260 likes | 701 Views
AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI. ZOOBAYTARLIQ VƏ ƏMTƏƏŞÜNASLIQ FAKÜLTƏSI YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU:
E N D
AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI ZOOBAYTARLIQ VƏ ƏMTƏƏŞÜNASLIQ FAKÜLTƏSI YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: Kənd rayonlarında baytarlıq xidməti. Rayonda baytarlıq müəssisələrinin quruluşu və vəzifələri. Fermer təsərrüfatlarında baytarlıq xidmətinini formaları MÜHAZIRƏÇI: dosent Əliyev Rəşid Museyib oğlu Gəncə -2009
MÜHAZIRƏNIN PLANI • Rayonda baytarlıq müəssisələri. • Rayonda baytarliq laboratoriyaları və onların vəzifələri. • Baytarlıq şəbəkəsində ştatların müəyyən edilməsi. • Kənd rayonlarında baytarlıq işinə rəhbərlik. • Şəhərlərdə baytarlıq işinin təşkili. • Vilayətdə baytarlıq işinin təşkili.
Mühazirə mətninə müvafiq ədəbiyyatlar • Baytarlıq nizamnaməsi. Moskva-1969. • Səfərov İ.B, Məmmədov T.–Baytarlıq işinin təşkili və iqtisadiyyatı. Maarif, 1977. • Шайхаманов М.Х.- Организация и экономика ветеринарного дела. Москва, 1987.
Rayon, şəhər və təsərrüfatda baytarlıq işiRayonda baytarlıq müəssisələri • Heyvandarlıqla məşğul olan bütün rayonlarda baytarlıq şəbəkəsi vardır. Rayonda baytarlıq şəbəkəsinə baytarlıq idarələri, sahə baytarlıq müalicəxanası, baytarlıq sahələri, sərhəd baytarlıq nəzarəti məntəqələri, rayon baytarlıq laboratoriyası, ət-süd və yeyinti nəzarəti laboratoriyaları daxildir. • Baytarlı müəssisələrinin təşkili və ya onların birləşdirilməsi, ayrılması ümumi qayda üzrə rayonun baş baytar həkimi tərəfindən əsəslandırılaraq rayon Icraiyyə Hakimiyyətində baxıldıqdan sonra vilayət və ya respublika Nazirlər Kabineti tərəfindən təsdiq edilir, yəni yaradılan baytarlıq müəssisəsinə yeni ştat və ya pul vəsaiti tələb edilirsə, bu iş Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdıqdan sonra Maliyyə Nazirliyində təsdiq edilməlidir.
Baytarlıq idarəsi • Belə idarə rayonun mərkəzində yerləşən böyük dövlət baytarlıq müəssisəsidir. Bu, kompleks baytarlıq, profilaktik və müalicə müəssisəsi olmaqla bərabər, tərkibində baytarlıq müalicəxanası və dezinfeksiyaedici dəstəsi vardır. • Baytarlıq idarələri rayonu fermer təsərrüfatı profilaktik, baytar-sanitar və epizootiya əleyhinə tədbirlərini təşkil edir və onların aparılmasına, müalicə işlərinin təşkilinə, baytarlıq məntəqələrinin, fermer təsərrüfatı baytarlıq işçilərinin fəaliyyətinə metodik rəhbərlik edir və onlara lazımı göstərişlər verir. Rayonda əhalinin insanlar üçün qorxu törədən xəstə heyvan və heyvan məhsulları ilə yoluxmasından qorunması işini təşkil edir. • Heyvanların xəstəlikləri ilə mübarizə stansiyası fermer təsərrüfatlarında heyvanların məhsuldarlığının artırılmasına, qısırlığın ləğv edilməsinə və cavanların sağlam yetişdirilməsinə rəhbərlik edir. • Baytarlıq idarəsi ixtiyarında olan baytarlıq müalicə məntəqələrini və sahələrini müxtəlif dərman, bioloji preparat və dezinfeksiya vasitələri ilə təmin edir. Baytarlıq idarələrinin aylıq iş planı olmaqla, rayonda heyvanın sayından asılı olaraq 11-19 ştatı olur və lazımi texniki vasitələrlə (avtomaşın, motosikl, xüsusi ləvazimat, cihazlarla və s. ) təmin edilir. Heyvanların xəstəlikləri ilə mübarizə stansiyaları rayon kənd təsərrüfatı idarəsi nəzdində olmağına baxmayaraq özünün möhür və ştampı vardır. Onun təminatı əsasən yerli büdcənin hesabına olur. Stansiyanın rəisi-rayonun baş baytar həkimi rayon kənd təsərrüfatı idarəsinin təqdimatına əsasən Respublika Kənd Təsərrüfatı Nazirliyi tərəfindən işə qəbul edilir və işdən azad edilir, stansiyanın nəzdində və onun tabeçiliyində olan baytarlıq müəssisələrinin işçiləri isə baytar həkiminin təqdimatına əsasən rayon kənd təsərrüfatı idarəsi tərəfindən işə qəbul edilir və azad edilir.
Baytarlıq idarəsinin epizootoloqu (epizootik həkim) –rayonun ərazisində yoluxucu xəstəliklərlə mübarizə aparır, təsərrüfatların yoluxucu xəstəliklərdən sağlamlaşdırılması işini təşkil edir və onun yerinə yetirilməsinə köməklik göstərir. Stansiyanın epizootoloqu eyni zamanda epizootiya əleyhinə peyvəndlərin, diaqnostiki müayinələrin, təsərrüfatı infeksion və invazion xəstəliklərdən sağlamlaşdırmaq, karantin və başqa tədbirlərin həyata keçirilməsində iştirak və rəhbərlik edir. Yoluxucu xəstəliklər üzrə hesabat tərtib edir. • Dezinfeksiya dəstəsinin rəisi (baytar həkimi)- fermer təsərrüfatı və başqa təsərrüfatlarda dezinfeksiya, dezinfeksiya, dezinvaziya və deratizasiya tədbirlərini təşkil edir; ona tabe olan işçilərə rəhbərlik edir; dezinfeksiya məhlullarının hazırlanmasının hesabını tutur; görülən işləri yoxlayıb müvafiq aktlar tərtib edir: qəbul olmuş hesabatı hazırlayır. • Müalicə həkimi – stasionar və ambulator müalicə, körpələrin xəstəlikləri ilə mübarizə, cərrahiyyə və dispanserizasiya işlərinin aparılması ilə bərabər, qısırlıqla mübarizə, çətin doğum və cinsiyyət tənasül orqanları xəstəlikləri zamanı cərrahiyyə əməliyyatının aparılmasına rəhbərlik (həm də iştirak) edir. Təsərrüfatda mayalanma işini təşkil edir.
Stansiyanın entimoloqu – rayon təsərrüfatlarında köyəyənlər, dəri mozalanı, dəri parazitləri və yoluxucu xəstəliklərin keçiricisi olan gənələrlə mübarizə işini təşkil edir və onlara qarşı tədbirlərin düzgün həyata keçirilməsinə rəhbərlik edir. • Beləliklə, heyvanların xəstəlikləri ilə mübarizə stansiyası rayonda heyvanlar arasında müalicə - profilaktika tədbirlərini təşkil etmək, elmi yenilikləri və qabaqcıl təcrübələri təsərrüfatlarda xəstəliklərlə mübarizə və məhsuldarlığın artırılmasında tətbiq etməklə, rayonda heyvandarlığın sağlamlığını qorumalı və ona rəhbərlik etməlidir. • Sahə baytarlıq müalicəxanası. Bu, baytarlıq sahəsindən fərqli olaraq rayonun böyük sahəsində baytarlıq işlərinin yerinə yetirilməsini təşkil edir. • Sahə baytarlıq müalicəxanası yoluxucu və yoluxmayan xəstəliklərlə mübarizə və başqa baytarlıq tədbirlərini həyata keçirilməsi üçün təşkil edilir və onun öhdəsində ştat artıq olur. Onun öhdəsində baytarlıq maşınları, o cümlədən DUK, LAD, motosikl, at arabası və s. olmalıdır. Onun xüsusi möhürü və ştampı olur.
Sahə baytarlıq müalicəxanası rayonun yerli büdcəsindən heyvanların xəstəlikləri ilə mübarizə stansiyası hesabına təmin edilməklə, ona rayon kənd təsərrüfatı idarəsinin əmri ilə xidmət sahəsi ayrılır (fermer təsərrüfatı və s.), həmin təsərrüfatlarda müalicə - profilaktik tədbirlərinin yerinə yetirilməsinin təşkil edir və onların aparılmasında iştirak edir. Baytarlıq Nizamnaməsi tələblərinin düzgün yerinə yetirilməsinə nəzarəti artırır, fermer təsərrüfatlarında yoluxucu xəstəliklərin ləğv edilməsində fəal iş aparır. Sahə baytarlıq müalicəxanası həmin sahədə baytar – sanitar tədbirlərinin yerinə yetirilməsində iştirak edir. Heyvan və heyvan məhsullarının sağlamlığı haqqında baytarlıq şəhadətnaməsi, vəsiqəsi və arayış vermək hüququna malikdir. Baytarlıq müalicəxanası baytarlıq idarəsinə tabe olmaqla onun qarşısında hesabat verir. • Baytarlıq sahəsi. Bu sahə baytarlıq müəssisəsi olub, bir və ya bir neçə fermer təsərrüfatında və yaşayış məntəqəsində olan heyvanlara xidmət edir. • Baytarlıq sahəsi ictimai heyvanları xəstəliklərdən qorumaq, baytar-sanitar qaydalarına, heyvanların saxlanılmasına nəzarət etmək, heyvanlara profilaktik işləmələr, müalicə və mamalıq yardımı göstərmək, kəsimə göndərilən heyvanları yoxlamaq və s. kimi işlər görülməlidir. Onun ştatında baytar həkimi, feldşer və sanitar olur. Baytarlıq sahəsinin ərazisində 10-15 mindən artıq (quşdan başqa) heyvan olduqda əlavə baytar həkimi verilir.
Baytarlıq sahəsi baytarlıq nizamnaməsinin tələblərinin düzgün yerinə yetirilməsinə nəzarət edir və rayon baş baytar həkiminə tabe olmaqla, baytarlıq işlərinin uçotunu aparır və hesabat verir. Baytarlıq sahəsi həmin ərazinin bioloji preparat və dərman maddələri ilə təmin edir. Baytarlıq sahəsinin müdiri həmin ərazidə dövlət baytarlıq müfəttişi hüququna malikdir. • Baytarlıq məntəqəsi və punktu - (latınca punctum -nöqtə deməkdir). Dövlət baytarlıq müəssisəsi olmaqla, rayonun müəyyən sahəsində fermer təsərrüfatın heyvanlarına baytarlıq xidməti göstərir. • Baytarlıq məntəqəsi bir neçə fermer təsərrüfatı və yaşayış məntəqəsini, baytarlıq punktu isə bir fermer təsərrüfatını və ya yaşayış məntəqəsini əhatə edir. Bu baytarlıq müəssisələri heyvanların xəstəlikləri ilə mübarizə stansiyasının öhdəsində olur, maliyyə vəsaiti ilə təmin olunur və ona hesabat verir. Baytarlıq punktu dövlət baytarlığının ən kiçik müəssisəsi hesab edildiyinə görə onun ştatı az olur. Göstərilən baytarlıq müəssisələrinə rayon istehsalat idarəsinin əmri üzrə müəyyən təsərrüfatlar təhkim edilir. Onların möhür və ştampları olur. Təsərrüfatda olan heyvanların sayından asılı olaraq onlar ştatla təmin edilirlər. Baytarlıq məntəqəsi 10-15 min başa qədər heyvanı olan sahəni əhatə etməlidir. Baytarlıq məntəqəsi heyvanların xəstəliklərinə qarşı vaxtında baytarlıq tədbirlərinin aparılmasında və təsərrüfatlarda baytar-sanitar tədbirlərin yerinə yetirilməsində məsuliyyət daşıyır. Onlar heyvandarlığın inkişafında və onların məhsuldarlığının artırılmasında iştirak edərək, ona nəzarət edirlər.
Rayon baytarlıq laboratoriyası. Laboratoriya latınca laboro sözündən olub – işləyirəm deməkdir. Laboratoriya mühüm diaqnostik baytarlıq müəssisəsi olmaqla, əsas vəzifəsi təsərrüfatlarda heyvanların, o cümlədən quş, xəzdərili vəhşi heyvanların, arı və balıq xəstəliyinin diaqnozunu müəyyənləşdirmək, xəstələri aydınlaşdırmaq, kütləvi ölümün səbəbini öyrənmək, ət, süd və başqa heyvan məhsulları, yem və suyu ekspertizadan (yoxlanışdan) keçirməkdir. • Laboratoriyada heyvan xəstəliklərini müəyyən etmək üçün mikroskopik, bakterioloji, seroloji, histoloji, pataloji – antolomik, biokimyəvi, toksikoloji, koporoloji və hemotoloji müayinələr aparılır. • Onlar heyvanların xəstəliklərinə düzgün, vaxtında diaqnoz qoyaraq, lazımi yerə verilən cavabın düzgünlüyünə məsuliyyət daşıyırlar. Baytarlıq laboratoriyaları rayonda aparılan diaqnostik və profilaktik tədbirlərə cavab verməklə, onların düzgün və vaxtında yerinə yetirilməsi haqqında metodik göstəriş vermək hüququna malikdir. • Baytarlıq laboratoriyası rayon baytarlıq idarəsinə yaxından kömək göstərməlidir. Rayon baytarlıq laboratoriyası spesifik preparatlar (antibiotik, PABK, ABK, BMS və s.) hazırlayaraq heyvandarlıq təsərrüfatlarına sata bilər və bu məqsədlə əlavə ştat saxlamaq hüququna malikdir. Baytarlıq laboratoriyaları eyni zamanda qarayaraya görə heyvan dərilərini yoxlayır.
Baytarlıq şəbəkəsində ştatların müəyyən edilməsi. • Dövlət baytarlıq şöbəsi, fermer təsərrüfatı baytarlıq işçilərinin ştatları heyvanın sayına əsasən müəyyənləşdirilir. • Dövlət baytarlıq şəbəkəsində baytarlıq ştatları müəssisənin xüsusiyyətinə görə ümumi təsdiq edilmiş ştat cədvəlinə əsasən müəyyən edilir. Məsələn, baytarlıq idarəsi, baytarlıq müalicəxanası, baytarlıq sahələri və məntəqələri, şəhər baytarlıq stansiyaları, özünəuyğun ştat cədvəlinə görə baytar mütəxəssisləri və köməkçi işçilər saxlayırlar. • Sovxozların ətlik və cinslik təsərrüfatlarında Kənd Təsərrüfatları Nazirliyinin təsdiq etdiyi normaya əsasən 800-850 baş iribuynuzlu heyvana bir baytar həkimi təyin edilməli, onun illik iş vaxtı isə cəmi 2000 iş saatı olmalıdır. Iribuynuzlu heyvandarlıqda heyvanların sayı 3750 başa çatana qədər hər 850 başa, ondan çox olduqda isə hər 1000 başa bir baytar həkimi ştatı verilir. • Bundan başqa, cinslilik təsərrüfatlarında bir baytar həkiminə bir, sənaye tipli təsərrüfatlarda iki, kökəltmə tipli təsərrüfatlarda isə üç baytar feldşeri olmalıdır.
Heyvanların illik sayını müəyyən etmək üçün 13 aylıq, yəni keçən ilin 1 yanvarından cari ilin yanvar ayının axırına qədər heyvanların sayını toplayaraq 13-ə bölmək lazımdır. • Məsələn, fermer təsərrüfatda illik orta hesabla 1250 baş cavan inək, 1900 cavan iribuynuzlu heyvan, 2800 baş donuz, 1200 baş qoyun və 3500 baş quş vardır. Belə bir fermer təsərrüfatda baytarlıq işi üçün neçə ştat lazımdır, 850 baş heyvana bir nəfər baytar həkimi təyin edilir (baş həkimdən başqa). Hesablama aşağıdakı düstur ilə aparılır: • X = AK1+BK2+VK3+QK4+DK5 • 850 • Burada: X – axtarılan ştatın sayı; • A, B, V, Q, D və s. – müxtəlif növ heyvanların sayı • K1, K2, K3, K4, K5 –müxtəlif növ heyvanların qaramala görə əmsalı. • - bir nəfər baytar mütəxəssisi üçün heyvan norması. • Buradan:X= (1250x1)+(1900x0,66)+(2800x0,16)+(12000x0,6)+(3500x0,025) = • 850 • = 1250+1254+448+720+87 = 3759 =4,4 • 850 • ştat təsərrüfatın baytarlıq şəbəkəsində xidmət etməlidir. Belə hallarda 0,4 ştat tullanır və fermer təsərrüfata 4 ştata verilir.
Baytarlıq müəssisələrində iş qaydası. Başqa müəssisələrdə olduğu kimi, dövlət baytarlıq müəssisələrində də daxili iş qaydası vardır. Yeni müəssisənin işçilərinin saat neçədən işə başlamaları və neçə saat işləmələri müəyyən edilir. Ayrılıqda aptekin dərmanburaxma vaxtı, müalicəxanada xəstə qəbulu, müalicə olunmuş heyvanların buraxılması, növbətçilik, təsərrüfatlara yardım üçün getmə və s. vaxtlarda da müəssisə daxilində aydınlaşdırılır. • Baytarlıq müəssisəsinin işçiləri müəssisənin daxili işi qaydalarına tabe olmaqla öz vəzifəsini yüksək səviyyədə yerinə yetirilməlidir. • Müəssisənin rəhbəri tabeliyində olan işçilər vaxtında işə gəlmədikdə və ya işə yarıtmaz münasibət bəslədikdə onlara tapışırıq, töhmət, şiddətli töhmət, bir ildən artıq olmamaq şərti ilə aşağı işə keçirmək və vəzifəsindən azad etmək kimi cəza tədbirləri götürə bilər. Baytarlıq müəssisəsinin işçilərinə yuxarı təşkilatların təklifinə əsasən cəza verilə bilər.
Baytar müəssisələrində əmək haqqının verilmə qaydası. Dövlət baytarlıq şəbəkəsi müəssisələrinin işçilərinə aylıq əmək haqqı verilir. Aylıq əmək haqqı müəyyən çərçivə daxilində yuxarı təşkilat tərəfindən təsdiq edilmiş ştat cədvəlinə əsasən təyin edilir. Belə ki, baytarlıq məntəqəsinin müdiri üçün aylıq əmək haqqı 100-120 manat, baytarlıq sahəsinin müdiri üçün isə 140 – 150 manat verilir. Bu da baytarlıq müəssisəsinin tabe olduğu təşkilatdan asılıdır. Belə ki, bir məntəqə müdirinə 100 manat və digərinə 110 manat, üçüncü işçiyə isə 120 manat vermək mümkündür. Bunların miqdarını birləşdirərək bütün baytarlıq məntəqə müdirlərinə orta aylıq zəhmət haqqı 110 manat təyin edilir, lakin rayon baş baytar həkimi təcrübəli və yaxşı işləyən baytarlıq məntəqəsinin müdirinə 120 manat, orta təcrübəsi olan müdirə 110 manat və az təcrübəsi olan məntəqənin müdirinə isə 100 manat aylıq əmək haqqı vermək hüququna malikdir. • Baytarlıq müəssisəsi və təşkilatının xüsusiyyəti və sahəsində (müəssisələr, bioloji sənaye, ət kombinatları, cinslik təsərrüfatları və s.) asılı olaraq Kənd Təsərrüfat Nazirliyi tərəfindən aylıq əmək haqqı müəyyən edilir. • Baytarlıq müəssisələrinin əmək haqqı iş stajından asılı olaraq artır. Belə ki, 5 ilə qədər iş stajı olan baytar həkiminə 110 manat, 10 ilə qədər – 120 manat, 15 ilə qədər 130 manat və ildən yuxarı isə 140 manat aylıq əmək haqqı verilir, lakin baytarlıq idarəsinin rəhbərlərinə, ət-süd və yeyinti nəzarət və baytar-sanitar stansiyalarının işçilərinə iş stajına görə əmək haqqı verilmir. • Baytarlıq idarələrinin rəisləri və direktorlarının müavini üçün əmək haqqı rəisdən və direktordan 10 – 20 % az təyin edilir. Məsələn, əgər baytarlıq laboratoriyasının direktoruna 170-180 manat aylıq əmək haqqı verilərsə, onun müavini 10% az, yəni 162 manat və ya 20% az – 136 əmək haqqı almalıdır.
KƏND RAYONLARINDA BAYTARLIQ IŞINƏ RƏHBƏRLIK • Rayon baytarlıq işinə rayonun baş baytar həkimi, yəni heyvanların xəstəlikləri ilə mübarizə stansiyasının rəisi rəhbərlik edir. Rayonun baş baytar həkimi kənd təsərrüfatı idarəsi tabeliyində olur. • Rayon baş baytar həkimi – rayonda baytarlıq işinin təşkilatçısı, onların vaxtında və düzgün yerinə yetirilməsinin nəzarətçisidir. Rayon baş baytar həkimi onun tabeçiliyində olan müəssisələrin, fermer təsərrüfatları işçilərinin baytarlıq işçiləri ilə birlikdə heyvandarlıqda müalicə - profilaktik, sanitar və epizootiya əleyhinə tədbirlər planı hazırlayır və onun həyata keçirilməsini təşkil edir. Baş baytar həkimi yoluxucu xəstəliklərin baş verməsinin qarşısını almaq, qeyri-sağlam təsərrüfatlarda olanların ləğv edilməsi, karantin tədbirlərinin düzgün yerinə yetirilməsi işində xüsusi məsuliyyət daşıyır.
Dövlət baytarlıq müfəttişliyi (latınca inspectio – nəzarət edirəm deməkdir). Baytarlıq işinə nəzarət, yerlərdə rayon və şəhər baş baytar həkiminə - dövlət baytarlıq müfəttişliyinə tapşırılır. Onlar rayon və şəhər ərazisində baytarlıq Nizamnaməsinin göstərişlərinin düzgün yerinə yetirilməsinə nəzarət edirlər. • Baytarlıq Nizamnaməsini qəsdən pozan şəxslər və ya təsərrüfat müəssisəsi rəhbərləri haqqında protokol tərtib edilərkən məsuliyyətə cəlb edilirlər. Baytarlıq taununu pozan şəxs və ya idarə rəhbəri yazılı izahat verməlidir. Günahkar şəxs baytarlıq müəssisəsinə çağırılır və cərimə edilir. Alınan cərimənin məbləğinə görə qəbz verilir. Dövlət baytarlıq – sanitar müfəttişi fermer təsərrüfat işçiləri və başqa dövlət müəssisələrinin baytarlıq qanunu və epizootiya əleyhinə tədbirlərin yerinə yetirilməsinə, heyvandarlıq fermalarının baytar – sanitar vəziyyətinə, zoogigiyenik qaydada saxlanılmasına, heyvanların yemlənməsinə, onların məhsullarının daşınmasına və düzgün saxlanmasına nəzarət edir.
Xüsusi heyvandarlıq fermer təsərrüfatında baytarlıq xidməti • Heyvandarlığın istiqamətindən asılı olaraq baytarlıq tədbirlərinin xüsusiyyəti müəyyən qədər fərqlənir. Fermer təsərrüfatlarından fərqli olaraq xüsusi heyvandarlıq təsərrüfatları atçılıq, qaramal, camış, qoyunçuluq, donuzçuluq, maralçılıq, quşçuluq, dovşançılıq, xəzdərili heyvandarlıq, arıçılıq, balıqçılıq, həmçinin kökəltmə məntəqələri və s. üzrə inkişaf etdirilir. • Xüsusi təmayüllü heyvandarlıq təsərrüfatlarında çox miqdarda heyvan olduğu üçün birinci növbədə heyvanların yoluxucu xəstəliklərdən qorunması, baytar – sanitar tədbirlərinin yerinə yetirilməsi və baytarlıq nəzarətinin gücləndirilməsi vacib məsələ kimi qəbul edilməlidir. Xüsusi heyvandarlıq təsərrüfatlarında infeksiya əleyhinə epizootiki tədbirləri daha düzgün təşkil etmək lazımdır.
Şəhərdə baytarlıq işinin təşkili • Şəhərdə baytarlıq xidməti müəyyən xüsusiyyətlərinə görə kənd rayonunun baytarlıq xidmətindən fərqlənir. Belə ki, rayonda heyvandarlıqla məşğul olan fermer təsərrüfat işçiləri olduğu halda şəhərdə əsasən xüsusi və köməkçi heyvandarlıq təsərrüfatları, yeyinti sənaye müəssisələri (ət və süd məmulatları) vardır. Şəhər baytarlıq xidməti əhalinin sağlam heyvandarlıq məhsulları ilə təmin etməyə və yoluxucu xəstəlikləri qarşısını almağa yönəlməlidir. • Şəhərlərdə şəhər baytar-stansiyası, müalicəxanası, ət-süd və yeyinti nəzarət stansiyaları və dezinfeksiya dəstələri vardır. Bəzi böyük şəhərlərdə baytarlıq poliklinikası, ambulatoriya, quduzluqla mübarizə stansiyası və şəhər laboratoriyası olur. • Şəhər baytar-sanitar stansiyası - əhalinin şəxsi istifadəsində olan heyvanlar arasında epizootiya əleyhinə və baytar-sanitar tədbirləri aparır. • Şəhərdə baytar xidmətinə şəhər baş baytar həkimi və ya şəhər baytar-sanitar stansiyasının rəisi rəhbərlik edir. O, şəhər zəhmətkeş deputatları Icraiyyə Hakimiyyəti tabe olur və onun hesabına vəsaitlə təmin edilir. Şəhər baş baytar həkimi eyni zamanda şəhərdə dövlət baytarlıq müfəttişi sayılır. O, şəhər Icraiyyə Hakimiyyəti tərəfindən respublika baytarlıq idarəsinin razılığı ilə işə qəbul və işdən azad edilir.
Şəhər baytar müalicəxanası – şəhər baytar-sanitar stansiyasına tabe olmaqla, şəhər ərazisi təsərrüfatlarda heyvanlarda profilaktik və epizootiya əleyhinə tədbirlər aparılır, təsərrüfatların, müəssisələrin, heyvan məhsulları anbarlarında baytar-sanitar qaydalarına nəzarət edir, ət-süd və yeyinti nəzarəti stansiyaları olmayan şəhərlərdə ət-süd və başqa yeyinti məhsullarını keyfiyyətini yoxlayır, və onların baytar-sanitar cəhətlərinə nəzarət edir. • Şəhər baytarlıq poliklinikası – bir neçə şöbədən (cərrahi, daxili yoluxmayan xəstəliklər, xırda heyvanlar üçün və s. ) təşkil edilməklə ətraflı diaqnoz və dərin müalicə işləri aparır. Burada müalicəxanaya nisbətən bir nəfər baytar həkimi, aptek müdiri ştatı artıq olur. Baytarlıq poliklinikası da şəhər baytar-sanitar stansiyasına tabe olur. • Baytar ambulatoriyası – şəhərin müəyyən hissəsində və ya onun kənar təsərrüfatlarında müşahidə edilən xəstə heyvanları müalicə edir və baytar-sanitar tədbirlərini yerinə yetirir. • Baytarlıq ambulatoriyası şəhər baş baytar həkiminə tabe olmaqla şəhər baytar-sanitar stansiyası tərəfindən vəsaitlə təmin edilir.
Ət-süd və yeyinti nəzarət laboratoriyası – bazarlarda yerləşməklə şəhər və ya rayon baytarlıq stansiyası, rayon baytarlıq stansiyası, rayon baytarlıq laboratoriyasının tərkibində olur. ət-süd və yeyinti nəzarət stansiyası bazara satış üçün bazara gətirilmiş ət və ət məhsulları, balıq, süd və süd məhsulları, bal və başqa kənd təsərrüfatları və yeyinti məhsullarının baytar-sanitar cəhətcə keyfiyyətinə nəzarət edir. O, yeyinti üçün yararsız olan məhsulları çıxdaş edir və ya onları zərərsizləşdirdikdən sonra istifadə edilməsinə icazə verir, baytar-sanitar cəhətə yoxlanılmayan heyvandarlıq məhsullarının satışına icazə vermir, baytarlıq heyvandarlıq məhsullarının düzgün saxlanılmasına nəzarət edir. • Ət-süd və yeyinti nəzarəti stansiyasına baytar həkimi rəhbərlik edir. Nəzarət stansiyasının ştampı və məhsulları nişanlamaq üçün damğa olur. Bu stansiya bazarda baytarlıq müayinəsindən keçən heyvandarlıq məhsullarının qeydiyyatını aparır və bu barədə müvafiq təşkilata hesabat verir.
Vilayət və Muxtar Respublikada baytarlıq işinin təşkili • Vilayət və muxtar respublikada baytarlıq şəbəkəsində rayon və şəhər baytarlıq xidmətindən başqa, onların özünü bilavasitə (xüsusi) tabeliyində olan baytarlıq müəssisələri də vardır. • Vilayət və muxtar respublikada baytarlıq işinə Kənd Təsərrüfatı Idarəsi və Nazirliyi nəzdində olan baytarlıq şöbəsinin rəisi rəhbərlik edir. Baytarlıq şöbəsinin bir neçə ştatı olur və respublika Baş Baytarlıq Idarəsinin rəisindən göstəriş alır. Vilayət və muxtar respublika ərazisində olan rayon və şəhər baytarlıq müəssisəsi və “Zoobaytar Təchizat ” idarəsi həmin yerin baytarlıq şöbəsinə tabe olur. Vilayət və muxtar respublikanın baytarlıq idarəsinin rəisi (yeni zamanda baytar nəzarət müfəttişi) əhatə etdiyi rayon və şəhərlərdə xəstəliklərlə mübarizəyə və onların ləğv edilməsinə cavab verir. Baytarlıq şöbəsinin işi heyvandarlığın inkişafında əsas məsələlərin həllinə və baytarlıq tədbirlərinin düzgün yerinə yetirilməsinə yönəldir.
Vilayət baytar-sanitar stansiyası. Bu, şəhər baytar-sanitar stansiyasından daha böyük olub, baytar-sanitar işindən əlavə, tərkibində müalicəxana da cəmləşdirir. Ona görə də vilayət baytar sanitar stansiyası öz ərazisində olan təsərrüfatlarda heyvandarlığın baytar-sanitar mədəniyyətini yüksəltməkdən başqa, müalicə işlərilə də məşğul olur. • Baytar-sanitar stansiyası eyni zamanda heyvan məhsulları işlənən müəssisələrin baytar-sanitar vəziyyətinə nəzarət edir. • Vilayət baytar-sanitar stansiyası fermer təsərrüfat, şəxsi heyvandarlıq və digər baytarlıq müəssisələrində heyvanların və onların məhsullarının sağlam olması üçün kompleks baytar-sanitar tədbirləri hazırlayır və onları ərazidə yerləşə təsərrüfatlarda və müəssisələrdə tətbiq edir. • Bu stansiya heyvan binalarının zoogigiyenik normalar əsasında tikilməsinə, heyvanların düzgün saxlanılmasına və bəslənilməsinə, məhsulların düzgün saxlanılmasına və işlədilməsinə, heyvan kəsilən və məhsulları işlənən ət kombinatları, sallaqxanalar və s. ət-süd və yeyinti nəzarət stansiyaları, util, qırışıq yem zavodları, balıqçılıq və arıçılıq təsərrüfatlarının baytar-sanitar vəziyyətinə, yüksək keyfiyyətli heyvan məhsulları (süd və s.) alınmasına nəzarət edir. Təsərrüfatda dezinfeksiya, dezinfeksiya və deratizasiya, cəsədlərin zərərsizləşdirilməsi və s. işləri təşkil edilir. • Vilayət baytar-sanitar stansiyası Vilayət Kənd Təsərrüfatı Idarəsi tərəfindən işə qəbul edilir və işə azad edilir.
Müttəfiq Respublikada Baytarlıq işinin təşkili • Müttəfiq respublikada baytarlıq işinə respublika Kənd Təsərrüfatı Nazirliyinin Baş Baytar Idarəsi rəhbərlik edir. Baş Baytar Idarəsi vilayət, rayon və şəhər baytarlıq müəssisələrinə və bilavasitə onun tabeliyində olan müəssisələrə rəhbərlik edir. • Respublika Baş Baytar Idarəsi xüsusi baytarlıq işi üzrə Kənd Təsərrüfatı Nazirliyinin Baş Baytarlıq Idarəsinə tabe olur. • Baş Baytar Idarəsinin tabeliyinə respublika baytarlıq laboratoriyası, şəhər baytar-sanitar stansiyası, baytarlıq müalicəxanası (poliklinikası), respublika quduzluqla mübarizə stansiyası, epizootiya əleyhinə ekspedisiya. Askoli laboratoriyası və s. daxildir. Onlar eyni zamanda respublika elmi-tədqiqat baytarlıq institutu və baytarlıq üzrə olan elmi-tədqiqat stansiyaları, respublika “Zoobaytar təchizat” idarəsi ilə əlaqə saxlamaq, onlara müəyyən istiqamət vermək hüququna malikdir. Baş Baytar Idarəsinə onun rəisi rəhbərlik edir, onun müavini və idarənin bir neçə şöbəsi olur. • Baş Baytar Idarəsində baş baytar həkimi, müalicə-profilaktik, epizootiya əleyhinə, baytar-sanitar və s. şöbələr olur. Bunlardan başqa, Baş Baytarlıq Idarəsi nəzdində dövlət baytarlıq müfəttişliyi və milis kartının bölməsi yerləşir.