210 likes | 836 Views
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tələbə: prezident və YAP təqaüdçüsü Əliyev Emil Səməndər Fakültə: I Müalicə-profilaktika Kurs: II Qrup: 36 Mövzu: Hepatit C. Hepatit C haqqında prezentasiyanın mövzu planı:
E N D
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tələbə: prezident və YAP təqaüdçüsü Əliyev Emil Səməndər Fakültə: I Müalicə-profilaktika Kurs: II Qrup: 36 Mövzu: Hepatit C
Hepatit C haqqında prezentasiyanın mövzu planı: I. Hepatit C virusunun təsnifatda yeri II. Hepatit C virusunun yoluxma yolları III. Hepatit C virusunun qaraciyərə vurduğu zərər IV. Hepatit C xəstəliyinin əlamətləri və təsbit edilmə yolları V. Hepatit C virusundan qorunma yolları VI. Hepatit C xəstəliyinin müalicəsi və profilaktikası
I. Hepatit C virusunun təsnifatda yeri: Hepatit C xəstəliyi Hepatit C virusu tərəfindən tö- rədilir. O, Flaviviridae ailəsinin Hepacivirus adlı bölümündə qərarlaşıb. Hepatit C virusunun bir-bi- rindən fərqli 6 genotipi məlumdur. Onun qurulu- şu mürəkkəbdir və iki ayrı kapsiddən ibarətdir. Daxilində isə virusun RNT-si yerləşmişdir.
Hepatit C virusunun sxemdə quruluşuna nəzər yetir- sək görərik ki, onun daxili kapsidi 6 bucaqlı kris- tal şəklindədir. Onun da daxilində virusun RNT-si yer- ləşir. Xarici kapsidi isə asanlıqla modifikasiya oluna bilən iki yüngül polipeptid zəncirindən və bir neçə ağır zəncirdən ibarətdir. Bu səbəbədən də, Hepatit C virusu- nun bir neçə genotipinə rast gəlinir. Xarici kapsid HCV RNT-si Yüngül polipeptid Daxili kapsid
Hepatit C virusu (HCV) qaraciyər biopsiyasından hazırlanmış preparatda elektron mikroskopiyası zamanı aydın görülür. Hepatit C virusunun diametri 50 nm-dir. Göstərilən elektron mikros- kopik görüş bucağında HCV aydın görünür. Onun ətrafında olan çubuqşəkilli quruluşlar isə bu viru- sun antitelləridir. İmmunoqlobin G (HCV antitelləri) HepatitC virusları
II. Hepatit C virusunun yoluxma yolları: Aşağıda göstərilən hallarda HCV-yə yoluxma ehtimalı mümkündür: 1) HCV-yə yoluxmuş şəxsin qanı ilə bu və ya digər vasitələrlə əlaqədə olma (100%) 2) Qeyri-steril tatuaj və ya pirsinqdən istifadə (10-15%) 3) HCV-li partnyorlarla cinsi əlaqədə olma (5-10%) 4) HCV-li hamilə ananın qanından dölün qan dövranına (6%) 5) Qeyri-steril və ya bir neçə dəfə istifadə edilən inyeksiya şprisləri (narkotik aludəçilərində daha tez-tez rastlanır) 6) HCV-li xəstənin qanı ilə bu və digər formada (cərrahi əməliyyat zamanı, inyeksiya zamanı tibb işçisinin təsadüfi zədələnməsi) 7) Gündəlik minimal gigiyenik normalara əməl etmədikdə 8) Qana və ya qanla təmasa girən cihazlara ehtiyacı olan xəstələrin (hemofiliya, talesemiya, böyrək çatışmazlığı (hemodializ)) 9) stomatoloji, eləcə də manikür-pedikür alətlərindən qeyri-steril istifadə zamanı
HCV-yə yoluxma yolları kifayət qədər bəlli olsa da, xəstəliyin 10% hallarda yoluxma mənbəyi bəlli deyil. HCV-yə yoluxmanın səbəblərinin illər üzrə sayla göstəriciləri (şəxslər üzrə): Say Venadaxili inyeksiya Cinsi əlaqə Qan/qan məhsulları Məişət xidmətləri İllər
HCV-nin ölkələr üzrə yayılması (ÜST-nin rəsmi məlumatları əsasında): Dünya əhalisinin 4%-ə qədəri HCV-yə yoluxmuş durumdadır (təxminən 300 mln nəfər). Bu şəxslər daha çox aşağıdakı ölkələrdə yaşayırlar: a) Çili, Argentina, Yeni Zelandiya, Norveç – 3 mln nəfər b) ABŞ, Səudiyyə Ərəbistanı, Hindistan, Almaniya, Rusiya – 3,5-5 mln nəfər (Azərbaycan da daxildir) Azərbaycanda HCV-li xəstələrin dəqiq sayı məlum deyil. Maariflən- mənin aşağı olması da HCV-nin rahatlıqla yayıl- masına səbəb olur. Monqolustanda əhalinin 90%-i HCV haqqında heç nə bilmir.
III. HCV-nin qaraciyərə vurduğu zərər: HCV müxtəlif yollarla orqanizmə düşdükdən sonra qanla qaraciyə- rə gəlir. Onun yoluxmasından 1 ay sonra HCV hepatositlərə daxil olur və çoxalır. Bu zaman xəstədə heç bir şikayətlər olmur. Bu, Hepatit C xəstəliyinin ilk (akut) dövrü adlanır. 6 aydan sonra isə xronikiləşmə başlayır və bəzi əlamətlər meydana çıxır. HCV müalicə olunmazsa, qaraciyər sirrozu, qaraciyər fibrozuna, həm də qaraciyər xərçənginə də səbəb ola bilər (ölkəmizdə rastlanmayıb). HCV-yə yoluxmuş hepatosit Qida borusu Nazik bağırsaq Qaraciyər Öd kisəsi Mədə Çənbər bağırsaq Sağlam hepatosit Qaraciyər biopsiyası (EMG) Qarın boşluğu
IV. Hepatit C xəstəliyinin təsbit edilmə yolları və əlamətləri: Hepatit C xəstəliyini müxtəlif testlər vasitəsilə aşkarlayır- lar: 1) antitel testləri (anti-HCV) 2) ALT və AST (qaraciyər fermenləri) testi 3) HCV RNT (Real time PCR) testi 4) Fermentin İmmun Say Sistemi (FİSS) testi
1) İstənilən yad cisim kimi HCV-də orqanizmə yoluxduqda plazmosit hüceyrələri tərəfindən antitel hazırlanır. Antitellər immunoqlobin G təbiətlidir. Bu analiz zamanı cavabların 3 halı mümkündür: a) Əgər yoxlama zamanı antitellər cüzi miqdarda çıxarsa, bu HCV-nin xroniki olması deməkdir. b) Əgər İg-G kifayət qədər çox çıxarsa, o zaman Hepatit C xəstəliyinin akut dövrüdür. c) Əgər cavab neqativ olarsa, bu şəxsin HCV-yə yoluxmadığını bildirir.
2) Qaraciyər fermentlərinin (AlT, AsT) analizi zamanı nəticələrin 3 halı mümkündür: a) AlT və AsT normadan azca çoxdursa, bu, akut HCV-nin olması deməkdir. b) AlT və AsT-nin normadan çox olması, xroniki HCV-nin olması deməkdir. c) AlT və AsT norma daxilindədirsə, HCV-dən söhbət gedə bilməz. 3) HCV RNT testi (Real time PCR): Ən dəqiq və ən bahalı test üsuludur. Müayinə zamanı HCV-nin RNT-sinin aşkarlanmasına əsaslanır. Cavab pozitiv çıxarsa, şəxs 100% HCV-yə yoluxub.
Hepatit C xəstəliyinin formaları: 1) akut Hepatit C – yoluxmadan 1-6 ay müddətindəki dövr 2) xroniki Hepatit C – yoluxmadan 6 ay sonrakı dövr Hepatit C xəstəliyinin əlamətləri: Akut Hepatit C xəstəliyi zamanı heç bir əlamət olmur. Bu səbəbdən də, aşkarlanma əksər hallarda (98% hallarda) xəstəliyin xroniki vaxtında olur. Lakin xroniki Hepatit C xəstəliyinin əlamətləri mövcuddur və xəstə bunlardan şikayətlənərək həkimə müraciət edir.
Xroniki Hepatit C xəstəliyinin əlamətləri aşağıdakılardır: 1) halsızlıq və əzəzlələrdə zəiflik hissi 2) baş ağrısı 3) qarın ağrısı 4) ürək bulanması 5) tünd qəhvəyi rəngdə (kola) sidik ifrazı 6) arıqlama 7) yağlı yeməklərdən iyrənmə və onları gördükdə belə ürəyin bulanması 8) nadir hallarda sarılıq 9) oynaq ağrıları
Hepatit C xəstəliyinin xronikiləşməsini artıran amillər aşağıdakılardır: 1) alkoqol içkilərindən mütəmadi istifadə 2) siqaret və tütün məmulatlarından fasiləsiz istifadə 3) HİV-ə yoluxma 20-30 il ərzində formalaşan sirozlu xəstələrin bu vəziyyətinə səbəb əksər hallarda HCV-dir.
*Şəxsi araşdırma: Apardığım sosial sorğu nəticəsində (100 təsadüfi nəfər) müəyyən etdim ki, Azərbaycanda əhalinin 45%-i Hepatit C virusu haqqında heç bir məlumata malik deyil. 53% sorğu iştirakçıları isə çox cüzi məlumat sahibidirlər. Cəmi 2% iştirakçı isə məlumat baxımından qənaətbəxşdir:
V. Hepatit C xəstəliyinin müalicəsi və Profilaktikası Həkim xəstəni müayinədən keçirdikdən və Hepatit C xəstəliyini və onun akut və ya xroniki olmasını müəyyən edəndən sonra müalicəyə başlamalıdır. 1) Əgər xəstə akut Hepatit C xəstəsidirsə, bu zaman tətbiq edilən müalicənin, virusu 98% halda tamamilə aradan qaldırdığı müəyyən edilmişdir.
2) Əgər xəstə xroniki Hepatit C xəstəsidirsə, o zaman xəstənin 50% hallarda orqanizmindən HCV tamamilə təmizlənir. Yerdə qalan hallarda isə bir ildən-bir müalicə təkrarlanmalıdır. Müalicə 2 əsas dərmanla aparılır: Interferon və ribavirin (interferon+ribavirin) Bəzən peqinterferon da istifadə edilir. Bu, peqasus adlı inyeksiya məhlulu şəklində satılır.
HCV-nin 6 genotipi məlumdur: Onlar fərqli vaxtlarda müalicə olunur: 24 həftə (6 ay) müalicə 48 həftə (1 il) müalicə
Materiklər üzrə HCV genotiplərinin yayılması Ölkəmizdə HCV-nin G1, G2, G3a genotiplərinə rast gəlinir.