəlikləri müəyyənləşdirilməlidir. • Beləliklə, diaqnoz qoyarkən mürəkkəb patoloji prosesi və orqanizmin müdafiə reaksiyalarını xarici mühitlə qarşılıqlı əlaqə şəraitində qiymətləndirmək lazımdır.

  22. Xəstəliyin etiologiyası və diaqnozu nəzərə alınmaqla müalicə vasitə və metodları düzgün seçilməlidir. Əvvəlcə xəstəliyi törədən səbəbi aradan qaldırmaq üçün tədbir görülməlidir. Bu məqsədlə amilin xarakterindən asılı olaraq heyvanın yemlənməsi, bəslənməsi, işdə istifadə olunmasındakı mövcud nöqsanların aradan qaldırılması üçün tədbirlər görülməli, sonra müvafiq etmotrop müalicə edilməlidir. Xəstəlik prosesinin ləğv edilməsi və xəstəlik sağalması üçün vacib şərt patogenetik terapiyanın tətbiq edilməsi və müalicənin düzgün planın seçilməsidir. Burada müalicə preparatlarının dozası, forması və tətbiq edilmə metodları, müalicənin vaxtı və ardıcıllığı, xəstənin xüsusiyyətlərindən və xarici şəraitdən asılı müalicə kursunun müddəti nəzərə alınmalıdır. Xəstəlik prosesi gizli formada gedərkən müalicəyə başlamaq daha əlverişlidir. Çünki bu dövrdə bir tərəfdən orqanizmin özündən müqavimət qüvvəsi yüksək olur, digər tərəfdən proses hələ tam inkişaf mərhələsinə çatmadığı üçün onun orqanizmdə yaratmış olduğu pozğunluqlar o qədər də dərin vüsət almır. Buna görə də belə prosesi müalicə etmək nisbətən asan olur. • Xəstəyə bu dövrdə diaqnoz qoymaq üçün onu dəqiq funksional diaqnostika metodları ilə müayinə etmək lazımdır. • Ilkin profilaktik müalicə aparmaq üçün dispanserizasiya metodunun böyük əhəmiyyəti vardır. Plana müvafiq aparılan müntəzəm müayinələr xəstəlikləri vaxtında müəyyənləşdirməyə və onların aradan qaldırılması üçün səmərəli müalicə tədbirləri tətbiq etməyə imkan verir. • Müalicənin yüksək səviyyədə keçməsinin əsas və vacib şərtlərindən biri də xəstə heyvanın yemlənməsi, bəslənməsi və işdə istifadə edilməsidir. Əks halda, yəni pis zoogigiyenik şəraitdə aparılan müalicə tədbirləri yaxşı nəticə vermir, xəstəlik prosesi getdikcə dərinləşir, məhsuldarlıq azalır və təsərrüfat iqtisadi zərər çəkir.

More Related