220 likes | 412 Views
Sitrusların antraknozu – Colletotrichum gloesporioides Penz., Gloesporium limetticola Clausen . , Gloesporium foliicolum Nish. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi, Coelomycetes sinfi, Melanconiales sırası, Melanconiaceae fəsiləsi, Colletotrichum cinsi
E N D
Sitrusların antraknozu – Colletotrichum gloesporioides Penz., Gloesporiumlimetticola Clausen., Gloesporiumfoliicolum Nish. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi, Coelomycetes sinfi, Melanconiales sırası, Melanconiaceae fəsiləsi, Colletotrichum cinsi Biolojiqrupu: Fakültətiv parazit
Patogenin morfologiya və biologiyası. V.Q.Nmrekvali, Z.A.Qo-qişvili (1973) göstərirlər ki, Abxaziya və Acarıstan şəraitində antraknoz sitruslara güclü zərbə vurur. Bitkinin bütün yerüstü orqanları sirayətlənirlər. Limonun cavan уаrpaqları qaralır, soluxur və tökülürlər. Böyümənin sonunda solğun yaşıltəhər ləkələr tədricən açıq-qəhvəyiyə çevrilir, ölçüləri böyüyür, bəzən belə ləkələr yarpaq ayəsinin yarısını əhatə edir. Rütubətli havada yarpağın üst tərəfində konsentrik zona formasında qara nöqtələr əmələ gəlir. Bu göbələyin spor mərhələsindən ibarətdir. Müəyyən müddət keçdikdən sonra yoluxma yerində toxuma dağılır, yalnız damarlar qalır. Qönçələr tündləşir, soluxur və tökülürlər. Az miqdarda sirayətlənmiş toxumluqlardan kiçik, biryanlı meyvələr formalaşırlar. Yaşıl meyvələrin meyvəayaqcığına bərkidiyi yerdə əvvəlcə açıq, soma qırmızı-tünd qəhvəyi, yüngülcə basıq ləkələr əmələ gəlirlər. Onlar böyüyür və çox vaxt bütün meyvəni tuturlar. Toxuma yumşalır, büzüşür və sporlardan ibarət qara nöqtələrlə əhatə olunurlar.
Sitruslarda antraknoz 1.Ştambın yoluxmuş qabığının partlaması; 2.Yoluxmuş yarpaq; 3.Yoluxmuş limon meyvəsi.
Sitrusların dəmgili və уa ziyilliliyi- Ephaceloma citri (Butl.) Cif., Cladosporiumcitri Fawc, Srhaceloma australis Bitanc. et Yenk. Təsnifatdayeri: MycotavəyaFungialəmi, Anamorficfungişöbəsi, Coelomycetessinfi, Melanconiales sırası, Melanconiaceae fəsiləsi, Ephaceloma cinsi Biolojiqrupu: Fakultətivsaprotrof
Patogenin morfologiya və biologiyası. Dəmgil уаrpaq, yaşıl zoğ və meyvələrdə intensiv böyümə dövrü əmələ gəlir. Yazda cavan zoğlarda və hələ tam açılmamış уаrpaqlardа kiçik, az qabarıq, həlqəvi, tək-tək və уa qrup şəklində, bəzən qovuşan açıq-sarı ləkələr əmələ gəlir. Yarpaq və zoğların böyüməsi ilə əlaqədar ləkələr də irilənir, nazik sarı-çəhrayı və уa açıq-bənövşəyi rəngli ziyillər formalaşırlar. Güclü sirayətlənən yarpaqlar büzüşür, differensiyaya uğrayır, assimmetrik olur. Yoluxmuş yumurtalıqda əvvəlcə kiçik nöqtələr və sonra meyvə iriləndikcə qabarıq qətməklər və ziyilciklər əmələ gəlir. Cavan yaşıl meyvələrdə ziyillərin rəngi solğun çəhrayı-sarı olur. Yetkin meyvələrin qabığı qətmək və ziyillidir, yaşıl qalırlar, sağlam hissə bu zaman normal yetkin meyvəyə uyğun rəng alır. Sphaceloma bitkilərin sirayətlənmiş orqanlarında stromalar əmələ gətirir. Onlar tək-tək və ya qovuşur, əksər hissəsi dairəvi epidermislə örtülür. Konididaşıyanlar silindrik, sıxduran, 1-3 hüceyrəli, rəngsiz, bəzən yüngülcə rənglidir.
Sitruslarda dəmgil, və ya ziyillilik 1. Yoluxmuş yarpaqlar; 2. Yoluxmuş meyvələr; 3. Yoluxmuş zoğ; 4. Konidi spormərhələsi; 5.Lokula və çantasporlarla stromatik meyvə bədəni.