280 likes | 487 Views
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. MÖVZU: FENOLOJİ MÜŞAHİDƏLƏR VƏ LABORATORİYA ANALİZLƏRİ Təqdimatçı:dos.Firudin Qurbanov. Mövzunun planı:. Dənli bitkilər üzərində fenoloji müşahidələr Laboratoriya təhlili Dənin keyfiyyət göstəriciləri. Ədəbiyyat.
E N D
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ MÖVZU: FENOLOJİ MÜŞAHİDƏLƏR VƏ LABORATORİYA ANALİZLƏRİ Təqdimatçı:dos.Firudin Qurbanov
Mövzunun planı: • Dənli bitkilər üzərində fenoloji müşahidələr • Laboratoriya təhlili • Dənin keyfiyyət göstəriciləri
Ədəbiyyat • Quliyev R. Ə., Əliyeva K. Ə. Genetika. Dərslik, Bakı, 2002. • Quliyev R. Ə. Genetikanın əsasları ilə bitkilərin seleksiyası. Bakı, 2003. • Axundova E. M. Ekoloji genetika. Bakı, 2006. • Turabov T. Genetika. Gəncə, 1997. • Seyidəliyev N. Y. Genetika. Dərs vəsaiti, Gəncə, 2005. • Qarayev L. Tarla bitkilərinin toxumçuluğu. Bakı, 1976. • Cəfərov N. A. Çəkilin seleksiyası. Gəncə, 2008. • Musayev Ə.C.və b. Dənli taxıl bitkiləri seleksiyasının metodikası.Bakı,2008
Vegetasiya dövrü ərzində aparılan müşahidə və hesaba alınmaları iki qrupa bölmək olar: • 1) Ətraf mühit amilləri üzərində müşahidələr və hesaba alınmalar, torpağın təhlili, meteoroloji müşahidə, sahənin zibillənmə dərəcəsinin hesaba alınması və s. aid edilir. • 2) Bitkilərin vegetasiyası müddəti ərzində onların üzərində aparılan müşahidələr və hesaba alınmalar. Bu qrupa tarla təcrübələri zamanı aparılan əksəriyyət müşahidə və hesaba alınmalar daxildir. Məsələn, fenoloji müşahidə, bitkilərin əlve-rişsiz hava şəraitinə davamlılığı, onların inkişaf dinamikası üzərində müşahidə, götürülmüş nümunə dərzlərinin təhlili zamanı məhsuldarlıq ünsürlərinin öyrənilməsi və s.
Müşahidə və hesaba alınmalar • Müşahidə və hesaba alınmaların aparılmasında kəmiyyət və keyfiyyət üsulla-rından istifadə oluna bilər: • Kəmiyyət üsulunda müşahidə və hesaba alınmalar cihazların köməyi ilə və ya sadəcə olaraq saymaqla, çəkməklə, ölçməklə, • keyfiyyət üsulunda isə gözəyarı, qəbul edilmiş qradasiyaya əsasən bal üzrə aparılır. • Kəmiyyət üsulu daha dəqiq olmaqla bərabər, onun həyata keçirilməsi çox zəhmət tələb edir. Alınmış göstə-ricilərin riyazi işlənməsi və beləliklə çox dəqiqlik tələb olunmadığı hallarda müşahidə və hesaba alınmaların aparılmasında keyfiyyət üsulundan istifadə oluna bilər.
FENOLOJİ MÜŞAHİDƏLƏR • Seleksiya təcrübələrində bitkilərin bütün inkişaf fazalan üzərində fenoloji müşahidələr aparılır. • Fenoloji müşahidə zamanı bitkilərin hər hansı bir fazaya girməsinin başlanğıc və həmin fazaya tam daxil olma vaxtı qeyd edilir. • Təcrübə ləkində olan bitkilərin 10 faizi müşahidə edilən fazada olarsa-fazanın başlanğıcı, bu hal 75 faiz bitkilərdə müşahidə olunarsa bu faza tam girmə hesab olunur.
Dənli bitkilər üzərində fenoloji müşahidələr aparılarkən aşağıdakılar qeyd olunmalıdır: • 1) səpin vaxtı • 2) cücərmənin başlama tarixi • 3) tam cücərmə • 4) kollanma • 5) boruyaçıxma • 6) sünbülləmənin başlanğıcı • 7) tam sünbülləmə • 8) çiçəkləmə • 9) süd yetişmə • 10) mum yetişmə • 11) tam yetişmə • 12) yığım.
Sortsınağının müşahidə və hesaba alınma qaydaları 1. Bitkidə kolun forması 2. Yarpaq 3.Dənin tökülməsi 4.Kök üzərinda cücərmə 5.Sünbülün qırılmaya qarşı 6. Dənin döyülməsi 7. Sünbülün forması 8. sünbülün qılçıqlılığı 9. Dən. 10. Vegetasiya müddətinin uzunluğu:
Kolun forması • 1. dik duran- gövdələr kollanma buğumuna 25°-dən yaxın bucaq altında dururlar; • 3. yarım dik duran- bu bucaq 25°-45° təşkil edir; • 5. əyilən- bu bucaq 46°-55° təşkil edir; • 7. sərilən- bu bucaq 56°-70° təşkil edir; • 9. yerə döşənən- bu bucaq 70 -dən çoxdur.
Yarpaq: • 1- açıq yaşıl (zəif sarı çalarlar da ola bilər) • 3- boz yaşıl (bozarmış yaşıl) • 5- yaşıl • 7- tünd yaşıl • 9- digər rənglərdə
Dənin tökülməsi vəkök üzərində cücərmə • 1. çox zəif (sünbüllərin 20 %-indən çoxunda dən cücərir); • 3. zəif (sünbüllərin 10-20 %-ində dən cücərir ) • 5. orta (sünbüllərin 5-10 %-ində dən cücərir) • 7. yüksək (sünbüllərin 5 %-indən az hissəsində dən cücərir) • 9. çox yüksək (sünbüllərdə dənin cücərməsi müşahidə edilmir)
Sünbülün qırılmaya qarşı • 1- davamlı (sünbül oxunda qırılma müşahidə edilmir); • 3- yüksək davamlı (sünbül oxunda ən uc nöqtədə son sünbülcüklər qırılır); • 5-orta davamlı (sünbül oxunda sünbülün son 1/4 hissəsində qırılma); • 7-zəif davamlı (sünbül tamamilə dağılır).
Dənin döyülməsi • 3-çətin döyülən; • 5-asan döyülən; • 7-yüngül döyülən.
Sünbülün forması • 1- piramidaformalı; • 3- silindir formalı; • 5- toppuz formalı; (arpalarda belə formalı sünbüllərə rast gəlinmir) • 7- iyvari formalı; • 8- yumurtavari formalı; • 9- digər formalı.
Sünbülün qılçıqlılığı • 1- qılçıq yoxdur; • 3- qılçıqsız (qılçıqların uzunluğu 21 mm-dən azdır); • 5- yarım qılçıqlı (qılçıqların uzunluğu 21-60 mm arasındadır); • 7- qılçıqlı (qılçıqların uzunluğu 61-100 mm arasındadır); • 9- uzun qılçıqlı (qılçıqların uzunluğu 100 mm - dən çoxdur).
Dən • 1- şar formalı; • 2- dəyirmi; • 3- yumurtavari; • 4- uzunsov; • 5- çox uzunsov; • 6- oraqvari; • 7-bükük (qozbel); • 8- yanlarından sıxılmış, yastı; • 9- digər formalarda.
Vegetasiya müddətinin uzunluğu: • a) səpin- tam cücərmə; • b) tam cücərmə- payız vegetasiyasının sonu; • v) yaz vegetasiyasının əvvəli- boruya çıxma; • q) boruya çıxma - tam sünbülləmə; • d) sünbülləmə - tam yetişmə.
Dənin natura çəkisi, balla 1. çox zəif (740 q/l-dən az olduqda); 2. zəif (741-770 q/1 arasında olduqda); 3. orta (771-790 q/1 arasında olduqda); 4. yüksək (791-830 q/1 arasında olduqda); 5. çox yüksək (830 q/l-dən yüksək olduqda).
Dənin şüşəvariliyi 1. dən çox unvaridir (dənin şüşəvariliyi 21%-dən az olduqda); 3. dən unvaridir (dənin şüşəvariliyi 22-50% arasındaolduqda); 5. dən yarımşüşəvaridir (dənin şüşəvariliyi 51-70% arasında olduqda); 7. dən şüşəvaridir (dənin şüşəvariliyi 71-95% arasında olduqda); 9. dən tipik şüşəvaridir (dəndə şüşəvarilik 95%-dən yüksək olduqda).
Buğda dəndə zülalın miqdarı 1. çox az (dəndə zülalın miqdarı 9,1-10,2 % olduqda); 3. aşağı (dəndə zülalın miqdarı 10,3-12,6% arasında olduqda); 5. orta (dəndə zülahn miqdarı 12,7-15,0 % arasında olduqda); 7. yüksək (dəndə zülalm miqdarı 15,1-18,0% arasında olduqda); 9. çox yüksək (dəndə zülalın miqdarı 18%-dən yüksək olduqda).
Zülalda lizinin miqdarı (buğdalarda) 1. çox az (zülalda lizinin miqdarı 1,6%-dən az olduqda); 3. aşağı (zülalda lizinin miqdarı 1,7-2,0% arasında olduqda); 5. orta (zülalda lizinin miqdarı 2,1-3,0% arasında olduqda); 7. yüksək (zülalda lizinin miqdarı 3,1-3,5% arasında olduqda); 9. çox yüksək (zülalda lizinin miqdarı 3,5%-dən çox olduqda).
Unun fiziki-kimyəvi xüsusiyyətləri:Yaş kleykovinanın undakı miqdarı 1. çox aşağı (yaş kleykovinanın undakı miqdarı 20%-dən az olduqda); 3. aşağı (yaş kleykovinanın undakı miqdarı 21-30% arasında olduqda); 5. orta (yaş kleykovinanın undakı miqdarı 31-39% arasında olduqda) ; 7. yüksək (yaş kleykovinanın undakı miqdarı 40-47,9% arasında olduqda); 9. çox yüksək (yaş kleykovinanın undakı miqdarı 47,9%-dən çox olduqda).
Yaş kleykovinanın dəndəki miqdarı, balla 1. çox aşağı (yaş kleykovinanın dəndəki miqdarı 16%-dən az olduqda); 3. aşağı (yaş kleykovinanın dəndəki miqdarı 17-24% arasınd olduqda); 5. orta (yaş kleykovinanın dəndəki miqdarı 25-36% arasında olduqda); 7. yüksək (yaş kleykovinanın dəndəki miqdarı 37-44% arasında olduqda); 9. çox yüksək (yaş kleykovinanın dəndəki miqdarı 44%-dən çox olduqda).
Unun şişməsi (Pumpyanski metoduna görə) 1. çox zəif (21 ml-dən az olduqda); 2. zəif (22-30 ml arasında olduqda); 3. orta (31-50 ml arasında olduqda); 4. yüksək (51-65 ml arasında olduqda); 5. çox yüksək (65 ml-dən yüksək olduqda).
Zeleni metoduna görə xəmirin sedimentasiyası 1. çoxpis (16 ml-dən az olduqda); 3. pis (17-30 ml arasında olduqda); 5. orta (31-45 ml arasında olduqda); 7. yaxşı (46-60 ml arasında olduqda); 9. çox yaxşı (60 ml-dən yüksək olduqda).
Ümumi çörəkbişirmə qiyməti 1. çox aşağı (ümumi çörəkbişirmə göstəricisi 2,5 baldan aşağı olduqda); 3. aşağı (ümumi çörəkbişirmə göstəricisi 2,6-3,1 bal arasında olduqda); 5. orta (ümumi çörəkbişirmə göstəricisi 3,2-3,8 bal arasında olduqda); 7. yüksək (ümumi çörəkbişirmə göstəricisi 3,9-4,4 bal arasında olduqda); 9. çox yüksək (ümumi çörəkbişirmə göstəricisi 4,4 baldan çox olduqda).