1 / 10

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. Mövzu: EKSPERİMENTAL MUTAGENEZ VƏ ONUN SELEKSİYA İSTİFADƏSİ. PLAN:. 1. Təbii mutasiyaların seleksiyada istifadəsi 2. Mutasiya təsnifatının prinsipləri 3. Generativ və somatik mutasiyalar 4. Uyğunlaşma əhəmiyyətinə görə mutasiyaların təsnifatı

solada
Download Presentation

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ Mövzu: EKSPERİMENTAL MUTAGENEZ VƏ ONUN SELEKSİYA İSTİFADƏSİ Dosent,əməkdar kənd təsərrüfatı işçisiF.H.Qurbanov

  2. PLAN: • 1. Təbii mutasiyaların seleksiyada istifadəsi • 2. Mutasiya təsnifatının prinsipləri • 3. Generativ və somatik mutasiyalar • 4. Uyğunlaşma əhəmiyyətinə görə mutasiyaların təsnifatı • 5. Süni mutasiyaların seleksiyada istifadəsi • 6. Kimyəvi maddələrlə mutant formaların alınması

  3. Orqanizmin əlamət və xüsusiyyətinin dəyişilməsi hüceyrənin genetik aparatında genin və ya hər hansı bir elementin dəyişilməsi ilə şərtlənir. Belə dəyişkənliklər mutasiyalar adlanır • Mutasiya nəticəsində orqanizmdə olan bütün əlamətlər dəyişkənliyə uğraya bilər • Mutasiyalar nəticəsində meydana gələn yeni müsbət əlamətlər əvvəlki nəsillərdə olmadığı üçün əksər hallarda seleksiya işi üçün böyük maraq kəsb edir. • Mutasiyalar cinsiyyət hüceyrələrində sıçrayışla baş verir və nəsildə saxlanılır. • Mutasiya termini ilk dəfə Hollandiya alimi, botanik Quqo-de-Friz tərəfindən "Mutasiya dəyişkənliyi" adlı klassik əsərində irəli sürülmüşdür

  4. Müxtəlif mühit şəraitində eyni genotiplərin müəyyən olunmasında müxtəliflik modifikasiya dəyişkənliyiadlanır • Modifikasiya ontogenetik dəyişkənlik kimi fenotipik və ya qeyri-irsi dəyişkənliyə aid edilir. • Modifikasiya tipli dəyişmələr irsən keçilirsə də, lakin modifikasiyalaşma qabiliyyəti irsi xarakter daşımır • Modifikasiya orqanizmlərin genotipi dairəsində baş verən fenotipik dəyişkənlikdir. • Modifikasiya genotipə toxunmur, buna görə irsən nəslə keçmir. Lakin xarici mühitin amillərinə qarşı bu cür dəyişilmələr genotiplə idarə olunur.

  5. De-Friz tərəfindən formalaşmışdırılmış mutasiya nəzəriyyəsinin əsas müddəaları: • 1) Mutasiyalar heç bir keçid olmadan, gözlənilmədən baş verir; • 2) Yeni formalar konstant, yəni sabitdir; • 3) Mutasiyalar keyfiyyət dəyişkənlikləridir; • 4) Mutasiyalar müxtəlif istiqamətlərdə baş verir. Onlar faydalı olmaqla yanaşı ziyanlı da ola bilər; • 5) Eyni bir mutasiya yenidən təkrar yarana bilər.

  6. Mutasiya iki tipdə ola bilir 1.SPONTAN 2.INDUKSION • Adi təbii faktorların təsiri nəticəsində və yaxud orqanizmin daxilində gedən təbii fizioloji və biokimyəvi dəyişkənliyin nəticəsində əmələ gələn mutasiyaları spontan mutasiyalara aid edirlər • Süni olaraq, insan tərəfindən fiziki və kimyəvi maddələrin təsiri nəticəsində əmələ gələn mutasiyaları induksion mutasiyalar adlandırırlar

  7. Mutasiyaların əmələ gəldiyi yerlərə görə bölünür • Generativ (cinsi hüceyrələrdə) • Somatik (bədən hüceyrələrində)

  8. Aşağıda qeyd olunan üsullardan birinin səbəbi ilə genotipi dəyişilən orqanizmlər mutantadlanır. • Gen və ya nöqtəvi mutasiyalar: xromosomlarda sitoloji görünməyən dəyişikliklər • Xromosom mutasiyalar: xromosomdaxili və xromosomarası dəyişilmələr. • Genom mutasiyalar: xromosom sayının dəyişilməsi • Sitoplazmatik mutasiyalar: plazmogenlərin dəyişilməsi

  9. Q.Meller 1932 –ci ildə mutasiyaların intensivliyinə və təsir istiqamətlərinə görə beş tipə ayırır • 1.Hipomorf mutasiyalar, bu tipdə olan mutasiyalar genin təsirini zəiflədir • 2.Hipermorf mutasiyalar –genin təsirini gücləndirir • 3.Neomorf mutasiyalar vəhşi tipli genin təsirinə yeni istiqamətdə verir. • 4.Amorf mutasiyalar normal genin aktivliyinin əksinə qeyri aktiv olur. • 5.Antimorf mutasiyalar vəhşi allel tipinin əksinə təsir göstərir.

  10. Düzünə mutasiyalar çox vaxt resessiv, əksinə mutasiyalar - dominant xarakter daşıyır. • Xromosom daxili dəyişikliklərə - xromosom çatışmamazlıqları (defişens və delesiyalar); xromosom sahələrinin ikiləşməsi (duplikasiya); xromosomun ayrı-ayrı sahələrinin 180° çevrilməsi nəticəsində genlərin bir xətt boyunca düzülməsi (inversiya) aiddir. • Xromosomdaxili dəyişilmələrdən başqa qeyri-homoloji xromosomlararası sahələrin mübadiləsi ilə əlaqədar dəyişilmələr də məlumdur. Belə xromosomlararası dəyişilmələr translokasiyalar adlanır.

More Related