1 / 19

XVI BÖ LM Ə MÜHAZİRƏ QEYDLƏRİ: VALYUTA KURSU S İSTEMLƏRİ

XVI BÖ LM Ə MÜHAZİRƏ QEYDLƏRİ: VALYUTA KURSU S İSTEMLƏRİ. Müəl. Elşən BAĞIRZADƏ. Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq İqtisadi Münasibətlər Kafedrası Bakı - 201 1.

caesar
Download Presentation

XVI BÖ LM Ə MÜHAZİRƏ QEYDLƏRİ: VALYUTA KURSU S İSTEMLƏRİ

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. XVI BÖLMƏ MÜHAZİRƏ QEYDLƏRİ: VALYUTA KURSU SİSTEMLƏRİ Müəl. Elşən BAĞIRZADƏ Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq İqtisadi Münasibətlər Kafedrası Bakı - 2011 Təqdimatlarda Paul R. Krugman ve Maurice Obstfeld tərəfindən yazılmış “International Economics: Theory and Policy”və Halil Seyidoğlu tərəfındən yazılmış “Uluslararası İktisat: Teori, Politika ve Uygulama” adlı dərsliklər əsas götürülmüşdür. Fənn: Beynəlxalq İqtisadi Münasibətlər

  2. Mündəricat • Giriş ............................................................................................................................................................................ 3 • Sabit kurs sistemi ...................................................................................................................................................... 4 • Sabit kurs sistemi: Qızıl Valyuta Sistemi ................................................................................................................ 5 • Sabit kurs sistemi: Mövcud sabit kurs sistemləri .................................................................................................. 6 • Sərbəst dalğalanan kurs sistemləri .......................................................................................................................... 7 • Sərbəst dalğalanan kurs sistemləri: Qrafiki şərh-1 ............................................................................................... 8 • Sərbəst dalğalanan kurs sistemləri: Qrafiki şərh-2 ............................................................................................... 9 • Sərbəst dalğalanan kurs sistemləri: kurs dəyişmələri və tədiyyə balansında qeyri-tarazlıq halları ............. 10 • Sərbəst dalğalanan kurs sistemi diskusiyaları: Lehində olan fikirlər ............................................................... 11 • Sərbəst dalğalanan kurs sistemi diskusiyaları: Əlehində olan fikirlər .............................................................. 12 • Sərbəst dalğalanan kurs sistemini tənzimləmə yanaşması: idarəolunan dalğalanma metodu -1 ................... 13 • Sərbəst dalğalanan kurs sistemini tənzimləmə yanaşması: idarəolunan dalğalanma metodu-2 .................... 14 • Sərbəst dalğalanan kurs sistemini tənzimləmə yanaşması: dalğalanma həddlərinin genişləndirilməsi ........ 15 • Sərbəst dalğalanan kurs sistemini tənzimləmə yanaşması:sürünən paritetlər ................................................. 16 • Sərbəst dalğalanan kurs sistemini tənzimləmə yanaşması: stabil, ancaq tənzimlənə bilən kurs sistemi ...... 17 • Sərbəst dalğalanan kurs sistemini tənzimləmə yanaşması: Ortaq Valyuta Sahələr ......................................... 18 • Mənbələr .................................................................................................................................................................. 19

  3. Giriş • Bu hissədə valyuta kursu sistemlərinin araşdırılması ilə valyuta kursu dəyişmələrini izah etməyə çalışan nəzəriyyələrə diqqət yetirməkdir. • Valyuta kursu sistemlərinin bir ucunda sabit kurs sistemi, digər ucunda sərbəst dalğalı kurs sistemi dayanır. • Ən qədim sabit kurs sistemi qızıl standartıdır. • II Dünya müharibəsindən 1973-cü ilə qədər beynəlxalq valyuta sistemi kimi tətbiq edilən Bretton-Woods Sistemi də sabit kurs sistemi olmuşdur. • Praktikada qatı sabit kurs sistemlərilə ən sərbəst dalğalı kurs sistemləri arasında çox müxtəlif qarışıq kurs sistemləri formalaşmışdır ki, bunlar da hər iki sistemin xüsusiyyətlərini daşıyır.

  4. Sabit kurs sistemi • Əsas xüsusiyyəti valyuta kurslarının müəyyən bir səviyyədə saxlanmasıdır. • Ən qədim sabit kurs sistemi qızıl standartıdır. • Müasir iqtisadiyyatlarda kağız pul sistemlərində də sabit kurs sistemləri tətbiq edilir. Məsələn, Bretton-Woods Sistemi.

  5. Sabit kurs sistemi: Qızıl Valyuta Sistemi • Dünyada qızıl pul standartı XIX əsrin ikinci yarısından I Dünya Müharibəsinə qədər fasiləsiz tətbiq edilmişdir. • Müharibədən sonra ölkələr yenidən bu sistemə dönsələr də bu uzun müddətli olmamışdır. • Bu sistemdə ölkələrin valyutasının dəyəri müəyyən ağırlıqda saf qızıl formasında müəyyənləşdirilir. Bu qiymətə qızıl pariteti deyilir. • Bu sistemdə Mərkəzi Banklar və ya xəzinə də bu paritetdən hər kəsə qızıl satmağı və almağı öz üzərinə öhdəlik kimi götürür ki, bu da paritetin sabitliyini təmin edir. • Nəticədə, bütün ölkələrin valyutalarının bir-birilə mübadilə nisbəti də sabit qızıl paritetilə müəyyən edilir. Yəni, A ölkəsinin valyutası=1 q saf qızıl, B ölkəsinin valyutası=2 qr saf qızıl, onda A ölkəsi valyutası =1/2 B ölkəsi valyutası • Milli valyutalar arasındakı sabit kursun saxlanılması qızıl idxal və ixracatının sabit olması şərtinə bağlıdır.

  6. Sabit kurs sistemi: Mövcud sabit kurs sistemləri • Bretton Woods Sistemi: • Ölkə valyutaları - ABŞ dolları – Qızıl • Avropa Birliyinin Avrodan öncə öz valyutalarını sabit kurslardan ECU adlanan bir hesab vahidinə bağlamaları; • Bəzi kiçik ölkələrin öz valyutalarının dəyərini BVF-nun CDR adlı hesab vahidinə bağlamaları; • Bəzi ölkələr isə valyutalarının dəyərini əsas ticarət partnyorlarının valyutalarından təşkil olunan xüsusi valyuta səbətinə bağlamaları; • Müasir sabit kurs sistemlərində kursun dəyişməsi bəlli hədd çərçivəsində baş verə bilir. Məsələn, Bretton-Woods sistemində bu 1% həddində idi. • Kursun göstərilən həddi aşmamasını isə Mərkəzi Bankın valyuta bazarındakı sərbəst alqı-satqı əməliyyatları təmin edir.

  7. Sərbəst dalğalanan kurs sistemləri • Sərbəst dəyişkən, elastik (flexible) və ya üzən (floating) kurs sistemləri də adlandırılır. • Bu sistemdə valyuta kursları rəqabətli bazar şərtlərində bir mal kimi, valyuta bazarı təklif və tələb qüvvələrinin fəaliyyətinə buraxılmışdır. • Başqa sözlə, valyuta kursaları, məcmu valyuta tələbi ilə məcmu valyuta təklifinin bərabərləşdiyi bir səviyyədə formalaşır. • Bazar tələbində və ya bazar təklifində bir dəyişmə ortaya çıxdığı zaman buna bir reaksiya kimi kurslar da dəyişir. • Buna görə kurslarda hər zaman enmə və yüksəlmə baş verə bilir.

  8. Sərbəst dalğalanan kurs sistemləri: Qrafiki şərh-1 • Qrafikin (a) hissəsində göründüyü kimi valyuta bazarında tarazlıq DD valyuta tələbi ilə SS valyuta təklifinin kəsişdiyi E nöqtəsində baş verir.Bazar həcmi OMo, tarazlıq kursu ORo olur. Valyuta Kursu Valyuta Kursu • Məcmu valyuta tələbi, ölkənin əmtəə və xidmət idxalı ilə ixrac edilmək istənilən kapital həcmindən ibarətdir. • Kurs yüksəldikcə xarici əmtəələr bahalaşır və tələb edilən xarici əmtəə həcminə görə zəruri valyuta tələbi azalır. • Kurs yüksəldikcə ixrac olunan mallar valyuta cinsindən ucuzlaşmış olur. D’ S E1 D R1 E K R0 D’ S D O O Zaman M0 M1 M2 Valyuta Miqdarı (b) Kurs dəyişmələri qrafiki (a) Valyutatələb və təklifi Qrafik 1: Sərbəst Kurs Deyişmələri

  9. Sərbəst dalğalanan kurs sistemləri: Qrafiki şərh-2 • Məsələn, xalqın idxal malları seçimindəki artım səbəbindən valyuta tələbi əyrisi D’D’ formasında sağa sürüşəcək olsa, kurslar da buna bağlı olaraq, OR1’ə yüksələcəkdir. Valyuta Kursu Valyuta Kursu • Bazarda heç bir hökumət müdaxiləsi olmadığından kurs, hər hansı bir həddə tabe olmadan dəyişə bilir. • Qrafikin (b) hissəsində göründüyü kimi valyuta kurslarındakı dəyişmənin qrafiki bir mişarın ağzına bənzəyir. • Ancaq təcrübədə heç bir ölkə, valyutasının hədsiz bir şəkildə dalğalanmasına imkan verməz. D’ S E1 D R1 E K R0 D’ S D O O Zaman M0 M1 M2 Valyuta Miqdarı (b) Kurs dəyişmələri qrafiki (a) Valyutatələb və təklifi Qrafik 1: Sərbəst Kurs Deyişmələri

  10. Sərbəst dalğalanan kurs sistemləri: kurs dəyişmələri və tədiyyə balansında qeyri-tarazlıq halları • Qrafikdə sərbəst dəyişkən kurs sistemi altında valyuta tələbi əyrisinin D’D’ formasında sürüşməsi ilə tədiyyə balansı tarazlığı valyuta kursunun E1 səviyyəsinə yükəslməsi halında formalaşır. • Valyuta kursu Ro səviyyəsində saxlanmaq istənilirsə, Mərkezi Bank, tədiyyə balansında formalaşan M0M2 miqdarında valyutakəsisi qədər valyutanı bazara satmalıdır. • Tədiyyə Balansı bir ölkənin bütün xarici gəlir təmin edən və xərc yaradan əməliyyatlarının qeyd olunduğu bir tablodur. • Tədiyyə Balansının kredit (borc) əməliyyatları valyuta tələbini, debet əməliyyatları isə valyuta təklifini təmsil edir. Valyuta Kursu Valyuta Kursu D’ S E1 D R1 E K R0 D’ S D O O Zaman M0 M1 M2 Valyuta Miqdarı (b) Kurs dəyişmələri qrafiki (a) Valyutatələb və təklifi Qrafik 1: Sərbəst Kurs Deyişmələri

  11. Sərbəst dalğalanan kurs sistemi diskusiyaları: Lehində olan fikirlər • 1. Milli valyutanın həqiqi dəyərini ifadə etməsi; • 2. Tədiyyə Balansının tarazlığını təmin etməsi; • 3. Daxili iqtisadi siyasətin həyata keçirilməsində müstəqillik; • 4. Xarici rezervlərə ehtiyacın azalması; • 5. İqtisadiyyatı xarici şoklardan qoruma; • 6. Sadəlik; • 7. Ani və böyük kurs dəyişikliklərindən qorunma; • 8. Müqayisəli üstünlük modelinə uyğun ticarət.

  12. Sərbəst dalğalanan kurs sistemi diskusiyaları: Əlehində olan fikirlər • Ticarət və investisiyaları caydırıcı təsiri; • Elastikliklərin aşağı olması; • Stabilliyi pozan spekulyasiya; • Ölkədaxili inflyasiya; • Tədiyyə Balansında disiplinin pozulması; • Qısamüddətli kurs dəyişmələrində hədəfləri aşma.

  13. Sərbəst dalğalanan kurs sistemini tənzimləmə yanaşması: idarəolunan dalğalanma metodu -1 • Kurslar prinsip etibarilə sərbəst dalğalanmaya buraxılır. AncaqMərkəzi Bankın nəzarətində həyata keçirilən bir dalğalanma yanaşmasıdır. • İdarəolunan dalğalanma sərbəst dalğalanan və sabit kursun xüsusiyyətlərini özündə birləşdirən qarışıq bir metoddur. • Dalğalı kurs elastikliyinə malik olması tədiyyə balansı probleminin həllini asanlaşdırır. Həmçinin sabit kurs kimi stabil olması, ticarət və maliyyə axınlarını caydırıcı təsiri ortadan qaldırır.

  14. Sərbəst dalğalanan kurs sistemini tənzimləmə yanaşması: idarəolunan dalğalanma metodu-2 • Valyuta bazarında qısamüddətli bir tələb artıqlığı ortaya çıxdığı zaman Mərkəzi Bank bu tələbin müəyyən hissəsi qədər (hamısı deyil) bazara valyuta satır. Beləliklə, milli pulundəyərdən düşməsi yumuşaldılmış olunur.

  15. Sərbəst dalğalanan kurs sistemini tənzimləmə yanaşması: dalğalanma həddlərinin genişləndirilməsi • Bu sistemdə valyuta kurslarının sabit paritetlərə bağlılığı qorunur. Ancaq paritet ətrafında icazə verilən dalğalanma həddi genişləndirilir(Geniş Marjlı Paritetlər).

  16. Sərbəst dalğalanan kurs sistemini tənzimləmə yanaşması:sürünən paritetlər • Mərkəzi kursun (paritet) avtomatik formada kiçik həcmlərdə və davamlı dəyişdirilməsinə əsaslanan bir metoddur. • Valyuta kurslarının paritet ətrafında müəyyən həddlər daxilində dalğalanmasına icazə verilir. • Sistemin əsas xüsusiyyəti mərkəzi kursun son bir neçə həftə və ya ayın ortalamasına görə dəyişdirilməsidir.

  17. Sərbəst dalğalanan kurs sistemini tənzimləmə yanaşması: stabil, ancaq tənzimlənə bilən kurs sistemi • Bu sistemdə milli valyutalarla SDR arasında paritet müəyyənləşdirilir. • Paritetlər sabit olmayıb Beynəlxalq Valyuta Fondunun nəzarəti altında qısa müddətlərdə və kiçik həcmlərdə həyata keçirilir.

  18. Sərbəst dalğalanan kurs sistemini tənzimləmə yanaşması: Ortaq Valyuta Sahələri • Valyuta sahəsi, yaxın iqtisadi əlaqədə olan bir qrup ölkənin, milli valyutalarını sabit kurslarla birbirinə bağlayıb, digər valyutalara qarşı dalğalanmaya buraxmaları ilə formalaşır.

  19. Mənbələr • P. Krugman and M. Obstfeld, International Economics: Theory and Policy, Seventh Edition Pearson – Addison Weasley. • H. Seyidoğlu, Uluslararası İktisat: Teori, Politika ve Uygulama, XV. Baskı, İstanbul, 2009. • R. Karluk, Uluslararası Ekonomi: Teori ve Politika, VI. Baskı, İstanbul, 2009. • İrşad Kərimli, Beynəlxalq İqtisadi Münasibətlərin Müasir Problemləri, Bakı, 2006. • Z. Məmmədov, Beynəlxalq valyuta-kredit münasibətləri və xarici ölkələrin pul-kredit sistemi, Bakı, 2001

More Related